Xəbər lenti
23/04/2019 [00:19]:
Filippində 6,3 bal gücündə zəlzələ baş verib, 8 nəfər ölüb
23/04/2019 [00:11]:
Putin və Kim Çen Inın görüş tarixi və yeri məlum olub
22/04/2019 [23:29]:
Şri-Lankadakı terror aktlarında 30 ölkənin vətəndaşı ölüb
22/04/2019 [23:26]:
Yevlaxda 14 yaşlı qız cücə dərmanı yeyərək ölüb
22/04/2019 [23:09]:
"Sahibsiz itlər fəaliyyətimə əngəllər yaradır" — "Çinə it əti sata bilərik"
22/04/2019 [22:54]:
Londonda "Vagina" muzeyi açmaq üçün pul yığılır - Sərmayə qoyan hər kəs...
22/04/2019 [22:33]:
Bu heyvanı görənlər heyrətə düşür - FOTO
22/04/2019 [22:18]:
Zelenskinin qələbəsi erməni rejissoru prezident olmağa həvəsləndirib
22/04/2019 [22:07]:
“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb
22/04/2019 [21:57]:
Polşa prezidenti Zelenskini ölkəsinə dəvət etdi –Tərəflər telefonda danışıb
22/04/2019 [21:42]:
“BakuBus” avtobusu bir manevrlə bütün yolu iflic etdi – VİDEO
22/04/2019 [21:33]:
Azərbaycanda bu şəhərin 28 ildir İcra başçısı yoxdur
22/04/2019 [21:14]:
Səfər Mehdiyev İsrailin Azərbaycandakı səfiri ilə görüşdü
22/04/2019 [20:40]:
Gömrük Akademiyasında qurum əməkdaşları üçün təlimlərə start verildi - FOTOLAR
22/04/2019 [20:35]:
Putin Zelenskini təbrik etməyib - AÇIQLAMA
22/04/2019 [20:16]:
Maaşlarımızdan nə qədər pul tutulacaq? – YENİLİKLƏR
22/04/2019 [20:11]:
Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)
22/04/2019 [20:10]:
Rus şairi Azərbaycan şəhərində erməniləri başına yığdı...-FOTOLAR
22/04/2019 [19:48]:
Paşinyan: "Qarabağ məsələsini erməni xalqı həll etməlidir, mən yox"
22/04/2019 [19:46]:
“Sabah qərar çıxsa ki, Qarabağı verin, verəcəyik? Əlbəttə yox...”
22/04/2019 [19:37]:
BMT Azərbaycan hərbçilərinin sülh missiyalarında iştirakına görə təşəkkür edir
22/04/2019 [19:31]:
Ağalar Vəliyevin ölkə təhsilinə göstərdiyi dəstək əlahəzrət rəqəmlərin dili ilə...
22/04/2019 [19:29]:
Arvadını maşınla vurub, sonra intihara cəhd edən ər saxlanıldı
22/04/2019 [19:17]:
Bərdədə daha bir körpə ölümü
22/04/2019 [19:15]:
Gürcüstanda etirazlar: Xüsusi təyinatlıları daşqalaq etdilər - VİDEO
22/04/2019 [19:05]:
BDU-nun rektoruna 16 gün ərzində tələbələrdən 663 müraciət daxil olub
22/04/2019 [18:45]:
ABŞ-dan təqaüd təklifi alan gənc: -" Azərbaycanda əla qiymətlərlə oxuyurdum"
22/04/2019 [18:36]:
Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər görülür
22/04/2019 [18:34]:
Bakıda özünü beşinci mərtəbədən atan qız ağaca ilişib sağ qaldı
22/04/2019 [18:32]:
Azərbaycan Burundi qaçqınlarına yardım ayırıb
22/04/2019 [18:31]:
İlham Əliyev Zelenskini təbrik etdi
22/04/2019 [18:30]:
Şirkət sahibi səhmlərinin 10 faizini işçilərinə bağışladı - İBRƏTAMİZ...
22/04/2019 [18:27]:
Türkiyənin Sürixdəki baş konsulluğuna hücum: üç nəfər həbs edildi
22/04/2019 [18:18]:
Başı bəlalı Kılıçdaroğlu - O, ilk dəfə deyil döyülür
22/04/2019 [18:12]:
Rusiyada azərbaycanlı avtoritet öldürüldü
22/04/2019 [18:10]:
Koçaryanın işi ilə bağlı istintaq yekunlaşıb
22/04/2019 [18:03]:
Azərbaycan xəstəxanalarında niyə  namaz otaqları yoxdur?-Hacı Şahin cavablandırır...
22/04/2019 [17:54]:
Bakı Şəhər Baş Polis İdarəsi cinayətkarlığın statistikasını açıqladı
22/04/2019 [17:52]:
Eldar Əzizov sərəncam imzaladı - “Kiçik Dəniz” küçəsininə Süleyman Ələsgərovun adı verildi
22/04/2019 [17:26]:
Vladimir Zelenskinin andiçmə mərasimi nə vaxt keçiriləcək? –Vaxt açıqlandı
22/04/2019 [17:19]:
Nazirdən xalqa “danışın, mövqeyinizi bildirin” mesajı
