Ermənistan Qarabağdakı dükanlara onlayn kassa aparatları da qoyur  -  Savaşdan arxayınlıqmı?..
Hadisə
3284
06 Nov 2018 | 10:55

Ermənistan Qarabağdakı dükanlara onlayn kassa aparatları da qoyur - Savaşdan arxayınlıqmı?..

Ermənistan  işğal altındakı Azərbaycan torpaqlarında fəaliyyət göstərən ticarət obyektlərini ən müasir kassa aparatları ilə təmin etməyə hazırlaşır. 

Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkənin  Azərbaycan torpaqlarına qanunsuz səfər edən Dövlət Gəlirləri komitəsinin sədri David Ananyan erməni jurnalistlərə qondarma separatçı rejimin başçısı Bako Saakyanla görüşüdən  bəhs edərkən danışıb. 

Görüşdə Ermənistanla qondarma qurum arasında vergi və gömrük sahəsində əməkdaşlığı genişləndirmək üçün  müasir kommunikasiya əlaqələrinin vacibliyi vurğulanıb. Odur ki, Xankəndi və Şuşadan başlamaqla bütün ticarət obyektlərində son nəsil kassa aparatlarının qoyulması da nəzərdə tutulub. Çünki həmin aparatlar hər iki tərəfin vergi orqanlarına internet üzərindən obyektlərin gəlirlərinə nəzarət etmək imkanı verəcək. 

D.Ananyan qeyd edib ki,  yeni nəsil  kassa aparatları, elə həmin aparatlardır. “Sadəcə, bir fərqi var; onlarda xidmətin növü, alınmış malların sayı, ölçü vahidi və s. də görmək olur. Və bu kassa aparatları onlayn olaraq vergi orqanıyla bağlı olacaq...”

P.S. Sözsüz ki, Ermənistan burada həm də qondarma rejimin işğal altındakı torpaqlarda əldə etdiyi gəlirlərin xeyli hissəsini nəzarətdə saxlamaqla rejimin iqtisadi rıçaqlarını tam olaraq öz alində tutmaq  məqsədi də güdür...

P.P.S.  Qarabağda dinc həyata quruculuğuyla bağlı belə faktlar həm də Ermənistanın yaxın onilliklərdə Qarabağda genişmiqyaslı savaşın olmayacağından arxayınlığına dəlalət edir. Görünür, beynəlxalq güclər işğalçı ölkəyə bu haqda gizli zəmanət verib... Odur ki, terrorçu dövləti bundan sonra yalnız  nəzarətində olan torpaqlarımız vasitəsilə mümkün qədər çox gəlir götürmək maraqlandırır...

Sultan Laçın 
Link kopyalandı!
Son xəbərlər