Bahar ömrü - FOTOLAR
Oxunub: 1132
07 Feb 2019 | 14:03
Bahar ömrü - FOTOLAR

Bahar Əvəz qızı Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Azərbaycan Universitetinin Hüquq fakültəsini bitirib. "Şöhrət” ordeni ilə təltif edilmişdir. Milli Məclisin Fəxri medalına layiq görülüb. "Xan qızı Natəvan”, "Vətən” və digər mükafatların laureatıdır. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür. Azərbaycanda və xaricdə çap olunmuş elmi məqalələrin müəllifidir. İngilis və rus dillərini bilir.

1981-ci ildən Bakıda tikiş fabrikində tikişçi-nəzarətçi, 1989-cu ildən Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-ci ildən "Qayğı” Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib. 1993-cü ildən Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1995-2009-cu illərdə YAP-ın Qadınlar Şurası sədrinin müavini, 1999-2005-ci illərdə YAP-ın icra katibinin müavini olub. 2013-cü ildən YAP-ın Beynəlxalq əlaqələr komissiyasının sədridir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.

İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir.


ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Evlidir, 1 övladı var.

Həmişə aşa bilmədiyin, keçilməsi çətin olan maneələrin səbəbini özündə axtarmağın tərəfdarıyam. Bu zaman yeni güc mənbəyi tapa, bəzi məsələlərə daha ciddi, daha faydalı yanaşmalara qadir ola biləcəyimə inanıram. Əgər bunu yalnız ətrafda, səni əhatə edən mühitdə, insanlarda axtaracaqsansa bu zaman təklənəcəyinə heç bir şübhə yeri qoymazsan. Bu halda isə məğlubiyyət qaçılmaz olacaqdır...

Hansısa bir şəhərdə, istirahət mərkəzində dincəlməkdən çox, adicə taxıl zəmisini izləmək mənə daha çox zövq verir. Yaşıllıq görəndə dünyanın ən xoşbəxti oluram. Mənim üçün çiçək bitirmək, ağaca qulluq etmək məşğuliyyətlərin ən gözəlidir. Fizuli rayonunda doğulmuşam və uşaqlıqdan Kiçik Qafqaz dağlarına, onun ətəyindəki yaşıllıqlara, meşəliklərə baxa-baxa böyümüşəm...

Artıq oraları 25 ildir ki, görmürəm. Yaşadığım yer, getdiyim yol, oxuduğum məktəb xatirələrdə və bir də bəzi fotolarda qalıb.

"Hələ uşaqlıqdan belə bir düşüncəm var idi ki, uğur qazanmaq üçün yalnız Bakıya getməliyəm. Hətta 10-cu sinfi bitirməyə belə səbrim çatmadı. O yaşım üçün çox böyüdüyümə, özümü müstəqil şəkildə idarə edə biləcəyimə inamım çox böyük idi.

O zaman çətinliklər də çox idi, sovet rejimində yaşayırdıq. 70-80-ci illərdə Bakıda tək yaşamaq, oxumaq heç də asan deyildi. Bir çox ehtiyaclarımı öz əməyimlə qarşılamalı olurdum. Beynimdə ancaq bir fikir vardı. Şikayət etmək, heç kəsdən kömək istəmək yoxdur. Bütün çətinlikləri özüm dəf etməli, ayaqlarım üstdə öz gücümə dayanmalıyam.

İndi də düşünürəm ki, doğru etmişəm. 15 yaşımdan sərbəst həyata atılmağım, Bakı mühitinə bələd olmağım uğur qazanmağıma kömək oldu...”.

Zəriflərin dünyası...


Bu elə bir dünyadır ki, burada sirli, sehrli və təzadlı, əks qütblərin harmoniyasının şahidi olursan. Bəzi anlarda çox sadəlövh, zəif, köməyə möhtac, bəzən isə əzmli, iradəli, güclüdürlər.

Qadınlar aya bənzəyir, bilmədiyimiz, bələd olmadığımız xüsusiyyətləri çoxdur...

Bugünkü qonağımız da öz təbirincə desək həm zərif, həm də xoş sözə ehtiyacı olan, amma əksər hallarda da ehtiyacı olanlara yardım etməyə özünü borclu bilən bir xanımdır...

Milli Məclis Sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, YAP İdarə heyətinin üzvü Bahar Muradova "Zəriflərin dünyası”ndan danışır...

 

Güclü görünmək, zərifliyin inkarı deyil

 

- Birmənalı şəkildə deyə bilərəm ki, qadınlar öz imkanları, bilik və bacarıqları sayəsində çox güclü ola, nəinki həmcinsləri ilə, hətta kişilərlə belə rəqabətə davam gətirə bilirlər.Həm də bu, təkcə Azərbaycan qadınına xas olan xüsusiyyətlər deyil. Zaman-zaman bütün millətlərdən, xalqlardan olan qadınlar bu fikri möhkəmləndirən nümunələr ortaya qoyublar.

Tarixdə çox güclü qadınlar olub ki, zamanın, hadisələrin məhvərini dəyişməyə qadir olublar, bir ölkəni idarə edib, dövlətlərini təmsil ediblər, siyasətdə, elm sahəsində çox ciddi nəticələrə imza atıblar. Cəmiyyətdə fanatizmə, xurafata qarşı cəsarətlə çıxıblar.

Əlbəttə ki, zərif qadınların gözəllik, şeiriyyət, sənət, ailə dəyərləri, milli-mənəvi dəyərləri ən incə bir şəkildə daşımaq, gənc nəsli tərbiyələndirmək kimi nümunələri saysız-hesabsızdır.

Təbii ki, gücsüz, zəif qadınlar da az deyil. Çətinliklər qarşısında daim qorxu hiss edir, dəstək görmədikdə ruh düşkünlüyünə yuvarlanırlar. Yaxud da ailə içərisində, cəmiyyətdə ona yönələn təzyiqlərin, təqiblərin qarşısında duruş gətirə bilmir, depressiyaya düşürlər. Müharibələrin, təbiət hadisələrinin doğurduğu kataklizmlər içərisində hansı tərəfi tutacaqlarını, haraya istiqamətlənəcəklərini müəyyənləşdirə bilmirlər. Bax bu cür qadınlara həmişə dəstək, kömək lazım olur.

Amma onu da deyim ki, heç zaman qadınları cəmiyyətdən, yaxud da dövlət həyatından ayırıb dəyərləndirməyin, üzərinə məsuliyyət qoymağın tərəfdarı olmamışam. Çünki keçmişimiz, bu günümüz və gələcəyimiz üçün daim bir yerdə olmağa borclu olan iki tərəf var: qadın və kişi.

Təbiət, Tanrı bunu təsadüfən belə yaratmayıb. Birində güclü olan, digərində zəifi doğurur. Birində zərif olan, digərində dəyərləndirməni tələb edir. Həyatımız isə bu cür davam və inkişaf edir. Hesab edirəm ki, qadın və kişi ailəni, cəmiyyəti, dövləti, bütün dünyanı idarə etmək, irəliyə aparmaq, tarixin, zamanın, proseslərin yaratdığı bütün problemlərin qarşısına qoşa çıxmaq və onun yükünü qoşa çəkmək üçündür.

Hər ikisinin üzərinə məsuliyyəti də, şərəfi də eyni dərəcədə bölüşmək kimi vəzifə qoyulub. Elə bilirəm ki, qadınlar da, kişilər də bunun öhdəsindən layiqincə gəlirlər. Əlbəttə ki bütün bunlar həmişə heç də düz xətt üzərində getmir. Güclü görünmək isə heç də zərifliyin inkarı demək deyil. Və yaxud əksinə...

 

Qadınlar bir-birinə çox bənzəyirlər...

 

- Məsuliyyətləri, vəzifələri, üzləşdiyi problemlər və digər səbəblər baxımından qadınlar hansı millətdən və dövlətdən olmasına baxmayaraq, bir-birinə çox bənzəyirlər.

Əksəriyyətimiz romantizmə meyilliyik. Bizlər daha çox hisslərə, duyduqlarımıza, görmək və inanmaq istədiklərimizə güvənmək, hamımız sevmək, sevilmək, gözəl görünmək istəyirik. Baxmayaraq ki, bu gün dünyanın fərqli ölkələrində yaşayan qadınların bir qismi gözəl görünməyə çalışmağı məqbul saymırlar. Deyim ki, bu sahədə bizim Şərq qadını ilə Qərb qadını arasında müəyyən fərqlər var. Şərq qadını hər zaman olduğu kimi, yenə də gözəl görünmək, ən azı baxımlı olmaq istəyir...

Bəzən də qadınlar ona maneə yaradan məhdudiyyətlərin, buxovların hansısa bir sehrli əlin gücü ilə aradan qaldırılmasını istəyirlər. Özləri isə bunun üçün əvvəldən sona qədər mübariz və ardıcıl ola bilmirlər. Görünür bu da təbiət və cəmiyyətin, milli mentalitet və dəyərlərin formalaşdırdığı stereotiplərdən irəli gəlir. Qadınların zərif və daha zəif olmaq istədikləri hallarda artıq başqa bir yol qalmır. Ən güclü qadınların belə pəncərə önündə ağladığı məqamlar vardır.

Çox az sayda qadınlar qarşısına ciddi məqsədlər qoyub öz iradəsi ilə yol seçib əvvəldən sona qədər getməyə iqtidarlı olur. Bəziləri yarı yolda qalır, çətinliklər qarşısında geri çəkilir. Mənə görə biz özümüz nə qədər əldə etmək istəyiriksə, o qədərinə də nail ola bilirik.

 


Hər bir güclü qadının dəstəyə ehtiyacı var...

 

- Özümdə sadalanan xüsusiyyətlərin cəmini hiss edirəm...

Ta uşaqlıqdan müstəqil olmağa, sərbəst addımlar atmağa çalışmışam və bugünkü dayandığım yer də məhz bunun sayəsində mümkün olub. Daha sonra ailəmin anlayışına, valideynlərimin, xüsusilə də atamın istək və arzularıma sərbəstlik verməsinə borcluyam. Qərarlarımı əlbəttə ki, özüm verir, arxada isə atamın fikrini və mövqeyini hiss edirdim. Son istinadgah, ən azından hansısa problem olduğu təqdirdə kömək edəcək bir adam kimi...

Daha sonra oxuduğum, çalışdığım, siyasətə qoşulduğum illərdə məni əhatə edən, özünə rəqib bilməyib onunla yanaşı addımlayacaq bir yol yoldaşı, dost kimi, siyasi həmfikir kimi qəbul edən insanlara minnətdaram...

Ən böyük xeyirxahım, həyat yolumu, siyasi taleyimi həll edən insan əlbəttə ki ulu öndər Heydər Əliyevdir. YAP siyasi məktəbim, Heydər Əliyev şəxsiyyəti, ən parlaq idealım, Azərbaycanı Heydər Əliyev yolu ilə möhtəşəm qələbələrə, daha aydın sabahlara daşıyan Prezidentimiz cənab İlham Əliyev isə xalqa və dövlətə xidmət üçün ən parlaq örnəyimdir...

 

Maddi, mənəvi çətinliklər, təhdidlər...

 

- Təbii ki, yolum hər zaman rahat və açıq olmayıb...

Bu yolda maddi, mənəvi çətinliklərim, yaxın adamlar, dostlar içərisində anlamayanlarım, yanlış dəyərləndirənlərim, bunun bir qız-qadın işi olmadığını təlqin etməyə çalışanlarım da olub. Mənsub olduğum siyasi düşərgəyə zidd mövqe tutmuş qütbün nümayəndələrinin təhdidləri ilə də rastlaşmışam. Bütün bunlara tab gətirmək üçün getdiyin yolun doğruluğuna dərin inamın olmalıdır. Əgər o inam olmasa, günlərin birində qərarını dəyişə bilərsən. Çünki bəzən insan öz fikirləri ilə tək qalanda, bir günlük deyil, bir ömürlük hadisələri nəzərdən keçirməli olur. Həmin anda şübhən, tərəddüdün olmamalıdır.

Həmişə aşa bilmədiyin, keçilməsi çətin olan maneələrin səbəbini özündə axtarmağın tərəfdarıyam. Bu zaman yeni güc mənbəyi tapa, bəzi məsələlərə daha ciddi, daha faydalı yanaşmalara qadir ola biləcəyimə inanıram. Əgər bunu yalnız ətrafda, səni əhatə edən mühitdə, insanlarda axtaracaqsansa, bu zaman təklənəcəyinə heç bir şübhə yeri qoymazsan. Bu halda isə məğlubiyyət qaçılmaz olacaqdır...

Əlbəttə ki, Azərbaycana qarşı düşmən mövqeyi tutan dairələrlə, daim qərəzli müxalifətçi olanlarla isə mübarizəm hər zaman açıq olub. Burada da heç bir şübhədən, tərəddüddən, geri çəkilmədən söhbət gedə bilməz...

 


Üzdə olan insanların səhvlərinə qarşı çox acımasız olurlar

 

- Kim olursan ol, ciddiyyətini qorumalı, eyni zamanda, səmimi olmalısan. Səmimi olan hər bir tərz qəbul edilir. Özünə yalançı mükəmməllik donu geyindirməkdən hər zaman uzaq olmuşam, düşündüyümü deməkdən çəkinməmişəm. Hətta sərt görünməyim belə təbiidir.

Vəzifənin də üzərimizdə ağırlığı, məsuliyyəti var, amma bunu daşımaq qabiliyyətində olmalıyıq. Nə vaxt ki o, səni yorur, mütləq problemlər yaranır. Bir də görürsən kiminsə çox uğurlu bir başlanğıcı, mükəmməl sayıla biləcək həyat hekayəsi var. Amma günlərin birində hər şey alt-üst olur. Səbəbi isə ya sayıqlığı itirmiş olması, ya hansısa bir yanlışa yol verməsi, yaxud bu yanlışı etməyə haqqı olduğunu düşünməsidir.

Üzdə olan tanınmışların səhvlərinə qarşı ətraf, insanlar çox acımasız olurlar. Bizə, siyasətçilərə qarşı isə tələblər çox ciddidir...

 

O, Azərbaycan xanımı üçün ideal obraza çevrilib…

 

- Biz güclü, zəif, zərif xarakterimizdən danışdıq. Mən özümdə bunların sintezini hiss edirəm. Həm yardıma, həm xoş sözə ehtiyacım var. Bir çox hallarda isə başqaları üçün bu ehtiyacı ödəməyə özümü borclu bilirəm. Başqa cür olmağa isə haqqımız yoxdur. Biz bu örnəkləri həm tarixdə, həm də günümüzdə görməkdəyik.

Məsələn, bugünkü gənc qızlar və qadınlar üçün, dünya birinci xanımları və UNESCO-nun xoşməramlı səfirləri üçün örnək olan Mehriban xanım, həm də gələcək gənc qızlar üçün ideal bir obrazdır. Təkcə ölkə daxilində yox, bütün dünya miqyasında məşğul olduğu sahələr üzrə yüksək standart müəyyənləşdirən belə bir xanımın mövcudluğu, özünü dövlət işinə, ictimai həyata həsr edən xanımlar üçün mükəmməl və canlı örnəkdir, nümunədir, təkrarlanması vacib olan təcrübə və uğur hekayəsidir.

Mənim dəyərləndirməmdə Mehriban xanımın uğuru ilk növbədə daxili və zahiri gözəlliyində, zərifliyində, xeyirxahlığında və humanistliyindədir. Həmçinin zərif olduğu qədər də güclü olduğunun fərqində olmasında və o gücə söykənərək hər bir işin öhdəsindən gələcəyinə olan böyük inamındadır.

İlk dəfədir ki, Azərbaycan qadını dövlət həyatında bu qədər yüksək səviyyədə təmsil olunur. Bizim borcumuz bu nümunənin insanların şüuruna oturuşmasına kömək etmək, xanımların bu cür yetişməsi üçün imkanları səfərbər etməkdir.

Buna görə də hesab edirəm ki, Azərbaycanın gələcəyi çox parlaqdır. Onun parlaq gələcəyinə töhfə verən qadınlar indi də çoxdur və gələcəkdə də daha çox olacaq...

 


Sanki gedəcək yerim azalıb...

 

- Mütaliə, musiqi, teatr... Kimliyindən və hansı vəzifənin sahibi olmasından asılı olmayaraq insan ehtiyaclarıdır. Zamanımın çox hissəsi daha çox işə sərf olunur, hətta işdə olmadığım halda da iş haqqında düşüncələr daha çox məşğul edir məni... Xoşlayıram ki, çox hörmət etdiyim, özümə yaxın hiss etdiyim insanların müxtəlif xarakterli tədbirlərində iştirak edim. Nə olur-olsun ona vaxt tapmağa çalışıram.

Həmçinin yaxın adamların, ailə üzvlərinin problemləri ilə məşğul oluram. Anam, atam artıq bu dünyada yoxdur... Zamanında həftə sonları mütləq şəkildə onları yoluxmağa gedərdim. İndi elə bil ki gedəcək yerim azalıb...

Əvvəllər mənə elə gəlirdi ki, maraqlı olan istənilən yerdə özümü yaxşı hiss edə bilərəm. İndi anlayıram ki, özümü ən rahat hiss etdiyim zamanlar anamla olduğum anlar imiş... Hər gün onun haqqında real düşüncələrim, telefon danışıqlarım vardı. Hər həftə sonu onun yanında olarkən sanki özümün kim olduğumu unudurdum. Bu qədər hay-küy, hadisələr, problemlər hamısı bir heç olur, özümü yenə də azyaşlı bir uşaq kimi hiss edirdim...

Hətta saç düzümünə, geyiminə, dırnağındakı boyanın rənginə görə rəy bildirəcək bir adamın qarşısında hesabat verəcək şəkildə özümü hiss edirdim. Bu nə qədər gözəl bir hiss imiş...

Bu bir həqiqətdir ki, bizə ən yaxın insanları itirəndən sonra dəyərini daha çox anlamağa başlayırıq. Demirəm ki, əvvəllər dəyər vermirdim, sadəcə vaxtında kiçik bir şey kimi görünən məqamlar, indi daha dərin hisslər yaşadır mənə...

Onu bilirəm ki, insana ən yaxın şəxslər bir ana, bir də övladdır...

Bu, bütün dərk etdiklərim içərisində üzərində sona qədər dayanacağım bir həqiqətdir. Bu iki məfhum adamda onların xatirinə, hər şeyi edə bilmək qabiliyyəti formalaşdırır, hər cür fədakarlığa hazır olmaq hissiyyatı verir.

Odur ki, sərbəst vaxtımı ailəyə həsr etməyə üstünlük verirəm. Çünki siyasətlə məşğul olan qadın üçün ailənin, xüsusilə həyat yoldaşının dəstəyi çox vacibdir. Hər hansı bir uğursuzluğunu, nailiyyətlərin kimi səmimiyyətlə bölüşən birinin daim sənin yanında olması insanı ayaqda saxlamaq, çətinlikləri dəf etmək yolunda yeni planlar qurmaq üçün daha böyük stimul verir...

 


Özümü qızıma tam həsr edə bilmirəm...

 

- Anamın bütün həyatını bizə həsr etdiyi kimi, mən özümü qızıma tam həsr edə bilmirəm. Bu birmənalı olaraq belədir...

Anam natamam orta təhsili, bütün milli-mənəvi dəyərlərimizi özündə daşıyan evdar qadın idi.

Həyat yoldaşının yanında çox zəif, zərif və incə bir xanım olmaqla yanaşı ətraf insanlar üçün çox güclü, övladlarının nəzərində isə fədakar olduğu qədər, sərt xarakterli bir insan idi. Bəlkə də elə məndə həmin sərtlikdən bir az var... Hansısa bir yanlışlığı, səhvi bağışlamayacaq dərəcədə sərt...

Amma onun bu sərtliyinin arxasında necə bir ürək ağrısı durduğunu da bilirdim.

Mən özlüyümdə onun bu xarakterinə çox borcluyam. Düşünürəm ki, həqiqətən də çərçivəni keçməyən sərtlik uşaq tərbiyəsində mütləq lazımdır. Şəxsən öz timsalımda götürürəm ki, övladın kaprizləri qarşısında mövqeyini dəyişmədən qalmaq doğrudan da böyük səy tələb edir.

Yaxşı yadımdadır ki, 90-cı illərin əvvəlləri idi, Yeni Azərbaycan Partiyasının yeni yaranan zamanları... Hər gün bu və ya digər tədbirdə, rayonlarda, televiziyada çıxışlarımız, müsahibələrimiz olurdu. Hər dəfə ailəvi şəkildə bu çıxışları yığışıb müzakirə edirdik. Bir dəfə belə müzakirələrin birinin sonunda o, özünəməxsus ciddiyyətlə məni göylərdən yerə endirdi. Sərt bir şəkildə: - bunlar nəyi tərifləyir bilmirəm, amma mən sənin danışığından heç nə başa düşə bilmədim. Çox sürətli və əsəbi danışırsan...

İndi mənim belə səmimi tənqidlərə çox ehtiyacım var...

 

Xörək bişirir, paltarları ütüləyirəm...

 

- Bütün qadınlar kimi mən də mətbəxi sevirəm. Azərbaycan və bir çox xalqların mətbəxindən olan yeməkləri ən yüksək səviyyədə hazırlaya bilirəm. Xüsusi günlərdə, bayramlarda, həftə sonlarında xörəkləri özüm hazırlayır, süfrəni açır, özüm də yığışdırıram. Belə olanda evdəkilərin də ürəyincə olur, çox məmnuniyyətlə o süfrədə otururlar, yeyirlər, təşəkkür edirlər.

Qızımın, yoldaşımın paltarlarını ütüləyir, qaydaya salır, dolablarını yığışdırır, evdəki işlərin bəzilərini özüm görürəm. Geyimlərimlə də birmənalı olaraq özüm məşğul oluram. Əvvələr alış-verişə xüsusi vaxt ayırmağa çalışırdım. İndi müxtəlif səbəblərdən bu nadir hallarda olur.

Onu da deyim ki, ixtisaslı modelyer-texnoloqam. Ona görə mənim üçün qüsurlarını görə-görə hazır geyim seçib almaq çətin olur. Çünki paltara materialının keyfiyyətindən tutmuş, tikiş qaydalarına qədər mütəxəssis gözü ilə baxıram. Odur ki, öz üzərimdə tikilən geyimlər məni daha çox qane edir, çünki orada öz ideyalarımı da həyata keçirə bilirəm.

Qiymətli əşyalar isə heç zaman mənim üçün əhəmiyyət kəsb etməyib. Hər zaman üzərimdə sadə şeyləri görə bilərsiniz. Mənə görə bunlar geyimləri tamamlayan bir aksessuar olmalıdır. Qiymətli zinət əşyalarını isə həyat yoldaşım, yaxud yaxınlarım hədiyyə kimi bağışlayarkən məmnuniyyətlə qəbul edirəm. Amma deməliyəm ki, o daha çox mənim dolabımda qalır. Çox nadir hallarda, ya özəl tədbirlər zamanı, ya da yalnız güzgü qarşısında onları taxa bilərəm. Sonra isə yenə yerinə qoyub adi gündəlik adət etdiyim aksessuarlardan istifadə edirəm...

 

Hafizələrdə, fotolarda donmuş qırıq-qırıq xatirələr...

 

- Hansısa bir şəhərdə, istirahət mərkəzində dincəlməkdən çox, adicə taxıl zəmisini izləmək mənə daha çox zövq verir. Yaşıllıq görəndə dünyanın ən xoşbəxti oluram. Mənim üçün çiçək bitirmək, ağaca qulluq etmək məşğuliyyətlərin ən gözəlidir. Füzuli rayonunda doğulmuşam və uşaqlıqdan Kiçik Qafqaz dağlarına, onun ətəyindəki yaşıllıqlara, meşəliklərə baxa-baxa böyümüşəm...

Artıq oraları 25 ildir ki, görmürəm. Yaşadığım yer, getdiyim yol, oxuduğum məktəb xatirələrdə və bir də bəzi fotolarda qalıb. Yalnız məktəbə getdiyim ilk və 8-ci sinifdə son, direktor otağında şəhadətnamənin mənə təqdim olunduğu günü xatırlayıram.

Çox qəribədir ki, Füzuli deyərkən gözümün qarşısına bu iki mənzərə daha aydın şəkildə gəlir. Bir də uşaqlıqla bağlı ən çox xatırladığım Novruz bayramlarında qaladığım tonqal... Bayramda ümumi bir tonqal hazırlayardıq, amma mən mütləq özüm üçün ayrıca tonqal qalamalı idim. Gələn həftənin çərşənbəsi üçün bütün həyətdən qurumuş yarpaq toplayardım. Yetərdi ki, bacılarım mənim yarpaqlarımdan götürüb öz tonqallarına aparmaq istəsin, bax onda qiyamət qopurdu...

 


Olduğum yerlər daha çox ətri ilə yaddaşıma hopur...

 

- Baxmayaraq ki, 25 il o qədər böyük zaman deyil, amma xatirələrim qarışıb. Orada daha nələr olub, hansı hadisələr baş verib, onlar hamısı qarışıq şəkildədir və gözlərimin qarşısında sanki molekullar rəqs edirmiş kimi rəqs edirlər. Əlbəttə, bu nisgil məni heç vaxt tərk etməyəcək. Çünki biz təkcə torpaqlarımızdan deyil, həm də uşaqlığımızdan və xatirələrimizdən uzaq düşmüşük.

Bir də gördüyüm və getdiyim yerlər daha çox ətri ilə yaddaşıma hopur. O ətirləri heç zaman səhv sala bilmərəm. Bəzən baharda burnuma yenicə ağarmış gilasın ətri gəlir. Xatirimdədir, biz uşaq vaxtı gəlib ağacın altında dayanardıq və diqqətlə baxardıq. Ağarmış, bir az böyümüş gilas gördükdə sevincimizin həddi-hüdudu olmazdı... Onun özünəməxsus ətri var idi və mənə elə gəlir ki, gilasın heç yerdə belə ətri ola bilməz, o yalnız Füzulidədir, atamın mənim adıma əkdiyi, mənim də hündürboylu və bol məhsullu olması ilə fəxr etdiyim ağacdadır...

Bu, Bahar xanım idi…

Kənardan sərt, bir az da kəskin görünür - bəlkə də bu, elə tutduğu yüksək vəzifənin mahiyyətindən irəli gəlir…

Amma onu yaxından tanıdıqca, bu görüntünün sadəcə, zahiri təzahür olduğunu anlayırsan…

Əslində isə o sadə Azərbaycan xanımıdır - dövlətin ən ali postlarından birinə yüksəlməyi bacaran, fəqət həyat yoldaşının paltarını ütüləyib, qızını əlləriylə yedizdirməyi özünün yüksək borcu sayan bizlərdən biri...

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Oxşar xəbərlər
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
GÜNLÜK
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 14:20
Sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ: “Diqqətli olun!”
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 14:20
Sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ: “Diqqətli olun!”
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR