“Ermənistan 1988-ci ildən bu günə qədər hələ heç vaxt bu qədər zəif olmayıb”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Eldar Namazov bildirib. Onun sözlərinə görə, Azəbaycan Qarabağla bağlı siyasi qərar verərkən, bu amili hökmən nəzərə almalıdır:
“Bu gün Ermənistanda daxilində vəziyyət kifayət qədər gərgindir. Ermənistan həm iqtisadi, həm siyasi baxımından əhəmiyyətli dərəcədə zəifləyib. Hesab edirəm ki, Azərbaycan tərəfi Qarabağ probleminin həlli ilə bağlı siyasi qərar verərkən bu amili mütləq nəzərə almalıdır. Çünki bu, diqqət yetirilməsi gərəkən ən vacib amillərdən biridir.
Həmçinin, düşünürəm ki, belə bir qərar verilərkən Ermənistandakı vəziyyətin ağırlığı ilə yanaşı, problemin Azərbaycan əsgərinin gücü hesabına həlli məsələsinə də daha çox diqqət yetirmək lazımdır. Zənnimcə bu, mövcud situasiyada daha doğru olar”.
Seymur ƏLİYEV