Deputat: “Kimsə mənim və qohumlarımın adıma bircə səhm tapsa, söz verirəm ki, ona bağışlayacam”
Oxunub: 1479
11 Dec 2018 | 08:55
Deputat:  “Kimsə mənim və qohumlarımın adıma bircə səhm tapsa, söz verirəm ki, ona bağışlayacam”
Rüfət Quliyev: “Problemli krediti olan insanları qovub, məhkəmə vasitəsilə onların əmlakını əlindən almağı nə Allah, nə də Quran götürər”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik

- Rüfət müəllim, ilk sualımız sizin mətbuatla işgüzar əlaqələrinizlə bağlı olacaq. Mətbuatda çox geniş müsahibələriniz çıxmır. Özünüz qaçırsınız mətbuatdan, yoxsa...

- Mən qətiyyən belə düşünmürəm. Demək olar ki, hər ay mənim mətbuatda 9-10 açıqlamalarım dərc edilir. Təbii ki, konkret mövzularla bağlı. Ancaq bizdə bəzi “professionallar” var ki, bütün mövzulardan danışırlar. Astronomiyadan tutmuş, ta doğum evlərinə qədər... Bir deputat, Azərbaycan vətəndaşı kimi hesab edirəm ki, hər bir insanın müəyyən sektoru olmalıdır. Məsələn, mən iqtisadçıyam, elmlər doktoruyam, Azərbaycan Texniki Universitetində kafedra müdiriyəm, həmçinin Kiyev Universitetində professoram. Mən Azərbaycanın sosial-iqtisadi modeli, beynəlxalq iqtisadi əlaqələr, iqtisadi məsələlərlə, araşdırmalarla bağlı hər zaman danışmağa hazıram. Keçən dəfə mənə aidiyyatı olmayan bir mövzudan sual vermişdilər. Mən də dedim ki, bu mənim mövzum, sahəm deyil. Bu sahəyə aidiyyatı olan şəxslərdən cavab soruşun. Mən sonuncu dəfə saytların birinə açıqlama vermişdim. Oxunma sayına baxanda gördüm ki, 4651 nəfər oxuyub. Bunu uğurlu hesab etmək olar.

- Qeyd etdiyiniz “hərşeyşünaslar” arasında deputatlardan da kimlərisə nəzərdə tutursunuz?

- Gəlin, bu sualın cavabını sizə verməyim. Buna ingilis dilində belə deyilir: “No komment!”. Bu, mənim şəxsi fikrimdir. Ola bilməz ki, bir insan bütün elmləri eyni səviyyədə bilsin. Əgər mənə botanikadan, astronomiyadan sual versəniz, ancaq onların iqtisadi tərəfdən izahını verə bilərəm. Məsələn, Azərbaycanın 3 peyki var. Mən deyə bilərəm ki, bu çox vacib bir proyektdir. Azərbaycanın ondan qazancı var. 

- Rüfət müəllim, seçicilərinizlə görüşlərinizdən nə deyə bilərsiniz?

- Mən ayda 1 dəfə seçicilərimlə görüşürəm. İndi görüşə gələn adamların sayı isə azalıb. Bunun obyektiv səbəbi də var. Bildiyimiz kimi, cənab prezidentin tapşırığına əsasən 2-3 ildir hökumət üzvləri bölgələrdə vətəndaşlarla görüşürlər. Mən belə başa düşürəm ki, həmin görüşlərdə problemlərin çoxu həll olunur.

- Əldə etdiyimiz məlumata görə, seçicilərlə görüş formatınız fərqlidir. 

- Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə mənim belə bir layihəm var ki, Lənkəranda seçicilərimlə görüşəndə həmin nazirliyin struktur bölmələrinin rəhbərləri də orada iştirak edirlər. Düzü, keçmiş nazir Səlim Müslümovun vaxtında da seçicilərlə bu formatda görüşürdüm.

