Vüsalə Kərimova: "Kişilərimiz qadını ancaq pozğun görmək istəyirlər"
Oxunub: 2144
08 Oct 2018 | 15:53
Vüsalə Kərimova:

Moderator.az tanınmış aparıcı Vüsalə Kərimovanın Oxu.Az-a verdiyi müsahibəni təqdim edir:

– 22 ildir media sahəsindəsiniz, müxtəlif sahələrdə, xüsusilə, siyasət sahəsində çalışmısınız. Ancaq insanların böyük bir qismi sizi şou xarakterli verilişlər aparandan sonra tanıdı. Bu, sizi narahat etmir ki?

– Əslində, cəmiyyət bir neçə təbəqəyə ayrılır. Bu, cəmiyyətin bir təbəqəsi idi. Hansı ki, ancaq şou-biznesi izləyirlər. Ancaq dövlət rəsmiləri, nazirliklərin çalışanları, idarə işçiləri isə məni əvvəldən tanıyırdı. Təbəqələr müxtəlif olduğuna görə mənim kimi adamda narahatlıq yarada bilməz. Bu, nəyə bənzəyir? – Bayağı musiqi və klassik əsər.

Bayağı musiqini hamı bəyənə bilmir, həmçinin də klassik əsərləri. Zövqlər müxtəlifdir. Bu cür tərəziyə qoysaq, əminəm ki, məni başa düşərsiniz.

– Bəs siz bu tərəzinin hansı tərəfini daha çox sevirsiniz?

– Ağır gələn tərəfini daha çox sevirəm (gülür).

– Ağır gələn hansı tərəfdir?

– Siyasi tərəfidir. Orada daha çox olmuşam, siyasəti daha güclü bilirəm. Şou-bizneslə bağlı biliyim isə ölkənin xarici və daxili siyasəti barədə olan məlumatlarımdan daha azdır. Həmişə özümü orada görmüşəm. Şou-biznes hissəsi mənim pul qazandığım sahədir. Baxmayaraq ki, uzun müddətdir siyasətdən uzağam, ancaq yenilikləri hər zaman izləyirəm. Kiminsə həyat tərzi, kimin kiminlə sevgili olması mənə maraqlı deyil. Hər kəs özü bilər. 

– Bildiyim qədərilə, prezident müxbiri olaraq da çalışmısınız...

– Bəli, xəbərlərdə çalışdığım vaxtlarda prezident İlham Əliyevlə və Heydər Əliyevlə siyasi görüşlərə mən də getmişəm. Azərbaycanda prezident səviyyəsində keçirilən görüşlərdə də müxbir kimi iştirak etmişəm. 14 il xəbərlər bölməsində işləmişəm və prezident müxbiri olaraq çalışmışam.

– Şouya keçid necə oldu?

– Xəbərlərdən ayrılandan bir müddət sonra “Araz” radiosuna direktor təyin olundum. Radioya keçiddən sonra avtomatik şou-biznesin içərisində olursan. Radionun 70 faizi musiqidən, qalanı isə digər şeylərdən ibarətdir. Bu sahəni öyrənməyə məcbur idim. Başladım müğənniləri tanımağa, onları öyrənməyə. Oraya gələndə Xalq artistləri, Əməkdar artistlərdən başqa müğənniləri tanımırdım. Bu da onların sərəncamlarını oxuyarkən, haqlarında məlumatım olmuşdu.

Onları belə tanıyırdım. Radiodan sonra “Muz” TV-yə direktor getdim. Orada da rəhbər idim, musiqi sahəsi idi. “Muz” TV-də siyasət və şou tandem idi. Çünki hər hansı ölkənin siyasətini bilməsən, efirə buraxdığın musiqi hansısa siyasi səhvə səbəb ola bilər. İki sahəni də mükəmməlləşdirdim. Siyasi sahədə daha peşəkaram, şou-biznesi də kifayət qədər bilirəm.

– Tək qadın olmaq, çiyinlərində yük daşımaq bir müddət sonra insanı yorur. Siz necə, yorulmusunuz?

– Bu, bir az çətin sualdır. İnsan bəzən çox yorulur. Ətrafından, insanlardan, doğmalarından belə yorulur. Tək qadın olmağın yükü ağırdır. Tək qadınsansa, bir işin arxasınca qaçırsan və o işin arxasında sənə başqa gözlə baxırlar. Görürsən ki, onların baxdığı gözlə işinə yanaşsan, işin irəli gedəcək.

O zaman sən sınırsan, düşünürsən ki, niyə axı belə? Məgər hamı pozğun olmalıdır? Niyə kişilərimiz qadını ancaq pozğun görmək istəyirlər? Niyə mərd görə, mərdi-mərdanə yardımçı ola bilmirsən? Niyə cənnəti sağlığında qazanmırsan? Bu suallar adamı yorur və ətrafından yorulursan, bezirsən.Məndə belə bir şey də var ki, depressiyaya düşürəm və özümü çıxarıram. Haçan büdrəyirəmsə, o zaman daha yaxşı ayağa qalxıram. Özümə stimul verməyi bacarıram. İnsanlara, paxıllara baxıram. Mənə ən böyük stimul verən paxıllardır. İnsan niyə paxıl olsun ki? Bu, mənə çatmır.

Heç vaxt kiməsə həsəd aparmamışam. İstər bacarığına, gözəlliyinə, qabiliyyətinə və s. Əksinə, gözəl insan görəndə ona tamaşa etmək mənə ləzzət edib. Deməmişəm ki, bu, niyə belə gözəldir, amma mən deyiləm?

Paxıl o insandır ki, gecə yorğanını başına çəkəndə fikirləşir ki, Vüsalə filan şey etmişdi. Özü qalıb kənarda, ancaq Vüsaləni düşünür. Biri də var ki, gecə yatanda özünə hesabat verirsən ki, mən bu gün neylədim və sabah neyləyəcəyəm? 

Günlə yaşamağı sevirəm, xəyalpərəst deyiləm. Nə zaman xəyal qurmuşamsa, uçurama getmişəm. Reallıqla yaşayıram.

– Bayaq həsəd aparmaq dediniz. Hansısa jurnalistlə eyni mövzunu yazanda baxıram ki, o, məndən daha yaxşı yazıb və mövzunu işləyib. Daha gözəl sözlərdən istifadə edib. Deyirəm ki, mən niyə belə yazmamışam. İçimdə ayırd edə bilmirəm ki, bu, paxıllıqdır, yoxsa yox?

– Bu, peşə rəqibliyidir. Olub ki, xəbərlərdə işlədiyim dönəmlərdə bir jurnalist iki reportaj hazırlayıb. Öz-özümə demişəm ki, mənim nəyim ondan əskikdir? Niyə bir reportaj hazırlamalıyam? Səhəri gün üç reportaj hazırlamışam. Bu, artıq sağlam rəqabətdir. Səndə də həmçinin. Sabah sənin yazdığın isə ondan daha gözəl olur. Bu, nə həsəd, nə də paxıllıqdır. Harada sağlam rəqabət var, orada iş var.

Oğlum orta məktəbdə qiymət alanda gəlirdi, deyirdim ki, əla, amma sən daha gözəl qiymət ala bilərsən. Bu, oğlum 3 alanda da belə idi, 5 alanda da. Sonra o daha gözəl nəticə ilə gəlirdi. 

Hesab edirəm ki, stimulla insan daha çox irəli gedir. Bu, yaradıcı insanlarda daha çox işə yarayır. Belə valideynlər çox görmüşəm ki, uşaqları yaxşı nəticə göstərib, amma onu tənqid ediblər. Demişəm ki, niyə belə edirsiniz? Deyirlər ki, qoy, daha yaxşı oxusun. Axı, sən onun qol-qanadını sındırdın, gələn dəfə belə olmayacaq. Uşaq həvəsdən düşəcək.

Stimul özümdə olub deyə, onu uşağıma da keçirmişəm.

– Elə valideynlər var ki, həyatdan bəzi qorxuları olur. Düşünürlər ki, bu qorxuları gələcəkdə onların övladlarının üzərində gerçəkləşə bilər...

– Heç vaxt elə qorxu yaşamamışam, oğlumu sərbəst böyütmüşəm. Mən ona “olmaz” deməmişəm, “olmaz”ı aşılamışam. Özü-özünə “olmaz” deyib. Mənə də heç kim sərhəd qoymayıb. Özümü inkişaf etdirib, üzərimdə senzuralarımı müəyyənləşdirmişəm. Eləcə də, oğlum. İnsanlara sərbəstlik verəndə, o, öz sərhədlərini müəyyənləşdirir. 

Bəzən valideyn elə hesab edir ki, uşaq onun əmlakıdır. Necə istəyir, elə də idarə edə bilər. Bunun əlehinəyəm. Valideyn, sadəcə, uşağın dünyaya gəlməsinə bir vasitədir. Sadəcə, yol göstərə, düzgün istiqamətləndirə bilərsən ki, sabah sənin istədiyin kimi bir vətəndaş olsun.

