Xəbər lenti
23/07/2019 [20:23]:
Bakıda qız özünü 9-cu mərtəbədən atmaq istədi - VİDEO
23/07/2019 [20:14]:
Niyə Ali Məhkəmə tərəfindən bu biabırçılıqlara göz yumulur?
23/07/2019 [20:00]:
"Ağdamın alınacağı və bacımın məzarını görəcəyim günü həsrətlə gözləyirəm”
23/07/2019 [19:57]:
Hərbi hissədə tədbir keçirilib - VİDEO
23/07/2019 [19:47]:
Sərbəst güləşçi Kənan Heybətov qızıl medal qazandı
23/07/2019 [19:44]:
Rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olundu
23/07/2019 [19:42]:
Aktrisanın geyimi tənqid olundu: “Evdəki yataq dəstinə bürünüb”
23/07/2019 [19:31]:
Türkiyədə torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşüb
23/07/2019 [19:27]:
Lənkəranda ağır qəza: bir ölü, iki yaralı
23/07/2019 [19:27]:
“Ölkəmizin bank-maliyyə sistemi qlobal sistemə lazımınca inteqrasiya olunmayıb”
23/07/2019 [19:10]:
Gülşən Rəvan qızının nakam Cəbrayıl sevgisi
23/07/2019 [19:07]:
Azərbaycanın qızıl medallarının sayı səkkizə çatdı
23/07/2019 [18:57]:
Allahşükür Paşazadə Argentina səfiri ilə görüşdü
23/07/2019 [18:57]:
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
23/07/2019 [18:49]:
Bərdədə azyaşlıların xəstəxanaya atılması ilə bağlı cinayət işi başlandı - RƏSMİ
23/07/2019 [18:44]:
"Forsaj 9"un çəkilişləri zamanı bədbəxt hadisə - FOTO
23/07/2019 [18:33]:
21 cinayətin üstü “isti izlər”lə açıldı
23/07/2019 [18:25]:
Ermənilərin Rusiyaya “böyük qaçışı”
23/07/2019 [18:23]:
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
23/07/2019 [18:21]:
Nazir: “Azərbaycan MDB-də ən təhlükəsiz dövlətlərdən biridir”
23/07/2019 [18:19]:
Xəzər dənizində daha bir nəfər batdı
23/07/2019 [17:58]:
Bu sahədə çalışanların maaşı artırıldı
23/07/2019 [17:57]:
“Biz  “Şuşa”, “Ağdam” adı altında konyaklar yox, toplar, tanklar istehsal etməyə qadir olmalıyıq...” 
23/07/2019 [17:56]:
“Yaşamaq və yaşatmaq üçün bu məkana inteqrasiya etməliyik”
23/07/2019 [17:55]:
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir -FOTOLAR
23/07/2019 [17:53]:
Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb
23/07/2019 [17:51]:
Eminlə dominikanlı modelin rəqsi - FOTO
23/07/2019 [17:51]:
“Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi
23/07/2019 [17:50]:
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23/07/2019 [17:41]:
"Bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir"
23/07/2019 [17:40]:
6 saylı Vəkil Bürosunun təmirdən çıxmış yeni ofisi istifadəyə verildi
23/07/2019 [17:35]:
“Keşikçidağ”la bağlı təxribatların arxasında ermənilər dayanır
23/07/2019 [17:31]:
Küçəni zibilləyənlərə 50 manat cərimə: amma qanun işləmir - FOTO
23/07/2019 [17:23]:
306 milyon dollarlıq "Ferrari"ni buldozerlə əzdilər - FOTOLAR
23/07/2019 [17:20]:
Avstriyada SOCAR-ın ilk YDM-i açıldı
23/07/2019 [17:18]:
Balotellini qovan hakim “Qarabağ”ın Bakıdakı oyununa təyin olundu
23/07/2019 [17:18]:
İstanbulda qorxunc cinayət - Qonşular gənc qadının qışqırıq səslərinə oyandı -FOTOLAR
23/07/2019 [17:12]:
Əvvəl mer, sonra XİN rəhbəri, indi isə Baş nazir - DOSYE
23/07/2019 [17:05]:
Ağstafada top və minaatan mərmi aşkarlandı - FOTO
23/07/2019 [16:50]:
Zenfira İbrahimova: “Qızımın atası ərimdir, başqası deyil”
23/07/2019 [16:46]:
Tramp Boris Consonu təbrik etdi: “Əla olacaq! ”
23/07/2019 [16:44]:
“Azərkosmos”un gəlirləri 45 milyon olacaq
23/07/2019 [16:38]:
Kamal Abdulla: "Tam azad vəzifə yoxdur, vəzifə insanı qəfəsə salır" - MÜSAHİBƏ
23/07/2019 [16:32]:
Prezident Murad Köhnəqalaya mənzil hədiyyə etdi
23/07/2019 [16:29]:
Venesuela işıqsız qaldı, ölkədə qeyri-iş günü elan olundu
23/07/2019 [16:17]:
Uşaqları oğurlayıb dilənçi edirlər - Keçmiş polis rəisi
23/07/2019 [16:10]:
"Hesab etmirəm ki, ölüm hökmünün bərpa edilməsi cinayətlərin qarşısını ala bilər..."
23/07/2019 [16:08]:
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salındı
23/07/2019 [16:05]:
Güclü külək Bakıda üç ağacı aşırdı
23/07/2019 [16:03]:
Boris Conson Britaniyanın yeni Baş naziri seçildi
23/07/2019 [16:01]:
Məleykə Abbaszadə: "Ailədəki problemlər imtahanın nəticələrini dəyişmir"
23/07/2019 [15:59]:
Aygün Mahmudova: "Öləndə məni bu xalla tapacaqlar"
23/07/2019 [15:31]:
Şirvanın su təchizatı yaxşılaşdırılır
23/07/2019 [15:23]:
Bakıda bu yollar bağlanır - Sürücülərin diqqətinə!
23/07/2019 [15:13]:
Təhsil Nazirliyi: 1535 nəfər ali məktəblərdən köçürülmək üçün müraciət etdi
23/07/2019 [15:11]:
İyul ayında 8 qida zəhərlənməsi qeydə alındı
23/07/2019 [15:09]:
ADU-da Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib
23/07/2019 [15:07]:
Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı
23/07/2019 [14:59]:
QAT BMT-nin Bakıdakı nümayəndəliyi qarşısında aksiya keçirdi
23/07/2019 [14:56]:
Tibb bacıları bu gün səhərdən  tətilə başladı 
23/07/2019 [14:54]:
Rövşən Rzayev vətəndaşları qəbul edib
23/07/2019 [14:48]:
"Son illərdə bizdə mükafatları sağa-sola paylayır və gözdən salırlar, ona görə də..."
23/07/2019 [14:43]:
“UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: Vergi islahatları
23/07/2019 [14:38]:
Azad söz, azad media hər bir milləti irəli aparan əsas faktorlardandır
23/07/2019 [14:34]:
Xanımını 5-ci mərtəbədən atan Taxvelinin vəsatəti təmin edildi
23/07/2019 [14:33]:
Gömrük Akademiyasının tələbələri ölkəmizi beynəlxalq yay məktəbində təmsil ediblər
23/07/2019 [14:30]:
Müəllimlərin işə qəbulu imtahanları başa çatır
23/07/2019 [14:29]:
Ən çox nikah bağlanan ay - Azərbaycanlılar mifi dağıtdı
23/07/2019 [14:25]:
Maşın oğrusu ələ keçdi: Gəzmək üçün qaçırmışdım
23/07/2019 [14:22]:
Keçmiş müavin Ukraynanın Baş naziri ola bilər
23/07/2019 [14:14]:
Elnur Hüseynov: “Mənə insanların dəyər verməyi lazım deyil” -FOTO
23/07/2019 [13:51]:
Ermənilər Tovuzda “Şuşa” konyakı buraxılmasıyla bağlı şivən qopardı, amma... 
23/07/2019 [13:45]:
Ali məktəblərdə antinarkomaniya mövzusu tədris ediləcək
23/07/2019 [13:40]:
“Contra Magazin”: “Azərbaycan çətin ki, ABŞ-ın böyük sayda quru qoşunlarının İrana keçidinə icazə verərdi…”
23/07/2019 [13:37]:
Ermənistan müxalifəti Paşinyanın üstünə hücuma keçdi
23/07/2019 [13:36]:
Narkomanlığa qarşı mübarizə məqsədilə “Qaynar xətt” yaradılacaq
23/07/2019 [13:34]:
Bərdədə xəstəxanaya atılan azyaşlı uşaqların atası tapıldı
23/07/2019 [13:32]:
Ərini baltaladığı üçün yeddi ildir həbsdə yatan qadınla söhbət - Qaynı ilə yatırmış?
23/07/2019 [13:28]:
Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımaların həcmi artdı
23/07/2019 [13:26]:
Şəki Xan Sarayına giriş bərpa edilə bilər
Bütün arxiv bir sırada
27/09/2018 [09:36] - Köşə - ( 9689 dəfə baxılıb)

Keçmiş ofisiant, siqaret alverçisi, öz xalqının namusuna göz dikən general - ARAŞDIRMA...

Seymur Əliyev
[email protected]

“Haaqada reallaşacaq məhşər: Erməni hərbi caniləri” silsiləsindən - I məqalə

Samvel Babayan

Ötən əsrin 90-cı illərində baş verən Qarabağ müharibəsi Azərbaycan üçün torpaqlarımızın 20%-nin itirilməsi, bir milyondan çox soydaşımızın qaçqın düşməsi, minlərlə həmvətənimizin şəhid olması ilə nəticələndi.  Ermənistan üçün isə bu müharibə hərbi uğurlar fonunda bir qrup şəxsin öz qəddarlıqları, insan dərrakəsinə sığmayan vəhşilikləri ilə ad çıxarması ilə əlamətdar oldu.  Ölüm və qan dənizində üzə çıxan, göz yaşı və lənət dalğaları arasında yüksələn bu cür isimlərdən biri də Samvel Babayan idi. 

Gələcək generalın yaşam savaşı: qabyuyan, “təkər qaraldan”, qulluqçu....
S.Babayanın bioqrafiyasının təhlili göstərir ki, erməni generalının uşaqlıq və gənclik həyatı o qədər də ürəkaçan olmayıb. Belə ki, kasıb ailədə anadan olan S.Babayan erkən yaşlarından müxtəlif işlərdə çalışmaqla gündəlik dolanışığını təmin etmək məcburiyyəti qarşısında qalıb. Heç bir xüsusi bacarığı olmayan S.Babayan, ən yaxşı halda sosial zümrənin aşağı təbəqəsinin üz tutduğu ucuz kafelərdə iş tapa bilirdi ki, burada da ya qab yumaq, ya ətrafı yığışdırmaq, ya da ofisiantlıq etmək məcburiyyəti qarşısında qalırdı. Avtomobil yumaq, “təkər qaraltmaq” da Babayanın nəsibinə yazılan, onun həyatının ayrılmaz tərkib hissəsinə çevrilən məşğuliyyət idi. Hansı ki, S.Babayanın öz dolanışığını maşın yumaqdan çıxartması gerçəyi o dövrdə Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili olmuş Ağdamın keçmiş icra başçısı Nizami Sadıqovun 2018-ci ilin 28 iyul tarixində Moderator.az-a verdiyi müsahibəsində də təsdiqlənməkdədir.(1).

O, özünün fiziki baxımdan sağ qalması üçün gərəkli olan pulu məhz bu yolla qazanır, ona-buna qulluq göstərməklə xırda bəxşişlər alır, səfalətlə savaşda qəti məğlubiyyətdən qaçmağa çalışırdı. Lakin açılan hər səhərlə özü ilə yeni bir məşəqqət gətirən bu həyat S.Babayanın ürəyincə deyildi. İllərdir xırda işlərlə məşğul olan, yediyi hər bir tikəyə görə alçalmaq, kiməsə yarınmaq, yaltaqlanmaq, riyakarlıq etmək məcburiyyəti qarşısında qalan Babayanın içərisində bütün insanlara qarşı dəhşətli bir kin, amansız qisas hissi kök salmaqda idi. Yeniyetmə Babayanla birlikdə böyüyən bu hiss gizlicə yetişən vulkan kimi  püskürmək üçün münasib zaman gözləyirdi. Lakin həmin zamana hələ vardı. Tale Babayan üçün daha bir sınaq hazırlamışdı və bu sınaq Bakı həbsxanası idi.

6 aylıq həbs və “böyük qardaş”a edilən biət...

S.Babayan həyatı boyu bir neçə dəfə həbs həyatı yaşayıb ki, bunlardan da biri Bakıda reallaşıb. Belə ki, 1991-ci ildə sovet hərbçiləri tərəfindən həbs edilən Babayan Bakıya gətirilir. 6 ay Bakı həbsxansında qalan Babayanın 6 aydan sonra Xankəndinə getməsinə icazə verilir. Xankəndinə gedəndən dərhal sonra bu şəhərdəki 366-cı alayın mayoru Seyran Ohanyanla təmas quran Babayan, burada erməni terrorçularının daha bir məşhur isimi – Monte Melkonyanla da tanış olmaq, bu tanışlığı dostluğa çevirmək fürsətini yaxalayır. Məhz bu amil – rus-sovet rəhbərliyinin razılığı ilə Bakı həbsxanasından azad ediləndən sonra onun 366-cı alayın hərbi yetkliləri ilə təmas qurması Babayanın Rusiyanın xüsusi xidmət orqanları tərəfindən “verbovka”edilməsi ilə bağlı ehtimallara yol açır. 

Alçaldılmış, iblisə satılmış ruh ölüm püskürür: Qurban Xocalıdır!

Sonralar bir neçə hərbi əməliyyatda iştirak edən S.Babayanın qatıldığı ilk böyük hərbi əməliyyat Xocalı olur. Demək olar ki, tamamilə müdafiəsiz bir şəhərə - mülki insanlara qarşı 366-cı motoatıcı alayın birbaşa iştirakı ilə həyata keçirilən bu əməliyyat bütün dünyada insanlıq tarixinin ən dəhşətli faciəsi kimi yadda qaldı. Faşist Almaniyasının II Dünya müharibəsindəki vəhşiliklərini belə geridə qoyan bu əməliyyat bəşər sivilizasiyası tarixində yaşanan ən qorxunc soyqırım kimi tarixə keçdi. Silahsız mülki insanları işgəncəli ölümə məhkum edən, bələkdəki körpədən tutmuş hamilə qadınlara qədər kimsəyə rəhm etməyən S.Babayan və onun silah yoldaşları bununla da yalnız hərb sənətinin deyil, ümumilikdə insanlığın üz qarası olduqlarını sübut etdilər.
Xocalı öz ruhunu iblisə satan S.Babayanın ətrafa ölüm və qan püskürdüyü ilk meydan oldu. Ətrafını qan gölünə döndərən Babayan gördüyü mənzərədən xeyli məmnun olsa da, bu, onun daim işgəncə və qan həsrətində olan ruhunu sakitləşdirmirdi. Öz hərbi kariyerasını sivil insanların qətli üzərində inşa etməkdə qərarlı olan Babayan yeni qurban həsrətində idi. Bu qurban isə Qarabağın baş tacı, onun qürur mənbəyi olan Şuşa idi.

Samveli “Syoma” kimi tanıdan əməliyyat

S.Babayanın Qarabağa həyata keçirdiyi ən mühüm əməliyyatlaran biri Şuşa ilə bağlı olur. Şuşa əməliyyatı öncəsi Ermənistan hərbi rəhbərliyi S.Babayana yüksək etimad göstərir. Belə ki, o, Şuşaya ediləcək hücum planının hazırlanmasında iştirak edən məhdud sayda hərbçidən biri olur. (2).
1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşaya edilən hücumda iştirak edən Babayan bu döyüşlərdə də törətdiyi vəhşiliklərlə diqqət çəkir. Eyniylə Xocalıda olduğu kimi, Şuşada da mülki şəxsləri amansızlıqla qətlə yetirənBabayan, bu vəhşilikləri ilə erməni silahlıları arasındakı nüfuzunu bir qədər də artırır. Azərbaycanlılara qarşı sərgilədiyi amansızlıqla özünü quldur dəstəsinə daha da sevdirən Samvel, bu əməlyyatdan sonra geniş çevrədə “Syoma” kimi tanınmağa başlayır. 
Şuşa əməliyyatından sonra bir qədər də məşhurlaşan Babayan öz əlaqələrindən istifadə daha bir pillə yüksəlməyə nail olur. Belə ki, 1992-ci ilin avqustunda S.Babayan qondarma Dağlıq Qarabağ respublikasının Özünümüdafi Komitəsinin sədr müavini postuna təyinat alır və 1993-cü ilin aprelinə qədər bu vəzifədə təmsil olunur. Habelə, 1992—ci ildə polkovnik-leytenant rütbəsi alan Babayan cəmi bir ildən sonra – 1993-cü ildə polkovnik rütbəsinə, daha bir il sonra, 1994-cü ildə isə general-mayor hərbi rütbəsinə layiq görülür.

Samvel Babayanın “ölüsoyanlar” dəstəsi

Müharibə S.Babayana sadəcə hərbi kariyera pilləsində sürətlə yüksəlmək imkanı qazandırmırdı. Həm də bu savaş Babayan üçün külli-miqdarda var-dövlət qazanmaq, ölüləri belə gəlir mənbəyinə çevirmək üçün bir fürsət idi. Belə ki, S.Babayana tabe dəstələr hər bir döyüşdən sonra azərbaycanlılara məxsus ələ keçirilən hər bir yaşayış yerində böyük talanlar həyata keçirir, qətlə yetirilən şəxslərin ayaqqabısından tutmuş ağzındakı qızıl dişinə qədər çıxardır, ev və mənzilləri, təsərrüfat obyektlərini, fabrik və zavodları bünövrəsindən damına qədər söküb satırdı. Qarabağda S.Babayanın həyata keçirdiyi qarət və talanın hansı miqyasda olduğunu anlamaq üçün Britaniyalı jurnalist Tomas de Vaalın “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” adlı kitabına bəzi məqamlara diqqət yetirmək kifayətdir. İngilis jurnalist S.Babayanın törətdiyi talanlar haqqında yazır: “Babayan ailəsi ilə birlikdə həm müharibə zamanı, həm də ondan sonra yaxşı pul çıxardırdılar. Müharibə vaxtı var-dövlət işğal olunmuş ərazilərdən” gəlirdi, həmin yerlərdə hər şey sökülüb əsasən İrana satılırdı. Soyğunçular heç nəyi əldən qoymurdular: metal qırıntıları, zavod dəzgahları, mis məftillər, dam örtükləri – hər şey satılırdı”.

Zibilliyi belə xəzinə dəyərində olan Qarabağ və ya xarabalıqda açılan qızılgüllər...

T.de.Vaalın tədqiqatları S.Babayanın sadəcə ev və müəssisələrdən deyil, şəhər və qəsəbələrin xarabalıqlarından, zibilliklərindən belə külli miqdarda pul əldə etdiyini göstərir. Qarabağdakı talançılıqla bağlı fikirlərini davam etdirən ingilis jurnalist daha bir maraqlı fakta toxunur: “Bir yaxın erməni jurnalisti danışırdı ki, bir dəfə iyunda, müharibədən sonra o, viranə qoyulmuş Ağdama getmişdi. Burada o, Fellinin filmlərinə layiq bir səhnənin şahidi oldu: adamlar İrandan gələn yük maşınlarına qızılgül ləçəkləri yükləyirdilər. Bu güllər şəhər xarabalıqlarında bitmiş minlərlə qızılgül kollarından yığılmışdı və iranlılar bu ləçəkləri mürəbbə üçün alırdılar”.
Bu məlumat Babayanın Şuşa və Qarabağın xarabalıqlarından belə böyük vəsaitlər əldə etdiyini göstərməklə yanaşı, Qarabağın əsl dəyərini, yaşanan itkinin hansı miqyasda olduğunu bir daha yada salmış olur. Və insan bu yerdə qeyri-ixtiyari olaraq bu cür düşünür: “Heyf sənə, zibilliyi belə xəzinə dəyərində olan, xarabalığı belə insanı cənnətə qovuşduran Qarabağ!”

Samvel Babayan Qarabağı yenidən işğal edir, həm də təkbaşına!

1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından sonra hərbi əməliyyatların dayandırılması Babayana bütün diqqətini işğaldakı əraziləri daha geniş miqyasda talamağa, habelə bu ərazilərdə  məskunlaşan erməni ailələrini iqtisadi baxımdan özündən asılı vəziyyətə salmağa imkan verdi. 
Ilk növbədə Qarabağa siqaret və yanacaq idxalını öz əlində cəmləşdirən Babayan həyat yoldaşının adına olan “Yupiter” şirkəti vasitəsi ilə hərbi baxımdam işğal edilən əraziləri bu kəs iqtsiadi müstəvidə zəbt etməyə başlayır. Öz hərbi imtiyazından, tutduğu vəzifədən və tabeçiliyindəki çoxsaylı silahlı dəstənin gücündən istifadə edən Babayan, qısa zamanda Dağlıq Qarabağın iqtisadi məkanında özünün inhisarçı ağalığını formalaşdırmağı bacarır. İnhisarçı mövqeyini qorumaq üçün Qarabağa bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının gətirilməsini yasaqlayan Babayan, bəlli bir müddətdən sonra bir qədər də qabağa gedərək xırda ticarət cəhdlərinin belə qarşısını qətiyyətlə almağa başlayır. Belə ki, Dağlıq Qarabağda, xüsusilə də Şuşada xırda ticarətlə məşğul olmaq istəyən hər bir kəs öncə Babayana pul ödəməli, ondan icazə almalı idi. Ona deyilmədən atılan hər bir addımı özünə qarşı hörmətsizlik və iqtisadi maraqlarına vurulan zərbə kimi dəyərləndirən Babayan, həmin şəxslə bağlı sərt addımlar atır, onu həbs etdirir və ya əlaltılarının köməyi ilə qətlə yetirir, bununla da hər kəsə göz dağı verir, qorxu mühiti yaradırdı.  

Erməni qızlarını zorlayan erməni generalı və ya Xankəndindən İrəvana “namus köçü”...
S.Babayanın döyüş yolunun təhlili göstərir ki, adıçəkilən erməni generalı yalnız azərbaycanlılara qarşı vəhşiliklər törətməmiş, hətta öz xalqını qarşı belə ağlasığmaz zorakılıqlara yol vermişdi. S.Babayanın erməni xalqına qarşı yol verdiyi zorakılıqların biri onun gənc erməni qızlarına təcavüz etməsi faktı ilə bağlıdır. 
Babayan bəzi hallarda xoşuna gələn qızları ələ keçirmək üçün onların valideynlərini uydurma ittihamlarla həbs edir, daha sonra onların azadlığını həmin adamın qızının namusunu ləkələmək qarşılığında təmin edirdi. Erməni generalının öz xalqının namusunu ləkələməkdən zövq alması gerçəyi beynəlxalq araşdırmaçılar tərəfindən də vurğulanmışdır.  Dəfələrlə Ermənistana səfərdə olan T.de Vaal bu haqda yazır: “Babayanın yoluna çıxan hər kəs Şuşa həbsxanasına düşməyə risk edirdi və həbxanadan çıxmaq üçün böyük məbləğdə rüşvət verməli idi. Bir nəfərdən hətta tələb etmişdilər ki, yeniyetmə qızlarındna birini Babayanın yanına göndərsin. O, qızlarından evdən çıxmağı qadağan edib, özü isə beş min dollar yığmağa yollanmışdı. 
Babayanın törətdiyi cinayətlər arasında bu, ən iyrənci idi, eyni zamanda bu cinayət sübut etmək üçün dəlil tapmaq çox çətin idi, çünki Stepanakertdə heç bir qadın Babayanın cavan qızları zorlamaq meylindən açıq danışmazdı. Lakin bəzilərindən eşitdiyimə görə, cavan qadınlar və qızlar axşamlar küçəyə çıxmağa qorxurdular, çünki Babayan öz dostları ilə Stalinin sağ əli Lavrenti Beriya sayağı, Mersedesdə “şikar” ovuna çıxırdı. Bir çox valideynlər öz qızlarını Babayanın həris baxılarından gizlətmək üçün Yerevana göndərirdilər, hərdən isə bəzi qadınların dünyaya gətirdiyi uşaqları “balaca Samo” çağırırdılar. 
Babayan, əlbəttə ki, özünə qarşı nifrət oyadan məxluq idi...” (3)

Erməni generalı İrəvanı tank hücumu ilə hədələyir: “Ya mən deyən olacaq, ya da...”

1995-1999-cu ildə qondrma respublikanın müdafiə nazirinin I müavini, daha sonra müdafiə naziri olan, işğalçı Qarabağ qoşunlarının baş komandanı kimi qeyri-məhdud hakimiyyətə yiyələnən, bütün Dağlıq Qarabağda şəriksiz söz sahibi olan Babayan üçün artıq Qarabağ üzərindəki hakimiyyət azlıq təşkil edirdi. İşğaldakı əraziləri talamaq, buradakı erməni ailələrini müflisləşdirmək hesabına böyük sərvət toplayan erməni generalı, bir müddət sonra bütün Ermənistan üzərində hakimiyyəti ələ keçirmək niyyətinə düşür. Qarabağ torpaqlarında axıtdığı qanlar səbəbi ilə özünün erməni xalqı üzərində hakimiyyətə İrəvan rəhbərliyindən daha çox haqqı olduğunu düşünən S.Babayan, öz siyasi iddialarını gizlətmirdi. Bəzi tədqiqatşılar iddia edir ki, Babayan onun siyasi hakimiyyətinə əngəl yaradacaq şəxsləri açıq şəkildə ölümlə təhdid edir, hətta lazım gələrsə bütün İrəvanı hücumla ala biləcəyini dilə gətirirdi. 1999-cu ildə İrəvandakı parlament seçkilərində iştiraka qərar verən Babayan, ona mane olacaqları təqdirdə “tankları birbaşa İrəvana sürəcəyini” vurğulayır, real gücün onun tərəfində olduğunu diqqətə çatdırırdı. 
S.Babayanın İrəvanı tank hücumu ilə hədələməsi, habelə onun Qarabağda məskunlaşan ermənilərə verdiyi işgəncələr onun üçün “xalq”, “millət” məfhumunun olmadığını, onun azərbaycanlılarla yanaşı, həm də ermənilərə nifrət bəslədiyini göstərir. Baş verən olayların təhlili göstərir ki, S.Babayan üçün hər zaman yalnız bir müqəddəs ideya olub ki, bu da nəyin bahasına, hansı yolla olursa-olsun mümkün qədər var-dövlət qazanmaqdır.

Prezident kreslosu arzulayıb türmə həyatı yaşayan “nazir”....
2000-ci ildə öz siyasi iddialarını reallaşdırmağa çalışan, bunun üçün öncə qondarma Dağlıq Qarabağ Respublikasında prezident postunu ələ keçirməyə qərar verən Babayan oyuncaq respublikanın “prezidenti” Qukasyana qarşı sui-qəsd təşkil edir. Lakin hadisələrin gedişi onun düşündüyü məcrada cərəyan etmir. Məhkəmə qarşısına çıxan Babayanın cinayəti sübuta yetirilir və o, nə az-nə çox – düz 14 il müddətinə azadlıqdan məhrum edilir. Lakin 4 ildən sonra, 2004-cü ildə yenidən azadlığa çıxmağı bacaran Babayan təkrar köhnə əlaqələrini işə salmaqla Ermənistanda söz sahibi olan bir neçə şəxsdən birinə çevrilir. O, həbsdə olarkən də özünü unutdurmur, bəzi media orqanlarının onun haqqında “əfsanəvi qəhrəman” kimi bəhs etməsini təmin edir. 
Babayanın azadlığının ömrü uzun sürmür. 2017-ci ilin mart ayında S.Babayan yenidən məhkəmə qarşısında dayanmalı olur. Bu dəfə “İqla” zenit-raket kompleksinin qaçaqmalçılığında ittiham edilən general, 6 il müddətinə azadlıqdan məhrum edilir. Lakin bu dəfə də Babayanın şəxsi əlaqələri erməni türməsinin dəmir barmaqlığından daha güclü çıxır. Hüququn oyuncağa çevrildiyi Ermənistanda Babayan yenidən azadlığa çıxmağa nail olur. 

Qatil general siyasi məhbus rolunda

Maraqlıdır ki, Qarabağ müharibəsi zamanı saysız-hesabsız azərbaycanlını qətlə yetirən, işğal edilmiş ərazilərdə böyük dağıntılar, talanlar həyata keçirən, mənsub olduğu millətin belə çörəyindən tutmuş namusuna qədər hər şeyini əlindən alan Babayan, 2018-ci ilin iyun ayında erməni mediasına verdiyi açıqlamada özünü siyasi məhbus kimi qələmə verir. Babayan israrla vurğulayır ki, Ermənistanda anti-demokratik bir idarəetmə var və hətta heyvan belə ölkənin bir nəfərin iradəsi ilə idarə edildiyini, həbs qərarlarının sadəcə bir nəfərin iradəsi əsasında gerçəkləşdiyini bilir. (4) 
Şübhəsiz, Ermənistanın anti-demokrati ölkə olması hər kəsə bəllidir və Babayan bunu vurğulamaqla hər hansı sirr açmış olmur. Babayanın etiraf etmək istəmədiyini yeganə şey onun hər şeyi ilə Ermənistandakı mövcud rejimə, bu rejimin işğalçı siyasətinə layiqliyidir. Hansı ki, bu layiqliyin onu günlərin bir günü Haaqa məhkəməsinə aparıb çıxaracağı şübhəsizdir. 

Seymur ƏLİYEV
Jurnalist-tarixçi


ƏDƏBİYYAT

1.Samvel Babayana Bakıdan bir ömür boyu unutmayacağı XƏBƏRDARLIQ...
 http://moderator.az/news/234490.html 

2.https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D0%B1%D0%B0%D1%8F%D0%BD,_%D0%A1%D0%B0%D0%BC%D0%B2%D0%B5%D0%BB_%D0%90%D0%BD%D0%B4%D1%80%D0%B0%D0%BD%D0%B8%D0%BA%D0%BE%D0%B2%D0%B8%D1%87 

3. Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında”. Bakı-2008. “İlay MMC” 2008. 344 səh. Səh – 278-279.
 
4. https://ru.armeniasputnik.am/politics/20180615/12673865/ya-stal-politzaklyuchennym-po-zakazu-zhivotnogo-samvel-babayan-rasskazal-o-svoem-dele.html

https://www.aravot-ru.am/2004/03/12/164108/

“Bakıda həbsdə olan generalın hazırladığı qiyam”
http://istipress.com/siyaset/23-03-2017/bakida-hebsde-olan-generalin-hazirladigi-qiyam 
 
https://az.wikipedia.org/wiki/Qondarma_Da%C4%9Fl%C4%B1q_Qaraba%C4%9F_M%C3%BCdafi%C9%99_Ordusu 

https://ordu.az/ru/news/123392/samvel-babayan-6-il-hebs-cezasina-mehkum-edilib 

loading...
loading...
"Ağdamın alınacağı və bacımın məzarını görəcəyim günü həsrətlə gözləyirəm”
Məşhur avtomobil markası yarım milyon avtomobilini geri çağırdı - SƏBƏB
25 il sonra yenidən çəkilən film hasilat rekordu qırdı - MARAQLI
Diribaş Samux sakini evinə girən oğrunu yaxalayaraq polisə təhvil verdi - MARAQLI...
"Yaşlı qadınlarla birlikdə olaraq həftəyə 8 min funt sterlinq qazanıram" - QALMAQALLI ETİRAF
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İqtisadiyyat
“Ölkəmizin bank-maliyyə sistemi qlobal sistemə lazımınca inteqrasiya olunmayıb”
Cəmiyyət
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
Gündəm
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
Cəmiyyət
"Bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir"
Cəmiyyət
Şəhid qardaşının xatirəsinə yol çəkdirdi - İBRƏTAMİZ...
Həftənin ən çox oxunanları
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
Bakirə dövlət başçısının sarayda kişilərlə ağlasığmaz əməlləri - FOTOLAR
Çeçen toyuna qaz hücumu - “İnsanlar milçək kimi yerə tökülürdülər”
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
“Həyatımda birinci dəfə belə bir adam gördüm ki..." - Eks vitse-primyer şokda + VİDEO
Masazırda film kimi olay: "BMW" 5 maşını vurdu, sürücü vəhşicəsinə döyüldü+VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)