"M.C.Bağırovun xalqımızın taleyində rolu əvəzsizdir və bunu unutmaq nankorluqdur"
Oxunub: 2176
07 Jan 2019 | 23:12

ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin 40-cı və 50-ci illərdə İran Azərbaycanı və Sovet Azərbaycanı ilə bağlı gizli dosyelərindən məxfilik qrifini götürüb.

Bununla bağlı suallarımızı həmin dövrü araşdıran təhqiqatçı Adıgözəl Məmmədov cavablandırıb:

- Adıgözəl müəllim, yəqinki ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin 40-50-ci illərdə İran Azərbaycanı və Sovet Azərbaycanı ilə bağlı gizli dosyelərindən məxfilik qrifini götürərək ictimailəşdirməsindən məlumatınız var. O, hadisələri araşdıran bir şəxs kimi bu məxfi məlumatlardakı informasiyalar nə qədər reallığı əks etdirir? 

- Əlbəttə, mən də bu materiallarla tanış olmuşam və həm də təəccüb etmişəm ki, ABŞ kəşfiyyatçıları nə qədər baş verən hadisələrdən agah imişlər. İlk dəfə Mircəfər Bağırovun cənubi Azərbaycanla bağlı fəaliyyətləri barədə 2003-cü ildə nəşr edilmiş “Baş tutmamış çevriliş” kitabımda geniş bəhs etmişəm və burada onun demokratik firqənin təsis olunmasında və ümumilikdə isə Cənubi Azərbaycanda baş verən siyasi proseslərdəki iştirakından geniş bəhs etmişəm. Bütün hadisələrin əvvəldən axıra qədər Mircəfər Bağırova bağlılığını təsdiq etmək üçün o günə qədər tam məxfi sayılan sənədləri və yazışmaları kitabıma əlavə etmişdim. Ona görə də bu mövzunun aktuallığını nəzərə alaraq bir daha “Mircəfər Bağırov və Cənubi Azərbaycan” hərakatı adı altında geniş bir yazımı sizin sayt vasitəsilə hissə-hissə oxuculara təqdim edəcəyəm. Bu yazı ilə tanış olduqdan sonra oxucularımız bir daha əmin olacaqlar ki, nə qədər M.C.Bağırov Böyük Azərbaycan dövlətinin yaradılmasının aşiqi və vətəninə, dövlətinə bağlı adam olub. Məhz bu bağlılığa görə də böyük Azərbaycan layihəsinin müəllifi kimi də sonradan onu Azərbaycan milliyyətçisi kimi də ittiham edəcəkdilər. 

- Onda yəqin xəbəriniz var ki, Vaşinqtonda nəşr edilən gizli dosyelərdə M.C.Bağırovu bir millətçi kimi təqdim edirlər?  

- Doğru deyirsiniz, həmin dosyelərdə Beriya ilə Bağırovun adı birləşik çəkilərək, Cənubi Azərbaycan barədə niyyətlərini açaraq onları milli təəssübkeş kimi xaraktetizə edirlər. Həqiqətən də sonrakı mərhələlərdə M.C. Bağırovun milli təəssübkeşliyi ona qarşı ittihamın əsasını təşkil edəcəkdi. Bunu biz bariz şəkildə 1954-cü il fevral ayının 12-də Bakıda keçirilən Kommunist partiyasının qurultayının protokollarında daha aydın görürük. Məsələn Azərbaycan Kommunist partiyasının Mərkəzi komitəsinin ikinci katibi Vitali Səmədov Bağırova qarşı hücuma keçərək onu aşağıdakı şəkildə ittiham edərək deyirdi:

"Bağırov bizə tapşrırdı ki, Azərbaycana dair dərsliklərdə Mikoyanın adı çəkilməsin, partiya institutu Şamiyanın adı ilə çağırılmasın. O, Serqo Orconikedze barədə qərəz və kinayə ilə danışırdı”. O həmən Serqodur ki,  Dağlıq Qarabağın taleyi həll olunanda Qarabağın Ermənistana verilməsinə səs verib və buna qarşı çıxan Nəriman Nərimanovu bir müddətdən sonra real siyasi hakimiyyətdən uzaqlaşdırılmasına nail olub, Kremlin divarları arasında səsi eşidilməyən və  heç bir ciddi səlahiyyəti olmayan, Stalindən komada olan Leninə şikayət məktubları yazan və son nəticədə də onun ölümünə səbəb olub.

Yaxud da həmin qurultayda Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Nəzər Heydərov, M.C.Bağırovun əlinin çörəyini yemiş Məmməd İskəndərovla baş-başa verərək erməni mənşəli Astvatsaturov - "Orconikidzeneft "in keçmiş rəisinin, Mravyan - "Stalineft" trestinin keçmiş rəisinin, Ter-Minasov-"Buzovnaneft"in keçmiş baş mühəndisinin Azərbaycandan qovduğuna görə M.C.Bağırovu ittiham edirdilər. Sanki Mikoyana xoş gəlmək üçün bu insanlar bir-birləri ilə yarışa girmişdilər, çünki Mikoyanın görən gözü, eşidən qulağı A.Sarkisov - Dağlıq Qarabağ muxtar vilayətindən qurultayda nümayəndə kimi iştirak edirdi. Bu adam çıxışında bütün azərbaycanlı siyasi rəhbərliyə öz iradını tutaraq qurultayda hansı yöndə müzakirələrin aparılmasını istiqamətləndirirdi. A.Sarkisov deyirdi:

“1952-ci ildə Bağırovun təklifi ilə Azərbaycan KP MK bürosu marksizm-leninizminin institutlarda tədrisin ermənicə aparılmasını ləğv edib, Bakıda, Kirovabadda, Naxçıvanda, Stepanakertdə tədrisin acaq rus dilində aparılması qərara alınıb. Bunun nəticəsində biz Stepanakertdə universitetin erməni bölməsini bağlamalı olduq. Bağırov millətçi idi, həm də xüsusi tipə mənsub millətçi idi. O, digər millətlərin təkcə kadrlarını deyil, mədəniyyətini də bəyənmirdi. Bakıda erməni teatrının bağlanması dediklərimə parlaq sübutdur".
 
O, həmçinin M.C.Bağırovu daşnaq mərkəzi olan “Stepanakert müəllimlər institutunu” bağlamaqda ittiham edirdi. Təsadüfi deyildir ki, bu istiqamətləndirici çıxışdan sonra qurultayda çıxışlar Mikoyanın müdafiəsi üzərində qurulmağa başladı. Mərkəzi komitənin elm və mədəniyyət şöbəsinin müdiri H.Həsənovun çıxışını oxuduqca sağlam azərbaycanlı şüuruna sığışmayan fikirlərə görə xəcalət çəkməli olursan. Görün o öz çıxışında nə deyirdi:

“Bağırov Azərbaycan tarixi dərsliyindən Mikoyanın, Orconikidzenin, 26 Bakı komissarının adlarını çıxarmaq barədə göstəriş verməklə kifayətlənmirdi. Özü şəxsən öz əli ilə bu adların üstündən xətt çəkirdi. Yadımdadır, mənim iştirak etdiyim yığıncaqda Bağırov dərsliyi hazırlamış müəlliflərin üstünə çığırdı ki, nə üçün onun göstərişlərinə əməl etməyərək, həmin adlar dərslikdən çıxarılmayıb”.

Yəni yuxarıdakı misalları çəkməkdə məqsədim odur ki, erməni siyasi elitası Mikoyan başda olmaqla M.C.Bağırova həm Azərbaycanda, həm də İran Azərbaycandakı azərbaycanlaşdırma siyasətinə görə bağışlamayacaqdılar. Sizin sayt vasitəsilə oxuculara təqdim edəcəyim "M.C.Bağırov və Cənubi Azərbaycan" silsilə yazılarımda onun Tudə partiyasının rəhbəri Ərdəşir Ovanisyanın və o cümlədən də yerli daşnaqların cənubi Azərbaycan proseslərinə müdaxilə etmək istəklərinin necə qarşısını almağının şahidi olacağıq. Bu baxımdan 1954-cü ilin fevralın 12-dən 16-na kimi davam etmiş qurultayda yuxarıda qeyd etdiyim çıxışçıların əsas ana xətti Mikoyana təzim, M.C.Bağırovun azərbaycanlaşdırma siyasətinə görə ermənilərdən üzr istəmək üzərində qurulub.

- Adıgözəl müəllim, çox maraqlı məqamlara toxunursunuz. Məndə olan məlumatlara görə M.C.Bağırovun azərbaycanlıların Azərbaycandan köçürülməsinin qarşısını almaqda müstəsna xidmətləri olub. Bu nə qədər həqiqətə uyğundur? 

- Bilirsiniz, mən bu məsələlərlə dərindən məşğul olmuşam. Həm Bakıda, həm də Moskvada bu istiqamətdə ciddi tədqiqatlar aparmışam. Eyni zamanda da o dövrü araşdıran bir çox rus yazarları ilə də fikir mübadiləsi aparmışam. Müharibə illərində müharibə qanunları hökm sürür. Amma külliyən xalqların deportasiyası Stalin zamanında qəddarcasına həyata keçirilməyə başladı. Bu baxımdan erməni siyasi elitasının barmağı həmişə Kreml daxili intriqalarında da özünü büruzə verirdi. Deportasiya olunan xalqları bir neçə məsələlərdə günahlandırırdılar. Bunu biz SSRİ Dövlət Müdafiə Komitəsinin xalqların deportasiya ilə bağlı az bir qismi açıqlanıb çox hissəsi hələ də gizli saxlanılan protokollarından görmək olur. Fikir verirsinizsə ilk deportasiyaya məruz qalan xalq məhsəti türkləri oldu. Hansıki bu xalq almanlar tərəfindən işğal olunmuş sovet torpaqlarında yaşamırdılar. Amma onları türk olduğuna görə departasiya olundular. Əslində məhsəti türklərini ona görə ittiham edirdilər ki, guya Türkiyə faşist Almanıyası ilə birlikdə Sovet İttifaqına qarşı hücum edəcəkdi, məhsəti türkləri bu gələn qüvvələrə bələdçilik edib "separatis" fəaliyyət göstərəcəkdi...

Digər bir əsas kimi də almanların təşkil etdiyi legioner ordularda məhsəti türklərinin təmsil olunması idi. Əslində onlar faşist Almaniyasının  Krım türklərindən və azərbaycanlılardan təşkil edilmiş legionlarda təmsil olunurdular. Məhz bunu əsas gətirərək Məhsəti türkləri və Krım tatarları deportasiya olundu. Halbuki minlərlə krım tatarları, məhsəti türkləri Sovet ordusunda faşist almaniyasına qarşı vuraşaraq qəhrəmanlıq göstərirdilər. Bu xalqın bir çox evladları da şücaət və qəhrəmanlıqlarına görə Sovet İttifaqı qəhrəmanı adına layiqdə görülüblər. Burada iki məqama toxunmaq istəyirəm. Həmin legioner ordulardan almanlar ermənilər üçün də yaratmışdılar. Amma nədənsə xalqların deportasiyası məsələsində ermənilərə qarşı bu erməni legionları tətbiq edilmədi. İkinci məqam yuxarıda qeyd etdiyim kimi məhsəti türkləri Əli bəy Düdəhlinskinin rəhbərlik etdiyi Azərbaycan legionlarında daha çox təmsil olunurdular. Ona görə də sonrakı hədəf azərbaycanlılar idi. Dövlət Müdafiə Komitəsinin qərarına görə məhsəti türklərini türk olarağ “separatizmə” meyilli xalq və alman legionlarında təmsil olunduqlarına görə deportasiya etdilər. İkinci mərhələdə isə azərbaycanlılara da bu “yarlık” yapışdıraraq deportasıya etməli idilər.  Əslində SSR Dövlət Müdafiə Komitəsində azərbaycanlıların da deportasiyası məsələsidə müzakirəyə çıxarılıb. Amma bunun qarşısını alan iki şəxs oldu Bağırov və Beriya.

- Bunun qarşısı necə alındı?

Stalin də və o cümlədən də Kremldəki rus siyasi elitasında azərbaycanlılara qarşı şübhəli münasibətin dəyişməsi üçün kütləvi şəkildə azərbaycanlıların partiya və komsomol təşkilatları vasitəsilə Moskvaya teleqramların göndərilməsi təşkil edildi və hərbi çağırışçıların sayı artırıldı. Azərbaycan diviziyalarının cəbhə bölgəsində uğurları və azərbaycanlı müharıbə qəhrəmanları haqqında yazılar mərkəzi qəzetlərdə intensiv işığlandırılmağa başlanıldı. Eyni zamanda qəhrəmanca həlak olmuş azərbaycan oğullarımız haqqında tədbirlərin keçirilməsi geniş vüsət aldı. Bağırovun öz oğlu Mircahangir də müharibədə qəhrəmancasına həlak olub. Bunu Stalin və o dövrdəki kreml personajları gözəl bilirdi. İkinci səbəb isə İran məsələsi tam həllini tapmamışdı. Təbrizdə Sovet ordusunun bir hissəsi dururdu. M.C.Bağırov Stalini inandırmışdı ki, siz azərbaycanlılarsız mərkəzi Tehran hakimiyyətinə təsir edə bilməyəcəksiniz. Təsadüfi deyildir ki, M.C.Bağırovun başçılığı altında görkəmli elm xadimimiz, dövlət adamımız Əziz Əliyevlə başlanılmış və Moskva tərəfindən 1942-ci ildə dondurulmuş Cənubi Azərbaycan siyasətimiz Beriyanın dəstəyi ilə 1944-cü ildə yenidən işə salındı. Pişəvərinin başçılığ edəcəyi demokratik firqənin yaradılması da bu dövrə təsadüf edir. Tam qətiyyətlə deyə bilərəm ki, Cənubi Azərbaycan lahiyəsinin müəllifi başından axırına qədər M.C.Bağırov idi.  Məhz o günlər Stalinin göndərdiyi məktubda M.C.Bağırov qeyd edirdi:

"Azərbaycanlılar Ərdəşir Avanesyanın başçılıq etdiyi Tudə partiyasında birləşə bilməyəcəklər.  Burada şəxsin erməniliyi azərbaycanlıları bu partiyadan uzaq salıb. Hesab edirəm ki, Tehran hakimiyyətinə təsir etmək üçün azərbaycanlılardan ibarət yeni bir siyasi güç yaratmağ lazım gələcəkdir. İnanın təkcə bu çümlə ilə Bağırov həm də azərbaycanlıları gözləyə bilən deportasiyadan qoruyurdu və Azərbaycan faktorunu geosiyasi güc kimi Stalinin gözünün önündə vacibliyini vurğulayırdı. Ona görədə M.C.Bağırovun xalqımızın taleyində rolu əvəzsizdir və bunu unutmaq nankorluqdur! (Ölkə.Az)

Oxşar xəbərlər
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
27 Mar 2024 | 23:47
Britaniya rekord sayda miqrant axını ilə üzləşib
27 Mar 2024 | 23:40
İtkin düşmüş Gəncə sakini tapılıb
27 Mar 2024 | 23:28
“Bakubus” gömrük qaydalarını pozub? - 1500 manat cərimələnə bilər
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:22
“İdea Education Center” üçün 25 min manatlıq cərimə təhlükəsi
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
GÜNLÜK
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 14:20
Sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ: “Diqqətli olun!”
HƏFTƏLİK
21 Mar 2024 | 13:55
"Qırmızı həyəcan": 2024-cü il son 174 il ərzində ən ağır il olacaq
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
AYLIQ
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 14:20
Sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ: “Diqqətli olun!”