Seçici mənə görüşdə müraciət edir ki, “iş istəyirəm”. Yerindəcə həmin strukturun nümayəndəsinə deyirəm ki, nə iş var? Həmin strukturun nümayəndəsi də deyir ki, məsələn, bənna, sürücü işi var. Və həmin adamın problemi yerindəcə həll edilir. Mənim seçicilərimlə görüşümdə 30-40 adam iştirak edir. Onların içərisində rayonun ağsaqqalları da olur. Bir qisim adam var ki, Azərbaycan dövlətinin, hökumətinin dəstəyi nəticəsində fikirləşirlər ki, işləməsə də sosial müavinət ala, pensiyaya tez çıxa bilər. Mən onun tərəfdarıyam ki, həmin o müavinətləri həqiqətən ehtiyacı olanlar almalıdır. Sağ olsun yeni nazir Sahil Babayev. Çünki o, bu prinsipləri əsas götürür. Elə adamlar var ki, görüşə gələndə baxırsan ki, xarici görünüşcə Herakldan, Herkulesdən geridə qalmır. Ancaq əməyə marağı ölüb. Bu hal təkcə Azərbaycanda müşahidə edilmir. İnkişaf etmiş ölkələrin vətəndaşlarını mən başa düşürəm. Onlarda sosial təminat çox yüksəkdir. Almaniya, Fransa, İsveç kimi ölkələrdə işlədin-işləmədin sənə müavinət verilir. Hindistan, Çin, Filippin, İndoneziya kimi ölkələrdə isə kasıblıq çox olduğuna görə, işləyirlər. Azərbaycan xalqı kimi də işgüzar xalq bəlkə də dünyada yoxdur. Mən bunu hər yerdə demişəm, deyirəm və deyəcəyəm də. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələn kimi torpaqları insanlara payladı. Bundan sonra isə insanlar başladılar əkib-becərməyə. Ancaq bununla yanaşı, bir qisim insan da həmin torpaqları əkib-becərmədilər. 

- Burada təkcə insanlarda da günah görmək olmaz. Çünki məmurların bir çoxu həmin torpaqları mənimsəməyə başlamışdılar...

- Siz dediyinizlər hər bir ölkədə var. Mən 2008-2009-cu illərdə İran sərhədini keçdim. İran Astarasından Tehrana qədər 12 saat yol getdim. Mən maşını saxladım və gördüm ki, 1 kvadrat metr əkilməmiş torpaq sahəsi yoxdur. İndi də yoxdur. İran 40 ildir ki, sanksiya altında yaşayır. Ancaq iqtisadiyyatları da çökmür. Çünki insanların ən böyük problemləri ərzaqla bağlıdır.  Əgər ərzaq problemi həll olunursa, insanlar üçün işləmək daha rahat olur. Kənd təsərrüfatı məhsulları bol olan zaman yanında müəssisələr və  iş yerləri yaranır. Qeyri-normal hal odur ki, pomidor Lənkəranda əkilsin və onu Bakıya istifadə etməyə gətirəsən. 

- Məhsul bol olanda da müəyyən problemlər yaranır. Məhsullar insanların əllərində qalır. Bunu da bəzən monopoliya ilə əlaqələndirirlər...

- Səmimi olaraq sizə bir şey deyim. Haradasa 2-3 il bundan öncə Lənkəran zonasında elan etdim ki, xüsusi bir qurumla danışmışam, 2-3 “Qazel” markalı maşın ayıracaq və maşının üzərində də telefon nömrəsi. Məhsulu çox olan adam zəng etsin desin ki, mənim filan qədər məhsulum var və satmaq istəyirəm. Həmin o qurumun əməkdaşları gəlib məhsulu alacaqdılar. Həmin məhsulun bazar qiymətinin  60-70 faizinin məbləği də veriləcəkdi.  İndi isə siz mənə sual verin ki, Rüfət müəllim, nə qədər adam zəng etmişdi? Heç nə qədər. Düzdür, Azərbaycanda elə rayonlar var ki, orada insanlar torpağı əkib-becərirlər. Məsələn, Cəlilabadda, Şəmkirdə. Mən düşünürəm ki, insanın sahibkar olmağı Allahdan gələn bir şeydir. Yazıçı, jurnalist kimi. “Mən sahibkar olmaq istəyirəm deməklə” sahibkar ola bilmərəm. Sovet vaxtı maşınla inək aparan zaman sahə müvəkkili  adamın qarşısını kəsirdi. İndi isə dövlət hər cür şərait yaradıb. Cənab prezident də hər dəfə qeyd edir ki, “sizə maneçilik törədirlərsə, şikayət edin və biz bu problemlə məşğul olaq”. 

- Azərbaycanda kifayət qədər balıq resursları var. Bəs nəyə görə balıq və kürü çox bahadır?

- Balıqların kökünü kəsmək olmaz. Dövlət bununla bağlı hər zaman mübarizə aparır. Amma yenə də balığın kökü kəsilir. Artıq bizdə o problemlər var. Dəfələrlə bununla bağlı mətbuatda da yazılar dərc edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bununla bağlı dəfələrə açıqlama verib. Əvvəllər kürünü götürmək üçün balığın qarnını yarırdılar. Ancaq mən Dnestr çayı sahilində olarkən orda gördüm ki, kürünü götürmək üçün balığın qarnını yarmağa heç bir ehtiyac yoxdur. Onlar kürünü əldə etmək üçün vakuumlardan istifadə edirdilər. Daha sonra isə balığı kiçik əməliyyat edib, buraxırdılar çaya. Təbiidir ki, hər hansı məhsulun sayı azalanda, tələbat artanda onun qiyməti artır. Hesab edirəm ki, burada monopoliyalıq bir şey yoxdur. İstənilən ölkədə brakonyerlər ölümə gedirlər. Karl Marksın yaxşı bir sözü var. Deyir ki, 20 faiz qazanc olanda kapital başını qaldırır, 50 faiz olanda hərəkətə gəlir, 100 faizdə isə başlayır daha çox hərəkətə gəlməyə. Hətta 300 faiz olanda dar ağacından ölümə belə gedəcək. Brakonyerlər də Allahın yaratdığı neməti tutur və satır. 

- Bank sektorundakı problemlər, xüsusilə də problemli kreditlər mövzusu ən çox müzakirə olunan məsələlərdəndir. Amma hələ də ortaq bir çıxış yolu tapılmayıb. Siz necə düşünürsünüz, hansı addımların atılmasına ehtiyac var?

- Bizdə bankların demək olar ki, hamısı şəxsidir. Dövlətin cəmi 1 bankı var. O da Azərbaycan Beynəlxalq Bankı. Onun da nə gündə olduğunu hamı bilir. Dövlət həmin bankı bu gün ayaq üstə saxlamaq üçün nə qədər pul ayırıb. Əgər dövlət əlini çəksə, Azərbaycan Beynəlxalq Bankı çökəcək. Bundan sonra isə böyük narazılıqlar olacaq. Təkcə ölkə daxilində həmin bankda əmanəti olanların yox, həm də xaricdəkilərin pulu batacaq. Bu gün problemli kreditlərin həcmi 1 milyard 700-800 milyon manatdır. Bu gün Azərbaycanda banklar bir araya gələrək ortaq məxrəc tapa bilmirlər. Mən bu kreditlərin dövlətin bağlamasının əleyhinəyəm. Səmimi olaraq deyirəm ki, banklar həmin kreditlərdən çox böyük pullar qazandılar. İndi qazanmısınız, sağlığınıza qismət. Belə bir məqamda insanları qovub, məhkəmə vasitəsilə onların əmlakını əllərindən almağı nə Allah, nə də Quran götürər. Heç  məntiqlə də  düz gəlmir. İnsanlar onsuz da onu vermirlər. Ziyanın yarısından qayıtmağın özü də bir qazancdır. Elə adamlar var ki, onların kredit faizləri götürdükləri məbləğdən çoxdur. Banklar nəyi gözləyirlər?

- Bildiyimiz kimi, Azərbaycanda iki dəfə ard-arda devalvasiya oldu. Burada həm dövlət, həm banklar, həm də vətəndaş itirdi. Bu itkiləri dövlət qarşılaya bilməzmi?

- Bu, mümkün deyil. Dövlət əlindən gələni etdi ki, dolların məzənnəsini saxlasın. Özünüz də gördünüz ki, Mərkəzi Bankın rezervləri iki dəfədən çox azaldı. Dövlət bunu saxlaya bilmədi. Mən problemi banklarda görürəm. Banklar düşünməlidir. Banklar verdikləri kreditlərin faizini endirməlidir. Məsələn, vətəndaşa 14 faizlə kredit verdisə, 1 faizə endirməlidir. İnanın ki, bu zaman problemlərin 50 faizi həll olunacaq. Banklar nəzərə çarpan addımlar atmalıdır. 

