Acqarına nə yemək məsləhətdir?  - ALİMLƏRDƏN İLGİNC ARAŞDIRMA...
Araşdırma
7679
21 Jul 2018 | 23:02

Acqarına nə yemək məsləhətdir? - ALİMLƏRDƏN İLGİNC ARAŞDIRMA...

Öz menyunuzu tərtib edərkən nəzərə almaq lazımdır ki, istənilən inqrediyentlər sizin səhər yeməyiniz  üçün start olaraq əlverişli deyil. Bu, məsələn qəhvəyə aiddir, çünki əksəriyyət onu daha çox acqarına sui- istifadə edir.
 
Bəs, uzunmüddətli gecə aclığından sonra sizin mədə-bağırsaq sistemi üçün nə faydalıdır?

Yulaf yarması
 
Havayı yerdən demirlər ki, gününüzü yulaf sıyığı ilə başlayın. Bu, sizin immunitetinizi möhkəmlədən vitaminlər, minerallar və üzvi turşuların mənbəyidir. Yulaf buğdasında bütün daxili orqanların, hüceyrələrin və bədənin parçalarına vacib olan xeyli zülalları var. Yulafda onkoloji xəstəliklərin yaranmasına və inkişafına mane olan oksidantlar var.
Yulafı müxtəlif yollarla və əlavələrlə - həm şirin, həm də duzlu variantla hazırlamaq olar

Qarabaşaq
  
Qarabaşaq sıyığı də acqarına faydalıdır. Onda zülal, dəmir, kalsium, sink, yod və vitaminlər, amin turşuları var. Qarabaşaq sıyığını orqanizm asanlıqla qəbul edir və həzm orqanları üçün sakitləşdirici təsir göstərir. O, iş günü üçün lazımi enerji verir. Qarabaşaq həmçinin arterial təzyiqi normallaşdırır, əsəb sistemini sakitləşdirir.

Çörək

Səhər yeməyi üçün  yaxşı olardı ki, mayası olmayan və tam buğda unundan hazırlanan çörək seçilsin, belə ki, o mədə-bağırsaq sistemini qıcıqlandırmayacaq, əksinə ancaq onların işini normallaşdıra bilir. Tərəvəz və ya meyvə ilə, pendir, yağ, avokado, paştetlə  səhər buterbrodu üçün variantlar çoxdur.

Qarışıq şirələr

Şirələr tərkibindən asılı olaraq həzm üçün çox faydalıdır, müxtəlif tələbatlar üçün onları nizamlamaq olar. Qarışıq şirələr meyvələrdən, giləmeyvələrdən, toxumlardan, göyərtidən, qozdan hazırlamaq olar. Əsas üçün süd və ya turşulu süd məhsulları, həm də su və şirələr götürülür. Qarışdıranda sizin üçün rahat olan balansı seçin. Bu içki zövqə görə olmalı və rahatsızlıq yaratmamalıdır. 

Quru meyvələr

Quru meyvələrdə  xeyli miqdarda vitamin və minerallar var,  hazırlanma texnologiyası sayəsində biz ilboyu onlardan istifadə edə bilirik. Bəzi quru meyvələr nəinki öz xeyirini itirmir, vaxt keçdikcə yalnız onu artırır.  Aclıq fikri cəmləşdirməyə imkan verməyəndə əsas yemək gələnədək meyvə qurusundan ağıza atmaq çox xeyirlidir.

Qoz 

Qoz çox qidalandırıcı və faydalıdır, bir az qoz  aclığı yatırtmaq və qüvvələri bərpa etmək üçün bəs edir. Normaya əməl edildikdə  mədə və bağırsağa əziyyət vermir. Qoz - zülalların, faydalı yağların, həmçinin karbohidratların  mənbəyidir. Yağ turşuları olan qoz, ürək-damar və sinir sisteminin işini normallaşdırır.
Link kopyalandı!
Son xəbərlər