Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının məlumatına görə, görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər. O cümlədən tərəflər müxtəlif sahələrdə, qida sənayesində və su resurslarının effektiv idarə edilməsi sahələrində strateji əməkdaşlığın genişləndirilməsindən danışıblar.
Armen Sarkisyan qeyd edib ki, iki ölkə əməkdaşlıq üçün böyük imkanlara malikdir və Ermənistan keyfiyyətli su, sağlam qida istehsalı və təchizatı sahəsində mühüm rol oynaya bilər.
Ermənistan prezidenti Qətər əmirini ölkəsinə rəsmi səfərə dəvət edib. Müsəlman dövlət lideri Əmir Tamim bin Həməd Əl Tani də işğalçı ölkə prezidentini rəsmi səfərlə Qətərdə görəcəyinə çox şad olacağını ifadə edib
Sultan Laçın