İranın böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Məkarim Şirazi vəhhabiliyin və sələfiliyin ömrünün sonunun gəldiyini bəyan edib.
Moderator.az xəbər verir ki, bu haqda Deyerler.org Parstoday-a istinadla məlumat yayıb.
Ayətullah Məkarim Şirazi Tehranın Əllamə Təbatəbai Universitetinin rektoru Hüseyn Səlimi və sələfilik mövzusunda seminar təşkil edən komitə üzvləri ilə görüşündə bunları deyib:
“Sələfilik və vəhhabilik böyük bəlalardandır. Bu gün İslam dünyası bu bəladan əziyyət çəkir və bu fikir və cərəyanların kökündə qan tökmək, talan etmək və əxlaqi fəsad var...”
Ayətullah Məkarim Şirazi vəhhabiliklə sələfiliyin İslamla əlaqələndirilməməli olduğunu bildirərək bu cərəyanların İslam və Qurandan tamamilə kənar düşdüklərini deyib.
Vəhhabiliklə sələfiliyi İslam dinini tamamilə parçalayan cərəyanlar kimi görən Ayətullah Məkarim Şirazi, “İŞİD” terror təşkilatının da sələfi və vəhhabiliyin məhsulu olduğunu vurğulayaraq belə deyib:
“Bunların yuvası Səudiyyə rejimidir”.