Sabah – 11 dekabr - Azərbaycanın müstəqillik illərində Şuşa rayon İcra Hakimiyyətinin Prezident fərmanıyla təyin edilmiş ilk başçısı olmuş, xalq arasında xüsusi hörmət və nüfuza malik lider və insan, erməni separatçı və işğalçılarına qarşı dönməz mübariz Mikayıl Gözəlovun xatirə günüdür.
Həmin gün Mikayıl müəllim öz iş kabinetində hələ bu günədək müəmmaları açılmamış bir sui-qəsd nəticəsində, demək olar ki, şəhid olub. Lakin o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətində kök salmış “Krunk”, “Qarabağ komitəsi” kimi separatçı qurumlara qarşı çəkinmədən mübarizə aparan Mikayıl Gözəlov elə 1988-ci ildən bəri ermənilərin hədəfinə çevrilmişdi...
1988-ci ildən Şuşada milis şöbəsinin rəisi işlədiyi vaxtdan Mikayıl Gözəlovla dostlaşmış Qarabağda “zəhmli polkovnik” ləqəbi ilə tanınan polis polkovniki Sadir Məmmədov Moderator.az əməkdaşıyla söhbətində şəhid icra başçısı barədə xatirələrini danışıb.
Saytımızı izləyin!
Sultan Laçın