"Kəndçi “Super Marketə” gedər?" - Deputatdan qiymət artımına maraqlı şərh
Oxunub: 1622
04 Jan 2019 | 16:32
Hər il olduğu kimi, bu il də Yeni il bayramı ərəfəsində bəzi işbazlar insanların "cibinə girməyi" bacardı. Misal üçün, ölkədə adi günlərdə quzu ətinin kiloqramı 10 manat 50 qəpiyə satılırdısa, bayram günlərində sözügedən heyvan ətinin kiloqramı 13 və bəzi yerlərdə 14 manata qaldırıldı. Bununla belə, Azərbaycanda siqaretlərin qiyməti də süni şəkildə artırıldı. Ən azı bu qiymət hər bir siqaret markalarının qutusunda 30 qəpik bahalaşdı. Həmçinin bayram günlərində digər ərzaq və qeyri ərzaq malların da qiymətində artım qeydə alındı. Yeni ilin yanvar ayının 3-də isə məlum oldu ki, sözügedən məhsullarda qiymət artımı süni şəkildə, bilərəkdən artırılıb.

Moderator.az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı milli məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü,  İqtisad elmləri doktoru, professor Rüfət Quliyev unikal.org-a müsahibə verib.

- Rüfət müəllim, bu bayramda da insanlar qiymət artımı ilə üzləşdilər. Bu, niyə baş verir?

- Mən bir məsələni qeyd etmək istəyirəm. Azərbaycan iqtisadiyyatı bazar üzərində qurulub. Bazar iqtisadiyyatının da öz qanunları var. Bu qanunları vaxtı ilə Karl Marks "Kapital" əsəri vasitəsilə açıb. O, bazar iqtisadiyyatı ilə bağlı hər şeyi yazıb. Mən bir alim kimi, qeyd etmək istəyirəm ki, tələb-təklif qanunu var. Yəni, bazar qanunlarına görə, tələb çox olarsa, təklif çatdırılmırsa, qiymət qalxır. Tələb azalır, təklif çoxdursa, qiymət düşür. Yəni rəqabət qanunu da burada işləyir.

- Yəni, hesab edirsiniz ki, bayram qabağı tələb təklifi üstələdiyi üçün qiymət artıb?

- Dövlət hər zaman makro-iqtisadi məsələlərlə məşğul olur. İqtisadiyyatı da başlı-başına qoymaq olmaz. Ümumiyyətlə, dünyada iki iqtisadi nəzəriyyə var. Ya bazar iqtisadiyyatı sərbəst buraxılmalıdır. Bu, Adam Smitin vaxtından qalıb. 1776-cı ildə şotland iqtisadçı-alim Adam Smit ilk dəfə olaraq fərdlərin şəxsi maraqlarına xidmət etmələri ilə cəmiyyətədə faydalı olacaqları barədə fikirlər yürüdür. İkinci nəzəriyyə də ondan ibarətdir ki, dövlət kifayət qədər iqtisadiyyatın işinə qarışıb, bazarı tənzimləməlidir. Bu nəzəriyyədən amerkanlılar da istifadə edir.

- Bizdə hansı nəzəriyyədən daha çox istifadə edilir?

- Hazırda Azərbaycan dövləti bazara nəzarəti çatdıra bilmir. Bunu dövlətdə günah görmək olmaz? Mənə də deyirlər ki, qoy dövlət qiymət, bazar məsələsində ciddi müdaxilə eləsin. Mən isə bunun tərəfdarı deyiləm.

- Nəyə görə?

- Ona görə ki, bu gün bütün dövlət siyasətinin (vergi, sosial müdafiə) fəlsəfəsi ondan ibarətdir ki, vətəndaş, sahibkar, bazar iştirakçısı ilə məmur arasında minumal əlaqə qalsın. Mən əgər sabahları çıxış edib, təklif versəm ki, qiymətlərin tənzimlənməsi üçün dövlət xüsusi, intensiv, ekstremal addımlar atsın, o deməkdir ki, bəzi əli natəmiz məmurlar başlayacaq özlərinə xüsusi sistem qurmağa. 3-5 gün sonra bu sistemi qurub nəsə əldə edəcəklər. Yenə deyirəm, bugünkü dövlətin siyasətinin fəlsəfəsi sahibkar-məmur arasında olan "məsafəni" azaltmağa çalışmaqdır. Tutaq ki, bu gün vergilər elektronlaşıb. Sahibklarlar istənilən əməliyyatı elektron formada həyata keçirə bilirlər. Bu da dövlət tərəfindən sahibkarlar üçün ən yaxşı şərait sayılır.

- Dövlət bazar iqtisadiyyatına nə qədər az müdaxilə etsə, bir o qədər yaxşıdır. Amma müdaxilə etmədiyi halda da bəzi işbazlar bundan istifadə edib, insanların "cibinə girməyi" bacarırlar. Bunu hansı yollarla həll etmək olar?

- Mən üzümü son 19 ildir regionda yaşayan insanlara tutub, səslənirəm. Regionlarda insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən bütün addımlar atılıb və bundan sonra da bu işlər davam etdirilir. Bunun üçün uzun müddətli dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarını misal çəkmək olar. Əgər 90-cı illərdə regionlarda işıq, su, qaz problemi vardısa, hazırda bu problemlər minimuma endirilib. Burdan regionlarda yaşayan insanlara deyirəm ki, dövlət sizə hər cür şərait yaradıb. Siz  Bakıya niyə gəlirsiniz? Bakı 2.5 milyon əhali üçün nəzərdə tutulan bir şəhərdir. Hələ maksimum səviyyədə deyirəm. Amma indi bu rəqəm 4 milyondan çoxdur. Bu insanların əksəriyyəti rayon əhalisidir. Mənim təklifim odur ki, Bakıya gəlib, yaşayan. lakin heç bir iş görməyən kənd camaatı paytaxtdan rayonlara qayıtsın. Onlar şəhərdə iş gözləməkdənsə, gedib rayonlarda kənd təsərrüfatı ilə məşğul olsunlar. Belə olduqdan sonra, ola bilər ki, bazar süni qiymət artımından xilas olsun. Hər bayram qabağı, meyvə, ət, yağ, düyü və digər ərzaq mallarının qiyməti aşağı olacaq. Bilirsiniz niyə? Çünki istehsal nə qədər çox olarsa, qiymətlər bir o qədər aşağı olacaq.

- Hesab edirsiniz ki, camaat kəndlərə qayıtdıqdan sonra Bakıdakından da rahat yaşayacaqlar?

- 1990-2000-ci illərdə regionlarda vəziyyət bir o qədər də yaxşı deyildi. İş yox, kommunal vəziyyət çox aşağı idi. Amma bu gün yuxarıda qeyd etdiyim kimi dövlət bu sahədə üzərinə düşən işi görür. İndi rayonlarda hər şey var. Dövlət rayondakı insanlar üçün istənilən şəraiti yaradıb. Mən bunu seçicilərimlə görüşəndə də deyirəm. Azərbaycan xalqı çox işgüzar xalqdır. Həqiqətən, işləyənik. Pul qazana bilir, daşı sıxıb, yağın çıxardan bir millətik. Amma son 20 ildə insanlarda bu torpağa, kənd təsərrüfatına maraq itib. Bilmirəm bu, nəyə görədir? Bilirəm bəzi insanlar kəndlərdə bələdiyələr tərəfindən ayrılmış torpaqlarda əkin əkmək istəyir. Amma bunun üçün ərazi imkan vermir ki, o işini həyata keçirə bilsin. Ya da su problemi olar. Mən bununla razıyam. Bütövlükdə ölkəmizdə əkin üçün yararlı torpaqlar nə qədər istəsən var. Bir gün avtomobillə Lənkərana gedək. Görəcəksiniz ki, rayona kimi yolun sağ-solu, demək olar ki, boşdur. Astarada adamlar işləyir. Cəlibadda, həmçinin Gəncə və Şəmkirdə də yol boyu hamı əkin işləri ilə məşğul olur. Qalan yerlər boşdur. Mənim doğulduğum Lənkəran rayon Sütəmordov kəndində insanlar hər zaman əti, südü, yumurtanı öz həyətlərindən götürürdülər. Heyvan saxlayır, əkin əkirdilər. Bunu gedib bazardan almırdılar. İndi kəndə gedəndə bunu çox az görmək olur. Kiminlə görüşürsən hamı fəxrlə deyir ki, "Super Marketə" gedirəm. Kimsə bu sözü mənə deyəndə, elə bilirəm kəndçilərim məni təhqir edirlər. Kəndçi "Super Marketə" gedər? Vallah, mən bəzən Lənkəranda çayxanalarda da görüş keçirirəm. Allah şahiddir. Bir nəfər ən azı 20 dəqiqə  problem danışır. 21-ci dəqiqədə deyirəm siz qurtardınız, qoy mən danışım. Soruşuram torpağınız var? Deyir bəli var. Digəri deyir torpağım var, satıb "Mercedess" almışam. Nədi-nədi qonşusunun da "Mercedes"i var. Astara gömrüyündən Tehrana kimi 14 saat avtomobillə yol getmişəm. Yol kənarlarına baxanda adam zövq alır. İnsanların hamısı  əkib-becərirlər. İnsaların torpağa necə məhəbbətləri var! Bizdə torpağa məhəbbət az olduğu üçün ərzaq mallarının bahalaşmasında problemlər yaşayırıq. Sovet dövrünün ən ağıllı işi sovxoz-kolxozları yaratması idi. İnsanları məcburi əməyə cəlb edirdilər. İndi seçicilərimlə görüşür, onlara məsləhət verirəm ki, yığıb birlikdə fermer təsərrüfatınızı yaradın.

- Rüfət müəllim, ərzaq mallarının süni şəkildə qalxmasının qarşısının alınması səbəblərindən danışdınız. Nəyə görə, 31 dekabrdan 3 yanvar tarixinədək siqaret qiymətləri süni şəkildə artırıldı?

