"Ermənilər PKK-nın həm Laçında, həm də Kəlbəcərdə bazalarını açmaq istəyirlər və..."
Oxunub: 3707
22 Feb 2019 | 14:32
Slavyan-Türkdilli Xalqlar Birliyi Hərəkatının lideri, siyasi portretşünas Adıgözəl Məmmədov  Moderator.az saytına müsahibə verib.

Müsahibədə son günlər ölkədə, eləcə də, qonşu dövlətlərdə baş verən siyasi məsələlər, Rusiya-Türkiyə münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsinə ,həm Rusiyadaki siyasi qüvvələrlə bağlı, həm də Azərbaycanda milli, dini məsələlərlə, həmçinin, məmurlarla bağlı fikirləri xüsusilə maraqlıdır.

- Adıgözəl müəllim, hazırda Rusiya Ermənistan münasibətlərini necə xarakterizə edərdiniz?

- Bu gün Yeravanda anti rusiya ritorikası ən pik həddədir. Ermənistanda "rədd olsun Rusiya", "rədd olsun Kreml", "rədd olsun Putin" və s. şüarlar səslənir. Bu istiqamətdə Ermənistanın Avropaya inteqrasiyası, hətta NATO perspektivlərindən danışmağa başladılar. Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması, bu arada Rusiya-İran-Azərbaycan siyasi rəhbərlərinin mutamadi görüşləri Ermənistanda böyük narahatlıq doğurur. İrəvanın atdığı addımları izləmək lazımdır. Bu proseslərin kimə xeyir verəcəyini analiz etməliyik və bu istiqamətdə bizim kəşviyyatçılarımız aktivləşməlidirlər,çünki indi onların üzərinə çox işlər düşür.Gürcüstan QHT – lərində bu proseslərə qoşmağ lazımdır və bu kəşfiyyat xarakterli məlumatlarlı hətta strateji tərəfdar bildiyimiz heç bir tərəflədə  bölüşməməliyik.  Bu məqamda mükəmməl kəşfiyyat oyunları qurarağ çox ciddi yararlanmağ imkanlarımız var.Tiflis üzərindən İrəvan QHT-ləri ilə işləmək lazımdır. Geçikirik !

- Aprel döyüşlərində Azərbaycan müəyyən üstünlük qazanmışdı. Həmin döyüşlərdən sonra Azərbaycan hadisələrdən öz xeyrinə, səmərəli istifadə edə bildimi?

- Ən azı nəzərə alaq ki, dar bir vaxtda bizim əldə etdiklərimiz maksimumdur. Bir məsələ də var. Həmin ərəfədə Moskva kanallarına müsahibələr verirdim və təxribatçı tərəfin də Ermənistan olduğunu deyirdim. Bunu  İrəvan hakimiyyətinin növbəti təxribatı kimi qiymətləndirirdim. Azərbaycanın siyasi rəhbəri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi birbaşa Rusiya prezidentinin xahişindən sonra hərbi əməliyyatlar dayandırıldı. Bu həm Azərbaycan Silahlı Qüvvələrinin gücünün göstəricisi, həm də Azərbaycan xalqının vətənpərvər və torpağına bağlılığının göstəricisi oldu. Uzun illər idi mənfi azərbaycanlı obrazı yaratmağa çalışırdılar. Sanki azərbaycanlıların döyüş əzmkarlığı, torpağa bağlılığı yoxdur. Bu fikirlər xüsusən Türkiyədə və digər ölkələrdə yayılmışdı. Aprel döyüşləri bu fikirləri darmadağın etdi və Azərbaycan xalqının milli qeyrətinin yüksək olduğunu, şəhidlik zirvəsinə yüksəlmək qabiliyyətini göstərdi. Bu keyfiyyətlərimizi dostlarımız da, düşmənlərimiz də gördü.

- Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey bildirib ki, PKK-nın erməni lobbisi və erməni dövləti ilə əməkdaşlığı bu gün də davam edir. O bildirib ki, aprel döyüşlərində 400 PKK-çı Suriyadan gəlib Ağrı bölgəsində Tendürek dağı üzərindən Ermənistana keçib və Azərbaycan ordusuna qarşı döyüşüb. Bu barədə nə düşünürsüz?

- Bu, 400 nəfərlik qrupun içində 120 nəfəri erməni əsilli Suriya vətəndaşı idi. PKK siyasi cəhətdən sol xətdir və bu xüsusən SSRİ KQB-si tərəfindən formalaşdırılan təşkilatlardan biri idi. Bu tipli təşkilatlar tək radikal sol düşüncəli kürdlər arasında formalaşdırılmamışdı. O vaxtki sosializm-kapitalizm çəkişməsinin təzahürlərindən biri də bu idi. Sovet KQB-si zaman-zaman ASALA və PKK terror təşkilatının da xidmətlərindən istifadə edib. Bu barədə yetərincə məlumatlar artığ ictimailəşdirilmişdir. SSRİ dağılandan sonra bu təşkilatlar, öz maliyyə qaynaqlarını digər mənbələrdən təmin etmək üçün Türkiyəyə qarşı xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək, yeni şantaj üsullarını işə saldılar. Düşünmürəm ki, PKK ilə Ermənistanı birləşdirən hansısa ideoloji xətt olsun. Amma ola bilsin ki, müəyyən maddiyyat qarşılığında onlar bu döyüşlərdə iştirak edə bilərlər. Buna qədər də bir məsələni qeyd etmək istəyirəm. Erməni xüsusi xidmət orqanları Ermənistanda yaşayan kürd mənşəli Ermənistan vətəndaşlarından öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bəziləri vardır ki, Ermənistan televiziyasında çıxışında kürdlərə müraciət edərək, onları Kəlbəcərə, Laçına, Qubadlıya və Qarabağın digər hissələrinə qaytımağa təşviq edirlər. Bu təşviqatçılardan heç kim, heç vaxt kürd xalqını təmsil etməyib. Sadəcə onlar Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək onların sifarişini yerinə yetirirlər. Onlar Əlikram Hümbətov kimi insanlardır. Məqsəd budur ki, bu insanlar vasitəsilə Azərbaycanda daxili ixtişaşlar yaratsınlar. Bəzi Kütləvi İnformasiya Vasitələrinin mənbələrinə istinadən deyirəm ki, bu gün ermənilər hətta PKK-nın həm Laçında, həm də Kəlbəcərdə bazalarını açmaq istəyirlər və burada Azərbaycan əleyhinə təxribatçı qüvvələr hazırlamaq istəyirlər. Bu işlər birbaşa Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında həyata keçirilir. Burada başqa strateji xətt də var. Orta Şərq içərisində ixtişaşların yaradılmasında, terror aktlarının tətbiqində iri miqyaslı "fəaliyyətlər" göstərsinlər. Zamanında Livanda vətəndaş müharibəsi zamanı bunlardan çox "səmərəli" istifadə edildi. Dünənə qədər KQB-nin nəzarətində olan PKK-nın fəaliyyət istiqaməti artıq bilinmir. PKK da artıq çeşidlənib. Onun Suriya "qanadı", İraq "qanadı" ilə razılaşmır. Bir sözlə, kim pulu verirsə, ona da işləyirlər.Eyni uğurlada erməni silahlı qüvvələri Suriyada da mövcuddur.

- Rusiya mətbuatında yayılıb ki, Putin hakimiyyəti növbəti hakimiyyətə Vyaçeslav Volodini hazırlayır. Putinin əvəzinə həmin siyasətçi prezident olacaq. Sizcə, bu nə dərəcədə realdır. Bu baş verərsə, Azərbaycan nə qazanacaq?

- Rusiya siyasi hakimiyyətini anlamaq üçün müəyyən məqamları bilmək lazımdır. Putinin kimin üzərində dayanıb-dayanmamasından asılı olmayaraq, Rusiya reallığı da burada mühüm rol oynayır. Rusiya siyasi hakimiyyəti monoton deyil. Heç kim düşünməsin ki, bütün siyasi proseslər Putinin "iki dodağının arasından çıxan sözlər"lə idarə olunur. Rusiyada milli şüurun daşıyıcısı olan qüvvələr, imperialist düşüncəli insanlar, xüsusi xidmət orqanlarının xəttinin daşıyıcısı olan qüvvələr var. Rusiyada hərbi-sənaye kompleksinin maraqlarını ifadə edən qüvvələr daha aparıcı xəttdir . Bu gün Rusiyada Slavyan-Türkdilli xalqlar-müsəlman xəttinin maraqlarını qoruyan qüvvələr formalaşır. Bu balanslardan biri pozulsa, Putinin nə deməyindən və istəyindən  asılı olmayaraq, vəziyyət tamam dəyişə bilər. 

- Mən güman etmirəm ki, Putin siyasi hakimiyyətini kiməsə verməyə hazırlaşır. Hətta hazırlaşsa belə, bu balansı qoruyan qüvvələr buna razı olacaqmı?

- Volodin sələfindən çox fərqli bir adamdır. Sergey Narışkin əgər siyasi cəhətdən strateq idi isə, Volodin texnokratdır. Əslində bunu bir varis kimi yox, başqa formada izah etmək olar. Putin Volodin kimi insanları önə çəkməklə siyasi hakimiyyətinin ömrünü uzadır. Əslində bu Kreml tarixində həmişə təbii proses sayılır.
Biz Rusiya-Azərbaycan münasibətlərindən çox danışırıq. Amma bu balansı yaradan qüvvələrlə işləməyi də bacarmalıyıq. Liderlərlə işləmək öz yerində, digər qüvvələri də özümüzdən kənarlaşdırmamalıyıq. Yəni Rusiya liderləri bir məsələni fikirləşərkən sağa da baxır, sola da. Biz həm sağla, həm də solla işləməyi bacarmalıyıq.

- Ərdoğanla Putinin yeni görüşünü necə xarakterzə edərdiz?

- Rusiya-Türkiyə münasibətlərinin, iki ölkə arasında əməkdaşlığın Ərdoğan və Putinin şəxsi istəklərinin sayəsində olduğunu düşünmürəm. Çünki əməkdaşlığın da bir həddi var. Hətta Ərdoğan bu həddi keçmək istəsə belə bu alınmayacaq. Çünki Türkiyənin reallıqları buna imkan vermir. Ona görə də münasibətlərə bu konteksdən baxmaq lazımdır. İnsanlar nə qədər bir-birinə yaxınlaşmağa çalışsalar da, mövcud reallıq tam başqadır. Ona görə ki, Türkiyə-Rusiya münasibətlərinin çərçivəsi var.

- Həmin çərçivədə Azərbaycan üçün mövqe nə yerdədir?

- Azərbaycanın işi yaxınlaşdırıcı bir xətdir. Azərbaycanın müstəsna xətti elə azərbaycançılıqdır. Mənim təmsil etdiyim Slavyan-Türk Birliyi kontekstində əlində həm də elə azərbaycançılıq xəttidir. Yəhudiləri necə birləşdirən dini xətt varsa, bizi də birləşdirən nöqtələr çoxdur. Moskvada namaz vaxtı məscidə gedəndə hər bir milləti görmək olur. Lakin Moskvada ermənilər "Olimpiski" yaxınlığında yeni bir möhtəşəm kilsə tikiblər. Orada ancaq ermənilər olur. Sinaqoqda isə yalnız yəhudiləri görmək mümkündür. Yəni bizim dinimiz azərbaycanlıları milli kimlik kimi yox, yalnız müsəlman kimi birləşdirir. Bu amil bizim milli məfkurəmizin bir hissəsi ola bilər, amma bizi birləşdirən milli şüur ola bilməz. Həmin milli şüur da bizim azərbaycançılığımız olmalıdır. Bəli, müəyyən strateji xətt üçün biz türk dilli xalqlara mənsub olduğumuzu deməliyik və bu istiqamətdə slavyan xalqları ilə istənilən inteqrasiyalarda iştirak etməliyik. Ona görə ki, biz Avrasiyanın bir parçasıyıq. Amma bütün Azərbaycanda məskunlaşan xalqları milli məfkürəmizin ətrafında birləşdirmək üçün azərbaycançılıq əsas xəttimiz olmalıdır. Özümüzü tanımaq üçün azərbaycançılığımızdan bərk yapışmalıyıq. Azərbaycanlı olmağımızla fəxr etməliyik. Fəxarət hissini yaratmaq üçün bəzi məmurlarımızın üzərinə də məsuliyyət düşür.Bizim cənab prezidentin sadə xalqla rahat danışmağı onun necə insan olduğunu göstərir. Sadə vətəndaş da İlham Əliyevlə rahat danışa bilir. Onun rahat aurası var. Xalqın adamıdır. Amma gəlin baxaq. Elə məmurlar var ki, qəbuluna düşmək çox müşkül məsələdir. Belə məqamlar həm ölkə rəhbərlərinə, həm də Azərbaycandakı müəyyən reallıqlara qarşı insanlarda küskünlük yaradır. Amma şükürlər olsun ki, Azərbaycan xalqında vətənpərvərlik hissləri var. Kənara çıxan kimi hər kəsdə azərbaycançılıq, vətənpərvərlik hissi yaranır.

- Azərbaycan uzun illər idi siyasi məsləhətləşmə baxımdan Moksva ilə hesablaşırdı. Son zamanlar prezidentin Ərdoğanla yaxınlaşması, iki qardaş ölkənin rəhbərlərinin səmimi və isti münasibətləri cəmiyyətə belə mesaj verdi ki, artıq Azərbaycan Kremllə yox, Ankara ilə hesablaşır. Yəni, sonuncu söz sahibi Ankaradır. Siz necə düşünürsüz?

- Azərbaycan yerləşdiyi geopolitik coğrafiyasına görə siyasi güc mərkəzlərinin varlığını tanıyır. Bu o demək deyil ki, Azərbaycan hansısa güc mərkəzinin əlində oyuncaqdır. Qətiyyən belə deyil! Mərhum prezident Heydər Əliyevin vaxtında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi "şirin ağzı"ndan şikarını götürmək kimi bir şey idi. Görün bunu Qazaxıstan, Türkmənistan edə bildimi? Hansı biri edə bildi? Həmişə Azərbaycan özünün müstəsna və milli maraqlarına söykənən siyasət yürüdüb. Bu siyasətin təməlini Böyük Öndər, rəhmətlik Heydər Əliyev qoyub.
Vaxtı ilə Milyarderlər İttifaqı yaratmışdılar. Hətta heç kimin gözləmədiyi insanlar da orada təmsil olunmuşdu. Əslində bu kürəkdən sancılmış xəncər idi. Onlar Azərbaycanın siyasətinə, daxili siyasətə təsir göstərərək, Azərbaycanda hakimiyyətə iddia etmək həvəsinə düşdülər. Amma nəticə olaraq, bir daha sübut olundu ki, Azərbaycanda siyasi hakimiyyətin mənbəyi xalqdır və etimad göstərilən lider isə cənab prezident İlham Əliyevdir. Onun həyata keçirdiyi siyasət isə yalnız Azərbaycan xalqının milli maraqlarına söykənir. Bu səbəbdən bəzi məmurlara səslənirəm: " İnsanları incitməyin, xalqı küskün salmayın".
Bu gün bizim milli hakimiyyətimiz, milli dövlətçiliyimiz var. Bəzən deyirlər ki, Sovet dövründə yaxşı idi. Bu fikiri yaradan da vətəndaşlarımızı siyasi hakimiyyətdən küsdürən bəzi məmurlarımızdı. Belə məmurlarla həmişə mübarizə aparmalıyıq və onları ifşa etməkdə ölkə başçısına dəstək verməliyik!

- Türkiyədə yeni FETÖ-çülər siyahısı hazırlanır. Həmin siyahı əsasında bir çox tanınmışların, vəzifəli insanların həbs olunacağı deyilir. Siyahıda Azərbaycandan da məmurların, tanınmış şəxslərin, iş adamlarının adlarının olduğu bildirilir. Sizcə, bu siyahı açıqlanandan sonra nələr olacaq?

- Bu məsələlərə üç aspektdə yanaşıram. Birincisi, burada psixoloji məsələ var. İkincisi, burada siyasi təzyiq xətləri mövcuddur. Üçüncüsü də, qeyri – reallığ  var.
Bizim ideoloji xəttimiz azərbaycançılıqdır. Bu nə qonşu dövlətlərin maraqlarına xidmət edir, nə də yaxın bildiklərimizin maraqlarını əsas götürür. Yəni azərbaycançılığımız bizim milli identifikasiyamızdır. Bu milli identifikasiyanı qorumaq üçün çox çalışmalıyıq. Çünki biz hələ bir çox ziddiyyətli xətlərlə qarşılaşacağıq. Bu gün kimin kimdən xoşu gəlmir, onu FETÖ-çü adlandırır. Özü də, söylədiyi fikirə heç bir məsuliyyətlə yanaşmadan, insanın şərəf və ləyaqətini təhqir edərək. Tanımadığın birini, əlində ciddi sübut və sənədlər olmadan necə fəthullahçı adlandırmaq olar?
Bəzi insanlar da var ki, mövcud abı-havaya gəlir mənbəyi kimi baxır. Əlində bir qədər imkanı olan şəxsləri şantaj edərək, insanlardan pul qopartmağa çalışır. Müəyyən mətbu qurumlarda anons verir. Pul alandan sonra mövzudan uzaqlaşır. Bu fəthullahizim son dövrlər bir qrup insanların biznes marağına çevrilib. Bu biznesdə böyük miqdarda pul fırlanır. İndi bəzi KİV nümayəndələri də, heç bir məsuliyyət hiss etmədən istənilən adamı fəthullahçı adlandırırlar. Bəziləri isə təmiz insanları ləkələməklə sankı psixoloji rahatlıq tapırlar. Məsələnin digər tərəfinə nəzər salaq: Fəthullah Gülən, yəni “hizmət hərəkatı” əslində zərərli bir xətdir. Bu xətt bizim milli məfkurəyə uyğun deyil. Onlar sülh, sakitlik adı ilə milli ruhu sındıran ideoloji bir xətt qurublar.
Düzdür, elə insanlar var ki, FETÖ təşkilatının əlaqələrindən yararlanıblar. Bəziləri bizneslərini qurmaq üçün bu qrupa yaxınlaşıb. Məsələn, Asiya Bankının müəyyən payçıları azərbaycanlılardır. Hətta bu payçılar Bakıda Asiya Universiteti də təsis etmişdilər. Hətta onlar müəyyən dövrdə ABŞ-da lobbiçilik baxımından xidmətlərini də təklif ediblər.
Oxşar xəbərlər
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 21:33
Şəhid bacısına yüksək vəzifə verildi
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 21:32
"Atropatena"ya yox deməyin vaxtı çatıb...-Akif Nağıdan tariximizə fərqli baxış...
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 21:49
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 21:33
Şəhid bacısına yüksək vəzifə verildi
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 21:32
"Atropatena"ya yox deməyin vaxtı çatıb...-Akif Nağıdan tariximizə fərqli baxış...
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 21:49
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar