“Azərbaycanlılar Gürcüstanda önəmli postlara təyin olunacaq” - Gürcüstan parlamentinin deputatı - MÜSAHİBƏ
Oxunub: 1750
30 Nov 2018 | 09:30
“Azərbaycanlılar Gürcüstanda önəmli postlara təyin olunacaq” -  Gürcüstan parlamentinin deputatı - MÜSAHİBƏ
“Gürcü arzusu” Partiyasının üzvü, deputat Mahir Dərziyev Marneuli şəhərində Modern.az saytının əməkdaşına Gürcüstandakı siyasi proseslər və Azərbaycan icmasının vəziyyəti ilə bağlı geniş müsahibə verib.

- Azərbaycanlıların “Gürcü arzusu”nu ilə münasibətləri necə qurulub? Son seçkilərdə azərbaycanlı seçicilər əsaən kimə səs verdilər?

- Mən də olan məlumatlara görə “Vahid Milli Hərəkat” Partiyası Kvemo-Kartlidə “Gürcü arzusu”ndan çox səs toplamayıb. Konkret olaraq, mənim yaşadığım Marneuli rayonunda. Sözün düzü, seçkilərin 1-ci turunun nəticələri bizim üçün bir qədər gözlənilməz oldu. Həmçinin, həmişə hakimiyyətə dəstək verən Marneuli rayonunda səslərin 50%-dən çoxunu toplamamağımız da ayrı bir analizin mövzusudur. Baş verənlər bizim komandanın prezident seçkilərinə ciddi önəm verməməsi ilə bağlıdır. Hələ prezidentliyə namizəd olacaq şəxs müəyyən olunanda komanda daxilində fikir ayrılıqları oldu. Çoxları sual verirdi ki, “Gürzü arzusu” kimi gülçü partiyanın niyə öz namizədi olmalı deyil? Amma partiyamızın parlamentdə konstitusion çoxluğa malik olmasını, yerli idarəetmə orqanlarında, 1 bələdiyyə istisna olmaqla digərlərində nəzarəti əlində saxlamasını, demokratik dəyərlərə hörmək əlaməti olaraq müstəqil namizədə dəstək verilməsi qərara alındı. Amma özünə arxayınçılıq, prezident seçkilərinə ciddi önəm verməməsi seçkilərdə istədiyimiz nəticələri əldə etməyə mane oldu. Səhvlərimizi analiz etdik. Partiyamızın sədri Bidzina İvanişvili də xalqa müraciəti zamanı 1 il ərzində bütün problemləri həll edəcəyini bildirib. Azərbaycan icmasının siyasi fəallığının artması Gürcüstanın böyük nailiyyətidir və biz bununla fəxr edirik.

- Azərbaycanlıların Kvemo-Kartli regionundakı meriya və bələdiyyələrdə təmsilçiliyini Cavaxetiyanın Axalkalaki və Ninotsminda rayonlarında ermənilərin meriya və bələdiyyədəki təmsilçiliyi ilə müqayisə etdək, mənzərə necədir?

- Bəziləri irad tutur ki, niyə azərbaycanlıların çoxluq təşkil etdiyi Marneuli rayonunda yerli idarəetmə orqanında üzvlərin yarısından çoxu azərbaycanlı deyil. Təbii mən də istəyirəm ki, vəzifədə azərbaycanlılar çox olsun. Amma burada bir sıra amillər var. Birincisi, bizim iqtidar zamanı azərbaycanlıların çoxdan arzuladığı bir məsələ gerçəkləşdi – Marneulinin meri postuna azərbaycanlı Teymir Abazov təyin olundu. Təəssüf ki, sonra onunla bağlı bir sıra işlər oldu, cinayət işi açıldı. İndi araşdırmaların yekunlaşmasını gözləyirik. İstənilən halda, bu çox böyük addım idi. Bizim opponentlərdən də soruşmaq lazımdır ki, 2003-2012-ci illərdə hakimiyyətdə olarkən hansı rayonda azərbaycanlı rəhbər təyin olunmuşdu? Heç bir yerdə, bizim hakimiyyətin atdığı addım Gürcüstanda bir ilk idi. Millət vəkili olaraq, azərbaycanlı olaraq, Gürcüstanın vətəndaşı olaraq ayrı-ayrı dövlət orqanlarında bizim icmasının təmsilçiliyini yetərli saymıram.   

