Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi… – Dedektiv yazardan ilginc açıqlamalar
Oxunub: 5790
02 Aug 2018 | 18:09
Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi… –  Dedektiv yazardan ilginc açıqlamalar
Avropalı erməni agentinin Azərbaycanda gizli işlərindən və nəticədə onun ifşa olunmasından bəhs olunan qalmaqallı dedektiv kitabın – “Avropalı agent kod 152” romanın müəllifi Əlvənd Mehman müsahibə verib.

– Mehman müəllim, siz Həsən bəy Zərdabinin doğulduğu kənddə dünyaya göz açmısınız. Bilirik ki, onunla bağlı heç kimə məlum olmayan informasiyalara maliksiniz. Onun qəzetçilik fəaliyyəti barədə nə deyə bilərsiniz?

– Rəhmətlik Həsən bəy Zərdabi 1870-ci ildə erməni ziyalısı Qriqori Arsurunilə görüşərək, türk dilində qəzet yaratmaq istədiyini bildirir və ondan bəzi məsləhətlər almaq istəyir.
Məlumat üçün bildirim ki, həmin illərdə Bakıda 17 adda erməni qəzetləri çap edilirdi. Çar Rusiyasının təzadlı siyasətindən ancaq ermənilər bəhrələnirdilər.

Əlqərəz, Həsən bəylə Asuruninin məsləhətləşməsində “Erməni-məkru” 5 il qalib olur. Bu müvəqqəti məğlubiyyətin səbəbi isə ermənisayağı xəyanətdir.

Arsuruni əvvəlcə Həsən bəyə ürək-dirək verir. Onun xalqı üçün necə böyük bir iş gördüyünü xüsusi vurğulayaraq, təbriklərini yağdırır. Bir neçə gündən sonra isə Qriqori Arsuruni özünün rəhbərlik etdiyi “Mışak” adlı qəzetində Həsən bəyin planlarından bəhs edən böyük bir məqalə çap edərək, çar Rusiyasının mürtəce dairələrinə müraciət edir ki, türk dilində qəzet çap etdirmək istəyən müsəlman ziyalısı digər müsəlmanlara da örnək olacaq.

Əl-ayağa düşən müəyyən dairələr isə Həsən bəyə qəzeti yaratmağa imkan vermir. Bir nüansı xüsusilə qeyd etmək istəyirəm ki, rəhmətlik Həsən bəy əvvəlcə Arsurunin ona “Ayı xidməti” etdiyini başa düşmürmüş. Ona elə gəlirmiş ki, Arsuruni bir ziyalı kimi ona kömək edib.

Ruhdan düşməyən Həsən bəy çox böyük mətanət və inadkarlıqla mübarizəsindən əl çəkməyərək, ən nəhayət, 1875-ci ilin iyul ayının 22-də arzusuna çata bilir.

“Əkinçi” qəzetini çap etdirməklə Milli Mətbuatımızın təməlini qoyur. Lakin ermənilər onların “strateji planlarına” mane olan “Əkinçi” qəzetinin bağlatdırmaq üçün məxfiliklə Həsən bəyin ayağının altını qazmaqla məşğul idilər.

Məhz onların “donos”ları nəticəsində bir müddətdən sonra “Əkinçi” qəzetinin çapı dayandırılır.
Arsurunin rəhbərlik etdiyi “Mışak” qəzetində böyük bir məqalə çap etdirərək qeyd edir: “Artıq sübut olundu ki, ərəb əlifbası ilə Müsəlman-türk xalqının qəzet çap etdirməsinin onlara heç bir mənfəəti olmayacaq. Ona görə də təcili olaraq Müsəlman-türk xalqı üçün erməni və rus hərflərindən ibarət “Əlifba” yaratmaq lazımdır…
 
– Zərdabinin bu hadisəyə reaksiyası nə olub?

– Həsən bəy Zərdabi zəmanəsinin ən ayıq şəxsiyyətlərindən biri idi. Ümumiyyətlə, onun nəsil şəcərəsi çox qədimlərə gedib çıxır. Zadəganlıq, ziyalılıq ona gendən gəlib. Üstəgəl siyasəti də.

Həsən bəy başa düşür ki, ermənilər “qlobal”, məkrli oyuncaqlar rolunda çıxış edirlər. Avropadakı böyük güclər bu rola məhz erməniləri layiq biliblər. Çünki həmin illərdə İran dövlətində də  ərəb əlifbasının dəyişdirilməsi və digər bir əlifba yaradılması tələbi ilə çıxış edən qüvvələr meydana çıxıb və nə qədər qəribə olsa da həmin qüvvələrin lideri erməni əsilli Mirzə Melkum xan adlı biri idi. Həsən bəy başa düşür ki, xalqımızı min illik tarixindən məhrum etmək siyasəti gedir.

– Yəni o taylı – bu taylı tarixi?

–  Axı İranda hakimiyyət də Qacarlar sülaləsinin əlində idi.  Onlar isə təmiz türk kökənlidirlər. İran şahı demokratik fikirli və islahatlara meylli bir hökmdar olub. Təsəvvür edin ki, Avropa dövlətlərinin mütləq əksəriyyətində monarxiya üsul-idarəsi olmasına baxmayaraq, İranda monarxiyanın ləğv edilməsini tələb edirlər. Halbuki İran şahı Baş nazirlik institutu yaradaraq, dövlətin idarəçiliyində “Demokratik idarəetmə” tətbiq edib. Yəni Avropanın əlinə “siyasi bəhanələr” verilmirdi.

Lakin bununla belə erməni əsilli Mirzə Melkum xan şahdan çox böyük imtiyazlar qoparmağı bacarır. Şah ona  hansısa “lotoreya” imtiyazı hədiyyə edir.

– “Lotoreya” imtiyazının Mirzə Melkum xana bağışlanmasının əsl mahiyyəti nə idi?

–  Hadisələr müxtəlif illərdə cərəyan etsə də, Həsən bəy Zərdabi həmişə bu mübarizədə olub. Müsahibənin gedişatında tam aydınlıq yaranacaq.

Belə ki, 1890-cı ilin əvvəllərində İngiltərə dövlətinin baş naziri Lor Solsberinin müşaviri mayor Talbot 650 min funt sterlinq kapitala malik bir şirkət təşkil edir.

Mirzə Melkum xana yaxın olan saray məmurları vasitəsilə mayor Talbot Nəsrəddin şahdan “Tütün-tənbəki” imtiyazını ala bilir.

15 maddədən tərtib edilmiş tütün imtiyazı İran istehlakçılarının zərərinə idi. Səhv etmirəmsə, hər fərd üçün illik məsrəf miqdarı təyin edilmiş 1,5 kq-dan artıq tütün və ya tənbəki almaq və işlətmək qadağan olunub.

Bütün bu “şərtlərin” əsl ssenari müəllifi isə Mirzə Melkum xan idi və bu ssenarinin nəticəsi olaraq, əhali ilə “qaliblər” kimi rəftar edən ingilis şirkət fəaliyyəti məşhur “Tənbəki üsyanı”na gətirib çıxarır. İran xalqları ayağa qalxırlar. Bu üsyan 1891-1892-ci illərdə mütəmadi davam edir.

Nankorluqda dünyada analoqu olmayan bir xalqın nümayəndəsi olan Mirzə Melkum xanın Nəsrəddin şaha dırnaqarası minnətdarlığı idi bu üsyan… Çünki hardasa 1889-cu ilin avqust ayında Nəsrəddin şah Londonda səfərdə olarkən “Tütün imtiyazı” haqqında müzakirələr apardığı zaman Mirzə Melkum xana İranda “Lotoreya” təşkil etmək imtiyazını hədiyyə edib.  Əldə etdiyimiz məlumatlara görə, Həsən bəy Zərdabi İrana səfər edərək Nəsrəddin şahla görüşməyə nail olur və bu görüşün nəticəsi olaraq 1889-cu ilin dekabrında Nəsrəddin şah “Lotoreya” imtiyazını ləğv etdirir. Şah bu əmrini “Ruhanilərin etirazı” bəhanəsi ilə əsaslandırır.  Həsən bəy Zərdabi Nəsrəddin şaha ermənilərin planları barəsində ətraflı məlumatlar ötürüb və nəticədə şah Meklum xan və havadarlarına qarşı əsl müharibə aparıb.
Hətta, “Lotoreya” imtiyazının ləğvi məsələsini eşidən kimi Melkum xan bu imtiyazı ingilislərin “Anqlo-Aziyatik Sindikat” şirkətinə sataraq İran dövlətini imtiyazı ləğv etmək qərarını rədd edir. Nəticədə İran hökuməti London məhkəməsinə müraciət edir. 1890-cı ilin səhv etmirəmsə, mart ayının 16-da Mirzə Melkum xan səfir vəzifəsindən kənar edilir. Bəli, Mirzə Melkum xan İran dövlətinin İngiltərədə səfiri vəzifəsində idi.
 
– Maraqlıdır, Həsən bəy Zərdabi Nəsrəddin şahla görüşə necə nail olub?

– Bu sualın cavabı xalqımızı çox şübhələrdən qurtaracaq. Hətta bu yaxınlarda baş vermiş Gəncə hadisələrinə də aydınlıq gətirəcək. Azərbaycan xalqının tam haqqı var ki, indiyə qədər öyrənilməyən və ya öyrənilməsi hansısa “bədxah qüvvələr” tərəfindən qadağan edilmiş əsl həqiqətləri bilsin.
Həsən bəyin əsli, kökü Zərdab rayonunun Əlvənd kəndindəndir. Abbasqulu ağa Bakıxanov özünün məşhur “Gülüstani-İrəm” əsərində Əlvənd kəndi barəsində bilgilər verib. Əsərdə qeyd edilir ki, hardasa 1775-ci illərdə Ağası xan Əlvənd gələrək özünü Şirvanın xanı kimi elan edir.  Bu, o, Ağası xandır ki, Azərbaycan rejissorlarının 1950-ci illərdə çəkdikləri Fətəli xan filmində gözləri çıxarılır.  Təsəvvür olsun deyə həmin filmi xatırladım. Ağası xan nəyə görə məhz Əlvənd kəndini özünə paytaxt seçib? Bu suala heç bir tarixçimiz cavab verməyib. Açığı, bir neçə hörmətli deputatla, gözəl tarixçimiz Yaqub Mahmudovla bu barədə söhbət etmək fikrinə düşmüşəm. Lakin tərəddüd etmişəm.

Əlvənd kəndinin yaxınlığında məşhur “Qətran qalası” olub. Həm Ağası xan, həm də Şirvan elitası həmin “Qətran qalası”nda mövqe tutmuşdular. Çoxları bilmir ki, bu qala məşhur şairimiz Qətran Təbrizinin şərəfinə tikilib.

Rəhmətlik Ziya Bünyadovdan tutmuş digər ünlü alimlərimiz türk xalqlarını guya Şimali-Cənubi Azərbaycana Səlcuqların dövründə gəldikləri barəsində olan cəfəng fikirlərə qarşı çıxıblar.

Qətran Təbrizi Səlcuqlardan düz 50 il qabaq doğma dilimizdə yazıb yaradıb. Rəhmətlik Ziya Bünyadov israrla sübut edirdi ki, əgər türk xalqları bura Səlcuqların vaxtında gəlibsə, bəs onda nəyə görə Qətran Təbrizi doğma dilimizdə özü də onlardan 50 il qabaq yazıb-yaradıb. Deməli, türk xalqları “gəlmə” deyillər.

Dilimiz də işlək dil olmasaydı, Qətran Təbrizi istifadə etməzdi. Həm yəqin, alimlərimiz də mənim bu fikrimə şərik olarlar ki, Qətran Təbrizi XI əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsidir. Onun bütün qəsidələri Azərbaycan və Arran hökmdarlarına həsr olunub. Bəllidir ki, Arran dövlətinin paytaxtı Bərdə, sonra isə Gəncə olub.

Arran hökmdarları tərəfindən Qətran Təbrizinin şərəfinə tikilmiş “Qətran qalası” çox böyük tarixi sirlərin daşıyıcısıdır…

Xatırlatmaq yerinə düşər ki, Nizami Gəncəvi poemalarından birində qeyd edir ki, şah ona Həmdünyan adlı kənd bağışlayıb… Tarixi mənbələrdə Nizami Gəncəvinin Atabəy Qızıl Arslanla görüşü barədə konkret olaraq onların harada görüşdükləri barədə az-çox məlumatlar var. Lakin əsl həqiqətdə onun görüşü Əlvənddə, “Qətran qalası”nda olub. Qızıl Arslan özündən əvvəl hökmdarlıq etmiş sələfinin yolu ilə gedib. Əvvəlki hökmdarlar Qətran Təbrizinin şərəfinə qala tikdiriblər. Qızıl Arslanla məhz Qətran qalasında Nizami Gəncəvi ilə görüşərək həm də ona Həmdünyan kəndini bağışlayıb. Bəzi tarixçilər qeyd edir ki, Əlvənd ipək yolunun üstündə yerləşərək, böyük ticarət mərkəzinə çevrilib. Müasir Əlvənd kəndinin qonşuluğunda Gur-gur kəndi də öz tarixinə görə çox qədimdir. Əslində isə bu kəndin əsl adı Gər-gərdir. Tarixi mənbələrdə bu yer haqqında məlumatlar vardır. Hansı ki, Qətran Təbrizi bu yer haqqında məlumatlar verib. Həmdünyan kəndi isə adı təhrif olunaraq Ülviyyən adlandırılıb və 1930-cu illərdə həmin kəndin sakinləri repressiyaya məruz qalaraq Türkmənistana və başqa yerlərə zorla köçürülüb. Bu qədim kəndin ərazisi Əlvənd kəndinin yaxınlığındadır. 1918-ci illərdə Erməni qoşunları Əlvənd istiqamətində hücuma keçərək Qətran qalasının izlərini yerli-dibli silmək istəyiblər. Lakin köməyə gələn tük qoşunları və yerli camaat yaxınlıqdakı Sor-sor kəndinin yaxınlığında erməniləri darmadağın ediblər.

–  Həsən bəy Zərdabi nəslindən o döyüşdə iştirak edənlər olubmu?

– Şübhəsiz, yerli camaatı Həsən bəyin qohum-əqrəbası səfərbər edərək onları silahlandırmışdılar. Özləri də öndə gediblər. Lakin təəssüflər olsun ki, bu nəslin nümayəndələrinin hamısı sovet hökuməti tərəfindən repressiyaya məruz qaldılar. Hazırda Göyçay və Sabirabad şəhərlərində Əlvənd küçələri var ki, bu nəslin törəmələridirlər. Azərbaycan Respublikasının xalq artisti, mərhum Azər Mirzəyev bu yaxınlarda rəhmətə getmiş, akademik Böyükkişi Ağayev də Həsən bəyin nəslindəndir.
Hətta əməkdar artist Dilarə Murtuzəliyevanın da bir tərəfi onlara bağlıdır. Unutmaq lazım deyil ki, XX əsrin əvvəllərində Bakıda unudulmaz bəstəkarımız Üzeyir Hacıbəyovun ən yaxın dostlarından biri, ilk teatr artistlərimizdən biri olmuş Məhəmmmədbəy Əlvəndlinski də Həsən bəyin nəslindəndir. Mövzudan uzaqlaşmayaq. Deməli, Qətran qalasının xarabalıqlarını itirmək üçün Sovet vaxtı 2-3 dəfə Kür çayının axını istiqamətini dəyişdiriblər, məhz Zərdab rayonu ərazisində.

– Qeyd etdiniz ki, Əlvənd çox böyük ticarət mərkəzi olub. Bəs kəndin ticari taleyi necə oldu?

–  Hardasa, 1916-cı illərdə ermənilərin təhriki ilə çox böyük silahlı dəstə İran tərəfindən gələrək Əlvəndə basqın edib. Əlvənd bazarının ucu-bucağı yox imiş… Bir neçə dəfə belə hücumlardan sonra bazar öz ticari əhəmiyyətini itirməyə başlayır. Əlvənddə yaşayan yəhudi əsilli tacirlər Göyçaya, Oğuza, Bakıya köçürlər. Sonralar da Sovet hökumətinin repressiyaları əhalini dərbədər salır. Amma nə qədər çalışsalar da ermənilər və havadarları ərazidəki tarixin izlərini birdəfəlik silə bilmirlər.

– Ermənilərin və havadarlarının Əlvənddəki tarixi izləri məhv etməkdə nə maraqları var ki?

–  Yavaş-yavaş hadisələrin əsl kökünə, mahiyyətinə yaxınlaşırıq. Qeyd etdiyimiz kimi, Həsən bəy Zərdabi Nəsrəddin şahla görüşdükdən sonra Şimali Azərbaycandakı əhalinin taleyin hökmünə buraxılmamasını xahiş edir. Ümumiyyətlə, Həsən bəy İrana çox səfərlər etmişdi. Ermənilərlə mübarizədə onun digər fədakarlıqları da var. Hardasa, XIX əsr, 1880-1885-ci illərdə bir dəstə fransız Nizami Gəncəvinin məqbərəsinə gələrək, onun qəbrini özbaşına qazaraq naxışlı daşları və digər “əntiq əşyaları” aparmaq istəyəndə Hacıbəyli kəndinin əhalisi hadisədən xəbər tutaraq Nizami Gəncəvinin başının altından çıxan yazılı daşı və “əntiq əşyaları” geri götürürlər. Bu hadisədən bir müddətdən sonra Fransa dövləti Rusiya çarına şikayət edib. Çar məmurları bu daşları və əşyaları Fransızlara qaytarıblar. Həsən bəy Zərdabi isə bu hadisələr barəsində Nəsrəddin şahı məlumatlandırmışdı. Məlumata görə, şah Fransa və Rusiyaya öz etirazını bildiribmiş…

Mirzə Melkum Xan və havadarları dəfələrlə Nəsrəddin şaha qarşı sui-qəsd planları qursalar da, heç nəyə nail ola bilmirdilər. Sonralar Mirzə Rza Kermani adlı şəxsi pulla şirnikdirərək onu Nəsrədddin şahı qətlə yetirməyə sövq edirlər. 1896-cı ilin may ayının əvvəlində bu amansız qatil Nəsrəddin şahı qətlə yetirir. Son nəticədə isə İranda və Şimali Azərbaycan da ermənilərin planları ildırım sürəti ilə həyata keçməyə başlayır.

Şübhəsiz ki, Həsən bəy Zərdabi bu hadisədən sarsılaraq bir daha İrana ayaq basmır. Nəsrəddin şahla Həsən bəyi qohumluq telləri birləşdirirdi. Görünür, onun şah tərəfindən digər qohumları naxələf çıxdıqlarından Həsən bəy bu qərara gəlmişdi.

Tarixi izləri itirmək, başqa xalqların mədəniyyətlərini öz adlarına çıxmaqda ermənilər, əvəzolunmaz saxtakarlardır. İstənilən tarixi faktlar arxeoloji qazıntılarla öz elmi təsdiqini tapır. Burada söhbət tarixi Qətran qalasından gedir. Müasir dövrümüz internet əsridir. Lakin nə hansısa online mənbədə, nə də ki, hansısa bir tarixi dərsliklərimizdə, hansısa elmi monoqrafiyalarda, mətbuatımızda Qətran qalası haqqında məlumat var, heç tapa da bilmərik. Həm də Arran dövlətinin inzibati-coğrafi ərazilərindən söhbət gedir. Axı söhbət Qarabağ bölgəmizdən gedir. Ermənilər isə hansısa qədim Artsaxdan dəm vururlar…

Qətran qalasında aparılacaq arxeoloji qazıntılardan ermənilər çox bərk narahatdırlar. Onların havadarları da vahiməyə düşüblər.

Türk xalqları buralara Səlcuqların vaxtında gəliblər. Söz-söhbətləri birdəfəlik silinib, tarixdən atılıblar.
Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın Vatikan dövlətində gördüyü işlər misilsizdir. Çünki Vatikan kilsəsinin arxivlərində Azərbaycan xalqının tarixinə aid elə qiymətli materiallar mövcuddur ki, onların ölkəmizə gətirilməsi vacibdir və bu vacib işlər uğurla həyata keçirilməkdədir.

– Zaman–zaman ermənilərin Azərbaycanda həyata keçirdikləri təxribatlardan danışdınız.
Bir müddət əvvəl çap olunmuş – “Avropalı agent kod 152” kitabınızda da avropalı erməni agentinin Azərbaycanda gizli işlərindən və nəticədə onun ifşa olunmasından söz açılırdı. Bəziləri  Gəncə hadisələri, Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza barəsində düşmən təxribatı axtarırdı Siz necə düşünürsüz?

Yəqin yadınızdadır ki, Mingəçevir qəzası baş verən zaman bütün dünyanın diqqəti Tayland dövlətində mağarada ilişib qalmış 11-16 yaşlı uşaqların xilas olunması əməliyyatlarında idi. Həmin ərəfədə Azərbaycan polisinin, Fövqəladə Hallar Nazirliyinin, Mülki Müdafiə Qoşunlarının, metropoliten işçilərinin fədakarlığını dünya mediası işıqlandırmadı. 30 min insanı fövqəladə vəziyyətdə tuneldən evukasiya etmək sizə zarafat gəlməsin. Bu insanlar arasında uşaqlar, xəstələr, yaşlı insanlar olduğunu nəzərə alsaq, bizə ancaq onları xilas edənlərə dönə-dönə minnətdarlıq etmək düşür.

Dünya mediasının bu hadisəni dərindən işıqlandırmamasının obyektiv və subyektiv səbəbləri mövcuddur. Həm də çox təəccüblü bir haldır ki, ölkəmizin dünyanın ən həssas nöqtəsində yerləşməsi belə dünya mediasının nəzərindən qaçıb. Əgər bu hadisə 1990-cı illərdə baş vermiş olsaydı, belə qənaətə gələrdik ki, dünya bizə qarşı edilən haqsızlıqlara göz yummaqla məşğuldur. Təbii ki, ermənilərin və onların havadarlarının sifarişi ilə. Lakin indi isə söhbət elementar paxıllıqdan gedir. Müəyyən güclər Azərbaycan dövlətinin çətinliklərin öhdəsindən necə məharətlə gəldiyini gördülər.
Bir az öncə isə Azərbaycan ordusunun ən müasir silahlarını da hərbi paradda gördülər. Başa düşmək istəməyən qüvvələr də hər şeyi əla başa düşdülər.

Elementar bir misal çəkim. Yadınızdadırsa, NATO qoşunları Yuqoslaviyaya hücum edəndə müdafiə olunan ölkə öz hava sərhədini qoruya bilmədi. Nəticədə Yuqoslaviya kimi bir ölkə parçalanmağa məruz qaldı. Əgər Yuqoslaviya dövlətinin ordusunda S-300 markalı hava hücumundan müdafiə raketləri olsaydı, onda indiki Avropa Birliyini başqa cür görərdik.

Bizim ordumuzun malik olduğu bu raketlər qonşu İran İslam Respublikasında da yoxdur. Hətta qardaş Türkiyə ordusu da belə raketlərə sahib deyil. Onlarda belədir ki, əgər hər hansı bir təhlükə olarsa, NATO “Petriot” markalı hava hücumundan müdafiə raketlərini müvəqqəti olaraq Türkiyə ərazisinə göndərə bilər.

Demək istəyirəm ki, ordumuz gecə-gündüz və istənilən hava şəraitində döyüş əməliyyatları həyata keçirə bilər. Eyni zamanda Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Xidmətinin Qoşunları da ən son texnoloji silahlarla təmin olunublar.

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlar və konkret olaraq Gəncə hadisələrinin təşkilatçılarını peşəkarlıqla üzə çıxarması çox şeylərdən xəbər verir. Bizim xarici kəşfiyyatımız da yerində saymır. Onlar da vətənə peşəkarlıqla xidmət edirlər.

Bədxah qüvvələr əllərində olan bütün resursları təbliğata ötürərək hərc-mərclik xəyallarına düşmüşdülər və həmin qüvvələr düşünməsinlər ki, onların arxasında duran müəyyən şəxslərin adları dövlətə məlum deyil. Bundan əlavə, təbii ki, səhlənkarlıqlar da olub. Yəqin ki, hamı nəticə çıxaracaq. Şübhəsiz ki, ölkə başçısı baş vermiş bu hadisələri diqqətində saxlayır. Əhalinin özü də, ayrı-ayrı vətənpərvər insanlar da, jurnalistlər də var qüvvələri ilə baş vermiş bu hadisələrin əsl mahiyyətini açmağa çalışırlar.

Aydın məsələdir ki, hamı dövlətimizi bacardıqları tərzdə qorumağa çalışır. Şükürlər olsun ki, müasir texnikalar əsrində yaşayırıq. İnsanların əhatəsində tez-tez oluruq. Onların bu hadisələrə necə həssaslıqla yanaşdıqlarını əyani şəkildə görürük. Azərbaycan xalqı Suriya əhalisinin hansı əzablara düçar olduqlarını neçə illərdir ki, müşahidə edir. Milyonlarla insan qaçqın düşərək aclıqdan, susuzluqdan, xəstəliklərdən, müharibənin gətirdiyi dəhşətlərdən əziyyət çəkirlər. Hamı baş verənlərin ssenari əsasında  səhnələşdirildiyini əla görür. Xalqımız gözəl anlayır ki, ölkə Prezidenti İlham Əliyevin apardığı mükəmməl siyasətin nəticəsində ölkəmizin havadarları, dostları bizi heç vaxt tək qoymayacaqlar. Pakistan kimi güclü orduya və nüvə silahına malik bir ölkə ilə sözün əsl mənasında bir ailə kimiyik. Türkiyənin bizi tək buraxacağına kim inanır ki? İsrail kimi bir dövlətlə strateji tərəfdaşıq. İranda 40 milyon həmvətənimiz yaşayır. İndi 90-cı illər deyil ki, onlar bizi müdafiə etməsinlər. Ermənistan onların ayaqları altında qala bilər. Niyə də qalmasın ki? Təkcə Tehran şəhərində 6 milyondan yuxarı azərbaycanlı yaşayır.

– Bu yaxınlarda ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin görüşü baş tutdu. Bu görüşdən nə gözlənilə bilər?

– İstəyirəm bu suala subyektiv fikirlərlə cavab verim.

ABŞ və Qərb dünyası anlamağa başladılar ki, Rusiya Suriyadakı maraqlarını qətiyyətlə müdafiə edir və bir addım da olsun geri çəkilməyəcək. ABŞ və Avropa əllərində olan bütün vasitələrdən istifadə etdilər. Rusiya ilə Türkiyə arasında qarşıdurma yaratmaq istədilər. Görəndə ki, alınmır Türkiyədə dövlət çevrilişi planını işə saldılar. Planlarının puç olduğunu gördükdə isə Rusiyada müxalifəti ayağa qaldırmağa çalışdılar. Məğlubiyyətə düçar olduqlarını hiss edən kimi dünyanın diqqətini Koreya Xalq Demokratik Respublikası ilə təcili danışıqlara yönəldərək, guya dünyanı böyük bir fəlakətdən qurtarmağa nail oldular. Finlandiya görüşü müharibə sonrası sülh danışığı deməkdir.

Siyasətdən az-çox baş çıxaranlar əla bilirdilər ki, Rusiya Qətər qazını Avropa bazarına buraxmayacaq. Çünki bu halda Rusiyanın Avropaya təsir gücü sıfıra yaxınlaşmış olacaqdı.

Bundan başqa, ABŞ və İsrail dövlətinin hansısa maraqları Rusiyanın maraqları ilə üst-üstə düşür. Avropa ilə hər üç dövlətin İran məsələsində “fikir” ayrılığı yaranıb. Sözün açığı, Ermənistandakı “məxməri inqilab”ın əsl mahiyyətini Rusiya anlamaq istəmir. Bu inqilabı maliyyələşdirən “güclərin” kimliklərini araşdıran Rusiya, Avropa və İranla bağlı şübhələrini açıb ortaya qoymaq istəmir.

–   İranın Ermənistan qiyamında marağı nə ola bilər?

–   İran öz milli maraqlarını qoruya biləcək bir gücə malik dövlətdir. Rusiya kimi İran da Qətər qazının Avropa bazarına çıxarılmasına qarşı idi. Çünki, İran öz təbii qazının Avropa bazarına ötürülməsində maraqlıdır. Çoxları elə düşünür ki, Ermənistana Rusiyanın təsiri daha çoxdur. Mən isə qətiyyətlə deyirəm ki, əksinə, İranın Ermənistana təsiri Rusiyadan daha güclüdür. Çox sadə bir üsulla, müqayisə aparmaqla oxuyucular da konkret nəticəyə gələ bilərlər. Məsələn, Rusiyanın Ermənistanda hərbi bazası var və bu ölkənin dövlət sərhədlərini də o qoruyur. Demək olar ki, Ermənistanın bütün müəssisələri Rusiyanın əlindədir. İran isə Rusiyadan fərqli olaraq Ermənistanla sərhədə malikdir. Ermənistana İran tərəfi 3 ay embarqo tətbiq etsə, onlar dövlət kimi mövcudluğunu qoruyub saxlaya bilməzdi. İlkin tələbat mallarının, ərzağın 60%-i İrandan Ermənistana göndərilir. Bundan başqa, Livan dövlətində İran meylli “Hizbulla” təşkilatı ilə ermənilərin “ASALA” təşkilatı arasında münasibətlər normaldır.

Ancaq bir “əmma” ondan ibarətdir ki, İran öz qazını Azərbaycan vasitəsilə də Avropaya çıxara bilər. Görünür, Avropadakı  müəyyən dairələr məsələni qəti qoyublar ki, İran öz qazını ancaq və ancaq Ermənistan ərazisindən keçməklə ixrac edə bilər. Şübhələr günü-gündən artır. Rusiyanı fakt qarşısnda qoyublar. Sarkisyan rejimi bir güllə atmadan hakimiyyəti hansısa bir yoldan keçənə verib. Hədiyyə edib desək, daha doğru səslənər.

Ermənilərin əsl xislətini Rusiya xalqı və prezident Putin nəhayət anladı. Tarixində bu həcmdə nankorluqla qarşılaşmayan Rusiya indi nə edəcəyini bilmir. Heç şübhə etmirəm ki, Helsinki görüşündə Putinlə Tramp bu məsələ barəsində müzakirələr aparırlar. Hətta hərdən mənə elə gəlir ki, ermənilər Trampa onları Rusiyadan qoruması üçün yalvarıblar.

İtaliya prezidentinin Azərbaycana səfəri ölkə başçısının Fransaya səfərləri çox mühüm məsələlərin astanasında olduğumuza işarədir. Qeyri-adi işlər baş verməkdədir. Bütün bunlar ancaq müsbət istiqamətdədir. Böyük geopolitik danışıqlar məxfiliklə aparılır. Şübhəsiz, Dağlıq Qarabağ probleminin dinc həllinə aiddir. İnşallah, yaşayarıq və görərik…

Bizə Gəncə ilə hədə-qorxu gəlmək istəyənlər Putinlə Trampın görüş ərəfəsi baş qaldırmaq istədilər.

– Sizcə, nəyə görə məhz Gəncə hədəf seçildi?

–  2011-ci ilin 23 dekabrında ölkə başçısının sərəncamına əsasən, Nizami Gəncəvinin 870 illik yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci ildə Gəncə şəhərində Nizami Gəncəvi adına mərkəz təsis olunub. Qurumu dünyanın ən nüfuzlu və siyasi xadimlərindən təşkil olunmuş beynəlxalq heyət idarə edir. Bir çox ölkələrin eks baş nazirləri, eks prezidentləri bu qurumun ən fəal üzvləridir. Söhbət həm də olduqca ağıllı, düşünülmüş şəkildə həyata keçirilən Azərbaycan dövlətinin lehinə lobbiçilikdən gedir.

Gəncənin icra başçısı Elmar Vəliyev həmişə Nizami Gəncəvi adına beynəlxalq mərkəzin tədbirlərində çox böyük fəallıq göstərib. O, həmişə çalışıb ki, Gəncə şəhərinə səfər edən yüksək çinli qonaqlar yeniliklər görsünlər. Açığı o buna nail olub.

Nizami Gəncəvi elə bir şəxsiyyət olub ki, bəşəriyyət hələ də ondan bəhrələnməkdədir. Bəziləri onu öz adlarına çıxmaq üçün əldən-ayaqdan gedirlər. Lakin Azərbaycan dövlətinin gördüyü əməli işlər müxtəlif ölkələrdə daha şairə ucaldılan abidələr kimlərdəsə qısqanclıq yaradır. Bütün dünya təsdiqləyir ki, Nizami Gəncəvi Azərbaycan xalqının dahi şairidir. Bu məsələlərdə ermənilər var qüvvələri ilə çalışıblar ki, Nizami Gəncəvini başqa xalqların nümayəndəsi kimi qələmə versinlər.

– Konkret faktlara istinad edə biləsinizmi?

–  1845-ci ildə Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəru Fridrix Şarmua tərəfindən fransızca tərcümə edilib. Lakin bədnam ermənilərin fitnəkarlığından bu tərcümə üzə çıxmır. 1932-ci ildə Fransanın paytaxtı Paris şəhərində Pol Ojenin rəhbərliyi ilə “XX əsrin Larusu” adlı altı cildlik ensklopediya nəşr edilib. Həmin ensklopediyanın V cildində Nizami Gəncəviyə aid məqalə var. Məqalədə qeyd olunur ki, Nizami – Nizaməddin Əbu Məhəmməd – İlyas İbn Yusif Azərbaycanın mistik şairidir. O, 1140-cı ildə Gəncədə anadan olub. 1203-cü ildə isə orada vəfat edib.

Bu məqalədə şairin doğulduğu və vəfat etdiyi illər düzgün verilməyib. Digər səhv isə “Xosrov və Şirin” əsərindəki “Şirin” surətinin yunan qızı kimi qələmə verilməsidir.

1948-ci ildə yenə Paris şəhərində Pol Ojenin rəhbərliyi ilə “Dünyəvi Larus” adlı iki cildlik ensklopedik lüğət çap edilib. “Dünyəvi Larus”un 309-cu səhifəsində (II cild) Nizami Gəncəviyə aid məqalə verilib.
Yazılıb ki, Nizami ən məşhur İran şairlərindən biridir. O, 1040-cı ildə Qumda anadan olub. 1023-cü ildə də orada vəfat edib. Çox maraqlıdır ki, eyni şəxsin rəhbərliyi ilə nəşr olunan ensklopediyalarda “gah nala, gah da mıxa vurulur”. Nizami Gəncəvinin baş daşını oğurlayıb aparanlar dünyanı kimlərinsə sifarişi ilə çaşdırmaqdadırlar.

Heydər Əliyev Fondunun Parisdə keçirdiyi silsilə tədbirlər, Yenisey Sarayının restavrasiyası və s. kimi mühüm işlər çox təqdirə layiqdir.

Xalqımız bilməlidir ki, ölkəmiz həm də mədəni irslərimizə qarşı edilən terrorla da mübarizə aparır. Dahi şairimizin baş daşı şübhəsiz ki, tapılacaq. Ermənilər və havadarları isə məğlubiyyətin dadını yaxınlarda görəcəklər.
Oxşar xəbərlər
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 12:16
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
19 Apr 2024 | 12:10
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
19 Apr 2024 | 12:13
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
19 Apr 2024 | 12:03
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
19 Apr 2024 | 12:38
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 12:16
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
19 Apr 2024 | 12:10
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
19 Apr 2024 | 12:13
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
19 Apr 2024 | 12:03
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
19 Apr 2024 | 12:38
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı