Xəbər lenti
18/07/2019 [01:05]:
Üç məşhura qarşı bir təxribat...
18/07/2019 [00:49]:
"Disneyland"in qaranlıq üzü: "Dünyanın ən xoşbəxt yeri"ndə çalışanlar "zibil"ləri...
18/07/2019 [00:32]:
"Bizim də haqqımızdır ki, qarşı tərəfdən bunu tələb edək və gözləyək"
18/07/2019 [00:30]:
Millət vəkilinin dəvəti ilə 14 qırğız yazarı Bakıya gəlir...
18/07/2019 [00:22]:
Putinin hakimiyyətini ölümünə qədər uzatmaq üçün Konstitusiyaya "əl" gəzdirilir - İDDİA
17/07/2019 [23:51]:
Çernobıl qəhrəmanı faciədən bəhs edən filmi izlədikdən sonra intihar etdi - FOTO
17/07/2019 [23:41]:
ABŞ rəsmisi: Türkiyənin F-35 proqramında iştirakı mümkünsüzdü
17/07/2019 [23:27]:
Yaşlı qadını relslərin üzərinə itələdi - DƏHŞƏT...+ VİDEO
17/07/2019 [23:25]:
Leonardo DiKaprioya "Titanik"lə bağlı elə sual verdilər ki...
17/07/2019 [23:18]:
Həcc üçün topladığı pulu xərclədi: "Evlənmək istəyən 3 oğlumu xoşbəxt etmək istəyirəm..."
17/07/2019 [23:09]:
Şüşədə okeana atılmış məktub 50 il sonra Avstraliyada sahilə çıxdı
17/07/2019 [23:05]:
Ərdoğan türk diplomatlarına hücumu pislədi
17/07/2019 [23:03]:
"Qarabağ" "Partizani"yə qalib gəldi
17/07/2019 [22:36]:
Bakıda pul borcu üstündə bıçaqlanma
17/07/2019 [22:33]:
“Qarabağ” hesabı açdı - YENİLƏNİB
17/07/2019 [22:15]:
Separatçı “ordu komandanı” Kəlbəcər istiqamətindəki təmas xəttində süləndi – FOTOLAR
17/07/2019 [22:14]:
Şamaxıda ağır qəza: 6 nəfər xəsarət aldı
17/07/2019 [22:12]:
"Qarabağ" - "Partizani" oyununun birinci hissəsi başa çatıb - YENİLƏNİB
17/07/2019 [21:58]:
İranda tayfa davası: 1 ölü, 13 yaralı
17/07/2019 [21:47]:
Yevlaxda meşə zolağında yanğın oldu
17/07/2019 [21:42]:
Ağstafada 30 yaşlı qadın intihar etdi
17/07/2019 [21:39]:
Tolikdən qalmaqallı sözlər: Bəziləri kimi 100 manat alıb müğənniləri tərifləmirəm - VİDEO
17/07/2019 [21:35]:
“Oradakıların hamısı ölümü gözləyir” - Həbs düşərgəsində yaşanan dəhşətlər...
17/07/2019 [21:31]:
Reklam fasiləsində olduğuna inanan Fatimə əsəbiləşdi - VİDEO
17/07/2019 [20:05]:
"Qarabağ" və "Parizani" komandalarının start heyətləri açıqlanıb
17/07/2019 [19:59]:
“Taliban” 18 xüsusi təyinatlını öldürüb
17/07/2019 [19:56]:
500 minlik avtomobilləri 40 minə satdılar: İşin üstü açılınca polis belə mat qaldı...
17/07/2019 [19:52]:
ANS təxribatçı xəbərə cavab verdi
17/07/2019 [19:47]:
Baş Prokurorluq: "Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır"
17/07/2019 [19:38]:
İraq türk diplomatın ölümü ilə nəticələnən terror aktını pisləyib
17/07/2019 [19:22]:
Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb
17/07/2019 [19:20]:
MN: Ermənilər Göygöl rayonunda mülki traktoru snayper atəşinə tutdu
17/07/2019 [19:07]:
Bakıda pedofil məşqçi saxlanıldı
17/07/2019 [19:03]:
BDU-da yeni fənn tədris olunacaq
17/07/2019 [19:01]:
Deputatdan Afaq Aslana sərt reaksiya: "Məgər deputat soyunub seçilir?"
17/07/2019 [19:00]:
“Dövlət xadimlərimiz haqqında sənədli və ya bədii filmlərin çəkilməsinin zamanı çatıb”
17/07/2019 [18:51]:
Azərbaycanda elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı
17/07/2019 [18:45]:
SOCAR qaz hasilatında 20 faiz artım gözləyir
17/07/2019 [18:33]:
6 ay ərzində 655 məhkum cəzaçəkmədən azad olundu
17/07/2019 [18:32]:
ABŞ atom bombalarını altı bazada saxlayır: “İncirlik”də də var
17/07/2019 [18:29]:
Afaq Aslan: “Məni soyundura-soyundura deputat edəcəklər” -VİDEO
17/07/2019 [18:23]:
Anası bir yaşlı körpəni üçüncü mərtəbədən yerə saldı
17/07/2019 [18:16]:
Nazirlik: Sosial şəbəkələrdə yaranan nasazlıq qlobal xarakter daşıyır
17/07/2019 [18:10]:
Bərdədə antisanitar pendir sexi aşkarlandı - FOTOLAR
17/07/2019 [18:09]:
Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub
17/07/2019 [18:08]:
Bakcell yenə də ən yüksək nəticə göstərdi
17/07/2019 [18:08]:
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
17/07/2019 [18:06]:
56 əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib
17/07/2019 [18:04]:
Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı...
17/07/2019 [18:03]:
“Sədərək"də zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıblar
17/07/2019 [18:03]:
Çernobıla gedin, amma bu adaya yox: Burada sizi elə bir fəlakət gözləyir ki...
17/07/2019 [18:01]:
Rəsul Çunayev dünya çempionatına belə hazırlaşır - VİDEO
17/07/2019 [17:53]:
“Gürcüstan sərhədçiləri bir qrup vətəndaşın Azərbaycan ərazisinə qanunsuz keçməsinə imkan verməməliydi”
17/07/2019 [17:47]:
Qanunsuz limonad sexi aşkarlandı - FOTOLAR
17/07/2019 [17:44]:
Almaniyalı gənc avtomobil almaq üçün printerdə 15 min avro çap etdi
17/07/2019 [17:39]:
DİN təqaüdə çıxan baş mühasibin iddialarına münasibət bildirib
17/07/2019 [17:35]:
Bu ərazilərdə gecəyə qədər su olmayacaq
17/07/2019 [17:25]:
“Müstəqil mətbuat hər bir dövlət üçün gerb, bayraq və sərhəd qədər önəmlidir”
17/07/2019 [17:18]:
20 yaşında “fist class”da uçmaq üçün pul alır - MARAQLI...
17/07/2019 [17:08]:
Sosial şəbəkələr çökdü
17/07/2019 [17:06]:
Azərbaycan jurnalistikasının dörd "muşketyoru"... - FOTO
17/07/2019 [16:55]:
ADU-da TKT təlimi sona çatıb
17/07/2019 [16:49]:
Gənc qız soyunaraq özünü körpüdən atdı - FOTOLAR
17/07/2019 [16:47]:
Zakir Fərəcov Muğam Mərkəzinin tikintisi ilə tanış oldu – FOTOLAR
17/07/2019 [16:45]:
Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verilib - “15 İyul” hadisələri ilə bağlı
17/07/2019 [16:44]:
İraqda türkiyəli diplomat öldürüldü - Daha ikisi yaralandı
17/07/2019 [16:42]:
Sosial şəbəkələr çökdü
17/07/2019 [16:34]:
Vahid Mustafayevin "Gelandewagen"i qayda pozarkən kameraya düşdü - VİDEO
17/07/2019 [16:32]:
Ölkə başçısından Cəlil Xəlilova böyük etimad
17/07/2019 [16:28]:
Təlimçisi ilə yol gedən pələng anidən avtomobildən yola tullandı - AĞLASIĞMAZ...+ VİDEO
17/07/2019 [16:27]:
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi -Çox sayda ölü var
17/07/2019 [16:22]:
"Nadir Şah, Cavad Xan olsaydı anlayardım, çünki bu millətin gerçək qəhrəmanları onlardır"
17/07/2019 [16:18]:
Robert Koçaryanı zaminə buraxan hakimin kabinetində axtarış aparılı
17/07/2019 [16:15]:
Türkiyədə “15 İyul” hadisələri ilə bağlı daha 43 nəfərə ömürlük həbs cəzası verildi
17/07/2019 [16:05]:
Şabran və Xaçmaz sakinlərinin nəzərinə
17/07/2019 [16:04]:
“Onun vəzifə davası” – ADU müəllimləri etiraz edir
17/07/2019 [16:01]:
Sınaq imtahanına 1 gün qaldı
17/07/2019 [16:01]:
Prezident Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni niyə indiyədək heç kimə verilməyib?
17/07/2019 [15:58]:
166 nəfərin ölümünə səbəb terrorçu 11 il sonra həbs olundu
17/07/2019 [15:58]:
Azərbaycanlı Rusiyada sevgilisi ilə əlbir olub həmyerlisini öldürdü
Bütün arxiv bir sırada
02/10/2018 [10:24] - Köşə - ( 5061 dəfə baxılıb)

Qüdrət Həsənquliyev, “kazak xofu” və “Mannerheym xətti”...

Yaxud, tətikdəki əlcəyin içindəki əl...
Seymur Əliyev
[email protected]

Millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin son iclasında Qarabağın işğalı ilə bağlı səsləndirdiyi fikirlər ictimai rəydə geniş müzakirəyə səbəb olub. Xatırladaq ki, millət vəkili sözügedən iclasda Qarabağ işğalının arxasında Rusiya faktorunun dayandığına diqqət çəkərək bu ərazilərin məhz Rusiya tərəfindən zəbt edildiyini vurğulayıb.

Etiraf etmək lazımdır ki, Qarabağın Ermənistan deyil, Rusiya tərəfindən işğal edilməsi fikri yeni deyil və bu həqiqət zaman-zaman müxtəlif siyasilər, hərbi ekspertlər, ziyalılar və s. tərəfindən bir qədər üstüörtülü və ya açıq şəkildə dəfələrlə vurğulanıb. Lakin Q.Həsənquliyevin parlamentdə səsləndirdiyi bu fikir ictimai rəydə adiləşmiş həqiqətdən daha böyük rezonansa səbəb oldu. “Adiləşmiş” bir fikrin bu qədər qeyri-adiliklə qarşılanmasının səbəbinə gəlincə, bu, bir neçə amillə bağlıdır. 

Hamının bildiyi həqiqətin təkrar səslənişi əksəriyyəti niyə heyrətləndirdi?

Hamının bildiyi həqiqətdə əksəriyyəti heyrətləndirən ən mühüm amildən biri bu həqiqətin parlamentdə, qanunverici orqanda  millət vəkili səviyyəsində səsləndirilməsi gerçəyi idi. Başqa sözlə desək, bu günə qədər müxtəlif media orqanlarında qeyri-rəsmi şəxslər tərəfindən səsləndirilən bu fikir, bu kəs millət vəkili səviyyəsində həyata vəsilə aldı. Fikrin birbaşa, cəsarətlə ifa edilməsi, onun kəsərinin hər hansı əlavə ifadələrlə yumşaldılmaması, ehtiramla pərdələnməməsi də ictimai rəyin təqdir etdiyi nüanslardan oldu.
Q.Həsənquliyevin Qarabağın işğalında Rusiya faktoruna verdiyi qiymət bu gerçəyin parlamentin timsalında “daha ciddi dairələrdə” kök salmaqda olduğu ilə bağlı düşüncələrə də yol açdı ki, bu da Rusiyanın imperialist, təcavüzkar siyasətinin bütün ağrı-acısını öz üzərində hiss edən bütün vətəndaşlar tərəfindən ümid və rəğbətlə qarşılandı. 

“Mannerheym xətti”ndəki ilk çat, yaxud “kazak xofu”na açılan ilk cəbhə

Q.Həsənquliyevin Rusiyanın işğalçı siyasəti ilə bağlı səsləndidiyi fikirlərin ən böyük önəmi isə heç şübhəsiz, bu çıxışın bir çox insanların psixologiyasında “Mannerheym xətti” qədər dərindən işləmiş “kazak xofu”na zərbə vurması oldu. Qarabağın işğalında Rusiya faktorunun həlledici amil olduğunu bilsə də, bunu dilə gətirməyə cəsarət etməyən, bu məsələdə Rusiyanı hədəf almağın ölkəmiz üçün yeni problemlərə səbəb ola biləcəyindən ehtiyat edən hər kəs başa düşdü ki, Azərbaycan və Rusiya arasındakı münasibətdən,  güc balansından asılı olmayaraq, həqiqəti dilə gətirməyə ehtiyac var. Çünki həqiqəti gizlətmək, onu təhrif etməklə heç bir məsələdə, eləcə də Qarabağ məsələsində ədalətli sonuca nail olmaq mümkün deyil.
Məhz bu baxımdan millət vəkilinin məlum açıqlaması Azərbaycan insanının psixologiyasında özünə “Mannerheym xətti”ndən daha dərindən yer edən “kazak xofu”na qarşı açılan ilk ciddi cəbhə hesab edilə bilər. Hansı ki, çar Rusiya dönəmində psixologiyamızda özünə zərrə-zərrə, damla-damla yer edən bu xofun aradan qaldırılması, milli özgüvənin tam olaraq bərqərar olması bizim üşün Qarabağdan heç də az əhəmiyyətli deyil. Çünki hər bir xalqın ümummilli problemi ilk növbədə onun psixologiyasından, öz tarixinə, dəyərlərinə bağlılıqdan, duyduğu özgüvəndən, təfəkkür və əxlqından keçir. Bu mənada Q.Həsənquliyevin Rusiyanın tarixi cinayətlərini açıq hədəf alan çıxışı daha böyük əhəmiyyətə malikdir. 

Eməni tətiyindəki əlcəyin içindəki əl...
 
Qarabağ müharibəsi Azərbaycanla Ermənistan arasında baş versə də, bu müharibədə üçüncü tərəfin – Rusiyanın ermənilərdən daha aktiv rol oynadığı, rəsmi İrəvanın hərbi uğurlarının məhz Kremlin dəstəyi ilə realalşması heç kimə sirr deyil. Özünü korluğa qoymaq istəməyən hər kəs başa düşür ki, Qarabağı hədəf alan tətikdəki əlcək erməniyə məxsus olsa da, o əlcəyin içindəki əl Rusiyanın idi. Əks-təqdirdə, hətta ötən əsrin 90-cı illərinin daxili xaos və gərginliklərlə dolu Azərbaycanı belə bu hücumu mətinliklə dəf edə bilərdi. Amma öz müstəqilliyini yenicə elan edən kiçik bir ölkənin uzun əsrlər ərzində möhkəmlənən,  dünyanın bölüşdürülməsi uğrunda ABŞ və Avropadakı rəqibləri ilə mübarizə aparan bir imperiya ilə savaşdan qalib çıxmaq şansı yox idi. Lakin biz erməni əlcəyi içərisindəki əlin ruslara məxsus olduğunu görməyə və deməyə borcluyuq. Ən azından ona görə ki, hər kəs Qarabağ uğrunda həyatını itirən minlərlə insanımızın necə böyük, necə güclü, necə amansız bir düşmənlə mübarizədə şəhid olduğunu bilsin. Hər kəs bilməlidir ki, Azəraycanın yerinə dünyanın istənilən ölkəsi belə bu məğlubiyyətdən yaxa qurtara, bu savaşın nəticələrini dəyişə bilməzdi. Və hər kəs bilməlidir ki, tamamilə qeyri-bərabər şərtlər altında, qeyri-bərabər güclər arasında aparılan bu mübarizədə Azərbaycan itirdiyi torpaqlara görə məğlub hesab edilsə də, göstərdiyi fədakarlıqlara, sərgilədiyi dözümlülüyə və mətinliyə görə mənəvi baxımdan qalib hesab edilə bilər.  

Qatilin kimliyini danmaq Qarabağ şəhidlərinin ruhuna xəyanətdir

Qarabağın işğalında Rusiya amilinin həllediciliyinə diqqət çəkmək yaxın tarixi olayları obyektiv qiymətləndirmək, Moskvanın hərbi müstəvidə həyata keçirdiyi cinayətləri beynəlxalq aləmdə ifşa etməklə yanaşı, həm də Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan bütün şəhidlərin ruhuna ehtiram baxımından vacibdir. Çünki Qarabağda şəhid olanların qatilinin ermənilərlə yanaşı, həm də Kreml olduğunu bilə-bilə susmaq, onun adını belə çəkməmək torpaqlarımızın azadlığı uğrunda həlak olanların ruhuna xəyanətdir. Ola bilsin ki, hazırkı situasiya bizə həmin şəhdilərin intiqamını almağa imkan vermir. Ola bilsin ki, bir medalın iki üzü olan Ermənistan-Rusiya güclərinə qarşı yeni bir savaş bizim üçün yeni itkilərə səbəb olsun. Lakin bizim ən azından Qarabağdakı şəhdilərimizin qatilinin sadəcə Ermənistan olmadığını demək cəsarətimiz olmalıdır. Unutmaq olamz ki, bəzən ən böyük qəhrəmanlıqlar ön cəbhədə deyil, arxa cəbhədə - həqiqəti hayqırmaq, çoxlarının qorxub demədiyini dilə gətirmək, zehinlərdə, düşüncələrdəki səddi aşmaqla göstərilir.

Dərsliklərdə əks olunmalı, ruha hopmalı olan milli yaddaş

Qarabağ müharibəsinin tarixi ilə bağlı atılması gərəkən əsas addımlardan biri də bu tarixi obyektiv araşdırmaqla yanaşı, həm də orta və ali məktəb dərsliklərində əks etdirmək, bu tarixin gənc nəslin ruhuna hopmasını təmin etməkdir. Yalnız hazırkı deyil, gələcək nəsillər də bilməlidir ki, Azərbaycan Qarabağ savaşında miskin ermənilərə deyil, dünyanın ən böyük güc mərkəzlərindən biri olan Rusiyaya yenilib. Doğrudur, bu, Azərbaycanın Qarabağ müharbəsində aldığı yaraları sağaltmayacaq. Amma bizə düşmənimizi tanımağa, daha doğru  qərarlar verməyə və gələcəkdə oxşar məğlubiyyətlərdən qaçmağa imkan verəcək. 
Biz yeni nəsillər üçün daha təhlükəsiz bir gələcək təmin etməyə borcluyuq və bu borc hissi şəhidlərimiz qarşısındakı borcdan heç də az deyil. Bu borcu ödəməyin isə sadəcə bir yolu var: həqiqəti görmək, dərk etmək və qəbul etmək. Özünü aldatmaq, həqiqəti görməzdən gəlmək çıxış yolu deyil. Bu, sadəcə gələcək müsibətlərə ünvanlanan dəvətnamədir: “Gəlin, sizi gözləyəcəyik” dəvətnaməsi.

Seymur ƏLİYEV

loading...
loading...
Üç məşhura qarşı bir təxribat...
Çernobıl qəhrəmanı faciədən bəhs edən filmi izlədikdən sonra intihar etdi - FOTO
Yaşlı qadını relslərin üzərinə itələdi - DƏHŞƏT...+ VİDEO
Gənc qız soyunaraq özünü körpüdən atdı - FOTOLAR
Təlimçisi ilə yol gedən pələng anidən avtomobildən yola tullandı - AĞLASIĞMAZ...+ VİDEO
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Leonardo DiKaprioya "Titanik"lə bağlı elə sual verdilər ki...
Dünya
20 yaşında “fist class”da uçmaq üçün pul alır - MARAQLI...
Cəmiyyət
Alimlər “Face App”la bağlı xəbərdarlıq etdi- Şəxsi hesabınıza müdaxilə olunur...
Cəmiyyət
“Onu həmişə yanımda hiss edirəm...” - Şəhid əsgərimizin atası...
Dünya
Qırx yaşlı adamı ilan sancıb bu hala saldı - FOTOLAR
Həftənin ən çox oxunanları
Çimərlikdə cinsi əlaqədə oldular - RƏZALƏT...
Roza Zərgərlinin şok videosu yayıldı: Arxasını masaj etdirir... -VİDEO
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
“Sarı işıqlı qapıların yanında duran bir adamı gördüm...” -Kliniki ölüm keçirən qadın o dünyada gördüklərini anlatdı...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
"Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun"
“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”
O deputata medal yox, "pedal" vermək lazımdır...
“Acından ölən” ermənilər Xocavənddə vurvahur yaşayış binaları tikir...-FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)