- Bu məsələ sizin, mənim üçün böyük, dövlət üçün xırda məsələdir. Azərbaycanda işgüzar və işbaz adamlar var. Bazar iqtisadiyyatının ən böyük problemi də bu işbazlardır. Dövlət də nə qədər bacarırsa bunun qarşın ala bilir. Mən hər zaman onu demişəm ki, bazar iştirakçısı olan şəxs heç vaxt tam ədalətli iş görə bilmir. Bu mümkün deyil. Bunun üçün kapitalı oxumaq lazımdır. Avropa uzun müddətli bu sahədə tarixi olan ölkələrdir. Bu ölkələrdə dövlət bazar iqtisadiyyatını cilovlaya bilmişdi. Azərbaycan gənc ölkədir. Bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də ciddi islahatlar aparılır. Bizdə də bazar iqtisadiyyatı müəyyən qədər cilovlanıb. Amma çox da cilovlayanda bəzi məmurlar bundan istifadə edib, öz oyununu oynamağa başlayırlar. Siqaretin qiymətinə gəldikdə isə, bu da yanlış addımdır. Bəzi dırnaqarası sahibkarlar siqaretin qiymətindən sözügedən 3 gün ərzində qoy 1 milyon dollar qazanc əldə etsinlər. Bundan artıq mümkün deyil. Mən siqaret bazarını da yaxşı bilirəm. Amma bunu etməyə dəyməz. Bu insanların ciddi narazılığına səbəb olur və ciblərinə təsir göstərir.

- Siz həm də iqtisadi sahədə ölkədə yayımlanan televiziyaların birində veriliş aparırsınız. Burada danışmaq üçün məmurları dəvət edə bilirsizmi?

- Bax bu lap ürəyimcə olan sualdır. Deməli, bir sıra qurumlar var, onların rəhbərlərini, nümayəndələrini müzakirələr üçün çağırırıq. Onlar Vergilər, İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin vəzifəli şəxsləridir. Amma digər iqtisadi qurumlar verilişə qatılmaq istəmirlər. Deyirəm ki, gəlib, insanları maraqlandıran sualları cavablandırsınlar. Gəlmirlər. Qardaş, mən də millət vəkiliyəm. Çıxmışam efirə aparıcılıq edir, insanların suallarına cavab verir, vaxt itirirəm. Mənim də işlərim çoxdur. Amma siz niyə gəlmirsiniz? Qorxunuz var? Qardaş, mənim qorxum yoxdur. Millət vəkili kimi istənilən adamın sualına cavab verirəm. Burada qorxulu nə var ki? Allah cənab prezidentin canını sağ etsin, demokratiyaya, azad sözə imkan verib. Sadəcə, sən də elə danışmalısan ki, dövlət, cəmiyyət üçün də xeyirli olsun. Sözügedən məmurlar da gəlib, insanların suallarına cavab verməlidirlər. İnsanlara izah etməlidirlər ki, qiymətlər niyə qalxıb, nə vaxta qədər millət vəkilləri bu məsələlərdən danışacaq?!
Oxşar xəbərlər
20:22, Bu gün
Samirə bu məşhurla əl-ələ GÖRÜNTÜLƏNDİ – VİDEO
20:19, Bu gün
Keçmiş erməni hərbçi nazirin üstünə cumdu
20:10, Bu gün
Hamı İlham Əliyevin iradəsi ilə hesablaşır - ŞƏRH
20:07, Bu gün
"Neftçi"nin baş məşqçisi: Finalda qələbə qazanacağımıza inanırdıq
19:59, Bu gün
Bağanis Ayrımın müdafiə zonası minalardan təmizlənir
19:59, Bu gün
İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR
19:56, Bu gün
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
19:50, Bu gün
Bakıda hoteldə yanğın olub - YENİLƏNİB
19:41, Bu gün
Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT
19:35, Bu gün
Bakıda taxta bazarındakı yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-4
19:30, Bu gün
Mərkəzi Afrika Respublikasında gəminin batması nəticəsində azı 60 nəfər ölüb
19:27, Bu gün
İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var
19:23, Bu gün
Bağanis Ayrımdan olan 85 yaşlı neftçi: Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir
19:22, Bu gün
Ermənistan KİV: Bağanis Ayrım kəndinin ərazisində artıq minatəmizləmə işləri aparılır
19:05, Bu gün
Sakinlərin bağladığı Ermənistan – Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb
19:00, Bu gün
Xidmət rəisi: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb
18:56, Bu gün
Niyə hər gün darçın istehlak edilməlidir?
18:52, Bu gün
Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR
18:48, Bu gün
Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”
18:42, Bu gün
Aktrisa illər sonra etiraf etdi: "Yoxsa saçsız qalacaqdım" - FOTO
18:24, Bu gün
Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
18:21, Bu gün
Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-ə yaxın artıb
18:11, Bu gün
Xatirə İslam: "Mənə belə suallar verməyin!" - VİDEO
18:07, Bu gün
11 milyard dollarlıq “El-Klassiko”
18:05, Bu gün
Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
17:58, Bu gün
Xərçəngdən qorunmağın SADƏ YOLU
17:56, Bu gün
"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17:54, Bu gün
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
GÜNLÜK
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO