“İçərişəhər”də aşkar edilən tarixi hamam və “Bakı xanlarının sarayı” ilə bağlı iddialara son qoyulub. Tarixi hamamın və sarayın sökülərək yerində mehmanxana tikiləcəyi deyilsə də, “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi bu iddiaları təkzib edib.
İdarənin aparat rəhbəri Riad Qasımov musavat.com-a açıqlamasında bildirib ki, arxeoloji qazıntılar zamanı aşkar edilən tarixi hamam və “Bakı xanlarının sarayı” birlikdə tarixi kompleks kimi istifadəyə veriləcək.
Riad Qasımov deyib ki, hazırda hamam ətrafında beynəlxalq şirkət tərəfindən konservasiya işləri aparılır. “Bakı xanlarının sarayı”nda isə restovrasiyası işlərinin apaprıldığını deyən Riad Qasımov bildirib ki, həm tarixi hamam ərazisi, saray birlikdə böyük istirahət guşəsi olacaq.
“Bakı xanlarının sarayı”nın muzey ekspoziyası kimi fəaliyyət göstərəcəyini qeyd edən İdarə rəsmisi söyləyib ki, həmin muzeydə həm İçərişəhrin, həm də Azərbaycanın tarixi ilə bağlı bütün məlumatları əldə etmək mümkün olacaq. Riad Qasımov tarixi hamam ərazisinin isə istirahət guşəsi kimi istifadəyə veriləcəyini deyib. O bildirib ki, tarixi abidələrin yerində obyekt və ya mehmanxana tikilməsi ilə ,bağlı fikirlər əsassızdır. Daha sonra isə tarixi və unikal abidə hesab edilən hamam ətrafında görülən işlər barədə
Azərbaycan Milli Elmlər Alademiyasının nümayəndəsi, arxeoloji qazıntıya nəzarət edən İdris Əliyev musavat.com-a məlumat verib.
Daha ətraflı təqdim etdiyimiz videosüjetdən izləyə bilərsiniz.