22/04/2019 [17:18]:
14 ildir bu at hər gün şəhərdə tək gəzir - FOTOLAR
22/04/2019 [17:13]:
“Logix Academy”də təlim keçən tələbələrə seritikat verildi
22/04/2019 [17:11]:
Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinə yeni dekan təyin edildi
22/04/2019 [17:07]:
Ərdoğandan Kılıçdaroğlunun yumruqlanmasına münasibət -"Şiddəti əsla qəbul edə bilmərik"
22/04/2019 [17:04]:
Vergilər Nazirliyi rəqəmləri açıqladı - 1 milyarddan çox...
22/04/2019 [17:01]:
Ağalar Vəliyev daha 30 seçicisini Məşhəd ziyarətinə göndərdi - FOTOLAR
22/04/2019 [17:00]:
Prokuror: "Fədayə Laçına ədalətli hökm verilib"
22/04/2019 [16:42]:
Prezident yol tikintisinə 6,8 milyon manat ayırdı
22/04/2019 [16:39]:
İran nefti bütün dünyada qadağan olunacaq
22/04/2019 [16:29]:
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi
22/04/2019 [16:20]:
Təbiətə bağlı olan uşaqlar daha çox xoşbəxt olur -Araşdırma...
22/04/2019 [16:15]:
Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi
22/04/2019 [16:12]:
“Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib
22/04/2019 [16:08]:
Mərdəkan qalası və Tuba Şah məscidini türklər bərpa edəcək
22/04/2019 [16:05]:
ABŞ Türkiyəyə ultimatum verdi
22/04/2019 [16:00]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
22/04/2019 [15:45]:
“Azərsu” yeni elektron xidmət istifadəyə verdi
22/04/2019 [15:42]:
Makedoniyanın Universitet rektoru Azərbaycana gəlir
22/04/2019 [15:40]:
İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanıldı
22/04/2019 [15:24]:
ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub
22/04/2019 [15:21]:
Azərbaycan uşaqların milli geyimləri xaricilərin diqqətində -FOTOLAR
22/04/2019 [15:14]:
Hakim  “qanpulu” almaq istəyən  qaçqın şəhid ailəsinin haqqını tapdayıbmı?..
22/04/2019 [15:14]:
İstanbul seçkisi yenidən sual altında - YSK hər an Türkiyəni şoka salan qərar verə bilər...
22/04/2019 [15:12]:
Dahi bəstəkarın adına küçə verildi: Tahir İmanov ölkə başçısına təşəkkür etdi
22/04/2019 [15:02]:
Ukraynada prezident seçkisi: Şoumenin qələbəsi, milyarderin məğlubiyyəti...
22/04/2019 [15:01]:
Vergilər Nazirliyi: Sahibkarlar yanlışlara yol verirlər
22/04/2019 [14:56]:
Heydər Əliyev Fondunun nümayəndələri Hüseynə baş çəkiblər
22/04/2019 [14:49]:
Şri-Lankadakı dəhşətli terroru hansı qruplaşma törədib?
22/04/2019 [14:42]:
"Cindar Hüseyn" və anası məhkəməni düyünə salıb -Proses təxirə salındı
22/04/2019 [14:33]:
DGK bəzi KİV-lərdə yer alan iddialara cavab verdi...
22/04/2019 [14:22]:
“Formula 1” ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçəcək –Ramil Usubov əmr imzaladı
22/04/2019 [14:20]:
“Google” İran televiziyalarının hesablarını bağlayıb -Rəsmi Tehrandan operativ reaksiya
22/04/2019 [14:17]:
Umayra Tağıyeva: "Qeyri-sabit hava aprelin 25-dək davam edəcək"
22/04/2019 [14:14]:
"Bunlar eyni cəsarətlə Qarabağda erməni tankının üzərinə getsələr, hamısını xincım-xıncım edərlər"
22/04/2019 [14:10]:
Bakıda lombardda külçə fırıldağı - Qızıl adı ilə dəmir verdi, 40 min qabağa düşdü
22/04/2019 [14:07]:
Millət vəkili: "Kağız parçasının deyil, biliyin arxasınca getməliyik"
22/04/2019 [14:06]:
Bakıda qız burun əməliyyatından sonra öldü
22/04/2019 [14:03]:
“Elə ölkələr var ki, orda hətta açıq havada siqaret çəkməyi qadağan edirlər...” - Ekspert...
22/04/2019 [13:56]:
Borcu olan 134 nəfər saxlanılıb
Bütün arxiv bir sırada
09/11/2018 [20:00] - Cəmiyyət - ( 744 dəfə baxılıb)

"Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdədir"



Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir.

Moderator.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, yola salmaqda olduğumuz həftə də ölkəmizin xarici siyasəti baxımından intensiv oldu və dövlətimizin başçısının xarici nümayəndə heyətləri ilə çoxsaylı görüşləri ilə müşayiət olundu: “Həftə ərzində ölkəmizə olan səfərlər və dövlətimizin başçısının xarici nümayəndə heyətləri ilə keçirdiyi görüşlər ölkəmizin xarici siyasətinin nə dərəcədə dinamik, çevik və çoxşaxəli olmasının növbəti göstəricisidir. Paytaxt Bakı Fələstinin Asiya qitəsi ölkələrində səfirlərinin toplantısına ev sahibliyi etdi və bu xüsusda dövlətimizin başçısı Fələstinin xarici işlər naziri Riyad əl-Malikinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Nəzərə almaq lazımdır ki, Fələstin məsələsi beynəlxalq gündəlikdə duran ən aktual mövzulardan biridir və ölkəmiz də bu məsələnin həll edilməsinə, fələstinlilərin humanitar problemlərinin aradan qaldırılmasına öz töhfəsini verir. Dövlətimizin başçısı eyni zamanda Səudiyyə Ərəbistanı daxili işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal və təcavüz siyasətinə görə Səudiyyə Ərəbistanının bu ölkə ilə əlaqələri yoxdur. Ümumiyyətlə, ölkəmiz islam həmrəyliyinə sadiqdir və əməli addımlarla islam həmrəyliyinin gücləndirilməsinə öz əsaslı töhfəsini verir”.

PA rəsmisi bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında bu ilin oktyabrının sonunda keçirilmiş ilk təhlükəsizlik dialoqunun ardınca Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ölkəmizdə səfərdə oldu və Prezident İlham Əliyev tərəfindən qəbul edildi: “Avropa İttifaqı Azərbaycanın mühüm tərəfdaşlarından biridir və Aİ-dən olan yüksək vəzifəli rəsmilərdən birinin də dediyi kimi, Azərbaycan sabit, müasir və mötədil siyasət yürüdən ölkədir. Başqa sözlə desək, Azərbaycan Avropa İttifaqı üçün təbii tərəfdaşdır. Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair saziş layihəsinin başa çatdırılması əməkdaşlığın hərtərəfli inkişafına əlavə təkan verəcək”.

O əlavə edib ki, dövlətimizin başçısının ABŞ-ın Nəqliyyat Komandanlığının rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ölkəmizin Əfqanıstanda NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfəsi, NATO üzv ölkələrinə göstərdiyi tranzit və nəqliyyat dəstəyi, ABŞ ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu:

“Bir sözlə onu deyə bilərik ki, dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycanın uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir və ölkəmizin tərəfdaşlıq əlaqələri məzmun və coğrafi baxımdan davamlı surətdə genişlənir”.

Prezident Administrasiyasının şöbə müdirinin müavini qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar ölkəmizin haqlı və ədalətli mövqeyinin daha da güclənməsi tendensiyası davam edir. Bütün tərəflər status-kvonun qəbuledilməzliyini etiraf edirlər:

“Xatırlatmaq istərdim ki, 2011-ci ildə “Böyük Səkkizliy”in Dövildə keçirilmiş sammiti çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində verdikləri bəyanatda status-kvonun qəbuledilməz olduğunu vurğulamışdılar. Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Vyanada ATƏT-in Daimi Şurasında keçirdikləri brifinq əsnasında da status-kvonun qəbuledilməzliyi ABŞ və digər nümayəndə heyətləri tərəfindən bir daha səsləndirildi. Birmənalı olaraq işğala əsaslanan status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi isə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını ehtiva edir. Ermənistan-Azərbaycan münaqişənin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə və Helsinki Yekun Aktına əsaslanır”.

Onun sözlərinə görə, yalnız son bir neçə aylıq dövrə nəzər salsaq, Avropa İttifaqı ilə Tərəfdaşlıq Prioritetləri sənədi, NATO-nun Brüssel sammitinin yekun bəyanatı, Almaniyanın kansleri və bu ölkənin Xarici İşlər Nazirliyi, ABŞ-ın yüksək vəzifəli rəsmiləri və Ermənistandakı səfiri, Belçika Xarici İşlər Nazirliyinin açıqlamaları, həmçinin İstanbulda keçirilmiş Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə qəbul edilmiş bəyanatları qeyd edə bilərik: “Ümumiləşdirilmiş şəkildə desək, bu bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur, Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu və münaqişənin həll edilməsi üçün Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmalı olduğu qeyd olunur. Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsi ilk növbədə dövlətlərin BMT nizamnaməsi əsasında öz üzərilərinə götürdükləri öhdəliklərinə sadiqliyinin göstəricisidir”.

H.Hacıyev deyib ki, Ermənistan reallığı düzgün qiymətləndirməli və işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır. Yalnız bu halda münaqişənin həllində irəliləyişin əldə olunması, regionun ehtiyac duyduğu davamlı sülhün təminatı mümkündür.

PA rəsmisi vurğulayıb ki, bu günlərdə Astanada Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının dövlət başçılarının zirvə toplantısı keçirildi. Sammit Ermənistan üçün növbəti uğursuzluqla başa çatdı. Ermənistanın iddialarına və istəklərinə baxmayaraq, təşkilatın baş katibi postu Ermənistandan alındı. Ermənistan bu postu 2020-ci ilə qədər saxlamağa çalışırdı:

“Təbii ki, bu KTMT üzv dövlətlərinin qəbul etdiyi qərardır. Azərbaycan Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının zirvə toplantısını yaxından izləyib. Sammit nəticəsində qəbul edilmiş sənədlər və yekun bəyanat barədə qeyd götürülüb. Bu qəbildən olan sənədlərdən biri müşahidəçi və tərəfdaş ölkələrin hüquqi statusu barədədir. O ki qaldı Ermənistana, bu ölkənin bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir. Nəzərə almaq lazımdır ki, məlum səbəblərə görə Ermənistan istisna olmaqla Azərbaycanın KTMT-nin bütün üzv dövlətləri ilə çox sıx dostluq və tərəfdaşlıq münasibətləri var. İkitərəfli və çoxtərəfli müstəvilərdə bu əməkdaşlıq daha da genişləndirilir”.

14 ildir bu at hər gün şəhərdə tək gəzir - FOTOLAR
Ağalar Vəliyev daha 30 seçicisini Məşhəd ziyarətinə göndərdi - FOTOLAR
İstanbul seçkisi yenidən sual altında - YSK hər an Türkiyəni şoka salan qərar verə bilər...
"Bunlar eyni cəsarətlə Qarabağda erməni tankının üzərinə getsələr, hamısını xincım-xıncım edərlər"
Leonid Kuçmadan bədbin açıqlama: “Ukraynanın yeni prezidentinə yazığım gəlir”
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Ağalar Vəliyevin ölkə təhsilinə göstərdiyi dəstək əlahəzrət rəqəmlərin dili ilə...
Dünya
Şirkət sahibi səhmlərinin 10 faizini işçilərinə bağışladı - İBRƏTAMİZ...
Cəmiyyət
Dahi bəstəkarın adına küçə verildi: Tahir İmanov ölkə başçısına təşəkkür etdi
Cəmiyyət
"Müasirliklə ayaqlaşmağımız üçün təhsilimizin cavan, iti ayaqları olmalıdır"
Cəmiyyət
M.C.Bağırovu ittiham edən şəxs: "Rəsulzadə ilə əlaqəli bütün donosları qulaqardına vururdu"
Həftənin ən çox oxunanları
Ermənilər Aprel savaşı haqda cizgi filmi də çəkdi...-FOTO+VİDEO
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Həyəcan təbili...
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
“Fahişəxanalar baş alıb gedir, otellərdə və digər obyektlərdə əxlaqsızlıqlıq hökm sürür"
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
“A.Mamikonyan və qrupu 1997-ci ildə Xətai metrosu yaxınlığında  yaşayıb və...” 
“Qarabağ Ermənistanla birləşməlidir” – Prezidentliyə namizəddən sərsəm bəyanat
“Həbsdən çıxanda elə bildi ki, hamısı başına toplanacaq, ətəyindən öpəcəklər...”
""Space"in rəhbəri heç olmazsa öz kanalına baxırmı, bu, söyüşdən də pisdir" - QALMAQAL
“Ölkəmizdə işığın da, qazın da, benzinin də qiyməti yüksəkdir” – Millət vəkili
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]