Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: HEYRAN XANIM
Oxunub: 1427
25 Nov 2018 | 13:37
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar:  HEYRAN XANIM
XIX əsrdə klasik fəlsəfə ilə qeyri-klassik fəlsəfə arasında tərəddüd edən, bir çox hallarda dünyəvi fəlsəfi təfəkkürə yaxınlaşan mütəfkkirlərimiz arasında əsli Naxçıvandan olub Təbrizdə yaşamış Heyran xanım da olmuşdur. Təqribən 1780-ci illərdə anadan olub 80 il ömür sürmüş Heyran Xanımın nəsli-kökü bir tərəfdən Dünbüli, digər tərəfdən isə Kəngərli Türk etnosları ilə bağlıdır. Məhəmmədəli Tərbiyət “Danişməndani-Azərbaycan” əsərində Heyran xanım haqqında yazır: “Heyran xanım Azərbaycanın məşhur ailələrindən və Dünbüli tayfasının hörmətli qadınlarından olmuşdur. O. Təbriz şəhərində doğulmuş, lakin onun nə doğulma, nə də vəfatı tarixi məlum deyildir. Mən (M.Tərbiyət) onun qohumlarından eşitmişəm ki, Heyran Xanım səksən yaşında vəfat etmişdir. Onun divanı dörd min beş yüzə yaxın fars və türk dillərində qəsidə, qəzəl, qitə və tərcibəndlərdən ibarətdir. Heyran Xanımın şeirlərindən çoxu Abbas Mirzə və onun bacısı haqqında deyilmişdir”. 
Qeyd edək ki, Heyran Xanım dövrünə müvafiq fars dilində yüksək təhsil almış, Şərqin Firdovsi Sədi, Hafiz, Nizami, Füzuli, Nəsimi kimi klassiklərinin yaradıcılığını oxuyub öyrənmişdir: “Onun şeirlərində Azərbaycan sənətkarlarından Həsənoğlu, Nəsimi və Füzulinin təsiri akşar duyulur. Şairənin bir sıra qəzəlləri dahi Füzuliyə nəzirə şəklində yazılmışdır. Lakin şairənin orijinal şeirləri daha çoxdur. Belə şeirlərində o, bir tərəfdən təmiz eşqin, saf məhəbbətin vəsfini verir, digər tərəfdən zəmanə zülmünün çoxluğundan bəhs edərək dövranın möhnətindən, fələyin gərdişindən acı-acı şikayətlənir. Heyran xanımın əsərləri nikbin pafosu, tərənnümün səmimiliyi, dilin sadəliyi və aydınlığına görə XIX əsr Azərbaycan ədəbiy¬yatında xüsusi yer tutur”. 
Onun dünyagörüşündə əsasən şiəlik və sufilik izləri daha çox özünü büruzə verir. Məsələn, o, 1831-ci ilə Təbrizdə və ətraf ərazilərdə yayılmış vəba xəstəliyindən bəhs edərkən türk, qeyri-türk əhalini dini anlamda müsəlman deyil, şiələr kimi qələmə vermişdir:
İlahi, həlak oldi şiələr,
Torpaqda yatdı yeniyetmələr. 
Heyran Xanımın sufiyanə yazdığı şeirlər isə daha çoxdur. Belə ki, şairənin şeirlərində ilahi sevgiyə qovuşmaq axtarışı hiss olunur. Heyran xanım yazır: 
Çarə yox dərdimə ol ləli-dütadən qeyri,
Kimsə tutmaz əlimi zülfi-rəsadən qeyri,
Yoxdu bir yar, edə halımı dildarıma ərz,
Səri-kuyunda məgər badi-səbadən qeyri,
Bəxtimiz şeşdəri-heyrətdə idi, çünki bizə,
Görmədi yar rəva çövrü cəfadən qeyri.
Gərçi dildar mənə eylədi çox zülmü sitəm,
Mən ona eyləmənəm mehrü vəfadən qeyri
Heyran xanım “Ey həkim” şeirində də ilahi eşqə qovuşmaq üçün çəkdiyi iztirabın, bu yolda sərf etdiyi zəhmətin davasını axtarır:
Bir nəzər ləli-ləbi-cananə eylə, ey həkim,
Çarəyi bu dərdi-bidərmanə eylə, ey həkim!
Gər bəhşiti-cavidan istərsə könlün şövqilə,
Bir güzər, sən məhfili-cananə eylə, ey həkim!
Hicri-dilbər öldürür axırı məni, sən rəhm elə,
Xəncərin çək, qeylimi mərdanə eylə, ey həkim!
Qıl tərəhhüm haqlıma, eylə əlaci-dərdimi,
Bir dəva ver, əqldən biganə eylə, ey həkim!
Rahi-həq istərsə könlün, məscidə girmə, saqın,
Şövqilə əzmi-rəhi-meyxanə eylə, ey həkim!
Çəkmə zəhmət xarü xəsdən, əzmi-kəbə eyləmə,
Qəsdi-bəzmi-vəsli-sahibxanə eylə, ey həkim!
Bir qulaq as naley-Heyrana, hifz et naləsin,
Bəzmi-hikmətdə onu əfsanə eylə, ey həkim! 
Bizə elə gəlir ki, Heyran xanımı Məcnun kimi səhralara salan da Yaradana olan sonsuz sevgidir. Onun üçün, bu dünyada əgər gerçək bir sevgi varsa, o da Yaradana olan uca və ilahi eşqdir ki, ancaq xilas yolu da Ona bağlıdır. Bu anlamda hər hansı sevgiliyə olan bənzətmələr formal xarakter daşıyır, çünki bu dünyadakı məcnunluq, ya da leyliliyin özü də ilahi eşqin zərrələridir. Məsələn, o yazır: 
Ey gözəl, yoxdur mənim tək qəddinə dilbaxtə,
Qədrimi mən bikəsin bil sən, dolanım başına!
Mən düşüm səhralərə Məcnunsifət, şuridəvar,
Qıl təmaşa halıma, gül sən, dolanım başına! 
Ya da:
Qəmim əğyardən hərçənd gizlətdi, nihan etdim,
Görüb payanə yetməz, eşqimin sirrin bəyan etdim,
Gecə ta sübh olunca nalə çəkdim, ələman etdim,
Səhər vaxtı olub diltəng əzmi-gülistan etdim, 
Çü, Heyran nalə etdi, bülbüli-şeydayə bənzətdim.
Heyran xanımın daxili iztirablarını aradan qaldıracaq Yaradanla yanaşı, gerçək bir “Yar”a da ehtiyacı var idi. Həmin “Yar” Məcnunsifət, Fərhad¬sifət, Xosrovsifət bir Məhbub idi ki, şairə bunu gizlətmir də:
Olubdu qəm yatağı, şad gördüyün könlüm
Dağıldı qüssədən , abad gördüyün könlüm.

Diyari qəmdə giriftarü dəstgir oldu,
Kəməndi firqətə, azad gördüyün könlüm.

Fəraq dərdinə axtardə, tapmadı çarə,
Cəmi hikmətə ustad gördüyün könlüm.

Səriri-vəsldə Xosriovsifət oturmuşdu,
Olubdu kuhdə Fərhad, gördüyün könlüm. 

Başqa bir şeirində də şairə “Yar” üzündən hicrandan üzüldüyünü, həsrətə dözə bilmədiyini yazır:
Hicran ələmi saldı ayaqdan məni-zari,
Daruyi-vüsali mənə bir çarə yetirsin.

Səbrim kəsilib, yar mənum canımı alsın,
Ya şad eləsin vəsl ilə, didarə yetirsin...

Gəl Tanrı üçün bunca sitəm eyləmə izhar,
Qoy yarə özün bu dili-avara yetirsin.

Bikəsliyimə rəhm eyləsin xaliqi-biçün,
Heyrani o şahzadə digər-barə yetirsin. 

Heyran xanımın düşüncələrindəki Tanrı ilə “Yar”ı, utopik və gerçək anlamda dərk edib, hər iki anlayışın mahiyyətində bir bütünlüyü görmək zəruridir. Çünki obyektiv aləmdəki bir “Yar”ın, yəni Məcnun, Fərhad, Xosrov sifətindəki sevgilinin varlığı, yeganə Yaradanın varlığının arxa planda qalması demək deyil. Bəlkə, əksinə hesab etmək olar ki, obyektiv aləmdəki “Yar”ı arzulamaq, üstəlik bunun üçün obyektiv, ya da qeyri-obyektiv aləmlərin sahibi olan Yaradandan yardım diləmək özü də bir üsuldur. Hesab etsək ki, Tanrı obyektiv aləmdəki Aşiqlə Məşqun qovuşmasının, - istər ruhi, istərsə maddi anlamda olsun, əsas səbəbkarıdır, o zaman bu qovuşmanın sonunda Tanrının özüylə bir bütünləşmə olaraq başa düşmək də olar. Əgər Tanrı obyektiv aləmdəki iki sevgilinin maddi anlamda qovuşmasından deyil, ancaq ruhi bütünlüyündən yanadırsa, bunun da bir anlamı olsun gərək. Ola bilsin ki, Heyran xanım kimi “Yar”dan yazıb onun vüsalından bəhs edənlər, həmin “Yar”ı iki anlamda dərk ediblər. Başqa sözlə, “Yar” anlayışını birmənalı şəkildə ilahiləşdirmək qədər, bu məfhumu sırf cismani anlamaqda irəli sürmək də doğru deyildir. Bizcə, ən doğru olanı maddi və mənəvi “Yar”ın bütünlüyünü başa düşməkdir. Heyran Xanım yazır:
Ya Rəb, kərəm et, ol büti-mehparə qayıtsın,
Bir rəhm eləsin, bu dili-bimarə, qayıtsın.

Bu dil ki, ona mənzil idi, oldu xərabə,
Əzm  etsə əgər yar, dəxi harə qayıtsın?

Şanə çəkibən çin-çin elə, sal uzə zülfün,
Qüllab kimi ucları rüxsarə qayıtsın.

Mürqi-dili-zarim genə avarə qalıbdır,
Zülfün xəmin aç, ta ki, bu avarə qayıtsın.

Gəl rəhm elə, qoy aşiqi bir yarə yetişsin,
ərzin eləsin ol büti-xunxarə, qayıtsın.

Çün kövkəbi-bəxtim yetişib nəhs məqamə,
Bir əmr elə, ta sabitü səyyarə qayıtsın.

Əhd et, edəsən canüvi sən sidq ilə qurban,
Heyran! Yar əgər bir də bu gülzarə qayıtsın. 

Bu şeirində şairənin anlatmaq istədiyi “Yar”ın cismanilikdən xeyli dərəcədə uzaqlaşıb ruhi, mənəvi bir mahiyyət kəsb etdiyini görürük. Çünki yalnız mənəvi, ya da xəyalən arzulana “Yar” qüsursuzdur. Doğrudur, mənəvi ya da xəyalən arzulanan “Yar”ın da özünəməxsus “nazı”, “zalımlığı” var. Amma həmin “Yar”ın “zalımlığ”ı, “insafsız”lığı onun sevgisinin aliliyinə, paklığına xələl gətirmir. Əksinə, vüsal gününün dəyərini birə min qat artırır. Heyran Xanım yazır:
Yarım, mənə eylə bir nəzarə,
Oldu ciyərim həzar parə.

Hicrində mənim həzin könülüm,
Şölə çəkibən tökər şərarə.

Bir ah çəkib fəğan edim mən,
Ta od düşə dəştü kuhisarə.

Can getdi sənin yolunda badə,
Ey dust, bu dərdə varmı çarə?

Leyli sən idin, seni sevənlər,
Məcnun kimi düşdü ruzigarə.

Çoxdur sənin aşiqin əgərçi,
Bir mən kimi yoxdu bəxti qarə.

Heyran! Gözü yolda qaldı, canan,
Qıl çarə bu dərdi-intizarə. 
Heyran Xanım bu şeirlərində, sadəcə “Yar”ına qovuşmağa can atan bir insandır. Ancaq şairə üçün əsas qurtuluş yolu “Yar”a qovuşmağa can atan cismani “Mən” deyil, ruhi “Mən”dir. Çünki cismani “Mən”dən fərqli olaraq mənəvi “Mən” heç bir əngəl tanımır. Heyran Xanım yazır:
O ənbərin saçına şanə vurma, rəhm eylə,
Ki, onda daldalanar bu dili pərişanım.

Bilin o şəhrdə, kim, bir nəfər müsəlman yox,
O şəhrdə yaşayır yari-namüsəlmanam.

Gözəllərin hamısından gözəldi öz gözəlim,
Cahanda başqasına vəsf qılma, Heyranım!
Yaxud da:
Eşqində nəzar, həm qəmin mən,
Qayətdə lətifü nazənin sən.

Sən cümlə gözəllərin içində
Xurşidcəmal, məhcəbinsən.

Vəslində qalıb zəbanim aciz,
Tərifdə mahi-biqərinsən.

İnsan da olurmu boylə incə,
Ey şux, məgər ki, huri-eynsən? 

Gördüyümüz kimi, Heyran Xanım düşüncələrində öz dövrünün şərtləri altında şiə imamiliyinə meyil etsə də, ancaq bununla qapanıb qalmamışdır. Hər halda Heyran Xanımın şeirlərindəki “Yar”a olan sevgi həm azadlığın bir simvoludur. Yəni cimani olaraq bədən nə qədər qeyri-azaddırsa, ruhi halda isə bir o qədər azaddır. əslində daha çox vacib olan da ruhun köləliyinə son qoymaqdır. Bizcə, Heyran Xanının dünyagörüşündə ruhi azadlıq ön planda olub, hətta  cicmani azadlığa doğruda xeyli dərəcədə can atmışdır.


AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
Oxşar xəbərlər
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:57, Bu gün
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - YENİLƏNİR + FOTO/CANLI YAYIM
13:54, Bu gün
Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
GÜNLÜK
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO