Tanınmış kardioloq: “Biz hələ yaşamağın üsulunu bilmirik”
Oxunub: 1958
08 Oct 2018 | 11:48
Tanınmış kardioloq: 
 “Biz hələ yaşamağın üsulunu bilmirik”
 İdris Xəlilov: Son illər xərçəng xəstəliyinin sürətlə artmasından çox danışılır. Lakin onkoloqlar hesab edirlər ki, bu xəstəlik ətrafında vahiməli rəylər yaradanlar, məsələn, ürək-damar xəstəliklərindən baş verən ölüm hallarının statistikasını unudurlar. Bir çox hallarda qəfil ölümlərə səbəb olan və yaş tanımayan ürək-damar xəstəlikləri ilə bağlı tanınmış kardioloq, tibb doktoru, professor İdris Xəlilovla danışdıq.

1979-cu ildə ATU-nu bitirən, 1986-cı ildə SSRİ TEA-nın Ümumittifaq Kardioloji Elmi Mərkəzinin (Moskva) ordinaturasını, 1991-ci ildə aspiranturasını başa vurub tibb elmləri namizədi, 1992-ci ildə Tehran Universitetinin doktorluğunu alan, 40 ildir Hippokrat andına sadiqlik nümayiş etdirən İdris həkimlə elə çalışdığı “Oksigen” Klinikasında görüşüb səhbətləşdik.

- İdris həkim, son statistikaya görə, ölkədə ölüm hallarının 11 faizi onkoloji xəstəliklər səbəbindən baş verirsə, 57 faizi ürək-damar xəstəlikləri ilə bağlıdır. Bu mənada demək olarmı ki, ürək-damar sistemi xəstəlikləri tibbin aciz qaldığı daha ağır xəstəliklərdir, nəinki digərləri?

- Mən elə deməzdim. Ürək-damar sistemi xəstəlikləri dünyada əlilliyin və vaxtsız ölümün birinci səbəbidir. Bu xəstəliyin milliyyəti, cinsi, etnik mənsubiyyəti yoxdur. Bu xəstəlik hər yerdə mövcuddur. Özü də bütün insanların ürəyi bir-birinə bənzəyir, çox qəribədir. Sadəcə olaraq, burada söhbət vaxtsız və qəfləti ölümdən gedirsə, tibbin ilk prioriteti bunu önləməkdir. Biz onsuz da heç vaxt təbii qocalığın və ölümün qarşısını ala bilməyəcəyik. Amma vaxtsız və qəfləti ölümün qabağını almaq üçün tibbin çox böyük imkanları yaranır. Bütün dünyada və bizdə son 20-30 ilin müqayisəsini aparsaq, tibdə çox böyük sıçrayışlar var. Bəlkə də heç bir fəaliyyət sahəsində tibdəki qədər sıçrayışlar yoxdur.

Sadə misal deyim, mən 40 ilin doktoruyam, dörd ölkədə işləmişəm. 20-30 il bundan qabaq biz infarkt xəstələrini müalicə edirdik, ancaq onun perspektivini görmürdük. O xəstələrin hamısı birmənalı olaraq dünyasını dəyişirdilər. İndi isə onların demək olar ki, əksər faizi sağalır. Məhz diaqnostikanın, stendləmə və ürək cərrahiyyəsinin sayəsində. Bu, çox böyük inqilabdır. Deyirlər ki, xəstəliklər artıb. Bu, belə deyil. Sadəcə xəstəliklərin aşkarlanması halı artıb. Əvvəllər heç kim bilmirdi nə baş verir. Çünki indiki kimi media qurumları yox idi. Bu gün isə Azərbaycanın hər bir kəndində baş verənlərdən xəbər tuturuq.

- Azərbaycan vətəndaşları adətən, ölkə xaricində müayinə-müalicə olunmağa çalışırlar. Dediyiniz kimi, 4 ölkədə işləmisiniz: Birləşmiş Ərəb Əmirlikləri, İran, Rusiya və Azərbaycanda. Bu ölkələrin müqayisəli təhlilini aparanda səhiyyənin durumu ilə bağlı hansı qənaətə gəlirsiniz?

- Azərbaycan səhiyyəsi əslində sovet səhiyyəsindən qaynaqlanıb. Amma indi bizim səhiyyəmiz öz yolu ilə gedir. Bu yaxınlarda mən Moskvada, oxuduğum institutda oldum. Mənə çox qəribə gəldi, onlar çox geri qalırlar. Həm texnoloji cəhətdən, həm də digər sahələrdə... İndi bizim doktorlarımızın çoxu Türkiyədə təhsil alır. Təhsil sistemi çox fərqlidir. Sovet səhiyyəsi isə bir az ləngiyir. Orada daha çox dövlət səhiyyəsidir, rəqabət azdır. Mən oxuduğum institutda baxdım ki, 10 xəstə gözləyir, amma kabinetlərdə 25 həkim oturub. Yəni həkim çoxdur, amma onların gördüyü iş elə də böyük deyil. Məsələn, mən İranda işləyəndə elə gün olurdu ki, 200 xəstəyə baxırdım. Demək istəyirəm ki, doktor daha çox praktik işlə məşğul olursa, daha çox təcrübə toplayır.

- Bizdə kiminlə danışırsansa, müşahidəsi belə olur ki, filan xəstəxanaya getmişdim, xəstə əlindən yer yox idi. Ölkəmizdə xəstəliklərmi geniş yayılıb, xəstələrin sayımı çoxalıb, ya səbəb nədir?

- Ona görə belədir ki, 20-30 il bundan qabaq insanlar ümumiyyətlə, həkimə getməzdilər. İnsanlarımızın tibbi savadı çox aşağı idi. İndi insanlar özünü, uşaqlarını, nəvələrini yoxlatdırır. Gəlib deyir ki, yoxlayın, görüm mənim qanda xolesterinim nə qədərdir? 20 il qabaq heç bilmirdi qan analizi nədir? Əslində bütün əhali vaxtaşırı tibbi müayinədən keçməlidir. Bizə müraciət edənlərin çoxu xəstələr deyil, sadəcə, özlərini yoxlatdırırlar.

- Ürək cərrahı Rəşad Mahmudovun bir fikri var idi ki, ölkəmizdə "Stent for Life" (həyat üçün stend) adlı proqramı tətbiq olunarsa, ildə 15-16 min insanı ölümdən xilas etmək olar. Siz kardioloq olaraq bu barədə nə deyə bilərsiniz?

- Rəşad Mahmudov çox doğru deyib. Mənim yanıma gələn xəstənin ürək damarında daralma şübhəsi varsa, mən ona dərman yazmıram, bunu bütün gənc həmkarlarımız bilməlidir. İndi dəqiq diaqnostika və dəqiq müalicə üsulları var. Xəstə var ki, sizdən, məndən sağlamdır. Amma ürək damarı daralır, qan getmir, deməli, burada qəfləti ölüm təhlükəsi var. Stend qoyanda damar tam açılır, ürək normal çalışır. Çox təəssüf ki, 50 yaşdan sonra hamı müayinəyə gəlmir. Əksəriyyət gəlsə, biz çoxlarında damar darlığı tapa bilərik və problem vaxtında aradan qaldırılsa, insanların ömrü uzanacaq. Məqsəd ürək əzələsini qorumaqdır. Tutulan damarı dəyişdin, ya stend qoydun, qan dövranı bərpa olur. İnsanın hər bir orqanında qan dövranı bərpa olsa, insan bəlkə də indikindən çox yaşayar. Yəni bədənin qocalması, qan dövranının zəifləməsi damarların qocalmasıdır.

- Bunlar, təbii ki, nəticədir. Ürək-damar xəstəliklərinin səbəbləri barədə sizin əsas arqumentləriniz nədən ibarətdir? İndiyədək stressdən tutmuş, qidalanmaya qədər çox şeylərdən danışılır. Sizcə, ürəyimizin evini yıxan nələrdir?

- Çox maraqlı sualdır. Ancaq mən sizə standart cavab verməyəcəyəm. İnternetdə eyni fikirlərlə rastalaşacaqsınız. Lakin çox təəssüf ki, onların heç biri deyil.

- Deyirlər filankəs nə siqaret çəkir, nə içki içirdi, qəfil ürəyi tutdu və getdi.

- Tamamilə doğrudur. Bəs bu, nədir? Ona görə də bu günə qədər ürək-damar xəstəliklərinin əmələ gəlmə səbəbləri dəqiq bəlli deyil, çox təəssüf ki. Damar xəstəliyi, damarın qocalması bu günə qədər hələ diskussiya mövzusudur. Heç kim bilmir ki, mən də həmçinin, uşağa, cavana nə məsləhət görək ki, onda ürək xəstəliyi olmasın. Çünki biz hələ yaşamağın təhərini, üsulunu dəqiq bilmirik. Bəli, bizim çoxlu xəstələrimiz var ki, içki içmir, siqaret çəkmir, çəkisi aşağıdır, şəkəri, qan təzyiqi yoxdur, birdən məlum olur ki, 3-4 damar tutulub. Mən bununla bağlı məqalə də yazmışam. Artıq dünya kardiologiyasına mesaj göndərirəm ki, biz çox şeyi bilmirik. Standart yanaşma doğru deyil.

- Bəs sizin ehtimalınız varmı ki, bu xəstəliklər mənbəyini hardan götürür? Özü də ürək-damar xəstəlikləri sanki gəncləşib...

- Mən belə deməzdim. Biz illər boyu deyirdik ki, mədə xorası filan səbəbdən olur və müalicə edirdik. Ancaq keçən əsrin axırında  bir xanım tapdı ki, bu xəstəliyi törədən bakteriyadır və o bakteriyanı məhv etməyin dərmanları tapılıb. Bununla da mədə xorası problemi bitdi. İndi biz hələ axtarışdayıq. Mənə elə gəlir ki, çox keçməyəcək, ürək-damar xəstəliklərinin də əsl səbəbi tapılacaq. Bəlkə də bu, bir virusdur, bakteriyadır, immunaloji pozğunluqdur. Hələ bəlli deyil ki, niyə bir adamın damarı 25-30 yaşında tıxanır, digərininki 100 yaşında tıxanmır? Burda biz mexanizmi bilsək, daha effektiv, profilaktik mübarizə apara bilərik.

- Doktor, siz özünüz sağlam yaşamaq üçün nələrə əməl edirsiniz? Qidalanmadan başlamış, digərlərinə qədər...

- Daha yaxşı olardı ki, mənim göstəricilərimi soruşardınız. Mən praktiki sağlamam, sadəcə olaraq. 40 ildir işləyirəm. Heç vaxt 9-da yuxudan durmuram. Hər gün 5, 6, 7-də oyanıram, yoqa ilə məşğul oluram, sonra işimə gedirəm. Mənim işim ağır işdir. Amma bu 40 ildə bir ay məzuniyyətə getməmişəm, sadəcə olaraq işləyirəm.

- Bəs, bu, düzgündür?

- Mən bir günümün içində özümə  “məzuniyyət” düzəldirəm. İşimi elə görürəm ki, onu 12-ci aya saxlamıram. Mən bəzən 24 saat ərzində 25 saat işləyirəm. Həm də istirahət edirəm. Sadə bir şeydir. Tutaq ki, yoqa ilə məşğul oluram, eyni zamanda ingilis dili ilə də məşğul oluram. Yəni eyni vaxtda iki işi görürəm. Bu şəkildə vaxta qənaət edirəm. Vaxt çox mühüm amildir. Mən acanda yemək yeyirəm. Özü də ürəyim nə istəyirsə, onu yeyirəm, özümə məhdudiyyət qoymuram. Deyirlər çörək ziyandır, kökəldir. Mən gündə bir təndir çörəyi yeyirəm, görürsünüz, formadayam. Siqaret çəkmirəm. Ümumiyyətlə, zərərli adətlərdən imtina edirəm. Sizin iki yolunuz var, səhər yuxudan duranda düşünməlisiniz, sağlamlığa doğru gedirsiniz, ya xəstəliyə doğru.  Özünüzə yol seçməlisiniz. Nə sizi xəstəliyə aparırsa, ondan çəkinin. Sağlam yaşamağa cəhd etmək gərəkdir. Mən işə piyada gəlib, piyada gedirəm. Xəstəxanada da fəaliyyətdəyəm. Yəni bir yerdə oturmuram. Bu yaxınlarda gecə yarısı mənə Nəriman müəllim zəng vurdu, soruşdu ki, narahat etmirəm? Dedim, Nəriman müəllim, sağ olun ki, məni axtarırsınız, bundan yaxşı nə ola bilər? (gülür)

- Gənc yaşlı insanlarda da qəfil ölümlər baş verir. Bunun səbəbi nədir?

- Qəfləti ölümün baş verməsi səhlənkarlıqla bağlıdır. Qəfləti ölüm bir-iki saat ərzində baş verən, səbəbi ya bəlli olan, ya da olmayan ölümə deyilir. Ancaq onun altında bu və ya digər problemlər yaşanır. İnsan özünü yoxlatdırmır, narahatlıqları vecinə almır. Əgər həmin şəxsdə problem varsa, o halda ağır bir stressdən, yaxud elə toyda oynamaqdan da qəfləti ölüm ola bilər. Sizi əmin edirəm, vaxtında yoxlanışdan keçsə, onların səhhətindəki problem tapıla və aradan götürülə bilər. Çox təəssüf ki, doğulan insanların hər 10 min nəfərin müəyyən faizində bu və ya digər ciddi ürək xəstəliklər olur. Bu xəstəliklər bilinmir, ancaq istənilən zaman özünü büruzə verir. Elə xəstəliklər var ki, olub keçir, yəni daimi özünü göstərmir.

- Doktor, olurmu ki, xarici ölkələrə gedib orda dərdinə dava tapa bilməyənlərə siz şəfa vermişiniz?

- 90-cı illərdə mən də xaricə xəstə yollayırdım. Çünki o vaxt ölkəmizdə adicə rəngli dopler, exo-kardioqrafiya yox idi, hələ mən indiki şəraitdən danışmıram. Amma son 10 ildə, yəni bizə gənc həkimlərin gəlməsindən, müasir texnologiya ilə təmin olunmağımızdan sonra  bir dənə də olsun xaricə xətə göndərməmişəm. İndi bizim yanımıza xaricdən xəstələr gəlir. Əsasən İraqdan, İrandan, Rusiyanın bütün bölgələrindən gəlirlər. ABŞ-dan, İngiltərədən də xəstələrimiz var. Biz onları “Oksigen” Kilinkasında müayinə və müalicə edirik.

Hətta mən xəstələrimizin xaricə getməsinin əleyhinəyəm. Birincisi, xaricə gedən xəstə hər zaman ünvanına çatırmı? İndi görürsən taksi sürücüləri də İrana aparır, orda hansı həkimə gedir, bəlli deyil. İkincisi, xaricə gedən xəstəyə tərcüməçi lazımdır. Diaqnostikanın birinci vasitəsi dildir, ünsiyyətdir. Üçüncü, xaricə gedən xəstənin çoxlu pul ehtiyatı olmalıdır, bizsə burda bəzən pulsuz da müayinə edirik. Dördüncüsü, xəstə xaricdən qayıdandan sonra öz həkimi ilə təkrar kontakta girə bilmir. Ürək xəstələrinə bir dəfə baxmaqla iş bitmir, hər bir xəstənin öz həkimi olmalıdır. Ona görə də mən Azərbaycanda həkimlikdə vəkillik statusunun yaranmasının tərəfdarıyam. Bu, nə deməkdir? Siz məni tanıyırsınız, nəinki kardioloji, başqa probleminiz də olanda mənə deyirsiniz, mən sizi lazımi ünvana yönəldirəm və sonra sizi təqib edirəm. O halda həkim də məsuliyyət hiss edəcək. Amma özünüz getsəniz, dəqiq bilməyəcəksiniz hara, kimin yanına, necə gedəsiniz.

- Hər bir həkimin fərdi müalicə üsulları, pasientə yanaşma tərzi olur. Siz müalicə üsullarınız barədə də danışardınız, zəhmət olmasa...

- İşimi elə qururam ki, heç bir pasient məndən narazı qalmasın. Məndə xəstələrimin arxivi var. Qeyri-təvazökarlıq kimi görünər, amma məndən narazı qalan pasiyent tanımıram. Çünki mən pasiyentdən əl çəkmirəm, o vaxta qədər ki, onun problemi həll olunsun. Pasiyent niyə narazı qala bilər? Ya o sağalmır, ya da onu güclə ödəməyə məcbur edirsən. Amma mən bunların heç birini etmirəm. Yanıma müayinəyə kim gəlirsə, çıxanda deyirəm ödəyə bilirsən, ödə, ödəyə bilməsən, canın sağ olsun.

- 2019-cu ildən ölkədə icbari tibbi sığortanın tətbiqi gözlənilir. Həmin günü həkimlər də intizarla gözləyirmi?

- Təbii ki. İcbari tibbi sığorta bizim həyatımızı qurtaracaq.  Biz nə vaxta kimi xəstə ilə pulla danışmalıyıq? Niyə danışmalıyıq? Mən həkiməm, həkimliyimi etmək istəyirəm. Elə analiz var ki, onun qiyməti 60-100 manatdır. O analizlər verilməsə, biz necə dərman yaza bilərik? Bir məsələni də deyim, mən pasiyentlərimin 90 faizinə bir dərman yazıram. Bir xəstəyə beş dərman yazdığımı xatırlamıram. Bir də dərmanın doğru tətbiqi lazımdır. Bir dərman yazacağam və o xəstəni nəzarətdə saxlayıb yazdığım dərmanın təsirini görəcəyəm. Amma beş dərman versəm, bilməyəcəyəm ki, hansı dərman hansı effekti yaradır. Dərman az miqdarda götürülən zəhərə deyilir. Heç kimin ixtiyarı yoxdur ki, xəstəyə bir dərmanı artıq yazsın.(musavat.com)
Oxşar xəbərlər
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib