“Ermənistanda vəziyyət kifayət qədər gərgindir və bu gərginlik qarşıdakı dönəmdə də davam edəcək”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Rasim Ağayev bildirib. Ekspertin sözlərinə görə, qarşıdakı vaxtlarda Ermənistan siyasi səhnəsində yeni qüvvələrin özünü göstərməsi də mümkündür:
“Ermənistanda ortada olan və bir-biri ilə mübarizə aparan qüvvələr var və bu qüvvələrin kimliyi hər kəsə bəllidir. Lakin ermənistanda pərdə arxasında elə siyasətçilər var ki, onlar hələ ki, özlərini göstərməyiblər. Zaman keçdikcə, biz onları görəcəyik. Bunun nəticəsində də hansısa yeni qüvvələr formalaşıb Ermənistan siyasi səhnəsinə çıxa bilər. Bu isə Ermənistandakı siyasi proseslərin miqyas və inkişaf istiqamətinə ciddi təsir edə bilər. Hesab edirəm ki, bəlli bir müddətdən sonra biz bu siyasətçiləri, bu qüvvələri, habelə onların siyasi proseslərə təsirinə şahidlik edəcəyik”.
Seymur Əliyev