- Bir sıra ekspertlər Azərbaycanın xaricdəki rezervlərinin ölkəyə gətirilməsini təklif edirlər…

- Mən birmənalı olaraq buna “yox” deyirəm. Bizim neftdən qazandığımız pullar tək bizim deyil. Həm də gələcək vətəndaşlarımızın, uşaqlarımızın puludur.  Biz hansı ixtiyarla o pulları bu gün xərcləməliyik? Dövlətin öz siyasəti var. Bizim rezervlərimizin bir hissəsi  avroda, bir hissəsi dollarda saxlanılır. Belə bir deyim var: “Yumurtaların hamısını bir xurcunda saxlama”. Çünki birdən xurcun düşdü və sındı, o zaman yumurtların da hamısı qırılacaq. Bəzən deyirlər ki, Azərbaycan öz valyuta ehtiyatlarını dollarda saxladı və uduzdu. Çünki dollar ucuzlaşdı, avro isə bahalaşdı. Mən də deyirəm ki, valyuta ehtiyatlarımızın bir hissəsi dollardadır, bir hissəsi isə avroda. Birində uduzanda, digərində udur da.

- 2019-cu ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 60 dollardan götürülüb. Ancaq dünya bazarlarında neftin qiymətinin düşməsi insanlarda bir az həyəcan yaradıb. Sizcə, neftin qiymətinin 60 dollardan götürülməsi təhlükəli deyilmi?

- Həyəcan niyə yaranmalıdır ki? Nə var ki burda? Ay Qətər OPEK-dən çıxdı, o girdi, bu girdi. Qətərin bu məsələlərdə cəmi 2 faiz rolu var. 2 faiz heç nə edə bilməz. Artıq neçə illərdir ki, Azərbaycanın dövlət büdcəsi hazırlanır. Kifayət qədər təcrübəmiz də var. Mənə elə gəlir ki, dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsinin heç bir mənfi təsiri ola bilməz. Bilirsiniz ki, bizim qızıl valyuta ehtiyatlarımız 9 aya 4 milyarda yaxın artıb. Neftin qiyməti isə 70 dollara qalxsa, daha çox sosial layihələr həyata keçirmək olacaq. Ancaq neftin 1 barelinin qiyməti 40 dollara düşsə də heç nə olmayacaq. Onu da biz yaşamışıq. İqtisadiyyat çökmədi ki... Sadəcə olaraq 1 il artım mənfi oldu. Yenə də dözdük və həmin vəziyyətdən çıxdıq.

- SOCAR dövlət zəmanəti ilə aldığı kreditləri qaytarmayıb və sonradan Nazirlər Kabineti həmin borcları sildi.  Bu nə dərəcədə düzgündür?

- Azərbaycan hər zaman xaricdən ən yaxşı şeyi alır. Bunu mənə xaricilər deyiblər. Mən belə düşünürəm ki, bu cənab prezidentin tapşırığıdır ki, Azərbaycana nə gətiririksə, ən yaxşısını gətirək. Yaxşı da bahalı olur. Azərbaycanda deputat həmkarım Cavid Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Dəmir Yolları QSC-də bu sarıdan heç bir problem yoxdur. Mən hesab edirəm ki, elə təşkilatlar var ki, vaxtilə dövlət zəmanəti ilə xaricdən kreditlər götürüblər. Ancaq sonradan işləri düzəlməyib, qurulmayıb və həmin krediti qaytara bilməyib. Adlarını soruşsanız mən deyə bilməyəcəm. Çünki bunun üçün gərək Maliyyə Nazirliyi tam açıqlamanı versin. Bir təşkilat o krediti götürübsə, onun biznesinin axırı niyə uğursuzdur? Krediti yeyib-içmək üçün götürmürlər ki... İş görmək üçün götürürlər. Allah cənab prezidentdən razı qalsın. Biz aeroportlar, idman kompleksləri və sair yerlər tikmişik və yaratmışıq. İndi isə dövlət büdcəsindən onların saxlanmasına pul ayrılıb. Mən iclasda bəyan etdim ki, Lənkəran aeroportu daxili və xarici şirkətlərin birinə icarəyə verilsin.  Mənim “xarici şirkətlər” deməyim isə bəzi deputatların xoşuna gəlmədi. Buradan dövlət də qazansın, büdcədən də əlavə pul getməsin. Amma burada müəyyən məmurların maraqları üst-üstə gəlmir. Bu isə başqa məsələdir. Belə bir söz var: “Sən maşınımın içindən qoyunlara elə baxma!”. Mən hesab edirəm ki, maliyyə nazirinin birbaşa borcudur ki, bunları bir daha yoxlatdırsın. Lap cənab prezidentə müraciət etsinlər və tender keçirsinlər. 

- 2019-cu ildə manatın məzənnəsində hər hansı bir dəyişiklik ola bilərmi?

- Nobel Sülh Mükafatı laureatlarından birinin belə bir sözü vardı: “Proqnoz vermək çox ağır məsələdir”. Biz bu gün qeyri-neft sektorundan gələn məbləği artırırıq. Düzdür, biz ona hələ ki, tam nail ola bilməmişik. Hesab edirəm ki, neft və qaz bizə ən azı 30 il lazım olacaq. Bu gün Dubayda 4 faiz qazanc neftdən, 96 faiz isə qeyri-neft sektorundan gəlir.

- Bu gün Azərbaycanda iqtisadiyyatla bağlı rəsmi qurumlar var. Məsələn, Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu. Sizcə, bu institutlar, qurumlar normal işləyir?

- İnsana verilən məvacibə görə ondan da nəticə gözləyə bilərsən. Yəni, orada bir işçiyə 300 manat məvacib verilirsə, onun sənə 300 manatıq xeyri olacaq. Hesab edirəm ki, bu gün elmə sərf edilən pulu artırmaq lazımdır. O, öz effektini isə 1-2 ilin içərisində verməyəcək. Effekti 20-25 ildən sonra verəcək. Ona görə bu gün büdcəni formalaşdıran zaman daha çox 3-5 il qabağı fikirləşirlər. Nəinki 25 il qabağı. Əsas problem budur. Hesab edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasında bu cür institutların olması lazımdır. Amma onlardan  Nobel Sülh Mükafatı laureatı səviyyəsində nə isə gözləmək çox çətindir. Bunun üçün köklü formada islahatlar aparmaq lazımdır. Onu da qeyd edim ki, islahatlar aparan zaman orada müəyyən problemlər yarana bilər. İşçi sayı orada çoxdur. Çıxarılan işçilər isə əmək bazarına təzyiq göstərəcək. Bizim ümumi problemimizin kökü Qarabağdadır. Qarabağ problemi olmasaydı, biz bu qədər pul sərf etməzdik. 

- Deputatsınız, eyni zamanda dediniz Azərbaycan Texniki Universitetində kafedra müdirisiniz, Kiyev Universitetinin professorusunuz. Bütün bu işləri bir arada necə çatdırırsınız?

- Mən ildə 1-2 dəfə Kiyevə gedirəm. Getməzdən əvvəl isə prorektora xəbər verirəm. Bu gün Taras Şevçenko adına Kiyev Milli Universitetinin aparıcı müəllimləri, professorları, kafedra müdirləri tələbə yoldaşlarımdır. Mən orada Maliyyə fakültəsində professoram. Orada master-klasslar keçirəm. Bu zaman isə auditoriyada doktorantlar, magistrlər, 4-cü kurs tələbələri olur. Maraqlı dərslərimiz keçir. Hesab edirəm ki, biz Boloniya  sisteminə daha çox yönəldik. Boloniya sisteminə baxanda Azərbaycan Texniki Universiteti bəlkə də ölkədə nömrə 1-dir. Boloniya sistemi zamanı müəllimlə tələbənin arasında minimum əlaqə olur. Tələbə kompüter vasitəsilə imtahan verir. Hesab edirəm ki, Boloniya sistemində müəyyən qədər islahat aparmaq lazımdır. Biz Boloniya sistemini tətbiq etdik ki, korrupsiyanın qarşısı alınsın. Azərbaycan Texniki Universiteti Cənubi Qafqazda flaqmandır. Bildiyimiz kimi, dövlət büdcəsindən ali məktəblərə pul ayrılmır. Daha çox öz hesablarına maliyyələşir. Mən sarkazmla orada çıxış etdim ki, tələbələrin ruhuna da dəyməyək, istədi universitetə gəlsin və ya gəlməsin. 4 ildən sonra isə hərəsinə bir diplom verək. Valideyn var ki, şikayətə gəlir ki, mənim övladım 4 il oxuyur, ancaq diplomu ala bilmir. Deyir ki, uşağı universitetə hər gün göndərir, cibinə də 5 manat pul qoyur ki, balası dərsə gedir. Bala da gedir avaralıqla məşğul olur.  Demirəm ki, hamısı belədir. Ancaq o birilər də bunlara baxır. 

- Dediniz ki, master-klasslar keçirsiniz. Yəqin ki, bunun qarşılığında məvacib də alırsınız...

- Elə olub ki, mənə maaş da veriblər. O zaman “çox sağ olun” demişəm. 

- Sirr deyilsə, nə qədər pul verirlər?

- Axırıncı dəfə 1-2 il bundan əvvəl almışam. Amma mən sizə deyim ki, Kiyevdə müəllimin maaşını saat hesabı ilə götürəndə bizimlə müqayisədə fərq çoxdur.  Mən sizə səmimi deyim. Orada dərs keçməyi pula görə etmirəm. Bir alim, müəllim kimi elə bir auditoriyaya girmək mənim üçün fəxrdir. 

- Eyni zamanda Ali Attestasiya Komissiyasında da təmsil olunursunuz. Azərbaycanda kifayət qədər elmlər doktoru var. Sizcə, onların hamısı elmlər doktoru adına layiqdirlərmi?

- Azərbaycanda  təxminən 1500 elmlər doktoru, 7500-8000 elmlər namizədi var. Bu  qədər elm adamına qiymət vermək üçün hesab edirəm ki, onların hamısından mənəvi cəhətdən üstün olmalısan. Onların içərisində elələri var ki, öz üzərilərində daim işləyir. Elələri də var ki, işləmir. Hətta elələri də var ki, elmdən uzaqlaşıb, sahibkarlıqla məşğul olur. Hesab edirəm ki, Azərbaycanda bu qədər elmlər doktoru və elmlər namizədinin olması müsbətdir. Alimlik elit bir işdir. Bizim elə adamlarımız var ki, 2 ixtisas üzrə doktordur. 

- Rüfət müəllim, nazirlərlə, komitə rəhbərləri ilə münasibətiniz necədir? Fəaliyyətindən narazı qaldığınız hər hansı bir nazir və ya komitə sədri varmi?  

- Mən sizə desəm ki, filan nazirlikdən narazıyam, düz çıxmaz. Mən deyim ki, kimdən razıyam. İqtisadiyyat naziri Şahin Mustafayevlə çox gözəl münasibətlərim var. İstənilən zaman qəbuluna da girirəm, təkliflərimi bildirirəm. Həmçinin, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə və vergilər naziri Mikayıl Cabbarovla da münasibətlərim yaxşıdır. Mikayıl müəllim  mənim insan kimi xoşuma gəlir. Burada bir faktor onun rus dilli olması ilə də bağlıdır. Rus dilli insanların bir-birilərinə simpatiyası çox olur. Mikayıl müəllim çox soyuqqanlı insandır. Heç bir addımını emosional formada atmaz. Hesab edirəm ki, nazir üçün bunlar ən vacib şərtlərdən biridir.  Kənd təsərrüfatı naziri İnam Kərimovla da münasibətim yaxşıdır. Mən CBC kanalında “Sahibkar saatı” verilişinə görə ondan xahiş etmişəm. O da sağ olsun, xahişimi nəzərə alıb və dəstəyini göstərib.

- Bu sualı bir dəfə də deputatlarımızın birinə vermişik. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun heç qəbulunda olmusunuzmu? 

- Mən Eldar Mahmudovu tədbirlərdə görmüşəm və görüşmüşəm. Keçmiş həmkarım Çingiz Əsədullayevin bir sözü çox xoşuma gəlir. Vaxt var idi ki, , insanlar Eldar Mahmudovun əlini sıxmaqdan ötrü növbəyə düzülürdülər. O nə günahlar edibsə dövlətin və məhkəmə orqanlarının işidir. Sualınıza gəlincə, onu deyə bilərəm ki, bəli görüşmüşəm. Soruşmuşam ki, necəsiniz? O da normal formada cavab verib. Mən onda yekəxanalıq görməmişəm. Bəlkə də yenə də deyirəm ki, o da rus dilliydi, mən  də. 

