Polşada Bakının küləyi üçün darıxan azərbaycanlı - Xaricdə təhsil - FOTO
Oxunub: 1256
04 Nov 2018 | 20:23
Polşada Bakının küləyi üçün darıxan azərbaycanlı -  Xaricdə təhsil - FOTO
Moderator.az AZƏRTAC-a istinadən  Toğrul Cəbrayılovla müsahibəni təqdim edir

"Bizdə el qınağı çox güclüdür. Amma polyaklar belə şeylərə əhəmiyyət vermirlər. Polşada tələbələrə nəqliyyatda, kafe və restoranlarda endirimlər olur. Amma milli mətbəxlərinə öyrəşmək heç də asan deyil. Yeməkləri həddən artıq acılı olur. Buna görə də çalışıram ki, yeməyimi özüm bişirim".
 
Bu sözləri bizimlə söhbətində Toğrul Cəbrayılov söylədi. Qeyd edim ki, həmsöhbətim, Azərbaycan Dövlət Dəniz Akademiyasında nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb. Hal-hazırda isə o, "University of Wroclaw"da  iqtisadiyyat menecerliyi ixtisası üzrə magistr təhsili alır.
 
- Necə düşünürsünüz,  gənclərin həyatında təhsilin  rolu və önəmi nədən ibarətdir?

- Bu sualın cavabı hansı ölkədə yaşamaqdan asılı olaraq dəyişir. Mənim fikrimcə, Azərbaycanda təhsil önəmli bir faktordur. Sirr deyil ki, bizim ölkədə hətta fəhlənin də təhsilli olmasına üstünlük verirlər. Amma başqa ölkələrdə insanları, nəzəri biliklərindən daha çox, təcrübi biliklərinə görə dəyərləndirirlər. Bizdə ali təhsil müəssisələrində daha çox nəzəri dərslərə üstünlük verilir. Mən təhsil almaq istəyini və tələbini iki qrupa ayırardım. Birincisi, pul qazanmaq naminə alınan təhsil, ikincisi, elm öyrənmək naminə alınan təhsil. Çox təəssüf ki, ikinci qrupa daxil olan gənclərimiz çox azdı. Bunun səbəbini isə qəbul imtahanı zamanı toplanan bala görə universitet və ya ixtisas seçimində görürəm. Xatırlayıram ki, əvvəllər bu, əksinə idi. O zaman gənclər maraqları olan ixtisası seçirdi. Və öz ixtisaslarına sahib olurdular. Amma indiki zamanda isə bir çox gənc sevmədiyi sahə üzrə ixtisas alır. Əgər tək məqsədimiz pul qazanmaqdırsa, universitet diplomunun olması şərt deyil. Gənclərimiz universitetə qəbul olmağı yaşadıqları rayon və ya kənd yerlərindən "qaçış şansı" kimi görür. Bunun qarşısını almaq üçün rayonlara marağı artırmaq lazımdı. Əgər sevdiyimiz sahə ali təhsil tələb edirsə, o zaman tələb olunan balı toplamalıyıq. Bizdə yüksək bal daha çox bilik anlamına gəlir. Amma bal toplayıb universitetə qəbul olmaq həll variantı deyil. Önəmli olan,  ixtisasa yiyələnmək və daha çox inkişaf üçün daha çox praktika toplamaqdır.
 
- Qeyd etdiniz ki, bəzi hallarda ailələr gənclərin seçiminə məhdudiyyət qoyur. Sizin ailəniz necə?

- Mən bir çox ailədə gənclərin  özünün yox, valideynlərinin  istədiyi sahə üzrə yönəlməsinə şahid olmuşam.  Mənim fikrimcə, ailədə valideynlər övladının hansı sahəyə marağı varsa, ora yönəltməlidir. Bu, gələcəkdə sevdiyi sahə üzrə həvəslə işləmək, özünü inkişaf etdirmək  baxımından çox vacibdir.  Ailəmin, istədiyim sahə üzrə oxumağım üçün lazımi maddi vəsaiti yox idi. Nəticədə başqa sahə seçmək məcburiyyəti qarşısında qaldım. Amma zamanla seçdiyim sahəni çox sevdim.

- Necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz və nə üçün məhz Polşa?

- Xaricdə təhsil almaq haqqında hələ akademiyada oxuduğum müddətdə düşünürdüm. Çünki, mənim bakalavr təhsilimin inkişafı üçün bu, lazımi amillərdən biri idi. Amma xaricdə təhsil almaq, xarici təhsil təcrübəsindən yararlanmaq sənə daha çox üstünlük qazandırır. Məqsədim Amerikada təhsil almaq idi.  Hətta Nyu-Yorkdakı "Adelphi" Universitetindən təqaüdlü təhsil almaq şansı da qazanmışdım.  Çox təəssüf ki, ABŞ-ın Azərbaycandakı səfirliyi bəzi səbəblərə görə, viza verməkdən imtina etdi. Daha sonra Avropa ölkələrindən təhsil almağıma uyğun olan ölkə olaraq Polşanı seçdim və bu universitetə qəbul oldum.
 
- Polşada təhsil sistemi necədir? Azərbaycanın təhsil sistemi ilə müqayisədə hansı fərqli xüsusiyyətlər müşahidə edibsiniz?

- Əvvəlcə qeyd edim ki, mənim Polşada yalnız  magistr təhsil pilləsi üzrə məlumatım var. Burada nəzəri biliklər ikinci plandadır. Daha çox təcrübi təhsilə önəm verilir. "Boloniya sistemi" burada tam tətbiq olunur. Amma bizim yerli ali məktəblərdə "Boloniya sistemində" bir çox dəyişikliklərin şahidiyəm. Mənim oxuduğum universitetdə siniflərin lazımi qaydada işıqlandırılması, parta və oturacaqların tələbə üçün uyğunluğuna, sinif otaqlarının ümumi görünüş və formasına diqqət edilir. Bunlar bizə adi görünsə də, tələbənin dərsi dinləməsində və fikrini toplamasında böyük rol oynayır. Həmçinin siniflər lazımi texnologiya ilə təmin olunur. Etiraf edim ki, Azərbaycanda bəzi ali təhsil məktəbləri Avropanın ali məktəblərindən çox irəlidədir. Ümid edirəm ki, yaxın gələcəkdə bu tendensiya daha da artacaq.

- Təhsil aldığınız ölkədə sizi təəccübləndirən nə olub?

- Burada nəqliyyat ucuzdur.  Tələbələr üçün isə 50% endirim var. Həmçinin, tələbələr üçün restoran və başqa yerlərdə də  buna bənzər başqa endirimlər mövcuddur. Bu da tələbələrə göstərilən diqqət və qayğıdır. Və ən böyük təəccübüm, şəhərin tamamilə dümdüz olmasıdır. Ətrafda heç bir yüksəklik görünmür. Həmçinin Polşada marketlərdə plastik torbalar pulla satılır. Bu da, ətraf mühitin təmizliyini qoruyur. İnsanlar plastik torbaya pul verməyi artıq bildiyi üçün, marketə dəfələrlə istifadə oluna biləcək parça torbalarla gəlirlər.

- İki ölkə arasında hansı fərqli xüsusiyyətlər var?

- Mənim təhsil aldığım şəhər Almaniyaya yaxındı. Almaniyada insanların küçə təmizliyinə necə diqqət etdiyi məlum məsələdir.  Bu, mənim yaşadığım şəhərə də təsir edib. Bizim millətdə "el qınağı" var, amma, polyaklar bu sərhədi aşıblar. Ona görə də, insanlar bir-birindən asılılıq duymadan rahat davranırlar. Mədəni, təmiz və xoşniyyətli insanlardılar.   Ölkənin nəqliyyat sistemindən çox razıyam. Bura gəldiyim gündən bir dəfə də yollarda tıxacla rastlaşmamışam. Narazılığım isə qida rasionundandır. Bizim milli yeməklərin dadını heç nə əvəz edə bilməz.

- Xaricdə yaşamaq heç də asan deyil. Bəs siz təhsil və yaşayış xərclərinizi necə ödəyirsiniz?

- Polşada iş imkanları çoxdur. Aylıq yaşayış xərclərini ödəmək üçün minimum gəlir artıqlaması ilə kifayət edir. Mənim təhsil və yaşayış xərcimi ailəm qarşılayır. Hələ ki, işləmək məcburiyyətində deyiləm.

- Sosial şəbəkələrdə oranın yeməklərindən narazılıq edirsiniz. Ümumiyyətlə, yemək  problemini  necə həll edirsiniz?

- Qeyd etdiyim kimi, bizim milli yeməklərimizi heç nə əvəz edə bilməz. Buranın yeməkləri çox acılı olur. Həmçinin donuz ətinə çox üstünlük verilir. Meyvə və tərəvəz məhsulları demək olar ki, eynidir. Çörək və un məhsullarından az istifadə edirlər və çörəyin qiyməti bir az bahadır. Buna görə də yeməyi özüm bişirməyə üstünlük verirəm. Çox vaxt internetdən milli yemək reseptlərinə uyğun ərzaq alıram və bişirirəm. Çətin məqamlarda anam köməyimə çatır. Telefon vasitəsilə nəyi necə etməli olduğumu izah edir. Artıq bir çox milli yeməkləri hazırlaya bilirəm. Əlbəttə, anamın bişirdiyi yeməkləri qədər dadlı alınmır.
 
- Qürbət eldə darıxırsınızmı? Ən çox nə üçün?

- Öz dilimdə danışmaq üçün darıxıram. Həmçinin Bakının küləyi üçün darıxıram. Bakıda almaq istədiyimiz şeylərin hamısını  bir marketdən ala bilirik. Amma burda marketlərin bir çoxu satdıqları məhsul üzrə təsriflənib. Bu səbəbdən Bakının rahatlığı üçün darıxmamaq mümkün deyil.

- Polşada Azərbaycanı tanıyırlarmı?

- Nəinki Polşada, Azərbaycan artıq bütün dünyada tanınır. Son illərdə keçirilən beynəlxalq festival, tədbir və oyunlar Azərbaycanı bütün dünyaya tanıdıb. Avropada Azərbaycanı ilk Avropa Oyunlarına görə daha çox tanıyırlar.

- Polşada qalmaq istəyirsiniz, yoxsa təhsili bitirib vətənə qayıdacaqsınız?

"Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı". Bura təhsil almaq üçün gəlmişəm. Təhsilimi bitirib burda iş təcrübəsi qazandıqdan sonra  geri qayıdacağam. Burda qazandığım bilik və təcrübəni öz vətənimə gətirmək istəyirəm.
 
- Gələcək planlarınız haqda....

Gələcəyə dair çox geniş planlar qurmaq istəmirəm. Çünki nəyin necə olacağı, hansı yöndə gedəcəyi bəlli deyil. Məncə, vətəndən kənarda təhsil alan hər kəsin məqsədi, öz dövlətinin inkişafına pay vermək olmalıdır. 
Oxşar xəbərlər
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
GÜNLÜK
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 12:38
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 12:38
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR