"Oğlumun “Lamborghini”si də var, “Ferrari”si də, lap hələ “Bentley”i də, istəyir sürsün də..."
Oxunub: 17035
27 Oct 2018 | 11:27
Moderator.az xəbər verir ki, Azərbaycanın ən böyük tikinti maqnatı  "Şərur" MTK-nın sədri, "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov “Yeni Müsavat”a müsahibəsində keçdiyi həyat yolu, hazırkı işləri və haqqında səslənən iddialar barəsində danışıb.

İsfəndiyar Axundovla müsahibəni təqdim edirik:

- İsfəndiyar bəy, hazırda hansı layihələr üzərində çalışırsız?

- Türkiyədə, Azərbaycanda inşaatla, sosial obyektlərin tikintisi ilə məşğulam. Bundan əlavə mağazalarım, restoranlarım da fəaliyyətdədir. Yəni ümumi desəm, hər tərəfli işləyirik. Bir tərəfli iş qurmamışam. Fermam da var, istilik sistemi ilə pomidor da əkirik. Böyük metal konstruksiya zavodum, şadlıq evlərim var. “Hollivud”, “Siyaqut”, “Flaminqo”,  “Prins” şadlıq evləri mənimdir.

- Bu qədər işin arasında gündəlik həyatınız necə keçir?

- Hər gün bulvar ərazisində 4-5 kilometr gəzirəm. Bu, mənim daimi fəaliyyətimdir. Eyni zamanda səhər saat 9-dan 18:00-a qədər də ofisdə iş başındayam. Yeməyim də çox dietikdir. Yağdan, duzdan və şirniyyatdan uzaq dururam. Demək olar ki, sadaladığım təamları 25 ildir ki, dadmıram. Əvvəllər təzyiqim olub, onu da özüm müalicə edib, sağaltmışam. Ən çox yediyim çiy qidalardır. Yəni meyvə, göyərti, qarpıza daha çox üstünlük verirəm. Ən çox sevdiyim qida qarpızdır. Səhər durub doyana qədər qarpız yeyirəm, günorta saat 4-5-ə qədər ac qalıram.  Sonra da alma, heyva və ya qoz yeyirəm.

- Yəqin qonaqlıqlarda çox olursuz. Orada da yeməklərdən imtina edirsiz?

- Çox az hallarda qonaq gedirəm. Gedən zaman da orada da az yeyirəm. Öz qidalarıma daha çox meylliyəm. İnsan özünə baxmasa, hər şeyi gedər. Atalar deyir ki, pulunu itirsən, heç nə itirmirsən. Sağlamlığın getdisə, hər şeyi itirirsən. Sağlam olan zaman hər şeyin qədrini bilmək lazımdır.

- Gəncliyinizdə heç pulsuz qaldığınız zamanınız olubmu?

- Deyim ki, heç birinci sinfə də getməmişəm. Elə uşaqlığımdan işləmişəm. Gəncliyim, uşaqlığım həddindən artıq ağır keçib. Deyərdim ki, mən uşaqlıq yaşamamışam. 16 yaşında bənna olmuşam və o zamana qədər də xırda işlərlə məşğul olmuşam. Yəni özümü dərk edəndən işləmişəm. Uşaqlığımda bir çadırım, bir itim, bir də atım var idi. Dağda çadırda yatırdım. Ətrafımda da ilanlar. Yəni bu günlərdən keçib gəlmişəm.

"Mən uşaqlıq yaşamamışam, məktəbə də getməmişəm; 16 yaşında bənna olmuşam və o zamana qədər də xırda işlərlə məşğul olmuşam"

- Sizə “Şərurlu İsfəndiyar” deyirlər. Şərur üçün hansı işləri görmüsüz?

- Mənə dostlarım bu cür ad veriblər. Əslən isə Qərbi Azərbaycandanam. Şərurda anadan olmuşam və buna baxmayaraq da Qərbi Azərbaycana da tez-tez gedirdim. “Şərurlu” adını mənə veriblər, özüm götürməmişəm. Şərurda hansısa iş görmürəm. Naxçıvanın özündə ev almışam, gedəndə orada qalıram. Eyni zamanda Şərurda da tez-tez oluram. Lakin orada hansısa iş görmürəm. Şərurda da heç bir qohumum yaşamır. Hamısı gəlib Bakıya, mən də ev vermişəm yaşayırlar.

- İmkansızlara əl tutursuz?

- 1993-cü ildə ulu öndərimiz Heydər Əliyev iş adamlarına müraciət etdi ki, kömək etmək lazımdır. O zaman Binəqədi batalyonunun ailə üzvlərini öz himayəmə götürdüm. Onların hamısını saxlayıb, hər ay da maaşlarını verirdim. İndi də dövlətə çox ucuz qiymətə evlər tikirəm. Təsəvvür edin ki, sosial evləri təmirlə birlikdə kvadratını 500 manata verirəm. Yəni 50 faiz güzəşt edirəm. Dövlətin mənə müraciəti oldu ki, bir müəssisə 1036 adamı aldadıb.  Mən həmin insanları evlə təmin etdim. Hazırda da mənzillə təmin edəcəyim insanlar var. Xırdalanda bir qisim insanları aldadıblar və onların hamısını öz vəsaitim hesabına mənzillə təmin edəcəyəm.

- Belə məlumatlar var ki, “Şərur MTK” vətəndaşları aldadır, kommunal xətləri çəkmir, problem olan zaman həll etmirlər. Bu doğrudur?

- İndiyə qədər bizim xətlərin heç birində problem olmamışdı. Ancaq bu yaxınlarda Yasamalda belə bir hadisə baş verdi. Birdən-birə su kəsildi və binada 1 həftə su olmadı. Savadlı adamlar başa düşürlər ki, mənim əlimdə krant yoxdur.  Sonradan məlum oldu ki, “Azərsu”nun əməkdaşları, təmir zamanı suyu bağlayıb, sonra da açmayıblar. Mənim işim tikmək, qurmaqdır. Su, işıq və digər kommunal məsələləri mən vermirəm. Bunun üçün müvafiq qurumlar var. Başqa heç bir problem ola bilməz.

- İnternet saytlarında bir mənzili fərqli adamlara satmağınızla bağlı da məlumatlar dolaşıb. Buna izahınız nədir?

- Bizdə belə problemlər olsa, dövlət bizə etibar edib, iş gördürməz. Bəzən elə bir problem yaradılır ki, anlaşılmaz olur. Bir məsələni sizə danışım. Hazırda “Mur-Ay”  MMC şirkətinin rəhbərləri həbs olunub. Bu şirkəti ləğv edib, obyektlərini mənə verdilər. Həmin şirkətin aldatdığı insanları evlə təmin etdim. Müqavilədə də yazıldı ki, insanları 85 min kvadrat mənzillə təmin etmişəm. Digər mənzillərə isə təminatçı deyildim. Ancaq buna baxmayaraq elə insanlar var idi ki, onlar istintaqdan keçməmişdilər. Bu adamlar yenidən məhkəməyə müraciət edib, köhnə evlərinə qayıtmaq üçün məhkəmədən qərar almışdılar. Həmin adamlar gəlib, bizim ev verdiyimiz insanlara deyirdilər ki, mənzili “Mur-Ay” MMC-dən almışıq, evi tərk edin. Yəni mənzili mən satmamışdım. Problem qeyd etdiyim kimi idi. Süni bir şey yaradıb, mənim adıma çıxmaq istəyirlər. Ancaq mənim bütün sənədlərim yerində idi və qanunsuz heç bir iş görmürdüm. Orada 1036 adama ev vermişdim. Yerdə isə 200-ə yaxın adam qalırdı. O adamların evlə təmin olunması mənə tapşırılmamışdı. Əgər dövlət tapşırarsa, həmin adamları da mənzillə təmin edə bilərik.  Ancaq bir mənzili heç zaman iki adama satmamışam. Əgər kimsə sübut eləsə ki, bir mənzili bir neçə adama satmışam, bunu sübut edən şəxsə 100 ədəd mənzil bağışlayacam.

"Oğlumun “Lamborghini”si də var, “Ferrari”si də, lap hələ “Bentley”i də. Cavan adamdır. İstəyir, sürsün də. Biz işləyirik və qazanırıq. Mənim özümün də maşınım “Lexus”du“

- Dövlətin böyük layihələrini həyata keçirirsiz. Hər hansı bir dövlət vəzifəsi tutmaq arzusunda olmusuz?

- Mən heç orta məktəbə də getməmişəm. Dövlətdə də heç bir vəzifə arzusunda olmamışam. Dövlət sifarişləri ilə də işləməmişəm. Şəxsi işlərimi görümüşəm. Heç bir dövlət adamı ilə əlaqəm olmayıb.

- Məlumat yayılmışdı ki, ləğv edilmiş MTN naziri Eldar Mahmudovla “Orxan” MMC adlı qurum yaradıb, işlər görmüsüz. Bu məlumat doğru idi?

- Xeyr, bu məsələ fərqli formada olub. Məlumat verim ki, o şirkətin yiyəsi biz olmamışıq. Həmin şirkət pis vəziyyətə düşəndə, insanlar çətin durumda qalanda mənə deyiblər, insanları evlə təmin etmişəm. Yəni “Mur-Ay” MMC-də olduğu kimi burada da insanlara köməklik etmişəm. Onun təsisçisi, idarəedicisi mən olmamışam. İnsanlar elə bilirlər ki, nə olsa da bunu biz edirik. Belə deyil.

- Bəs yazılanlara nə üçün zamanında reaksiya vermədiniz? Bu yazıları oxuyanda nə düşünürsüz?

- Bunları elə-belə qəbul edirəm. Çox da fikir vermirəm. Görünür yalan məlumatları yazanların da çörəyi oradan çıxır. Ona görə də heç bu adamları məhkəməyə də vermirəm. O qədər işim var ki, bu kimi şeylərə baş qoşmağa vaxtım yoxdur. Kim nə istəyirsə, yazsın.

- Övladlarınız ali təhsil alıblar?

- Bəli, övladlarım təhsil alıblar. Nəvələrimdən biri Amerikada ali təhsil alır, digərləri isə orta məktəbdə oxuyurlar. Deyirəm heç mən oxumasam da, qoy onlar ali təhsil alsınlar.

- İmkansız tələbələrin təhsil haqlarını ödədiyiniz vaxt olub?

- Bəli, Binəqədi Rayon İcra Hakimiyyətindən siyahı veriblər, həmin tələbələrə yardım etmişəm.

- Oğlunuzun universitetə bahalı 650 min dollarlıq maşınla getməsi barədə xəbər yayılmışdı. Həmin maşının aqibəti necə oldu?

- “Lamborghini” də var, “Ferrari” də, lap hələ “Bentley” də. Cavan adamdır. İstəyir, sürsün də. Biz işləyirik və qazanırıq. Mənim özümün də maşınım “Lexus”du. Yuxarıda sadaladım ki, nə qədər obyektlərim var, iş görürük. 68 yaşım var və hələ də məzuniyyətə getməmişəm.  İstəsəm heç işləmərəm. İcarəyə verdiyim obyektlərdən aldığım gəlirlər, ömrüm boyu mənə də, övladlarıma da bəs edər. Ancaq illər boyu ünsiyyət yaratmışıq və bir dəqiqədə bunları atmaq olmaz. Ömrümün çoxu gedib, azı qalıb. Biz də bu dövlətə xidmət edirik və edəcəyik. İnsan özü üçün yaşasa, bu, mənasız olar. İnsan həm də dövləti, milləti üçün yaşamalıdır.

- Oğlunuza görə sizə xəbərdarlıq edilibmi? Onlarla söhbət aparırsız?

- Uşaqlarımın həm tərbiyəsi ilə məşğulam, həm də söhbət edirəm. Bilirəm ki, oğlumun hərəkətinin mənim üçün zərəri ola bilər. Ancaq buna baxmayaraq, bütün məmurlar da eyni fikirdə deyillər. Onların içərisində dövlətinə, xalqına xidmət edənləri də çoxdur. Bəziləri də istəyər ki, kiməsə ləkə yaxsın. Bu cür insanlar dünyanın hər yerində var.

- Banklara borcunuzun olması ilə bağlı xəbərlər var. Sirr deyilsə borcunuz nə qədərdir?

- Təbii ki, banklara borcum var. Bu  xəbərlər doğrudur. Hazırda banklara 20 milyon manat borcum var. Bu, mənim üçün çox xırda rəqəmdir. Hər bir adam öz işini idarə etməlidir. Biz həmin pulları götürən zaman 3 dəfə bahasına obyektlər qoymuşuq. Biz Türkiyədə də çox böyük işlər görürük.

- Türkiyə iqtisadiyyatındakı gərginlik sizi zərərə saldımı?

- Türkiyə bizim üçün qardaşdır. Hazırda bəzi güclər orada qarşıqlıq yaratmağa çalışırlar. Ancaq Rəcəb Tayyib Ərdoğan bütün bu hiylələrin qarşısını ala bilir. O, çox müdrik insandır. Ümumiyyətlə, dünya siyasətini yaxından izləyirəm. Jurnalist olayı ilə də Türkiyəni oyuna salmaq istəyirdilər. Ancaq Ərdoğan yaradılan bu problemi də həll etdi. O, bildirirdi ki, mən həm masada, həm də sahədə olacağam.  Türkiyədəki iqtisadi vəziyyət də bir külək idi. Gəldi və getdi. Doğrudur, orada böyük şirkətlər çox pis vəziyyətə düşdülər. Ən böyük holdinqlər orada zərər çəkdi. Mənim isə nə zərərim oldu, nə də xeyrim. Tikmişdik, sata bilmədik. Saxladıq ki, sonra sataq.

"Onu da deyim ki, mən həkimlik də edirəm. Həkimlər deyirlər ki, gəl gedək bizimlə xəstələrə bax, pulun yarıdan çoxu sizin olsun. Xeyli adamları sağaltmışam"

- Maraqlıdır ki, siz heç orta məktəbə də getmədiyiniz halda, bu boyda işlər görüb, böyük rəqəmlərlə işləyirsiniz. Bunların öhdəsindən necə gəlirsiniz?

- Hamısı beynimdədir. Bayaq bir sənədlə bağlı satış şöbəsinin müdirini çağırıb, məlumat alıram. Xatirimdədir ki, həmin sənədi bir neçə il öncə almışıq. Satış şöbəsinin müdiri deyir ki, elə bir şey yoxdur. Dedim get araşdır, tapacaqsan. Araşdırdı və gördü ki, həqiqətən də sənəd var. Yəni insanların kompüterə yazdıqlarını, mən yaddaşıma yazıram. Yaddaşım çox güclüdür. Onu da deyim ki, mən həkimlik də edirəm. Həkimlər deyirlər ki, gəl gedək bizimlə xəstələrə bax, pulun yarıdan çoxu sizin olsun. Xeyli adamları sağaltmışam. Deyim ki, təzyiq problemim vardı və onu da özü sağaltmışam. Bir neçə il qabaq gözümdə də zəiflik vardı. Onu da özüm sağaltdım. İnsanın özünün iradəsi olmalıdır. Piyada gəzmək, üzmək çox vacibdir. Eyni zamanda qan da vermək önəmlidir. Heç bir həkimə müraciət etmirəm. Yalnız özüm-özümü sağaldıram. İnsana zərərli olan bir neçə şey var ki, onlardan əl çəksən, rahat yaşayarsan.

- Dinə münasibətiniz necədir?

- Dinlə elə də maraqlanmıram. Bircə Allaha inanıram.  Bu seyiddir, bu molladır deyə kimlərisə ayırmıram. Molların da bəzilərinin danışığını bəyənmirəm. Ümumilikdə, dinə bağlı deyiləm. Ancaq yas mərasimlərində iştirak edirəm. Bu, bizim borcumuzdur

- Hazırda Bakının bir neçə yerində sürüşmə hadisəsi baş verir. Konkret olaraq sizcə Badamdardakı vəziyyətin günahkarı kimdir?

- Günahkar sakinlərin özləridir. İnsanın hədəfi, baxışı olmalıdır. Ümumiyyətlə, hər zaman təhlükəli şeylərdən uzaq olmuşam. Çünki insan özünü və həyatını qorumalıdır. Bu günə qədər Bakı şəhərində 100-dən çox bina tikmişəm. Mənim həyatım o binaların hər birindən asılıdır. O binalarda nə isə olarsa, bununla da mənim həyatım sona çatar. Ona görə də binaların fundamentindən tutmuş, son tamamlanma işlərinə qədər nəzarət edirəm. Fövqəladə Hallar Nazirliyi yaranmadan öncə Bakıda pərakəndəlik idi. Kim istəyirdisə, ev tikirdi. Azərbaycanda bir ev iki-üç nəfərə satılır və bunun da günahkarları var. Türkiyədə belədir ki, bank sənə “kupça” da verir, nəzarət də edir. İstəsən də, ikinci adama sata bilməzsən. Rusiyada da buna ciddi şəkildə nəzarət edən sistem var. Orada mənzil almaq istəyən dövlət qeydiyyatından keçir. Bizdə isə fundamentin qazıb, gələcək sakinlərə də, telefon, televizor və digər bu kimi məişət əşyaları verib, özlərini reklam etdikdən sonra işə başlayırlar. Heç nəyi olmayan adamları elə reklam edirlər ki, adam çaş-baş qalır. İnsanların çoxu bəzən ucuzluğa, boş reklamlara qaçıb, aldanırlar. Qəpik-qəpik yığdıqları pulu 5 dəqiqənin içərisində bir “moşennik” aparır. Xalqı da, dövləti də qorumaq lazımdır. Bulvarda gəzən zaman görürəm ki, kimlərsə əlində nə isə yeyib, kağızını da atırlar küçəyə. Onlara yaxınlaşıb deyirəm ki, bu ölkə də bulvar da bizimdir. Buranı niyə çirkləndirirsiz? Həmin insanlar məni başa düşüb, üzr istəyirlər. Hər şeyi cənab prezidentin üstünə atmaq lazım deyil. Bəzən toy zalında otururam və görürəm ki, bir insanın ətrafı doludur uşaqlarla, bu da siqaret çəkir. Ona da yaxınlaşıb xahiş edirəm ki, gələcəyimizi məhv eləməsin, siqareti çöldə çəksin. Bunları deyəndə təzyiq etmirəm. Xahiş edirəm. İnsanı şirin dillə başa salmaq lazımdır. Yanaşma, fikir düzgün olmalıdır. İnsanların hamısı dövlətini, millətini, prezidentini qorumalıdır. Azərbaycan günbəgün inkişaf edir. Xoşbəxt adamıq ki, Azərbaycanda yaşayırıq.

- Azərbaycanda bunun qarşısını almaq üçün hansı sistem yaradılmalıdır?

- Ya Əmlak Məsələləri Dövlət Komitəsində, ya Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində bir orqan yaradılmalıdır. Mənzil almaq istəyən getməlidir həmin orqandan qeydiyyatdan keçməlidir. Orada qeyd olunmalıdır ki, filan MTK-nın tikdiyi binada, məsələn, 5-ci mərtəbə bu vətəndaşa satıldı. Mənzili qaytaran zaman da gedib həmin qurumdan qeydiyyatdan çıxmalıdır. Mən bunu təklif kimi irəli sürəndə Daxili İşlər Nazirliyi çox bəyəndi. Ancaq bəzilərinin xoşuna gəlmədi.

- İsfəndiyar bəy, aksessualara  münasibətiniz necədir? Sizin də bahalı saatlarınız varmı?

- Vallah, mənim elə şeylərə marağım yoxdur. Maşınıma baxsanız, görərsiniz ki, necə sadə vəziyyətdədir. Heç saatım da yoxdur. Pencəyimin qiyməti 50 manatdır, köynəyimi də 30 manata almışam. Telefonumun isə qiyməti 300 manatdır. Məndən olsa 2-3 min manatlıq maşında gəzərəm. Ancaq düşünürəm ki, insanlar ona da başqa don geyindirirlər ki, qıymazlıq edir. Əslində isə insan özü üçün yaşamalıdır. Digərlərinin fikirləri əhəmiyyət daşımamalıdır.  

- Yəni pul sizi dəyişməyib?

- Dəyişə də bilməz. Ağıllı adamı pul və vəzifə dəyişə bilməz. Kim ki, pulla, vəzifə ilə dəyişəcəksə, onun gələcəyi yoxdur.  Verən də Allahdır, alan da. İnsan elə münasibət yaratmalıdır ki, əlindən hər şey gedəndə heç olmasa kiminsə yanına getməyə üzü olsun. Bir insan ki, keçmişinə baxa bilmədi, onun gələcəyi yoxdur. Bəzən sual verirlər ki, arzunuz nədir. Deyirəm ki, mənim bu qədər böyük arzum olmayıb. Düşünməmişəm ki, indiki vəziyyətə gəlim. Ən böyük arzum bu olub ki, Bakıda 2 otaqlı evim, bir də “Juqilim” olsun. Bundan böyük nə arzu edə bilərdim ki? Əldə etdiklərimi verən Allah və dövlətimizin yaratdığı şəraitdir. O qədər çətin günlər keçirmişəm ki, bu qədər yaşayacağımı bilməzdim. Allah mənim ömrümü də verib. 68 yaşım var, çox sağlamam.

- Bayaqdan tez-tez “çətin ömür” ifadəsini işlədirsiz. Nəyi nəzərdə tutursuz?

- 25 yaşına qədər bənna işləmişəm. Söhbət tək bənnalıqdan getmir. Uşaq olanda hər gün 14 kilometr yol gedib, 2 növbə işləyirdim. 12-13 yaşımda minirdim qatara, gedirdim İrəvana. Bir xurcunum vardı. Onun içərisini müxtəlif xırda əşyalarla doldurub, gətirib satırdım. Küçələrdə top, albom satırdım. Çörəkpulu qazanmaq üçün dayanmırdım. İndiyə qədər mənə heç kim kömək etməyib. Heç kim əlimdən tutmayıb, qabağa çəkməyib. Hamısını öz zəhmətimlə qazanmışam. 2-3 ay fəhlə işlədim, gördüm ki, bənna ondan yaxşıdır, bənna oldum. Sonra yavaş-yavaş yüksəldim və öz işimi qurdum. İndiki ofisimin də proyektini özüm çəkmişəm. Yəni beynimdəki fikri həyata keçirməyə çalışıram. İndiyə qədər heç kimdən məsləhət də almamışam və sonu da yaxşı olub.

- Biznesinizi nə zamansa xaricə köçürmək istərdiniz?

- Xaricdə işləmək də olar. Ancaq vətəndən imtina edib, getmək mümkün deyil. Əsas sərmayən vətəndə olmalıdır. Təxminən 10 il qabaq bir cavan oğlanla söhbət edirdim. Dedi ki, mən çox savadlı oğlanam, ancaq arxam yoxdur. Ona dedim ki, səni özümə oğul kimi qəbul edərəm. Adını çəkməyəcəm. Bu gün həmin şəxs dövlətə milyardlarla xeyir verir. Həmin adam mənimlə şərikli ev də tikir və hazırda 200 mühəndisi var. Heç bilmirdim ki, həmin adam hansı rayondandır, kimdir. Görürsən ki, bu adam istedadlıdır, ona yardım etməlisən. Olub ki, xeyli adama kömək etmişəm, ancaq heç bir nəticəsi olmayıb. Kiməsə kömək edəndə, ondan nə isə güdmürəm. Çox insana kömək etmişəm. Adam olub ki, gəlib məndən iş istəyib. Görmüşəm ki, ağıllı uşaqlardır. Onlara ayda 15 min manat maaş verirəm. Halbuki, bu adamlar məndən 600-700 manat maaş istəyiblər. Görmüşəm, ağılı, zəhməti yerindədir, istəməmişəm ki, əziyyəti yerdə qalsın. Hər şeyi gərək düzgün qiymətləndirəsən.
Oxşar xəbərlər
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:36, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:52, Bu gün
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:56, Bu gün
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
08:55, Bu gün
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
08:36, Bu gün
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 14:37
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
24 Apr 2024 | 13:39
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 14:30
"Netanyahu zəmanəmizin Hitleridir və məsuliyyətdən yaxa qurtara bilməyəcək" - Ərdoğan
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 14:37
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
24 Apr 2024 | 13:39
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 14:30
"Netanyahu zəmanəmizin Hitleridir və məsuliyyətdən yaxa qurtara bilməyəcək" - Ərdoğan