- Bayaq dediniz ki, insanlar Eldar Mahmudovun əlini sıxmaq üçün növbəyə düzülürdü. Siz də ona məhz salam vermək üçün yaxınlaşanlar kateqoriyasından idiniz?

- Mən özümə qardaş, dost bildiyim Çingiz Əsədullayevin sözünə istinad edirəm.  Azərbaycan mentalitetində belə bir şey var: “KQB” qorxunc yerdir.  Ona görə də hər bir insan deyir ki, Allah heç kimin yolunu ora salmasın, Allah saxlasın. Elə insanlar var ki, Eldar Mahmudovla səmimi görüşürdü. Ancaq elələri də var idi ki, deyirdi Allahın işini bilmək olmaz, bəlkə birdən işi düşdü. Ona görə gedib salam versin. Hesab edirəm ki, sualınıza tam səmimi cavab verdim. 

- Belə məlumatlar var  ki, “EUROPEAN TOBACCO BAKU” ASC-də olan səhmlərinizi satmısınız...

- Mən 18 il “EUROPEAN TOBACCO BAKU” ASC-nin İdarə Heyətinin sədri olmuşam. Deputat seçilən zamandan isə oradan maaş almamışam. Təbii ki, orada müəyyən qədər mənə şərait yaradılmışdı. Kabinet və s. Fəxrlə o günləri yada salıram. Hesab edirəm ki, ora üçün əlimdən gələni etmişəm. Amma haradasa kimsə mənim və qohumlarımın adıma səhm tapsa, söz verirəm ki, o səhmi ona bağışlayacağam.

- Sizi o işi yaxşı bildiyinizə görə “EUROPEAN TOBACCO BAKU” ASC-nin İdarə Heyətinin sədri qoymuşdular?

- Mən 1996-1997-ci illərdə bir şirkət açmışdım. Həmin şirkətlə xariciləri bura cəlb edirdim. Təbii ki, kommersiya marağı ilə. O zaman çox fəal idi. “EUROPEAN TOBACCO BAKU” ASC isə bir ərəb və fransız tərəfindən birgə alınmış proje idi. O zaman da özəlləşmə ilə əlaqədar köməkliyi mən edirdim. O zaman ulu öndər Heydər Əliyev deyirdi ki, zavodların, fabriklərin hamısı özəlləşsin. Ancaq təki işləsin. Vergini versin və insanlarımıza iş yerləri açılsın. Bu çox uzaqgörən bir siyasət idi. “EUROPEAN TOBACCO BAKU” ASC özəlləşdiriləndən sonra dedilər ki, 1-2 il sən rəhbərlik et. Mən də şirkətin rəhbərlərinə dedim ki, dərs deyəcəyəm. Sonradan da mənə dedilər ki, yenə idarə edim. Sözün açığı kim istəməz ki, böyük bir şirkəti idarə etməsin. O zaman məni çox günahlandırdılar. Hətta bir müxalifət qəzeti məni 4-5 dəfə məhkəməyə də verdi. Mənim adıma nə sənəd, nə də bir yerdə qol çəkib maaş almağımla bağlı bir sübut ortaya qoya bildilər.

- Rüfət müəllim, necə oldu ki, İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdınız?

- Mən iki il bundan öncə o vəzifədən ayrıldım. Belə bir söz var. Su bir yerdə qalanda iylənir. Düşündüm ki, kifayət qədər işləmişəm. Daha rahat həyat axtarırdım. Təbiidir ki, daha  çox elmlə məşğul olmaq, xaricə getmək istəyirəm. Məni Norveçdəki Bodo Universiteti mühazirə oxumağa tam təminatla dəvət edib. İnsan gərək oturub düşünsün.

- Sualların ampluasını dəyişək. Deyəsən yaxşı yeyib-içən adamsınız. 

- Bəli. Məclis xoşlayıram. Hər məclisin də maksimum 15 dəqiqəsindən sonra başındayam. İstər toy, istərsə də yas olsun. Yas mərasimlərində başıma adamlar yığılır. Başlayırlar mənə suallar verməyə. 

- Dinlə bağlı suallar verirlər?

- Dinlə bağlı yox. Sizin müsahibədə verdiyiniz suallar kimi. 

- Rüfət müəllim, ailəniz haqda da danışardınız.

- 2 oğlum, 1 nəvəm var. İstəyirdim ki, uşaqlarım həkim olsun. Ancaq dedilər ki, biz də atamızın yolu ilə getmək istəyirik. Oğlanlarımdan biri Amerika Universitetini Dubayda bitirdi və İspaniyada 1 illik MBA proqramı keçdi. Digər oğlum isə Qətərdə ali təhsil alıb. Hər iki oğlum hazırda Qətərdə işləyir. Böyük oğlum qiymətli kağızlar üzrə, kiçik oğlum isə daşınmaz əmlak üzrə böyük bir şirkətdə ekspertdir. Oğlanlarımla fəxr edirəm. Onlar daim öz üzərlərində işləyirlər. Deyirlər ki, 30-35 yaşlarında  Azərbaycana qayıtmaq istəyirlər. Biz elə bir xalqıq ki, gec-tez vətənə qayıdırıq. 

 
Oxşar xəbərlər
22:55, Bu gün
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
22:52, Bu gün
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
22:24, Bu gün
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
22:18, Bu gün
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
22:14, Bu gün
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
22:07, Bu gün
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
22:03, Bu gün
UEFA “Barselona” klubunu cərimələyib
22:00, Bu gün
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
21:42, Bu gün
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
21:39, Bu gün
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
21:37, Bu gün
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
21:35, Bu gün
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
21:33, Bu gün
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
21:20, Bu gün
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
21:15, Bu gün
Abşeronda oğlan özünü yandırdı
21:09, Bu gün
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
21:06, Bu gün
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
21:05, Bu gün
May ayında pul içində üzəcək 3 bürc
21:02, Bu gün
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
21:00, Bu gün
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
20:58, Bu gün
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
20:52, Bu gün
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
20:47, Bu gün
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
20:33, Bu gün
Fransada uşaqları küçədə bıçaqladılar
20:25, Bu gün
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
20:17, Bu gün
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
20:14, Bu gün
Ailənizdə problem yaradacaq 5 SƏHV
20:13, Bu gün
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
20:09, Bu gün
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
20:01, Bu gün
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
19:55, Bu gün
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
19:42, Bu gün
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
19:26, Bu gün
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
19:19, Bu gün
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
19:03, Bu gün
Həddindən artıq duz olan QİDALAR
19:01, Bu gün
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18:55, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18:53, Bu gün
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18:35, Bu gün
Mediasiyanın imkanları...
18:15, Bu gün
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18:13, Bu gün
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18:10, Bu gün
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
17:58, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
17:55, Bu gün
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
17:44, Bu gün
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
17:42, Bu gün
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
17:37, Bu gün
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
17:34, Bu gün
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
17:32, Bu gün
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
17:24, Bu gün
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
17:22, Bu gün
Sabiq nazir həbsdə qaldı
17:21, Bu gün
Azay Quliyev Almaniyaya səfər edəcək
16:58, Bu gün
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
16:36, Bu gün
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
16:33, Bu gün
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
16:31, Bu gün
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
16:20, Bu gün
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
16:18, Bu gün
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
16:16, Bu gün
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
16:06, Bu gün
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
16:02, Bu gün
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
15:56, Bu gün
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
15:54, Bu gün
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
15:52, Bu gün
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
15:40, Bu gün
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
15:36, Bu gün
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
15:31, Bu gün
Zəngilanda silah-sursat aşkarlanıb
15:23, Bu gün
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
14:53, Bu gün
"Üzümdə əməliyyat etdirməmişəm"
14:51, Bu gün
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:19, Bu gün
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
14:15, Bu gün
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
14:11, Bu gün
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
14:08, Bu gün
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
14:07, Bu gün
Kahramanmaraşda ZƏLZƏLƏ
13:54, Bu gün
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
13:46, Bu gün
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
GÜNLÜK
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
08:00, Bu gün
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
08:00, Bu gün
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz