“Tuneldə qaldığımız gün camaat qapıları zorla açmaq istəyirdi” – Metro maşinisti (REPORTAJ)
Oxunub: 6692
20 Jul 2018 | 14:32
“Tuneldə qaldığımız gün camaat qapıları zorla açmaq istəyirdi” –  Metro maşinisti (REPORTAJ)
Nərildəyən qatar stansiyaya çatır və dayanır. Qapılar açılan kimi sərnişinlər bir-birinin ardınca vaqonlara doluşur. Maşinist kabinəsinin qapısı açılır və biz də minirik. Qapılar bağlanır. Növbəti stansiya “Ulduz”dur. Qatar hərəkətə gəldikcə yenidən nərildəməyə başlayır və hay-küy sala-sala qaranlıq tunellə irəliləyir.

Müsahibimiz “Bakı Metropoliteni”nin 21 illik iş təcrübəsi olan maşinisti Ceyhun Məmmədovdur. Metroya olan sevgisi uşaqlıqdan yaranıb. Atası ilə metroya gəlib-gedən Ceyhun hələ məktəbdə oxuyarkən böyüyəndə atası kimi maşinist olacağına söz verib. 1998-ci ildə hərbi xidmətini başa vurduqdan sonra çilingər kimi 1 il depoda işləyib. Ondan sonra maşinist köməkçisi, maşinist kimi çalışıb. 2001-ci ildən isə qatarı tək idarə edir.

Qatar “Nərimanov” metrostansiyasından üzü “Həzi Aslanov”a doğru hərəkət edir. Müsahibimiz deyir, bu istiqamətdə gedəndə yol, demək olar ki, düzdür. Enişlər-yoxuşlar yoxdur.

- Düzdür, müəyyən yol mənzillərində sağa-sola döngələr var. Əsas yoxuş “Nizami”dən “Elmlər Akademiyası”na qalxandadır. Sonra “Gənclik”dən “28 May” stansiyaları arasında da eniş var. “Ulduz”dan həm “Koroğlu”ya, həm də “Nərimanov”a gedəndə sərt döngələrdən keçirik. Belə döngələr çoxdur. “Nizami”dən “28 May”a gələndə də var, “Cəfər Cabbarlı”da da.

“Nizami” ilə “28 May” arasında 100 metrlik təhlükəli zona da var. Burada su axıntısı var deyə sürət həddi də məhdudlaşdırılır. İki stansiya arasında ən uzun məsafə “Nərimanov”la “Ulduz” arasındadır, 1.7 kilometr. Qatar bu məsafəni 2.5 dəqiqəyə qət edir.

- Qatarlar ümumən hansı sürətlə gedir?


- Maksimal sürət 80 km/saatdır. Bəzi yerlərdə sürət həddi 25 km/saata qədər endirilir. Məsələn, bayaq danışdığım o təhlükəli zonada. Əsasən 60-70 km/saatla hərəkət edirik.

““Ulduz” stansiyası. Qapılar bağlanır. Növbəti stansiya “Koroğlu””

“Nərimanov”dan fərqli olaraq bu stansiyada sərnişin az minir. Maşinist deyir, sərnişin bol olan stansiyalar “Nərimanov”, “Koroğlu” “28 May” “Elmlər Akademiyası” və “Avtovağzal” stansiyası açılandan sonra “Memar Əcəmi”dir. Qatar yavaş-yavaş sürət yığır və “Ulduz” stansiyası geridə qalır.

- Bəzən qatarda gedəndə maşinist siqnal verir. Bu siqnal kim üçün verilir?

- Tunel mənzillərində işçilər olur. Boru partlayır, ya hər hansı təmirə ehtiyac olur. Buna baxmayaraq, xətt işləyir, bizimlə paralel tuneldə də iş gedir. Uzaqdan görəndə ki, tunelin işıqları yanır, bilirik ki, adam var. O zaman onlara siqnal veririk ki, bilsinlər, qatar gəlir. Tunellərdə sağ tərəfdə işçilərin təhlükəsizliyi üçün xüsusi yerlər ayrılıb. Qatar onlara yaxınlaşanda işçilər həmin dayanacaqlarda dayanır. Əks halda, Allah göstərməsin, qatarın altda qalarlar.

- Metroda xeyli insan özünü qatarın altına atıb. Başınıza gəlməyib?


- (Dərindən köks ötürür) Olub. “28 May”da bir nəfər özünü qatarın altına atmışdı. Atlananda gördüm, amma əlimdən bir şey gəlmədi. Balaca maşın deyil ki, əyləci basasan, dərhal dayana. Qatar oğlanın üstündən keçdi. Sonradan cibindən məktub tapmışdılar. Sevdiyi qıza görə intihar edibmiş. Onda çox pis stress keçirmişdim. Bizim işimiz məsuliyyətli olduğu qədər də stresslidir. Yerin altında havasızlıqdan işləməkdən əksəriyyətimizin saçı, dişi vaxtından tez tökülür, qaranlıq tunelə baxmaqdan gözlərimiz zəifləyir. Yerin altında işləyənlə yerin üstündə işləyən eyni yaşda təqaüdə çıxır. Belə olmamalıdır. Qapalı Səhmdar Cəmiyyət yaranandan sonra zərərli iş rejiminə görə faiz əlavə ediblər. Yəqin bu məsələ də həllini tapar.

““Koroğlu” stansiyası. Qapılar bağlanır. Növbəti stansiya “Qara Qarayev""

Sən demə, ölkədə ikinci dəfə işıqlar sönəndə Məmmədovun idarə etdiyi qatar da tuneldə qalıbmış. Maşinist danışır:

- Qatar “Koroğlu”ya çataçatda işıqlar söndü. Stansiya ilə aramız 150-200 metr olardı. Gözlə görülən məsafədə idik. Adətən qatar bir qədər hərəkət edib, sonra dayanır. Amma bu dəfə işıq sönən kimi qəfil dayandı. İşıqlar gecə də sönmüşdü deyə sərnişinlər arasında gərginlik vardı. Səs-küydən başa düşdüm ki, təşviş yaranır. Maşinistlə əlaqə düyməsi ilə mənimlə əlaqə saxlayır, qapıları açmağımı tələb edirdilər. Qorxmuşdular. Bəziləri qapını zorla açmağa cəhd edirdi. Qatarda azyaşlı uşaqlar, yaşlılar və hamilə qadın da vardı. Cavanlar soruşdu ki, lazımdısa, kömək edək. Elektrik olmayanda tunelin ventilyasiya sistemi işləmir, istidən boğanaq olur. Onların halını da anlayırdım. Dərhal maşinist əlaqə vasitəsi ilə onları sakitləşdirdim. Başa saldım ki, bir azdan onların təxliyəsi başlayacaq. Əsas odur, təşviş yaratmasınlar. Bu, əksinə, işimizə mane olar. Dispetçerdən əmr almadan qapıları aça bilməzdim. Əmrdən sonra hər ehtimala qarşı gərginlik xətdən tam çıxarıldı və qatardan birinci özüm düşdüm. Qısa qapayıcıları quraşdırdım ki, sərnişin relsə düşən vaxt qəfil elektriklər gəlsə, xətdə gərginlik olmasın. Sonra bir-bir vaqonlararası qapıları açıb, sərnişinləri təxliyə etdik. Stansiyadan bizə polislər və metropolitenin işçiləri köməyə də gəlmişdilər. Tunelə işıqlar qoşuldu, növbə ilə təxmini 20-30 dəqiqəyə qatardakı bütün sərnişinlər sağ-salamat təxliyə olundu.

- Hadisədən sonra sərnişinlər arasında qorxu qalmayıb?


- Qohum-əqrəba görəndə soruşurdu, qatarda qalsaq, bizə nəsə olmaz ki? Arxayın edirəm ki, onlara heç nə olmayacaq. Sakitləşirlər. Adi qəzalarda sərnişin heç vaxt xəsarət ala bilməz. 10 il əvvəl də belə olmuşdu. Bakıda hər yerdə işıqlar sönmüşdü. Onda mən elə stansiyanın özündə qalmışdım. “Nizami”də. İndi də qatar stansiayda bir az ləngiyən kimi dərhal təşviş yaranır ki, nəsə olubmu. İnsanlarda qorxu qalıb.

Qatar stansiyaya yaxınlaşanda maşinist əyləci basır. Qatar aram-aram dayanır.

““Qara Qarayev” stansiyası. Qapılar bağlanır. Növbəti stansiya “Neftçilər””

Maşinistimiz iş prosesindən başına gəlmiş gülməli hadisələrdən birini oxucular üçün danışır:

- Əvvəllər sərnişinlər qatarda yatıb qalırdı. “Nəsimi”, “Azadlıq” metrostansiyaları hələ tikilməmişdi. “Memər Əcəmi” sonuncu idi. Bir dəfə “Memar Əcəmi”də keçid edəndə gördüm, qatarda sərnişin qalıb. Oturacağa uzanıb elə şirin yatır ki... Silkələyib oyatdım. Soruşuram ki, a kişi, hara gedirsən? Deyir, rayona. Sən demə, dostları ilə yaxşıca içib, onu otuzdurublar qatara ki, “28 May”da düşər, dəmiryol vağzalına keçər. Bu da yatıb qalıb. İndi də elə bilir rayona gedən qatardadır. Gecə saat 12-ni keçib. Birtəhər başa saldım ki, düşsün qatardan. Əl çəkmirdi ki, bəs rayona necə gedim?!


Gülürük.

- İndi daha çox əşyaları, ya da uşaqları unudurlar. Son zamanlar valideynlərin fikri telefonda qalır, uşaqları itirirlər. Ana qatara minir, uşaq qalır platformada. Yaxud da əksinə. Əşyasını unudan həddindən artıq çoxdur. Bəzən böyük çantaları, mobil telefonları da unudurlar. Arada bizə söz demək istəyəndə maşinist kabinəsinin qapısını döyürlər. Hər vaqonda maşinistlə əlaqə düyməsi var. Bizimkilər nadir halda istifadə edirlər. Daha çox xaricilər istifadə edirlər.

““Neftçilər” stansiyası. Qapılar bağlanır. Növbəti stansiya “Xalqlar Dostluğu””

C. Məmmədov sol əli sükanda, sağ əlini yuxarı qaldırıb hazırda getdiyimiz qatarı tərifləyir:

- Əvvəllər təmir üçün göndərirdik başqa ölkəyə, indi özümüz təmir edirik. Bunu özümüz yığmışıq. Tam müasirləşdirilib. Bu da onu idarə edən maşinistin işini yüngülləşdirir.

Onu da qeyd edim ki, vaqonda olanda qatarın səsi daha az gəlir, nəinki maşinistin kabinəsində. Təxminən 15 dəqiqə olar qatarda gedirik, tunelin qaranlığında yanan sarı işıqlar və səs-küydən artıq başım ağrıyır. Maşinistlər üçün isə bu səs ana laylasını əvəz edir.

- Öyrəşmişik. Bu səs olmayanda darıxır adam (gülür).

““Xalqlar Dostluğu” stansiyası. Qapılar bağlanır. Növbəti stansiya “Əhmədli””

Qatar stansiyada dayananda bəzi sərnişinlər maşinist kabinaəsində bizi görür və maraqla baxır. Qapılar bağlanır və biz yolumuza davam edirik.


- Heç olubmu ki, kimsə stansiyada qatarı saxlamasın, birbaşa sürsün?

- (Gülür). Olub. O qədər maşinist buna görə peşəsindən uzaqlaşdırlıb! Hamısı yorğunluqdan olurdu. Əvvəl briqadalar çətinlik çəkirdi, gecə növbədə qalırdıq, dincələ bilmirdik. Səhər işə yorğun başlayırdıq. İndi rejim dəyişdirilib. Daha gecə növbəsi yoxdur. Maşinistlər ən geci 2-də evində olur. Bir sutka dincəlir, növbəti gün işə gəlir.

““Əhmədli” stansiyası. Qapılar bağlanır. Növbəti stansiya “Həzi Aslanov””

Ceyhun Bakı metrosundan istifadə edən məşhurları sadalayır.

-Bir də görürsən, məşhurlardan da kimsə qatara minir. Əsasən “Nizami”də, “28 May”da, “İçərişəhər”də. Rəhmətlik Yaşar Nurini dəfələrlə görmüşəm. Sonra Həzi Aslanov rolunu oynayan aktyor var e... Ramiz...

- Novruz.

- Hə, Ramiz Novruzu da görmüşəm. Çox olub e, adlarını indi xatırlamıram. Eləsi var, sonra televizorda görəndə tanıyıram. Millət vəkili Adil Əliyev də minir hərdən. Gecə saat 11:00-dan sonra olur, qatara bir qrup gənclər minir, gitara ilə çalıb oxuyurlar. Onda bizə də əyləncəli olur.

Növbəti stansiya “Həzi Aslanov”dur. Qatar dalana daxil olacaq. Dalanda maşinistlər qatarın vaqonlarına nəzarət edir ki, kənar əşyalar qalmasın. Bu, təhlükəsizlik baxımından vacibdir.


-Həə, bir-birimizlə də ancaq burada rastlaşırıq. Maşinistlər adətən ya əvəzlənmə vaxtı, ya naharda, ya da dalanda görüşür.

““Həzi Aslanov” stansiyası. Sonuncudur. Xahiş edirik....

(musavat.com)
Oxşar xəbərlər
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 14:42
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 14:42
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?