- Bəs bunun səbəbləri nədədir?

- Bunun səbəbləri çoxdur. Əgər biz desək ki, bu, Gürcüstan hökumətinin siyasəti ilə izah olunur, yanılmış olarıq. Məsələnin obyektiv səbəbləri var. Tələbələrlə tez-tez görüşürəm. Onlarla söhbətimdə də deyirəm ki, Gürcüstan universitetlərində minlərlə gəncimizin təhsil alması çox sevindirici haldır. Əvvəllər belə bir söz var idi ki, gürcü dilini bilən azərbaycanlı kadrlar azdır. İndi gürcü dilini bilən kadrlarımız var. Amma dili bilmək hələ hər şey demək deyil. Gürcü dilini bilməklə yanaşı, yüksək peşəkarlığı olan, ictimai-siyasi fəallığı ilə seçilən gənclərə ehtiyac duyuruq. Fəxr edirəm ki, artıq belə kadrlarımız var və hökumətimizin cəsarətlə onları irəli çəkəcəyini düşünürəm. Bəlkə bu fikrimə görə məni tənqid edəcəklər. Amma tələbələrə də deyirəm: “Sənin adın Məmməd, soyadın isə Məmmədovdur. Sən hansısa vəzifəyə iddia edirsənsə, biliyin, savadın o vəzifəyə iddia edən gürcüdən 2 dəfə, 3 dəfə, 5 dəfə artıq olmalıdır”. Bu, dünyanın hər yerində belədir. Yəni çox yüksək peşəkar kadrlarımız olmalıdır. Nisbətin başqa cür olmasını faciə kimi qəbul etmək lazım deyil. 20-25 il bundan əvvələ baxın. Bizim burada qalmağımız tük payı, qıldan asılı idi. Bizi buradan silahla qovmaq üçün planlar hazırlanırdı, əhalinin ən elementar haqları, hüquqları pozulurdu. Amma Gürcüstanın müstəqilliyindən keçən 25 il müddətində milli azlıqların da ölkənin bərabərhüquqlu vətəndaşları olması üçün işlər görülüb. Bu proses uğurla davam edəcək. Yaxın illərdə azərbaycanlılar Gürcüstanda önəmli postlara təyin olunacaq. Bu geriyədönməz prosesdir. Vaxt var idi ki, icra başçısının azərbaycanlı təyin olunmasını istəyən insanlar qorxurdular. Əsrlərlə bir yerdə yaşayan gürcü və azərbaycanlı xalqlarının dostluğu bizim qürur mənbəyimizdir, fəxrimizdir. Azərbaycanlı və gürcü xalqları qardaşdır, ölkələrimiz isə strateji tərəfdaşdır. Amma gürcü cəmiyyətində müsəlmanlara qarşı, türklərə qarşı olan yetərincə qüvvələr olub. İctimai rəyə təsiri olan bu qüvvələr zaman-zaman birə qarşı mənfi rəy yaratmağa çalışıblar. Gələcəkdə azərbaycanlı siyasətçi nazir də, lap prezidentliyə iddialı da ola bilər. Zamanla hər şey yetişəcək.

- Növbəti sualım Gürcüstanda kənd adlarının dəyişdirilməsi ilə bağlıdır. Zviad Qamsaxuriya dövründə xüsusən Bolnisi rayonunda azərbaycanlıların çoxluq təşkil etdiyi kəndlərin adları gürcüləşdirilib. Məsələn, Faxralı kəndinin adı Talaveriyə dəyişdirildi. Onlara tarixi adlarının qaytarılması nə dərəcədə mümkündür?

- Mən də bir ara təklif vermişdim ki, təhsil dili ancaq gürcü dili olsun. Mənə qarşı sosial şəbəkələrdə təhqir dolu kampaniyalar başlamışdı, amma heç kim mənim nə üçün bu təklifi verdiyimi soruşmurdu. Bu cür məsələlərdə 2 tip insanlar var – canı yananlar və siyasi möhtəkirlər. Yer adlarının dəyişdirilməsi çox əvvəllər baş verib. Kənd adların dəyişdirilməsini doğru saymıram. Çünki burada yaşayan xalq kəndi öz bildiyi adla tanıyır, rəsmi sənədləri çıxmaq şərti ilə. Amma bu gün həmin kəndlərə adların qaytarılması ictimai rəydə böyük problemlərlə bağlıdır. Həmin kəndlərin bir qismində indi adlandırdıqları adda gürcü yaşayış məskənləri olub. Amma zamanla bu məsələ də öz həllini tapacaq. Çünki adların qaytarılması elementar prosesdir. Yetər ki, vətəndaş öz dövlətinə sadiq olsun, ölkəsinin bayrağı altında dursun. Kəndin adı sakinlərin dilində necə səslənirsə, elə də qalması məsləhətə uyğundur.

- Siz bu məsələni parlamentdə qaldırmısınızmı?

- Siyastədə populizm məqbul haldır. Məsələn, opponentlərimiz pensiyanı 400 lariyə, müəllimlərin maaşını 100 lariyə çatdıracaqlarını deyirlər. Amma milli, dini məsələlərdə populizm olmaz. Çünki bu çox həssas məsələlərdir. Tələb haqlıdır, amma bu işlər parlamentdə həll olunmur. Qərar yerli özünüidarəetmə orqanları tərəfindən verilməlidir. Bunun həlli üçün desentralizasiya prosesi getməlidir. Amma Gürcüstanın da Azərbaycan kimi 20% torpaq itirdiyini bilirsiniz. Bu kimi məsələlər həmin niyyətə mane olur. Həmçinin, demokratiyanın qızıl qaydalarına çatmağa da mane olur. Demokratik qanunlar qəbul olunsa da, qızıl qaydalara, tam demokratiyaya hələ ki, uzun müddət nail olmaq alınmayacaq. Bələdiyyələrin səlahiyyəti artırılsa, yaşayış məskənlərinin adlarını dəyişmək hüququ veriləcək.

Nəriman Nərimanovun adının Mədəniyyət Evindən götürülməsinə gəlincə, ölkədə “Azadlıq Xartiyası” adlı mütərəqqi qanun qəbul olunub. Yəni bu ölkə sovet irsindən qəti şəkildə azad olmaq istəyir və alınır da. Həmin xartiya Sovet simvolikasını, sovet siyasi xadimlərin adlarının saxlanılmasını qadağan edir. Amma burada başqa bir məqam var. Nəriman Nərimanov siyasi xadim olub və Sovet İttifaqında qısa müddətdə Mərkəzi İcraiyyə Komitəsinin sədri olub. Hər bir azərbaycanlı bilir ki, Nəriman Nərimanov ictimai fikir, ədəbiyyat tariximizdə çox böyük rola malik şəxsdir. Kommunistdən öncə o bir maarifçi, bir ədib, bir həkim, bir ictimai xadimdir. Bu kimi mülahizələrə görə təbii ki, onun adı həmin Mədəniyyət Evində saxlanılmalıdır. Vaxtında müəyyən prosedur səhvləri də olub. Təəssüf ki, o zamanlar Marneuli Bələdiyyəsinin qərarı Ədliyyə Nazirliyində təsdiq olunmayıb. Amma bunu da faciə kimi qəbul etmirəm. Orada Nəriman bəyin böyük heykəli var, soydaşlarımızın ürəyində heykəli var və heç kəs onu bizim əlimizdən ala bilməz. Biz borçalılılar da fəxr edirik ki, o, burada dünyaya gəlib. Həyatının bir hissəsini burada keçirib. Axı nəyə lazım idi onun adını bu Evdən götürmək? Bizi hörmətdən salan bu kimi insanlardır. Nəriman Nərimanovun adını gürcü cəmiyyətinə tanıtdırmaq lazımdır. Tbilisidə isə yeri gəlmişkən, onun adına ev muzeyi var. Və həmin muzeyin pulunu Gürcüstanın Mədəniyyət Nazirliyi verir, onun işçilərinə maaş kəsir. Azərbaycan dövlətinə də xüsusi təşəkkür düşür ki, SOCAR həmin binanı gözəl təmir etdi. Bu faktı, nailiyyəti də qeyd etmək lazımdır. Siyasi möhtəkirlərdən, spekulyantlardan da xahiş edirəm ki, bu məsələlərdən sui-istifadə etməsinlər. Zaman gələcək həmin Mədəniyyət Evi Nəriman Nərimanovun adını rəsmi şəkildə geri alacaq. Biznesin aparılımasının rahatlığına görə Gürcüstanda dünyada 6-cı yerdədir. Bizdə pulsuz tibbi xidmət var. Saakaşvilinin  vaxtında soydaşımız xəstəxanaya gəlsəydi, onu cərrah stolunun üstünə qoyardılar və deyərdilər ya pul gətir, ya da canın çıxsın.

- Gürcüstanda azərbaycanlıların gürcü məktəblərinə kütləvi axın etməsi barədə nə deyə bilərsiniz? 

- Məndən çox müsahibələr alıblar. Deməliyəm ki, Gürcüstan azərbaycanlılarının əsas problemləri nədir? Bəziləri deyir işsizlik, bəziləri deyir torpaqlar düzgün paylanmayıb. Bunlar hamısı həll olunan məsələlərdir. İşsizlik həmişə olub, torpaq islahatı vaxtı da kimin fikrində var idisə, o, torpaq aldı. Bu gün problemlərimizin başında təhsil problemləri durur. Biz Gürcüstan cəmiyyətində yüksək peşəkar kadrlar yetişdirməliyik. Yəni dövlət dilini bilməklə yanaşı, ayrı-ayrı ixtisas sahələrində də yüksək təhsilli peşəkarlarımız olmalıdır. Çox təəssüf ki, bu gün təhsilimiz çox aşağı səviyyədədir. Saakaşvilinin dövründə başlayan 4+ proqramı bizim müəyyən nailiyyətdir. Yəni bir neçə min tələbəmiz Gürcüstanın ali təhsil müəssisələrində oxuyur. Mən Mahir Dərziyev olaraq bunu diskriminasiya hesab edirəm. Belə təsəvvür edək ki, Azərbaycanda rusa, talışa, ləzgiyə güzəştli şərtlərlə Azərbaycan universitetlərində qəbul hüququnun verilməsinə necə baxardınız? Mən buna düzgün baxmıram. Bu gün bizim məktəblər Gürcüsatanın ali təhsil müəssisələrinə tam əsaslarla qəbul ola bilmək üçün şagirdlər yetişdirmir. Bu şagirdlərin səviyyəsi ona imkan vermir ki, ali təhsil müəssisəsinə imtahan  verə, qəbul ola və hətta ödənişsiz yerə daxil olsun. SOCAR-ın ödədiyi təhsil haqqı olmasa, biz Gürcüstanda oxuyan yerli azərbaycanlıların heç 20%-ni də orada görə bilmərik.

- Təhsil səviyyəsi barədə nə deyə bilərsiniz?

- Bugünki iqtidarın zamınında da, Saakaşvili hakimiyyəti vaxtı da Gürcüstandakı Azərbaycan məktəblərinin bağlanması, şagirdlərinin sayının azalması barədə yazırdılar. Bəli, bu tendensiya var. Amma gəlsin bir nəfər desin ki, hansı azərbaycanlı uşaq təhsil almaqdan kənara düşüb. Əsas səbəblər 90-cı illərdə, 2000-ci illərdə ölkədə gedən miqrasiya proseslərilə bağlıdır. Əhali dolanışıq üçün Rusiyaya, Türkiyəyə, Azərbaycana üz tutdu və elə kəndlər var idi ki, 3-5 uşaq qalmışdı. Bu məktəblər bağlandı, amma bu gün dövlət həmin uşaqların təhsil hüququnu qoruyur, onları servis avtobusları yaxınlıqdakı məktəblərə daşıyır. Məktəblərin bağlanması bununla izah olunur. Müəllimlərin 10 nəfərindən 9-u pensiya ya da pensiya öncəsi yaşdadır. Vaxtı ilə Azərbaycanda çox səhv bir addım atıldı. Bizə soydaş statusu verilmədi. Tutaq ki, Hindistandan, Çindən gələn vətəndaşla bizə eyni münasibət sərgiləndi. Amma Hindistandan gələnə Azərbaycanın ali məktəblərində imtahansız, müsahibə yolu ilə qəbul olmaq şansı tanındı, bizim cavanlara isə yox. Bizə soydaş statusu verməklə Azərbaycan dövləti də qazanar, Azərbaycan icmaları da qazanar. Azərbaycanın qanunlarına görə, başqa ölkənin vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrinə müsahibə yolu ilə qəbul olunur. Amma bizi qəbul etmirlər. Təzə-təzə qəbul etməyə başlayıblar. Halbuki, 5 il əvvəl 1 nəfəri də qəbul etmirdilər. Vaxtında Azərbaycan bizə müəllim kadrlarını hazırlamaqda yardım etmədi. Müəllimlərimiz yoxdur. Gürcüstanın universitetlərində müəyyən qədər müəllim kadrları hazırlanır, amma zaman lazımdır. Azərbaycan dili və ədəbiyyatı müəllimini burada hazırlamaq mümkün deyil. Şərait də, kadrlar da yoxdur. Vaxtı ilə Puşkin adına İnstitut var idi. Oranın bütün Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimləri köçüb getdilər. Bunu Azərbaycan dövlətindən xahiş də etmirik, tələb edirik ki, dilimizi, mədəniyyətimizi yaşatmaq üçün bizə belə kadrlar hazırlamaqda yardımçı olsunlar. İki böyük problemimiz var – inteqrasiya problemi və identifikasiya problemi, milli kimliyimizi qorumaq məsələsi. Və bu işdə Azərbaycan dövlətindən təcili yardımlar gözləyirik. Heç olmasa, ildə 20-30 nəfəri buradan aparıb Azərbaycan dili və ədəbiyyatı fənni üzrə oxutsunlar. Bir hissəsi orada qalsa da, əksəriyyəti buraya gələcək.

- Azərbaycanın Diaspor Komitəsi ilə münasibətlər hansı səviyyədədir?

- Açığı Azərbaycan dövlətinin burada dəstəyini çox hiss edirik. Heydər Əliyev Fondu 6-dan  çox məktəb təmir və inşa edib. Eyni sözləri SOCAR haqda da demək olar. Dərsliklər gətirilir, tələbələrin təhsil haqları ödənilir. Amma Diaspor Komitəsinin Fuad Muradova qədər olan siyasətini biz yanlış hesab etmişik. Azərbaycan diaspor təşkilatlarının yaranması, güclənməsi siyasəti yarıtmaz olub. 
İndi vəziyyət dəyişib. Gürcüstanda güclü diaspor təşkilatlarının yaranması üçün yetərincə, müzakirələr apardıq. Fuad müəllimlə çox səmərəli müzakirələrimiz olub. Gürcüstanda ABŞ-ın İnkişaf Agentliyinin dəstəyi ilə məktəblərin təmiri üçün 50 milyon dollarlıq layihə həyata keçirildi. Azərbaycandilli 7-8 məktəbi də təmir etdilər. Amma dediyim kimi, əsas məsələ dövlət dilinin öyrənilməsi və məktəblərə pedoqoji kadrların hazırlanmasını təşkil etməkdədir.  

- Gürcüstanda “Gürcü arzusu” və “Vahid Milli Hərəkat” partiyaları arasında ciddi fikir ayrılıqları mövcuddur. Bu, cəmiyyətdə də siyasi qütbləşməyə səbəb olubmu?

- Bəli, Gürcüstanda ciddi siyasi qütbləşmə müşahidə olunur. Bunu Avropadakı partnyorlarımız da bizə deyir. Bəlkə də bu proses seçki ab-havası ilə bağlıdır. Prezidentliyə namizədlərin fikirləri, platformaları emosional şəkildə müzakirə olunaraq “yaxşı” ya da “pis” qiymətlər verilir. Belə görünür ki, bizim cəmiyyətin də siyasi mədəniyyəti, siyasi səviyyəsi arzuolunan dərəcədə deyil. Amma istənilən halda, seçkilərin 2-ci tura qalması özü də bir nailiyyətdir. Seçkini saxtalaşdıran qüvvə bunu sona qədər edərdi və müxalifət buna mane ola bilməzdi. Yəni bu ölkədə real demokratik seçkilər keçirildi. Hər şey qanun çərçivəsində həll olundu.   
Oxşar xəbərlər
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
GÜNLÜK
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
19 Apr 2024 | 10:51
Yaşıl dünya naminə həmrəy Azərbaycan
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
19 Apr 2024 | 10:51
Yaşıl dünya naminə həmrəy Azərbaycan
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb