Xəbər lenti
23/02/2019 [08:04]:
"Belə alimlər kitab yüklü eşşəyə bənzər..."
23/02/2019 [00:25]:
“Əgər dilim sağsa, özüm də sağam...” - FOTOLAR
22/02/2019 [23:46]:
Poroşenko "Rossiya 1"-də Putini ukraynalıların qatili adlandırdı - VİDEO
22/02/2019 [22:42]:
47 il cəza aldığını öyrənən məhkum vəkilinin burnunu sındırdı - VİDEO
22/02/2019 [22:39]:
Azərbaycan abidələri Misirdə təbliğ olunacaq
22/02/2019 [22:33]:
"Dayanın. Rusiyanın həmsədrliyinin buna nə dəxli var?!" - Zaxarova azərbaycanlı jurnalistə belə dedi
22/02/2019 [22:32]:
Fabrikdə dəhşətli partlayış: - İşçi havaya uçdu...
22/02/2019 [22:30]:
Ramil Usubovdan yeni təyinat...
22/02/2019 [22:29]:
Prezident “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiqlədi
22/02/2019 [22:28]:
Dənizkənarı Milli Parkı haqqında Əsasnamə təsdiq edilib
22/02/2019 [22:25]:
“Ruhani qorxuya düşüb...” - SORĞU
22/02/2019 [22:15]:
Məşhur aktrisa 13-cü mərtəbədən düşərək həyatını itirdi - DƏHŞƏT...
22/02/2019 [21:50]:
Havada olan təyyarənin pilotu uçuş zamanı yatdı - VİDEO
22/02/2019 [21:34]:
“Ədalət harayımız – Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib
22/02/2019 [21:17]:
“KOB Dostu” artıq Abşeronda
22/02/2019 [21:10]:
"Dəniz" kafesində başlayan dəhşətli qətlin səbəbləri - Qərardan narazı qalan tərəflər - VİDEO
22/02/2019 [21:03]:
“Xocalıya sonuncu vertolyot Eldar Həsənov və Abbas Abbasovun təşəbbüsü ilə uçub...”
22/02/2019 [20:59]:
Xocalı faciəsindən 27 il ötür
22/02/2019 [20:59]:
“Aqrar ixtisaslaşmış jurnalistlər” layihəsinə start verildi - FOTO
22/02/2019 [20:42]:
Azərbaycanda meşələrin çəpərlənməsinə başlanıldı
22/02/2019 [20:35]:
Daha bir rayona polis rəisi təyin olundu
22/02/2019 [20:06]:
Bərdə sakinində külli miqdarda narkotik və silah-sursat aşkarlandı
22/02/2019 [20:00]:
Azərbaycan çempionatında bir oyunda 42 qol vuruldu
22/02/2019 [19:57]:
"Prezident həyatını başa düşmək üçün onu yaşamaq lazımdır, amma o bunu heç kimə arzulamır"
22/02/2019 [19:52]:
Cani ata 1 aylıq körpəsini öldürdü - DƏHŞƏT...
22/02/2019 [19:44]:
"Çelsi" FIFA-nın qərarına etiraz edəcəyini açıqladı
22/02/2019 [19:28]:
İl ərzində bu itlərə iki min xərc çəkilir - FOTO
22/02/2019 [19:20]:
Qubada məktəb binasında baş verən yanğın söndürüldü - YENİLƏNİB
22/02/2019 [19:11]:
Ermənistanda fövqəladə vəziyyət - “Metsamor” un işçiləri istefa verir
22/02/2019 [19:01]:
Zakir Fərəcov vətəndaşlarla görüşdü - FOTOLAR
22/02/2019 [18:55]:
Kiçik addımlar, böyük nəticələr: “Greenify” uşaqlara kağızın ikinci həyatını nümayiş etdirir
22/02/2019 [18:52]:
Moldova prezidentinin korteji qəzaya düşdü
22/02/2019 [18:48]:
Zebra xətlərinin nə işə yaradığı ortaya çıxdı - 150 İLLİK SUAL...
22/02/2019 [18:47]:
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22/02/2019 [18:44]:
Görkəmli diplomat və partiya rəsmilərindən Ümumavropa Qarabağ mitinqinə ÇAĞIRIŞ
22/02/2019 [18:34]:
İcra başçısı Xırdalanda gənclərlə görüşüb -FOTOLAR
22/02/2019 [18:32]:
ADPU-da Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumunun bəyannəməsi qəbul edilib
22/02/2019 [18:29]:
“Bir gün məktəbə gələndə bildik ki, sinif yoldaşımız Elçin qardaşı ilə birlikdə şəhid olub...”
22/02/2019 [18:14]:
Rus dilində olan yazı Qazaxıstan tenqesindən silinəcək
22/02/2019 [18:08]:
Dollar həftəyə belə başlayacaq
22/02/2019 [18:00]:
İstirahət günlərinin HAVA PROQNOZU
22/02/2019 [17:52]:
“Seks kölələri”: onlar döyülür, söyülür və zorakılığa məruz qalır
22/02/2019 [17:49]:
Azərbaycanın turizm imkanları Moskvada təqdim olundu -FOTOLAR
22/02/2019 [17:47]:
Bakıda avtobus yandı - FOTO/VİDEO
22/02/2019 [17:47]:
“Naxçıvan kriminogen baxımdan ən sabit regiondur” -Siyavuş Novruzov
22/02/2019 [17:39]:
İlham Əliyev Bruneyin dövlət başçısını təbrik etdi
22/02/2019 [17:39]:
Rusiyalı ekspert: "Ermənistan həqiqətləri anlamalı, işğal etdiyi torpaqları Azərbaycana qaytarmalıdır"
22/02/2019 [17:29]:
Akif Nağı Moskvadakı diaspor təşkilatlarına təşəkkür etdi
22/02/2019 [17:23]:
Düşmənin müdafiə nazirindən rüsvayçı açıqlama: “Yaxşı ki, ruslar var, yoxsa...”
22/02/2019 [17:23]:
Diaspor təşkilatlarından daha bir təşəbbüs: Mitinq canlı yayımlansın
22/02/2019 [17:04]:
Kamal Abdulla: "“Xocalı böyük “SOS” işarəsidir” "
22/02/2019 [17:01]:
Azercell 13 minə yaxın insana tibbi yardım edib
22/02/2019 [16:58]:
Prezidentliyə namizəddən qondarma “soyqırımı” ilə bağlı narahatedici açıqlama
22/02/2019 [16:50]:
Bu biznesmenlər Rusiyadan 37 milyard çıxarıblar - Biri həbsdədir, digəri isə...
22/02/2019 [16:46]:
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22/02/2019 [16:30]:
“O, insanlıq tariximizin ən böyük isimlərindəndir”
22/02/2019 [16:28]:
"Azərsu”dan Şəmkir, Samux və Göyçay sakinlərinə şad xəbər
22/02/2019 [16:27]:
Beynəlxalq yarışmanın Azərbaycandan olan təmsilçiləri: UNEC komandası
22/02/2019 [16:22]:
Almazbek Atambayev: "Prezident olanda kifayət qədər səhv buraxmışam"
22/02/2019 [16:19]:
Qulu Novruzov: "Ləğv olunan ixtisaslar arasında gömrük işi də olub”
22/02/2019 [16:14]:
Kiloqramı 30 manat olan quzu ətini hansı restoranlar sifariş edib? –Gömrük Komitəsi aydınlıq gətirdi
22/02/2019 [16:11]:
Ermənilər məşhur azərbaycanlı jurnalisti öldürmək istəyir: “Bəlkə də bu, sonuncu müraciətimdir” – VİDEO
22/02/2019 [16:10]:
Abel Məhərrəmovun səhhəti necədi? –AÇIQLAMA
22/02/2019 [16:08]:
İnam Kərimov: “Bu, Fransanın özünün qanunlarına ziddir”
22/02/2019 [16:05]:
ADU-nun tələbələri Xocalı faciəsinə həsr olunan videoçarx hazırladı - VİDEO
22/02/2019 [16:02]:
Azay Quliyev ATƏT PA-da münaqişənin həli üçün minimal tələbləri açıqladı
22/02/2019 [15:41]:
Dövlət Komitəsi dünya azərbaycanlılarını Qarabağ mitinqinə SƏSLƏDİ
22/02/2019 [15:40]:
Avropanın mərkəzində yüzlərlə soydaşımız Dilqəm və Şahbaza azadlıq tələb edəcək
22/02/2019 [15:33]:
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır -FOTOLAR
22/02/2019 [15:32]:
Bir gün əvvəl nişanı olmuşdu, qəzada öldü
22/02/2019 [15:28]:
Davos görüşünün pərdəarxası DETALLARI: “Paşinyan Qarabağla bağlı bəzi tezislərlə razılaşıb”
22/02/2019 [15:25]:
"Prezidentin imzaladığı Sərəncam Əfqanıstan müharibəsi veteranlarına qayğının göstəricisidir"
22/02/2019 [15:23]:
Ölkə ərazisinin 14 faizi meşədir
22/02/2019 [15:18]:
“Onlara elə bir model təqdim etməliyik ki, milli maraqlarımızı ilboyu müdafiə etsinlər”
22/02/2019 [15:15]:
ADNSU-nun rektoru Rusiyada Fərman Salmanov adına I Beynəlxalq akademik neft konqresində iştirak edir
22/02/2019 [15:05]:
Damlanın meneceri: “Mübarizənizi kişi kimi aparın, videodakı qız...”
22/02/2019 [14:59]:
Həcc ziyarətinə sənəd qəbulu başlandı - KVOTA VƏ QİYMƏT
22/02/2019 [14:55]:
Planlaşdırın: 11 uşaq dünyaya gətirən ailəyə kim baxmalıdır?
22/02/2019 [14:51]:
Sabirabadda sərnişin mikroavtobusu qəzaya düşüb: ölən və yaralananlar var - FOTO
22/02/2019 [14:49]:
İsgəndər Həmidovdan ağır ittihamlar: “Təlimatları harada, necə aldıqlarına qədər bilirəm”
Bütün arxiv bir sırada
12/02/2019 [21:55] - Araşdırma - ( 2160 dəfə baxılıb)

"Bakıda intihar halları neft sənayesinin inkişafından sonra artıb…”

“Yüksək təhsilli və dünyagörüşlü insanlar sırasında intihar riski orta təhsillilərlə müqayisədə dəfələrlə azdır...”


Elmi dildə “suisid” adlanan intihara Azərbaycan alim, sosioloq və hüquqşünaslarının baxışını araşdırarkən diqqətimizi  Beynəlxalq Hüquqşünaslar İttifaqının Vitse-prezidenti, Azərbaycan Respublikasının əmək­dar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun elmi redaktorluğu ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, hüquq elmləri doktoru, professor Bəhram Zahidovun  2012-ci ildə işıq üzü görmüş “İntihar” əsəri cəlb etdi. Kitabda  sözügedən  problem intihar fenomeninin tarixi və müasir vəziyyəti, intihar hallarının kriminoloji və sosioloji təhlili, intihar və ona oxşar əməllərin profilaktikası və s. aspektlərdən geniş təhlil olunur.  

 

"Əgər bu əsər bircə nəfər şəxsi öz yolundan - intihar etmək yolundan geri qaytara biləcəkdirsə, onda mən özümü xoşbəxt hesab edəcəyəm”. Müəllif- professor Bəhram Zahidov kitabın ilk fəslinə epiqraf olaraq belə yazır...

 

 Moderator.az müəllifin bu xoş niyyəti ilə həmrəy olmaqla mövzunun bəşəriyyət və xalqımız üçün kifayət qədər aktuallığını nəzərə alaraq “İntihar” əsərinin ən diqqətəlayiq və maraqlı məqamlarını oxucuların nəzərinə çatdırır:

 

 

 (Əvvəli bu linkdə: http://www.moderator.az/news/258253.html)

 

 

“ABŞ-da intihar edənlər sırasında sağlam şəxslərə nisbətən “mavi”lər 7 dəfə çoxdur...”

 

 

“....Ümumdünya Səhiyyə Təşkilatının təhlilləri nəticəsində intiharların əsasən 80 üsulla icra edildiyi müəyyən olun­muş­dur. Məsələn, Hindistanın Pencab ştatında bütün inti­har edən­lə­rin yarısından çoxunun özünü hərəkətdə olan qatarın altına atması yolu ilə, Şri-Lankada 91 faizin zəhərlənmək yolu ilə intihar etdiyi aydın olmuşdur. Dünyada ən geniş yayılmış intihar üsulu özü­nüas­ma hesab edilir. ABŞ-da suisidentlərin 60 faizi, Kanada­da 30 faizi odlu silahdan istifadə etməklə, silah əldə etmə­yin demək olar ki, mümkünsüz olduğu Avstri­ya­da cəmi 4 faizi odlu silahdan istifadə edərək intihar arzu­larını reallaşdırmışlar. Dünyada narkotik maddələrdən və dər­man vasitələrinin dozasını artırmaq yolu ilə intihar edənlər 18 faiz  təşkil etdiyi halda, Çində intihar edənlərin çoxu bu üsul­dan istifadə edirlər. Müxtəlif nəq­liy­yat vasitələrindən istifadə et­məklə intihar edənlərin sayının son illər yeni üsul kimi sü­rətlə artması müşahidə edilir. İngil­tərədə zəhərli qazdan is­ti­fadə etməklə intihar edənlərin sayı əv­vəllər əksəriy­yət təşkil et­diyi halda, son illər bu yolla intihar edənlərin sayı 3 dəfə azalmışdır.

 

 

Dünyada intiharların 32 faizinin günün birinci yarısında, 44 faizinin günortadan sonra, 24 faizinin isə axşam vaxtlarında hə­ya­ta keçirildiyi müəyyən edilmişdir. Milli mənsu­biy­­yətinə görə uqrofin etnik qrupuna daxil olan Macarıstan, Finlandiya və Ud­mur­tiya əhalisinin hər yüz min nəfərə düşən intiharların sayına görə dünyada ilk yerləri tu­turlar. Eləcə də dünya üzrə apa­rılan təhlillər peşə xüsusiyyətlərinə görə 10 ballıq sistem tətbiq edildikdə, intihar riski musiqiçilər arasında 8,5 bal, tibb işçiləri sırasında 8,2 bal, diş həkimləri sırasında 8,2 bal, maliyyəçilər arasında 7,2 bal, psixiatrlar arasında 7,2 bal, kitabxanaçılar arasında 3,2 bal, satıcılar arasında 2,1 bal təşkil edir. Ailəli şəxslər arasında hər iki cinsdən olan suisidentlərin intiharı ən aşağı göstərici təşkil etdiyi halda, boşananlar və ya həyat yol­daşını itirənlər sırasında özünü öldürənlərin sayı 3 dəfə artıq ol­muş­dur. Eləcə də zabitlər, gənc əsgərlər, cəzaçəkmə müəs­sisə­lərində azadlıqdan məhrum edilmə növündə cəzaçə­kən və təqaüdə yenicə çıxmış şəxslər arasında intiharlar çox­luq təşkil etdiyi halda, ömürlük azadlıqdan məhrum edilmiş şəxslər sıra­sında intihar edənlər, demək olar ki, yox dərəcə­sin­dədir. İntihar edən kişilər və qadınlar arasında intihar zamanı sərxoş olan şəxs­­lərin sayı, cəmi 8 faiz təşkil etdiyi halda, xroniki alko­qoldan və narkomanlıqdan əziyyət çəkən şəxslərin sayı 60 faiz təşkil edir. Suisidentlərin sırasında narkomanların, psixi xəstələ­rin, xroniki alkoqoliklərin, əlillərin, habelə homosek­sualistlərin sayı çoxluq təşkil edir. Məsələn, ABŞ-da intihar edənlər sıra­sında sağlam şəxslərə nisbətən mavilər yeddi dəfə çoxluq təşkil edirlər. İnti­harlar zamanı yalnız 44 faiz suisi­den­tin valideynlərinə, rəislərinə və digər yaxın bildikləri şəxslərə ünvanlanmış mək­tub­ları aşkar edilmişdir. Yüksək təhsil almış və dünyagörüşü geniş olan in­sanlar sırasında intihar riski orta təhsilli şəxslərlə müqa­yi­sədə də­fələrlə azdır. Suisidentlərin 60 faizi öz ətrafı ilə məhdud əla­qədə olan, 16 faizi qapalı və ünsiyyətdən çəkinən şəxslər olduğu halda, öz ətrafı ilə sıx münasibətdə və ünsiyyətdə olan şəxslərin cəmi 24 faizi intihar yolunu tutmuşlar. Cəmiyyətdə baş verən iqtisadi və siyasi böhranlar, kataklizmlər, təbiət hadisələri, qor­xulu yoluxucu xəstəliklər intiharların artmasına mühüm təsir gös­tərən amillər hesab oluna bilər.

 

 

İrsiyyət amilinin təsirinin təd­qiqinə dair araşdırmalar göstərir ki, intihar edənlərin 6 faizinin vali­­deynlərindən biri vaxtı ilə intihar yolu ilə həyatdan köçmüş şəxslər olmuşlar. Eləcə də suisidentlərin 80 faizi intihardan əv­vəl­ki iki il müddə­tində ailəsində, işlədiyi kollek­ti­vdə və ət­rafında olan şəxslərə öz in­ti­har niyyətləri barədə müəyyən işa­rələr vermiş və ya bəzən intihar niyyətləri haqqında açıq eti­raf­lar etmişlər.

 

 

Dünya üzrə  intiharların XIX əsrin əvvəl­lərindən etibarən artaraq bu günə qədər yüksələn xətt üzrə inki­şaf etdiyi müşahidə edilir. Azərbaycanda XIX və XX əsrlərdə intihar halları xarak­terik səciyyə daşımamışdır. Bununla belə, Bakı şəhərində neft sənaye­sinin inkişafı və təhlükəli neftçıxarma proseslərində XIX əsrin sonu və XX əsrin əvvəllərində fəhlələr arasında intihar hal­larının artması müşahidə edilməyə başlanmışdır.  SSRİ-nin tərkibində fəaliyyət göstərdiyi və istərsə də döv­lət müstəqilliyi bərpa edildikdən sonra bütün MDB ölkələrində olduğu kimi, Azər­baycanda da intihar halları tədricən artmışdır. Bu meyil keçən əsrin 90-cı illərindən sonra diqqəti daha çox cəlb etməyə başlamışdır. Eləcə də, XXI əsrin ilk on illiyində öl­kə­də intihar hallarının sayı sürətlə artmış, coğrafi mənada genişlənmiş, «cavanlaşmış» 2011 və 2012-ci illərdə ən yük­sək həddə çatmışdır. Bu barədə ətraflı təhlil işin sonrakı hissə­lərində müstəqil olaraq araş­dırıl­dığından burada ona geniş yer ayrılması məqsədəmüvafiq he­sab edilməmişdir. Ümumiy­yətlə, dünya­nın bir çox ölkələrində olduğu kimi, Azərbaycan­da da intiharların müasir vəziyyəti ciddi narahatçılıq doğurmaq­dadır.

 

 

Beləliklə, bəşəriyyət tarixində intihar və onun prob­lem­ləri ilə bağlı aparılan araşdırmalar bu təzahürün müasir günlə­ri­mizdə yüksək həddə çatdığını təs­diq edir. Bu da qlobal bir prob­lemin müxtəlif istiqamətlərdə, ümumdünya və milli səviy­yə­də araş­dırıl­masını və kompleks profilaktiki tədbirlərin görülməsini aktuallaşdırmışdır...


(Davamı var)

 

 Qeyd: İstifadə edilmiş 337 mənbə kitabın sonunda göstərilir.

 

 Təqdim etdi: Sultan Laçın

 

Fabrikdə dəhşətli partlayış: - İşçi havaya uçdu...
Məşhur aktrisa 13-cü mərtəbədən düşərək həyatını itirdi - DƏHŞƏT...
Havada olan təyyarənin pilotu uçuş zamanı yatdı - VİDEO
Cani ata 1 aylıq körpəsini öldürdü - DƏHŞƏT...
Zebra xətlərinin nə işə yaradığı ortaya çıxdı - 150 İLLİK SUAL...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
47 il cəza aldığını öyrənən məhkum vəkilinin burnunu sındırdı - VİDEO
Cəmiyyət
İl ərzində bu itlərə iki min xərc çəkilir - FOTO
Cəmiyyət
“Bir gün məktəbə gələndə bildik ki, sinif yoldaşımız Elçin qardaşı ilə birlikdə şəhid olub...”
Müsahibə
“O, insanlıq tariximizin ən böyük isimlərindəndir”
Gündəm
“Onlara elə bir model təqdim etməliyik ki, milli maraqlarımızı ilboyu müdafiə etsinlər”
Həftənin ən çox oxunanları
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
“Vertolyotla Yevlağa kimi pul səpəcəm....- Başınız qarışacaq pul yığmağa..."
İlham Rəhimov "Neolit"-dəki insidentdən danışdı: “Xəbər tutan kimi dərhal Moskvaya...”
Vergilər Nazirliyini "ağ gün"ə çıxardı, indi də əmanətləri sığortalayacaqmış...
"Çeçenlər qardaşlarımızdır və Çeçenistanda da xalqım haqda eyni fikirləri səsləndirirlər”
SON DƏQİQƏ: İsraildən bütün müsəlmanları ŞOKA SALACAQ QƏRAR
Putinə misligörünməmiş təklif: "Torpaqlarımızı birləşdirək"
130 yaşı olan nəhəng nərə balığı tutuldu: İçərisindən 9 kiloqram qara kürü çıxdı...
"Dörd şəhid verən bir ana kimi Sizdən istəyim odur ki..." - Prezidentə MÜRACİƏT...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə