“Deputat özünü müdafiə edə bilmirsə, dövlətinin mənafeyini necə müdafiə edə bilər?”
Oxunub: 1092
05 Nov 2018 | 10:21
“Deputat özünü müdafiə edə bilmirsə, dövlətinin mənafeyini necə müdafiə edə bilər?”
Deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin Milli Məclisin plenar iclasında dövlət himnimizlə bağlı dediklərinə reaksiyalar çox sərt oldu. Əbülfəz Elçibəy komandasının üzvünün, üstəlik, istiqlalçı deputatın himnə “əl gəzdirilməsi”ni təklif etməsi həm mətbuatda, həm də sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Elə deputatla digər məsələlərdən də bəhs edən müsahibəmizdə əvvəlcə himn mövzusundan başladıq.

 -Tahir bəy, zaman-zaman milli atributlarımız, o cümlədən himnimiz əleyhinə fikirlər səslənib. Bu dəfə siz himnə qarşı çıxdınız. Ünvanınıza çox sərt fikirlər səslənsə də, mövqeyinizdə israr edirsiniz. Özünüz əminsinizmi ki, fikirlərinizdə haqlısınız?

- Düşünürəm ki, bəli. Həqiqət bildiyin bir şeyi demək lazımdır ki, o, fikirlərdə oturuşsun. Əvvəl bir məsələni deyim. Bizim himnimiz, gerbimiz, bayrağımız ilk variant deyil. Əgər biz deyiriksə ki, ilk variantdakı kimi saxlayaq, bunlar ilk variant deyil. Yəni sözlərində də, şəkilçilərində də dəyişiklik var. Müqəddəs idisə, onda niyə dəyişiblər? İkincisi, bütün dünya dövlətlərinin himnlərində bir meydangirlik var. Misal üçün, həmin Üzeyir Hacıbəyov Azərbaycan SSR-in himnini yazıb. “Heyrati” üzərində. İndiki imnimizsə bir növ mərsiyə janrındadır, hardasa “Mirzə Hüseyn” segahını xatırladır. Bədbin notlar üzərində qurulub.

Birincisi, mən ahəngi ilə maraqlanıram, demirəm ki, sözləri dəyişdirilsin. Mən deyirəm ki, orda iki yerdə nəqarat var, onları dəyişməklə 1 dəqiqə uda bilərik. Bizim himnimiz dünyanın ən uzun himnlərindən biridir, 4 dəqiqə çəkir. Başqa himnlər 2,5 dəqiqədən çox olmur. Dəfələrlə xaricdə, daxildə hamıdan eşidirsən ki, bu himn çox uzundur. Yəni bunu qısaltmaq imkanları var. Sözlərini ixtisar etmədən iki yerdəki nəqarəti götürməklə eləmək olar. İkincisi, həmin sözlərin üzərində və bəlkə ahəngin də kökünü saxlamaqla minor notları, bədbin hissləri götürmək lazımdır. Mən başa düşürəm e, bizim xalqımızın canındadır. İmam Hüseyn əzası həmişə bizi musiqidə müşayiət edib, nə olur-olsun. Amma himndə cəngavərlik, gələcəyə işıq, mübarizliyə çağırış olmalıdır.

- Deputat həmkarınız Fəzail İbrahimli çıxışında əsaslandırdı ki, sizin istədiyiniz mübarizlik də var himndə, cəsurluq da, tarixilik də...

- Mən Fəzail müəllimi çox istəyirəm. Çox yaxşı alimimiz, görkəmli ziyalımızdır. İclasdan sonra özü ilə danışdım. Ona da izah elədim ki, mən sözlərin ixtisarını yox, nəqarətlərin ixtisarını deyirəm. Bir də musiqinin minorunu, kədəri götürmək lazımdır. Himnin musiqisi başdan-ayağa kədərdir, olmaz axı!

- Bizim muğamımız da başdan-ayağa kədərdir. Dediklərinizdən belə çıxmırmı ki, biz gərək muğamdan da imtina edək?

- Yox. Muğamımız müxtəlif cürdür. “Heyratı” muğamımız da var axı, cəngavərlik muğamıdır. “Çahargah”ımız, “Mənsuriyyə”miz də var axı. Biz nə üçün elə ancaq mərsiyə janrına üz tutmalıyıq? Mən o vaxt Qorbaçova ölüm hökmü çıxaranda “Azadlıq” Radiosu ilə danışırdım. O zaman meydanda çıxış edəndə bir şeir həsr etmişdim.

“Növbədənkənar parlament seçkiləri üçün əsas görmürəm”

“Necə qan ağlamasın daş bu gün,

Kəsilib yetmiş iki baş bu gün"

Beytini epiqraf götürmüşdüm şeirimə. Yəni mənim də içimdən bu kədər, millətin daim əzilməsi, sıxılması çıxmır.  Amma bu, dövlətin, millətin himnidir.

- Tahir bəy, təkcə Azərbaycanın yox, Şərq dünyasının dahi bəstəkarı olan Üzeyir Hacıbəyli yəni sizin dediyiniz məqamları görə bilmirdi?

- Şübhəsiz, böyük şəxsiyyətdir. Üzeyir Hacıbəyov bəlkə də bizim milli brendimizdir. Amma o vaxt gənc idi, hələ musiqi təhsili yox idi. Görürsünüz ki, zaman keçdikcə musiqi təhsili aldı, yaşlaşdı, artıq ikinci himni yaradanda “Heyratı” üzərində yazdı.

- Bu da reallıqdır ki, biz hələ də himnimizi doğru-dürüst mənimsəyə bilməmişik. Tədbirlərdə oxumağımız da ideal səviyyədə deyil. Siz də deyirsiniz gəlin dəyişiklik edək...

- Bayrağımızı hamımız sevirik də, irad tutmuruq ki. Heç vaxt demirik ki, bayrağımızı dəyişək. Amma əksəriyyət gerbə, himnə nöqsan tutur. Düşünürəm ki, bunu dəyişmək çox çətin deyil. İlk andan mənimsəyəcəklər. Bu yaxınlarda bir xanım ifaçını gördüm. Cəmi bir neçə aydır oxuyur, amma artıq 105 milyondan artıq izləyicisi var. Hətta onun oxuduqlarını gənclər əzbərdən deyir. Özü də ancaq səsiylə məşhurlaşıb, daha libası ilə yox. Düzdür, təklifim keçmədi, amma mən inanıram ki, əgər himnimiz yüksək əhval-ruhiyyəli olarsa... Açıq danışaq da, “İgid əsgər, möhkəm dayan”, uşaqdan-böyüyə hamı əzbər bilir. Bir dəfə eşitməklə adam əzbərləyir. Himnimiz də belə möhtəşəm, nikbin olsa, “Əsgər marşı” kimi uğur qazanacaq.

- Tahir bəy, bu günlərdə ən çox danışılan mövzudan nədənsə siz danışmadınız. Söhbət deputatların mandatdan məhrum edilməsini nəzərdə tutan qanundan gedir. Sizcə, qanunları dəyişmək hansı zərurətdən yaranıb? Bu dəyişikliklər sizi narahat edirmi?

- Şübhəsiz. Mən komitə iclasında bir neçə dəfə çıxış etdim və səsvermədə də əleyhinə səs vermişəm, gizləmirəm. Amma dedim ki, plenar iclasda çıxış etməyin artıq mənası yoxdur. Əgər bu deputatlar öz talelərinə belə biganədirsə, danışmağın nə mənası? Cəmi 6 nəfər əleyhinə səs verdi. Amma bir neçə dəfə bu barədə çıxış etmişəm. Birincisi, bu dəyişiklik Azərbaycan Respublikası Konstitusiyasının 91-ci maddəsinə ziddir. Çünki konstitusiyamızın 91-ci maddəsində göstərilir ki, deputat öz deputat fəaliyyətinə, davranışına, səsverməyə görə hər hansı məsuliyyətə cəlb oluna bilməz. Belə olan halda sən hansı qeyri-etik davranışına görə deputatı məsuliyyətə cəlb edirsən? Halbuki deyir davranışına görə məsuliyyətə cəlb oluna bilməz. Hansı səsvermədə iştirakına görə onu məsuliyyətə cəlb edirsən? Hətta referendum keçiriləndə belə mən bunu nəzərə çatdırmışdım. Axı, konstitusiyaya elə bir norma salmaq olmaz ki, başqa bir normaya zidd olsun. Başqa bir hüquqi prinsip var, seçki ilə müəyyənləşmiş orqan və yaxud vəzifəli şəxs bürokratik qaydada vəzifədən kənarlaşdırıla bilməz. Necə ola bilir ki, 40 min insanın seçdiyi bir şəxs İntizam komissiyasının rəyinin sədr tərəfindən MSK-ya göndərilməsi və MSK-nın mexaniki qərarı ilə mandatdan məhrum edilir? Siz təsəvvür edirinizmi bu, nə deməkdir? Yəni hüquqi prinsipə, konstitusiyaya zidd bir məsələdir. Nə üçün deputatın özünün müdafiə hüququ yoxdur? Ən adi bir işçinin Həmkarlar İttifaqı vasitəsilə özünümüdafiə hüququ var. Bütün başqa məsələlər plenar iclasda müzakirə olunur, hər hansı bir xəta ilə bağlı. Ona plenar iclas qərar verir. Bəs, necə olur deputatın özünün taleyi həll olunanda, özünümüdafiə imkanı olmur, plenar iclasda müzakirəyə çıxarımır? İkinci tərəfdən, deputatın taleyinin İntizam komissiyasında həll olunmasına İntizam komissiyasının statusu çatmaz. Elə bir statusu yoxdur. Üstəlik bu, İntizam komissiyasının qərarı deyil, rəydir. Rəy sübut növlərindən biridir, onu qəbul da etmək olar, rədd də etmək olar. Deməli, burada həmin rəy MSK-da təsdiq olunacaq. Bütün bunlar nəyi göstərir? Mən başa salmaq istəyirəm ki, onsuz da biz deputatların hamısını bir qazana yığıb ömür boyu tənqid edirlər. Açığını deyək, bəzən bizi varlı olmaqda tənqid edirlər, qurunun oduna yaş da yanır... Amma indi bizim gülüş hədəfinə çevrilməyimiz mənə pis gəlir. Deputat özünü müdafiə edə bilmirsə, o, seçicilərinin, dövlətinin mənafeyini necə müdafiə edə bilər? Ona görə də mən dəfələrlə deyirəm ki, biz öz hüququmuzu müdafiə etməliyik.

- Bu qanuna əl gəzdiriləcəkmi, etirazlar nəzərə alınacaqmı növbəti oxunuş üçün, yoxsa olduğu kimi qəbul olunacaq?

- Məncə, yenidən baxılacaq. Hələ ikinci və üçüncü oxunuşlar var. Yəqin ki, dəyişdiriləcək. Kim ki bunu istəyir, onları ayıltmaq istəyirəm, mən inanmıram ki, cənab prezident bu qanuna imza atacaq. Veto qoyacaq. Çünki əgər mən deputat öz hüququmu müdafiə edə bilmirəmsə, yəqin cənab prezident bizim hüququmuzu müdafiə edər. Çünki deputatın konstitusion hüququ pozulur. Ən azı statusu zəifləyir, heçə enir.

- Qanunvericilik təşəbbüsü kimə məxsusdur?

- Elə Milli Məclisin müvafiq komitələri, şöbələri hazırlayıb. Əziyyət çəkiblər. Səhv etmirəmsə, 23 maddədə 80-ə yaxın düzəlişdir. Xeyli zəhmət çəkiblər, o düzəlişlərin əksəriyyətini qəbul edirəm. Amma 23-cü maddə və bir neçə başqa maddədəki düzəlişlər qəbuledilən deyil. Bu, deputatın səlahiyyətlərinin məhdudlaşdırılmasıdır.

- Ən çox danışılan məsələlərdən biri də 55 manatdan artıq dəyəri olan hədiyyənin parlamentə təhvil verilməsini nəzərdə tutan maddədir. Sizin yanaşmanız necədir?

- Ola bilər ki, miqdarı bir az artırmaq olar.  Bu, korrupsiyaya qarşı mübarizə ilə bağlıdır. 55 manat demək olar ki, bütün Azərbaycan qanunvericiliyində əksini tapıb, bizdə də əksini tapır. Əslində bu həddi 100, 500, 1000 manat da etmək olardı. Amma ən əsas qəbul etmədiyimiz başqa maddədir. Deputatı qanuna əlavə etmək hüququndan məhrum edir. Konstitusiyada əlavə və dəyişiklikləri ayırır, ayrı-ayrı termin kimi, fərqli fəsillərdə təqdim edir. Deputatın statusunu əksinə, möhkəmləndirmək lazımdır, nümayəndəli orqandır, xalqı, milləti, dövləti təmsil edir. Ona görə də düşünürəm ki, əksinə, deputatın səlahiyyətlərini artırmaq lazımdır, nəinki əksinə.

- Bütün bunların parlamentin buraxılması, yaxud növbədənkənar parlament seçkiləri keçirilməsinə hazırlıq olduğunu iddia edənlər də var...

- Mən bunu deyə bilmərəm. Amma məsələ belədir ki, parlamentin buraxılması üçün əsaslar yoxdur. Əgər cənab prezidentin təqdim etdiyi Nazirlər Kabineti, Ali Məhkəmə, Baş Prokurorluq, Mərkəzi Bankla bağlı təqdim etdiyi şəxsləri iki dəfə təsdiq etməsək, onda parlamenti buraxa bilər. İndi Milli Məclis onları təsdiq edir, parlamentin buraxılması üçün hansı əsas var? Bir də o məsələ var ki, parlament öz funksiyalarını yerinə yetirmədikdə buraxıla bilər. Demək olar ki, elə bir hallar yoxdur. Dünyada hər şey ola bilər, mən deyə bilmərəm. Amma mən növbədənkənar parlament seçkiləri üçün əsas görmürəm. Bunu adətən, prezident seçkiləri ilə bağlayırlar. Amma prezident seçkilərinin önə çəkilməsinin hüquqi səbəbləri də var idi. Çünki prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilədək artırılmışdı. Müəyyən beynəlxalq şərait, daxili amillər və s. məsələləri sadalamaq olar. Parlamentlə bağlı belə bir şey görmürəm. Amma nə desən, baş verə bilər.(musavat.com)
Oxşar xəbərlər
17:54, Bu gün
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
17:51, Bu gün
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
17:48, Bu gün
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
17:46, Bu gün
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
17:45, Bu gün
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
17:43, Bu gün
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
17:39, Bu gün
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
17:35, Bu gün
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:31, Bu gün
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
17:28, Bu gün
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
17:25, Bu gün
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
17:21, Bu gün
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
17:17, Bu gün
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
17:14, Bu gün
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
17:11, Bu gün
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
17:08, Bu gün
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
17:05, Bu gün
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
17:04, Bu gün
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
17:00, Bu gün
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
16:55, Bu gün
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
16:53, Bu gün
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
16:50, Bu gün
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
16:48, Bu gün
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
16:46, Bu gün
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
16:45, Bu gün
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
16:40, Bu gün
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
16:35, Bu gün
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
16:30, Bu gün
İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”
16:25, Bu gün
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTO
16:20, Bu gün
Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib
16:16, Bu gün
Ağdamda əmək yarmarkası keçiriləcək
16:15, Bu gün
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:12, Bu gün
Başlayan delimitasiya prosesi: “Stəkanda fırtına”nı xatırladan maneələr - ŞƏRH + FOTO
16:08, Bu gün
Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur
16:06, Bu gün
Putinin andiçmə mərasiminin vaxtı məlum oldu
16:04, Bu gün
Aktyor Səmimi Fərhad: “Kinoya bir milyon manat ayrılır, onun cəmi 300 mini filmə xərclənir” - MÜSAHİBƏ + FOTO
16:00, Bu gün
“Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistana səfər edib - FOTO
15:57, Bu gün
“COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək real görünür”
15:55, Bu gün
“Laçın” sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü - Tarixi proseslər necə başladı? - ŞƏRH + FOTO
15:52, Bu gün
İlham Əliyev: “Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır”
15:50, Bu gün
Azərbaycanda vəzifəli şəxs cərimə olundu
15:47, Bu gün
İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb
15:45, Bu gün
"Qərb nüvə dövlətlərinin birbaşa toqquşması həddində ləngər vurur" - Lavrov
15:42, Bu gün
İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI
15:40, Bu gün
İranda əxlaq polisləri qadınlardan rüşvət almağa başladılar: Həbs etməmək üçün nə qədər pul istəyirlər? - FOTO
15:35, Bu gün
Azərbaycanda 51 kiloqram narkotik aşkarlandı, həbs olunan var - FOTO/VİDEO
15:30, Bu gün
Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”
15:25, Bu gün
“Avro-2024”: Oyunları idarə edəcək hakimlər bəlli olub, siyahıda türkiyəli referi də var - FOTO
15:20, Bu gün
“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO/VİDEO
15:15, Bu gün
İlham Əliyev: “Ermənistan istisna olmaqla, AİB-ə üzv ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimiz var”
15:10, Bu gün
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
15:07, Bu gün
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşdü - FOTO
15:05, Bu gün
Ukraynanın yeni səfiri Azərbaycana gəlib - FOTO
15:00, Bu gün
Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal: "Yuxuda görüb ki..." - VİDEO
14:55, Bu gün
QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə "Bakı Bəyannaməsi" qəbul edilib
14:50, Bu gün
DSMF daha iki beynəlxalq mükafata layiq görüldü
14:45, Bu gün
"Qızlarıma cehiz vermək üçün bağımı satdım"
14:40, Bu gün
Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır
14:36, Bu gün
"Mayın ortalarından bizi cəbhədə ağır vəziyyət gözləyir" - Budanov
14:30, Bu gün
BDU və RİİB-in birgə təşkilatçılığı ilə ekoloji seminar və təmizlik aksiyası keçirilib - FOTO
14:25, Bu gün
Finlandiyada yeganə Lenin muzeyi bağlanacaq – Stalinin “əsər”iymiş
14:20, Bu gün
Şimali Koreya tarixində ilk: Nüvə zərbəsinin imitasiyası təlimi keçirildi - FOTO
14:15, Bu gün
Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu
14:12, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edir - FOTO/CANLI YAYIM
14:10, Bu gün
Azərbaycanla AYİB COP29-la bağlı fikir mübadiləsi aparıb
14:06, Bu gün
Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
13:54, Bu gün
ATƏT-in tədbirində erməni diplomatın təxribatı baş tutmadı - VİDEO
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
13:45, Bu gün
"Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar" - Ərdoğan
13:40, Bu gün
Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirildi - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
13:10, Bu gün
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:31, Bu gün
Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
GÜNLÜK
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
22 Apr 2024 | 18:20
“Robotex Türkiyə”nin qalibi olan BDU komandaları böyük coşqu ilə qarşılanıb - FOTO
22 Apr 2024 | 18:49
Ekspert: COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər
22 Apr 2024 | 19:05
BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya keçirilib - FOTO
22 Apr 2024 | 19:17
ADP hakimiyyətə çağırış etdi
22 Apr 2024 | 18:15
Prezident İlham Əliyev: “Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq"
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
22 Apr 2024 | 18:20
“Robotex Türkiyə”nin qalibi olan BDU komandaları böyük coşqu ilə qarşılanıb - FOTO
22 Apr 2024 | 18:49
Ekspert: COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər
22 Apr 2024 | 19:05
BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya keçirilib - FOTO
22 Apr 2024 | 19:17
ADP hakimiyyətə çağırış etdi
22 Apr 2024 | 18:15
Prezident İlham Əliyev: “Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq"