Dilqəmlə Şahbazın azadlığı üçün separatçı rejimi tanımaq şərti qoyuldu…
Rəsmi orqanlar tərəfindən dövlətə xəyanətdə suçlanan Elnur Hüseynzadənin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən müəmmalı şəkildə azadlığa buraxılaraq Ermənistana göndərilməsi xəbərindən sonra Şuşa türməsində saxlanılan digər girovlarımız - Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad edilməsi məsələsi nisbətən fəal şəkildə gündəmə gətirilib. Lakin həm Ermənistan, həm də separatçı rejimin onların azadlığa buraxılmasından bir daha qəti imtina etdiyi məlum olub. Ermənistan deyir: “Dağlıq Qarabağ müstəqil qurumdur, biz onun işinə qarışmırıq...” Separatçı rejim isə...
Moderator.az-ın
Rusiya mediasına istinadla verdiyi xəbərdə qondarma rejimin bu məsələyə son reaksiyasından
bəhs edilir. Xəbərdə xatırladılır ki,
fevralın 5-də Azərbaycan Xarici İşlər nazirinin mətbuat katibi Leyla
Abdullayeva "İnterfaks-Azərbaycan" agentliyinə açıqlamasında “Biz istərdik
ki, Ermənistan D. Əsgərov və S. Quliyevi azad etsin" ifadəsini dilə gətirib...
Dağlıq
Qarabağın “xarici işlər nazirliyi” adlanan qanunsuz və saxta qurumun “informasiya
və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri” sayılan Artak Nersisyan adlı məxluq isə Azərbaycan
Xarici İşlər Nazirliyinin bəyanatına belə bir həyasız münasibət bildirib:
"Azərbaycan
Ermənistandan daha iki Azərbaycan vətəndaşı - Şahbaz Quliyev və Dilqəm Əsgərovu
azad etməyi gözləyir. Azərbaycanın Ermənistana şikayəti əsassızdır. “Artsax”da “mühakimə olunmuş” Azərbaycan
"cinayətkar"larının məsələsi ilə bağlı rəsmi Bakı mütləq birbaşa "rəsmi
Stepanakert"ə müraciət etməlidir...”
Belə
bir “hüquqi” məsələ ilə əlaqədar Azərbaycanın hər hansı dövlət orqanının Xankəndindəki
qondarma rejimlə irtibata keçməsi isə həmin qurumu tanımaq anlamına gəlir...
Rusiya
müxbirinin Xankəndində müraciət etdiyi “ictimai-siyasi” şəxslər, eləcə müxalif
hesab olunan “siyasətçi”lər də separatçı
rejim “rəsmi”sinin mövqeyini birmənalı şəkildə dəstəkləyiblər.
Qarabağda müharibə başlayandan Azərbaycanın bəzi siyasiləri
ilə mütəmadi ünsiyyətdə olan “Helsinki təşəbbüsü-92” komitəsinin rəhbəri Karen
Ohancanyan isə bildirib ki, komitə üzvləri
müntəzəm olaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkirlər. Komitə rəhbərinin
sözlərinə görə, onların saxlanma şəraiti beynəlxalq standartlara uyğundur...
Sultan
Laçın
Məhdud Məsuliyyətli Cəmiyyət
Zülfüqar Hüseynzadə
moderator.az saytına
istinad zəruridir