"13 il Azərbaycana rəhbərlik edən bir şəxsiyyətin evi yox idi" - Generalın Heydər Əliyev xatirələri
Oxunub: 1321
10 Dec 2018 | 12:16
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü tamam olur. Bir çox görkəmli şəxslər, tanınmış simalar, dövlət xadimləri artıq onunla bağlı xatirələrini paylaşıblar. 10 ildən çox Əliyevlə çiyin-çiyinə çalışan, ona “Heydər” deyə müracət edən azsaylı insanlardan biri də o vaxtlar Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olmuş, hazırda Ədliyyə nazirinin müavini vəzifəsini icra edən general-leytenant Məhərrəm Əliyevdir.  

Moderator.az xəbər verir ki, “Heydər Əliyevi o qədər də tanımayan insanların belə onunla bağlı hansısa xatirələri var” deyərək general-leytenant ümummilli liderlə bağlı unudulmaz anlarını “Qafqazinfo” ilə bölüşüb. 

Onun sözlərinə görə, həyatının ən yaddaqalan illəri 1990-cı illərdən 2003-cü ilə - Heydər Əliyevin ölümünə qədərki dövr olub:

“1970-1980-ci illərdə Moskvada oxuyub, orada yaşamışam. Xüsusi milis məktəbində oxuduğum illərdə Heydər Əliyev haqqında orada o qədər yüksək söhbətlər gedirdi ki... 

Məhz Heydər Əliyev Azərbaycanı tanıtdı. Bu onun qabiliyyəti, varlığı, bacarığının göstəricisi idi. Çünki o dövrlərdə Azərbaycanı çoxları tanımırdı. Xarici görünüşümə baxıb mənə deyirdilər ki, sən gürcüsən, yoxsa erməni?

Qismət ele gətirdi ki, mən 1982-ci ilin dekabrında Moskvadan köçürmə yolu ilə Bakıya  gəldim, Heydər Əliyev isə Bakıdan Moskvaya getdi. 1987-ci ildə Heydər Əliyev Qarbaçovun simasızlığı ucbatından təqaüdə çıxmalı oldu. O zaman Azərbaycanda bəzi şəxslər Heydər Əliyevin adına məktublar yazmaq, kampaniyalar aparmaq üçün öyrədilirdilər. Mən düşündüm ki, axı Azərbaycana 13 il rəhbərlik edən, 5 il SSRİ kimi dövlətdə rəhbərliyin ən yüksək pilləsində olan bir şəxsiyyətə qarşı niyə bu qədər yalan- böhtan yağdırırlar. O zaman bir azərbaycanlı kimi bu insana kömək etməyin yollarını axtarmağa başladım. Bu yolla qardaşı Cəlal Əliyevlə tanış oldum və onunla birgə Əliyevin qayıdışını təşkil etməyə başladıq. 

“Azərbaycana qayıdanda qalmağa evi yox idi”

O vaxt 20 Yanvar hadisələrindən sonra Əliyev Azərbaycana gəldi. Vətəninə qayıdanda onun qalmağa yeri yox idi. Yəni 13 il Azərbaycana rəhbərlik edən bir şəxsiyyətin evi yox idi. Heydər Əliyev Cəlal müəllimgilin evinde qalmalı oldu. Elə həmin evdə Heydər Əliyevlə birgə çox vaxt keçirmişik. 

Lakin Əliyev Bakıda çox qala bilmədi. Təhdid və hədə-qorxular onu Naxçıvana getməyə məcbur etdi. O dövrlərdə Heydər Əliyevi evdən aeroporta, aeroportdan evə öz “Jiquli”mlə aparıb-gətirirdim. Nömrəsi “03-33-MK” idi, Moskvadan gətirmişdim. Hətta sonralar jurnalistlər mənimlə bağlı ona sual verəndə həmin günləri “Hə Məhərrəm Əliyevin bir salxaq “Jiquli”si vardı, məni ora- bura aparırdı” deyə xatırlamışdı. 

Bir dəfə qış ayları idi. Əliyev o zamanlar Naxçıvanda Vasif Talıbovun evində qalırdı. İkiotaqlı balaca mənzil idi. Mən Cəlal Əliyevlə Naxçıvana getmişdik. Heydər Əliyev bizə dedi ki, səhər yeməyinə gələrsiniz, burada birgə yeyərik. Vasif Talıbovun xanımı umac aşı bişirmişdi. Əliyev bizimlə “utanmayın, yeyin, özümüzünküdür” deyə zarafat etmişdi.

Bir dəfə Cəfər Cabbarlının ildönümü qeyd edilirdi. Hardasa 1990-91-ci illər idi. Əliyev onda hələ vəzifədə deyildi. Onu “Tarqovu”da teatrlardan birində qeyd edilən Cabbarlının ildönümü tədbirinə də həmin “Jiquli” ilə aparmışdım.Yanında məndən başqa nə cangündəni, nə də başqa heç kimi yox idi. Əliyev keçdi camaatın arasında əyləşdi. Hamı onu tanıyırdı. Bəzi şəxslər təklif etdilər ki, keçib yuxarı başda əyləşsin. Əliyev isə “mən elə yerlərdə çox oturmuşam” deyə cavab vermişdi. 

Həmin dövrlərdə vəzifəsi olmasa da, şəhərə gəzməyə çıxanda camaat onu tanıyır, küçədə arxamızca gəlirdilər. Bir dəfə məndən əvvəl vəzifədə olan bir şəhər rəisi vardı. Bizi saxladı ki, Heydər Əliyev, axı bu qədər camaat sizin arxanızca gəlir, olmaz belə. O isə dedi ki, axı mən nə edə bilərəm? Camaata necə deyim ki, gəlməsin? Mən gəzirəm, heç kimə demirəm ki, arxamca gəlsin. 

Bir dəfə gördüm ki, kefi yoxdur. Pirşağıda yeni tikdirdiyim bağ evim vardı. Onu “Jiquli”mlə apardım bağa ki, bir qədər gəzsin, eyni açılsın. 
Bilirsiniz, işləməyi sevən bir insan üçün işsiz qalmaq çox çətin idi. Belə insanlar bunun üçün yaşayırlar çünki. Bəlkə də, mənim kimi birisi olsaydı, deyərdi ki, işləmirəm lap yaxşı…

“Heç vaxt heç nəyi unutmazdı...”

1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə məni vəzifədən çıxarmışdılar. Guya ki mən onun qohumu idim, halbuki belə bir şey yox idi. Heyder Əliyev hara, men hara…

Elə həmin ildə Əliyev məni Bakı Şəhər Baş Polis İdarəsinə rəis vəzifəsinə gətirdi. O, doğurdan da böyük şəxsiyyət idi. Onda azərbaycanlıya məxsus bir kişilik xüsusiyyəti vardı. Heç vaxt heç nəyi unutmazdı. Qismət elə gətirdi ki, onunla 10 il birgə çalışdım. Məni həmişə bütün iclaslara dəvət edirdi. Baxmayaraq ki, indi şəhər polisini böyük müşavirələrə dəvət etmirlər.

O, hər zaman öz üzərində işləyirdi. Gecə saat 3-ə, 4-ə qədər çalışdığının şahidi olmuşam. Yadıma gəlmir ki, işlədiyi dövrdə bir dəfə də olsun məzuniyyətə çıxsın.  

OMON-un silahlandığı 1995-ci illərdə tutulan bütün OMON-çuları mən saxlamışdım. Əliyevden əvvəl Vəzirov, Mütəllibov, Elçibey qaçıb getdilər. Yeganə şəxsiyyət idi ki, ölümün gözünə düz baxdı. Bəlkə də, çoxları Azərbaycanda bunu hələ dərk etmir, amma Heydər Əliyev Azərbaycanın həm keçmişi, həm bu günü, həm də gələcəyidir. 

Sadəcə bir təskinliyimiz var ki, özündən sonra yetişdirdiyi bir şəxsiyyəti yerinə qoyub getdi. 15 ildə İlham Əliyev Azərbaycan üçün çox işlər görüb. Əgər kimlərsə bunu görmür və bilmirsə, bu, onların öz problemidir. 

“Ən çox qızını sevərdi…”

Heydər Əliyev ailədə çox mülayim insan idi. Qızını çox sevərdi. Zərifə xanım haqqında danışarkən isə təsirlənməmək mümkün deyildi. Ailəsinə çox bağlı idi. İllər sonra Zərifə xanımın nəşini Moskvadan gətirib Bakıda dəfn edərkən orada iştirak etmişdim. Bu qədər yüksək vəzifə tutan birinin nə qədər böyük sarsıntı keçirdiyini gördüm. Baxmayaraq ki, həyat yoldaşının ölümündən illər keçirdi…

 
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO