Dövlət Dumasında spirt və tütünün adi mağazalardan yığışdırılması təklifi verildi.
Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, Dövlət Dumasının deputatı Andrey Svintsov (Jirinovskinin lideri olduğu RLDP-S.L.), alkoqol və tütün məhsulları, eləcə də onlarla əlaqədar vasitə və məhsulların (məsələn, alışqanlar) yalnız ixtisaslaşmış mağazalarda satışına dair qanun layihəsi hazırlayıb.
Sənəddə qeyd edildiyi kimi, bu dükanlara yalnız həddi-büluğa çatmış şəxslər daxil ola bilərlər. Gecə həmin mağazalar işləməyəcək. Çünki bu vaxtlarda spirt satışı qadağandır, yalnız tütün məmulatlarının satışı isə gəlirsizdir.
Qanun layihəsi müəllifinin fikrincə, bu cür tədbirlər ilk növbədə sağlamlıq üçün zərərli məhsulların spontan, necə gəldi, alınmasının sayını azaldacaq, ikincisi isə kiçik yaşlıları həmin məhsulların dadına baxmağa sövq edilməyəcək.
Ötən ilin sonunda İctimai Palatada istehlakçılara tələbatın azaldılması üçün alkoqolun endirimlə satışının qadağan olunması təklif edilmişdi.
Sultan Laçın