Fevralın 24-də ABŞ-ın Nyu-York şəhərində “ermənilərin Bakı soyqırımı” yalanının ildönümü qeyd ediləcək.
Moderator.az xəbər verir ki, bu barədə erməni yazıçısı Anna Astvatsaturian Turcotte sosial şəbəkədəki səhifəsində məlumat verib. O, bu prosesdə bütün Nyu-York ermənilərini aktiv olmağa, qurbanların xatirəsinə şam yandırmağa və dua etməyə səsləyib.
Qondarma “soyqırım” iddiasının təbliği ilə bağlı hazırlanan təbliğat xarakterli plakatda ermənilərin Bakı ilə yanaşı, guya Sumqayıt, Gəncə şəhərlərində də təzyiqlərə məruz qalmasını əks etdirən nüanslar öz əksini tapıb.
Məlumat üçün qeyd edək ki, ermənilər son bir neçə aydır ki, ermənilərin guya 1990-cı ilin yanvarında Bakıda soyqırıma məruz qalmaları ilə bağlı böhtan xarakterli kampaniya həyata keçirir. Kampaniya çərçivəsində kitablar çap edilib, aksiya və tədbirlər təşkil olunub.
Seymur ƏLİYEV