Təməlini düzgün qoymursan, uşaq böyüyəndə də deyirsən ki, mən deyən olmalıdır. Neyləsəndə olmayacaq. O, artıq formalaşıb. Formalaşmamışdan öncə sərbəstliyi vermək lazımdır ki, ayaq üstdə durmağı bacarsın. Qərar versin, fikrini yürütsün. Uşaq ağzını açır, ağzının üstündən birini vururlar ki, sən sus, balacasan, danışma. Belə olanda övlad çətin böyüyür.

– Oğlunuz Türkiyədə təhsil alır, ayrı qalmaq çətin deyil ki?

– Əslində, çox çətindir. Onun xaricdə oxumasını mən istəyirdim. İnsanlar mənə irad tuturdu ki, bir oğlun var, niyə xaricə göndərirsən?! Başa sala bilmirdim ki, təklikdən darıxacağam deyə, övladım yaxşı təhsil almasın? Onun gələcəyi gözəl olmalıdır. Heç peşman deyiləm. Bizim universitetlərdə təhsil alan qohumlarım var. Onların təhsil almasında, qiymətlərinin yazılmasında birbaşa yardımçı olduğum üçün bilirəm ki, hansı zülmlə oxuyurlar. Uşaqlar dərsə getmir, müəyyən bir məbləğə imtahan qiymətlərini yazdırırlar.

Mən oğlumun nə dərsinə, nə imtahanına pul verirəm. İmtahan vermək üçün yaxşı oxumalıdır. Mənə də bu lazım idi ki, oğlum gözəl bir kadr kimi yetişsin. Düzdür, o da ölkədən kənarda yaşaya bilmir. Bakını çox sevir. Onsuz da təhsilini bitirəndən sonra Bakıda yaşayacaq. Nəyi pisdir ki? Ölkəyə gözəl kadr yetişdirirəm (gülür).

– Kiminsə sizdən istifadə etdiyini görəndə necə davranırsınız?

– Gülməyim gəlir. Qarşımdakı adam özünü ağıllı hesab edir, amma bilmir ki, mən ondan daha ağıllıyam. Bilirəm ki, məndən istifadə edir. İstifadə etməyə çalışır. Özümü gic kimi göstərirəm, amma həmin an nə qədər zövq alıram. Bir də qarşımdakı insanın mənə yalan danışdığını bilirəm.

Gözlərinin içinə baxıram, yalanı elə gözəl danışır ki, ondan zövq alıram. Peşəkar aktyor olmaq başqa şeydir, bunu yaşamaq başqa. Axı mən bilirəm, sən yalan danışırsan, niyə edirsən, ay bədbəxt? Düzünü de, ən gözəl biclik düzlükdür. Düzgün olmağı sevirəm. Ən pis hərəkəti etsəm belə, gəlib deyərəm ki, bu hərəkəti etmişəm. Yesən də budur, yeməsən də (gülür).

– Nəyə şükür edirsiniz?

– Şükür etməyi sevirəm, çox şükür ki, dilimdə şükür var.

– Bəs nədən qorxursunuz?

– Yaxınlarımı, dəyər verdiyim insanları itirməkdən. Çalışıram, o tərəfini düşünməyim. O an düşünməkdən vazkeçirəm. Görün, mən hissdən nə dərəcədə qorxuram.

– Nə vaxtsa, atanızı (Əməkdar artist Vaqif Kərimov – red.) bağışlamaq fikriniz var?

– Mən yeddi il öncə “heç vaxt, heç vaxt” deməkdən vazkeçmişəm.

– Səbəb nə idi?

– Çünki “heç vaxt, heç vaxt” dediyim bir söz var idi, amma oldu. Vazkeçdim, başımdan böyük danışmadım. Amma yenə də “heç vaxt” demirəm. “Allah bağışlayandır, bəndələr nə karədir?”, - deyə düşünürəm. Amma o hissi Allah insanın içərisinə salmalıdır. Bu gün belə bir fikrim yoxdur. Gələcəkdə nə baş verəcək, bunu deyə bilmərəm.

– Atanız işdən çıxarılıb. Bundan xəbəriniz var?

– Yox, onun işdən çıxarıldığını səndən eşidirəm. Heç xəbərim yox idi. Düzü, maraqlanmıram. Yəni, olmayan şeyi var etmək istəyirlər, bu hiss məndə yoxdur. Bu hissi yaşamamışam.

– Ata həsrəti çəkməmisiniz?

– Axı, insan onun nə olduğunu bilməlidir ki, həsrətini də çəksin. Əgər mən bir şeyin dadını bilmirəmsə, onu necə arzulaya bilərəm?

– Sizi tərk edəndə neçə yaşınız var idi?

– Ümumiyyətlə, anamın atasının evində doğulmuşam. Məni bəzən qınayırlar. Nə qədər üstümə gələn, özünü çoxbilmiş hesab edən oldu. Amma o adamlara başa sala bilmirəm ki, mən bu konfeti yeməmişəm. Dadını bilmirəm, necə arzulaya bilərəm? Bunun nə olduğunu da bilmirəm. İnsan dadı damağında qalan bir şeyi arzulaya bilər.

Atanı görmüsən, onunla yaşamısan. O rəhmətə gedəndə anırsan, acı yaşayırsan, onun yolunda ağlayırsan. Niyə? İnsanın içi yanmasa, gözündən yaş çıxar? Kimə görə yaş tökürsən? Sevdiyin insana görə. Axı, mən bu insanı yaşamadım, necə sevim? Görmədim, duymadım, hiss etmədim, varlığını bilmədim. Necə sevim? Sevgi verim? Məni düzgün başa düş. Qonşunun atasını sevməklə öz atamı sevmək mənim üçün eyni şeydir. Yaşamadığım hissdir. Ünsiyyətdə olmadığım, görmədiyim, nələri sevib-sevmədiyini bilmədiyim birini necə sevə bilərəm? Amma qınamaq çox asandır.

– Bu illər ərzində sizə qarşı addım atmayıb?

– Mən 9 ya da 10-cu sinifdə oxuyurdum, o vaxtadək şəklini belə görməmişdim. Bəlkə də, tamaşalarını izləyirdim, amma bilmirdim kimi izləyirəm. Heç kim mənə deməyib ki, filankəs sənin atandır. Burada təkcə atamı qınamıram, anamı da qınayıram. İnsanlar bir-birilə uyğun gəlməyə bilər, ancaq ortada bir övlad varsa, onun günahı yoxdur. Biz axı belə şeyləri sevirik. Münasibətlər yaxşı deyilsə, bu hikkəsindən uşağını ona göstərmir, həmçinin o da buna. Sonda da qınanan uşaq olur. Niyə?

Mən də yoldaşımdan ayrılmışam. Amma gəlin, görün, övladım atası haqda nə deyəcək? Mənim yoldaşım haqda fikrim necədir? Nə olsun ayrılmışıq? O, oğlumun atasıdır. Əgər yaxşı adam olmasaydı, oğlumun atası olmazdı. Üstəlik, mən boşanmışam, oğluma nə? 

Atasıdır, görüşməlidir, dərdini deməlidir. Bu gün oğlum Türkiyədə təhsil alırsa, atasının da burada rolu var. Çünki atası çox savadlı insandır. Hazırlıq dönəmində edə bilmədiyi testləri atası ilə birlikdə həll edirdi. Nəticə olaraq, oğlum universitet tələbəsidir. Necə ona pis deyib, övladımı gizlədə bilərəm? Niyə gizlətməliyəm ki? Mən belə böyütmüşəm, amma belə böyüməmişəm. Bəlkə də, belə böyümədiyim üçün uşağımın belə əziyyət çəkməsini istəməmişəm.

Ata olmaq asandır, ancaq atalıq etmək çətindir. İnsanlar özlərində günah axtarmalıdır. Bu gün əgər əziyyət verən tərəfəmsə, deməli, onların günahının səbəbiyəm.Yeri gələndə anamda da günah var ki, mən heyif çıxmaq üçün vasitə olmalı deyildim. Nəticə bu gün çox acınacaqlıdır. Mən atamı sevmirəm. 

Oxşar xəbərlər
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:19
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
24 Apr 2024 | 17:18
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
24 Apr 2024 | 17:16
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
24 Apr 2024 | 17:12
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
24 Apr 2024 | 17:10
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
24 Apr 2024 | 17:08
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 17:00
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
24 Apr 2024 | 16:56
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
24 Apr 2024 | 16:50
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
24 Apr 2024 | 16:46
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
24 Apr 2024 | 16:44
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
24 Apr 2024 | 16:40
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
24 Apr 2024 | 16:37
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
24 Apr 2024 | 16:36
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
GÜNLÜK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb