Azərbaycanın eks-prezidentindən işğalçı ölkənin baş nazirinə ağsaqqal MƏSLƏHƏTİ...
Oxunub: 10790
01 Aug 2018 | 16:28
Azərbaycanın eks-prezidentindən işğalçı ölkənin baş nazirinə ağsaqqal  MƏSLƏHƏTİ...
İşğalçı Ermənistanda maraqlı proseslər baş verir. Xüsusilə də baş nazir Nikol Paşinyanın Qarabağ klanına qarşı apardığı mübarizə, ölkənin keçmiş prezidentlərinə qarşı sərt tədbirlərə start verilməsi Azərbaycanda da diqqətlə izlənilir. 

Moderator.az xəbər verir ki, sabiq prezident Ayaz Mütəllibov bu mövzuda “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Ayaz müəllim, Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbs edilməsini necə dəyərləndirirsiniz? Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkiləri öncəsi təhlükəli rəqiblərini zərərsizləşdirir, yoxsa əsas məqsədi erməni cəmiyyətini cinayətkarlardan təmizləməkdir?

- Köçəryanın həbs olunması Ermənistanda klanlararası mübarizənin təzahürüdür. Təbii ki, hakimiyyəti yenicə ələ keçirmiş qüvvələr öz reytinqlərini daha da yüksəltmək üçün xalqın nəzərində korrupsioner ad çıxarmış keçmiş iqtidar nümayəndələrini həbs etməkdən istifadə edirlər. 20 ilə yaxın rüşvətxorluq, klançılıq üsulları ilə idarə olunan xalq bu həbsləri təqdir edir. Bu vasitə ilə onlar həm öz rəqiblərini siradan çıxarmaq istəyir, həm də hakimiyyətdə möhkəmlənmək məqsədi güdürlər.

- Köçəryandan sonra Serj Sərkisyanın da həbsi gözləniləndirmi?

- Sərkisyanın da, digərlərinin də göstərdikləri “xidmətlərə” görə həbs olunmaqla “mükafatlandırılmaq şansı” var. Böyük ehtimalla bu, hələ başlanğıcdır.

- Azərbaycan dövləti Sərkisyan-Köçəryan cütlüyünün Qarabağdakı cinayətlərini əsas götürüb onları həm də keçmiş Azərbaycan vətəndaşları kimi geri tələb edə, yaxud Beynəlxalq Məhkəmədə mühakimə edilmələrinə nail ola bilərmi?

- Azərbaycanın nəinki onları, ölkəmizə qarşı hər hansı bir cinayəti törətmiş istənilən şəxs haqqında məsuliyyətə cəlb etmək üçün qərar çıxarmaq hüququ var. Niyə də olmasın? Əgər bu gün Paşinyan  heç kimi saymadan beynəlxalq statusa malik, dünyanın ən böyük hərbi potensialarından birinə sahib olan Rusiyanın da təmsil olunduğu bir quruma rəhbərlik edən generalı tutub qandallayırsa, biz də buna oxşar addımlar ata bilərik. Lakin hadisələrə real baxmaq lazımdır, indiki vəziyyətdə onların Azərbaycana ekstradisiyası mümkünsüzdür. Paşinyan hakimiyyəti onları bizə təhvil verməz. Bu, erməni hakimiyyətinin nüfuzdan düşməsinə səbəb olar.

- Dediyiniz kimi, bu günlərdə hətta Ermənistanın KTMT-dəki nümayəndəsi, baş katib Yuri Xaçaturova qarşı da cinayət işi qaldırıldı. Paşinyan bununla “Rus NATO-su”ndakı adamına da güzəşt edilmədiyini nümayiş etdirdi. Bu, nəyə işarədir? Yəni Paşinyan Rusiyaya meydan oxuyur?

- Xaçaturovun istintaqa cəlb olunması onun təmsil olunduğu quruma qarşı saymazlıq və qudurğanlıqdır. Nəzərə alsaq ki, bu şəxs həmin quruma katibliyi həyata keçirirdi və orada Belarus və Qazaxıstan da təmsil olunurdu, Paşinyan hakimiyyətinin öz müttəfiqlərini saya salmaması göz qabağındadır. Demək istəyirlər ki, guya onlarda qanunun aliliyi, demokratiya hər şeydən üstündür. Amma öz övladlarını qonşu dövlətdən işğal etdikləri torpaqlara xidmət etməyə göndərməklə fəxr edirlər. Bu da onların əsl niyyətindən xəbər verir. Cinayətlərin kökünü ilk əvvəl Qarabağda kəsmək lazımdır - işğal etdikləri torpaqları əsl yiyələrinə qaytarmaqla.

“İnsaniyyətlikdən kənar vəhşiliklə üzləşmiş bu insanlar ermənilərin Bakıya gəlməsini heç cür həzm edə bilmirlər, buna da haqları var”

- Ayaz müəllim, “Qarabağ klanı”nın rəhbərliyinin cəzalandırılması Azərbaycan ərazilərinin taleyi ilə bağlı nə vəd edir? Qarabağ erməniləri Bakıya üz tuta bilərmi?

- Klan rəhbərliyi yox, amma Qarabağda yaşayan xalqın Bakıya sığınmaq ehtimalı var. Mənim rəhbərliyim dövründə aparılan tədbirlər nəticəsində Qarabağ erməniləri tərəfindən separatçılardan yaxa qurtarmaq üçün danışıqlara başlamaq təşəbbüsü bir neçə dəfə qaldırılmışdı. Amma hər dəfə xəyanət nəticəsində bunun qarşısı alınırdı. O ki qaldı klan rəhbərliyinə, onların əli günahsız insanların qanına batıb, onları gözləyən aqibəti bilərək heç vaxt bu addımı atmazlar. Yalnız qaçıb aradan çıxmaqla canlarını qurtara bilərlər.

- Bu günlərdə ermənipərəst mövqeyi ilə tanınan MDB İnstitutunun direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü daxili və xarici siyasəti kəskin tənqid edərək bildirib ki, onu da keçmiş prezidentlərin taleyi gözləyir. Yevseyev onu da vurğulayıb ki, Qarabağ münaqişəsində Paşinyan hökuməti Rusiyadan heç bir kömək gözləməsin və məsələni dramatikləşdirməsin, çünki bu, Moskvanın problemi deyil. Ekspert haqlıdırmı?

- Səhv etmirəmsə, Yevseyev Qarabağda rus qoşunlarının yerləşdirilməsi təklifi ilə çıxış edən təşəbbüskarlar qrupuna aiddir. Əvvəla, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olub və daim də olacaq, buna heç kimin şübhəsi olmasın. Dünya siyasəti gözlənilməz hadisələrlə doludur. Tam əminliklə deyirəm ki, Azərbaycan dövləti bütün sürprizlərə hazırdır. Zaman-zaman istər bizdə, istərsə də Rusiyada siyasətdən başı çıxmayan, 90-cı illərin əvvələrində baş verən təlatümlərin nəticəsində təsadüfən siyasətdə və idarəçilikdə peyda olmuş adamların məsuliyyətsiz bəyanatları xalqlara baha başa gəldi! O “siyasətçilərin” bir hissəsi hələ də ortadadır. Təbii ki, müəyyən şərait yaransa, onların bisavadlığı və bura xalqlar arasında münasibətləri korlamaq istəyən təxribatçıları da əlavə etsək, nəticədə gözlənilməz, arzuolunmaz situasiyalara gətirib çıxara bilər. Elə rus qoşunlarının Ermənistandan çıxacağı təqdirdə Qarabağda dislokasiya etmək çağırışları da bu qəbildən olan sərsəm, amma kifayət qədər təhlükəli, kimlərinsə işinə yarayacaq çağırışlardandır. Burada təkcə bizdən söhbət getmir. Bizim dövlət heç kimə yalvarmayıb ki, torpaqlarımızı qaytarın! Daima tələb qoyulub ki, işğal olunan ərazi geri qaytarılmalıdır! Paşinyan və ya qeyrisi olsun, fərq etməz, işğal etdiyi əraziləri dərhal boşaltmalıdır! Bu, tələbdir, bizim haqqımızdır. O ki qaldı Rusiyanın bəzi mərkəzlərinin Ermənistanı tənqid etməyinə, bu, onların öz işidir, onların maraq dairəsinə aiddir. Dünən qoruyurdular, bu gün tənqid edirlər və yaxud da qorumayacaqlar, bu məsələ heç nəyi dəyişdirmir.

- “Əgər fikirləşirlərsə ki, təhlükəsizlik zonasını verməklə Dağlıq Qarabağı saxlamaq mümkün olacaq, hərbi ekspert kimi buna ciddi şübhəm var. Bunun ardınca Qarabağ da bütünlüklə Azərbaycana veriləcək”. Bunu da rus ekspert deyib. Doğrudanmı Paşinyanın ətraf rayonları qaytarmaq niyyəti var?

- Təəssüflər olsun ki, SSRİ dağılandan sonra bu problem qlobollaşaraq, müəyyən ərazi problemi çərçivəsindən çıxıb daha da mürəkkəbləşdi, necə deyərlər, düyünə düşdü. Siyasətdə təsadüfi peyda olmuş diletant siyasətçilərin boşboğazlığı nəticəsində müəyyən güclərin maraq dairəsinə daxil olaraq, geosiyasi oyunlar məkanına çevrildi. Lakin Azərbaycan istədiyi zaman bu torpaqları geri qaytarmaq hüququnu özündə saxlayır.1992-ci il martın 2-də biz BMT-yə bu torpaqlarımızla bir yerdə qeydiyyata düşmüşük. Hesab edirəm ki, bu, o mürəkkəb dövr üçün bizim ən böyük qələbəmiz sayıla bilər. Beynəlxalq hüquq bizə əsas verir ki, biz öz torpaqlarımıza yiyə duraq. Sadəcə, müəyyən obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan  aktiv hərbi əməliyyatlara gedib öz ərazi bütövlüyünü bərpa edə bilmir. Bir faktoru qeyd etmək lazımdır ki, münbit şərait yaranmasa, Azərbaycan təcrid olunmaq təhlükəsi ilə üzləşə bilər. Burada tək Rusiya faktorunu yox, digər amilləri də, xüsusilə regionda gözü olan güc mərkəzlərini, o cümlədən islam faktorunu nəzərə almaq lazımdır. Yaddan çıxarmaq olmaz ki, biz müsəlman aləminin bir hissəsiyik və son 10 ildə müsəlman xalqlarının başına gətirilən müsibətlər göz qabağındadır. Lakin bütün bu maneələrə baxmayaraq, bizə başqa çıxış yolu qalmasa, xalq öz dövlətinin ətrafında sıx birləşib məsləhət bildiyi yolla öz müqəddəs torpaqlarını geri qaytaracaq. Mən buna əminəm və dövlətimizin də buna kifayət qədər qətiyyəti var. Xalq-dövlət birliyinin qarşısında heç bir qüvvə davam gətirə bilməz!

- Bir neçə gün əvvəl Paşinyan və hətta həyat yoldaşı Qarabağla bağlı sülh mesajları verdilər. Amma oğul Paşinyan Qarabağa, hərbi xidmətə göndərilib. Bunun anlamı nədir?

- Anna Paşinyanın bu bəyanatını oxumuşam. Yəqin analıq hissi onu məcbur edib ki, bu təkliflə çıxış etsin. Çünki indi onun oğlu da hərbiyə cəlb olunub, deyilənlərə görə, Qarabağda xidmət edəcək. Paşinyan öz oğlundan da siyasətdə istifadə edir, bununla demək istəyir ki, “Qarabağ erməniləri, mən sizin yanınızdayam, mənim mübarizəm cinayətkar qarabağlılarladır, klan üzvləri ilə birgə”. Əslinə qalsa, bu, şou xarakterli bir gedişdir, süni vətənpərvərlikdir. Amma ana Paşinyan gözəl sözlər işlədib, mən də razıyam ki, heç bir hakimiyyət və mənfəət cavan əsgər övladlarımızın həyatından, qanından artıq deyil! Məsləhət görərdim ki, öz oğlunu od içinə göndərməkdənsə, yaxşı olardı ki, dərhal danışıq masasının arxasına keçib torpaqların geri qaytarılması prosesinə başlanılaydı. Nikol Paşinyandan soruşuram, bu, sülhün bərqərar olmasına daha yaxşı töhfə verərdi, yoxsa övladının əlinə silah verib öz həmyaşıdlarını öldürməyə göndərmək? Mənə elə gəlir ki, Anna Paşinyanın analıq hissi siyasi oyunlara qalib qəlib!

- Ayaz müəllim, Bakıda keçirilən “Jara” musiqi festivalında erməni-yezidi kürdü qarışıqlı Zaranın iştirakına sərt təpkilər oldu. Siz bu faktı necə qarşıladınız?

- Ümumilikdə festivalların və yaxud da digər beynəlxalq tədbirlərin, o cümlədən idman oyunlarının Bakida keçirilməsi ölkəmizi, xüsusilə xalqımızı dünyaya tanıtdırmaq baxımından böyük əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, bu saat dünyada islamofobiya yayılmaqdadır. Azərbaycan nadir müsəlman ölkələrdəndir ki, bu stereotipi dağıtmaq kimi ağır bir yükün altına girməyə məcburdur və bu işin öhdəsindən bacardığı qədər gəlir. Əks halda, bədxah və hiyləgər düşmənlərimiz islam faktorunu qabardaraq, bizi  beynəlxalq aləmdə sıxışdırmağa çalışacaqlar. Bu isə öz növbəsində dəhşətli fəlakətlərə gətirib çıxara bilər. Kürd əsilli, əsl adı Zərifə Paşa qızı olan müğənninin bu konsertdə iştirak etməsinə gəlincə, düşünürəm ki, bu iştirak da həmin siyasətin bir elementi kimi qəbul olunmalıdır.

Digər tərəfdən, bir anın içində hər şeyini itirmiş, öz doğma ocağından didərgin düşmüş, əziz ailə üzvlərini itirmiş soydaşlarımızın hissləri də başadüşüləndir. İnsaniyyətlikdən kənar vəhşiliklə üzləşmiş bu insanlar ermənilərin Bakıya gəlməsini heç cür həzm edə bilmirlər. Buna da haqları var. Hazırda ermənilərin işğalı altında olan Qarabağ, Zəngəzur, İrəvan da bizim dədə-baba torpaqlarımızdır. Erməni separatçıları daima bizim çılğınlığımızdan, qanımızın qaynar olmağından istifadə ediblər. Ona görə başa düşməliyik ki, biz nə qədər ağır olsa da, ermənilərlə qonşu yaşamağa məhkumuq və bu qonşuluğun xalqımız üçün əbədi olaraq təhlükəsizlik baxımından maksimum dərəcəyə çatdırılması mexanizmi hazırlanmalıdır.

- Prezident Putinin mətbuat katibi Dmitri Peskov və Lavrovun mətbuat katibi Mariya Zaxarovanın da bu arada Bakıda olması, sizcə, hansı anlamı verirdi?

- Peskov və xanımının, Zaxarovanın Bakıya gəlməsi, Bakıya heyran olmaları, ümumilikdə vətənimiz və xalqımız haqqında xoş təəssüratların yaranması yaxın gələcəkdə çox faydalı ola bilər.
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA