Xəbər lenti
21/07/2019 [10:18]:
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
21/07/2019 [10:15]:
Bakıda 5 nəfər köməksiz vəziyyətdə qaldı
21/07/2019 [10:12]:
Dizlərim, belim ağrıyır, təzyiqim olur, istəyirəm bu problemlərə görə arıqlayım"
21/07/2019 [10:12]:
İnsanı ağıllı edən 3 sadə hobbi
21/07/2019 [10:10]:
Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu
21/07/2019 [09:56]:
Nəzarətsiz ərazidə çimən 9 nəfər xilas olundu
21/07/2019 [09:54]:
"Qoyun nə qədər xırıldasa, nə qədər nalə iltica etsə də qəssab onun bu naləsinə baxmaz..."
21/07/2019 [09:42]:
Aslının evində toy oldu - FOTOLAR
21/07/2019 [09:37]:
Xaçmaz pomidoru bol olacaq - Yaxın günlərdə Bakı bazarlarında
21/07/2019 [09:31]:
Bərdədə ticarət obyektlərində yanğın oldu
21/07/2019 [09:26]:
“Danas”a görə Yaponiyada 110 min insan təxliyyə olunur
21/07/2019 [09:20]:
Masazırda film kimi olay: "BMW" 5 maşını vurdu, sürücü vəhşicəsinə döyüldü+VİDEO
21/07/2019 [09:20]:
NATO İranı Hörmüz boğazında saxladığı tankerləri azad etməyə çağırdı
21/07/2019 [09:17]:
Gürcüstanda polislə oğrular arasında atışma oldu
21/07/2019 [09:15]:
Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başladı
21/07/2019 [09:12]:
"Qəbələ” ilkin sifariş vərəqini UEFA-ya təqdim etdi
21/07/2019 [09:09]:
Britaniya bu gün İrana qarşı sanksiyalar elan edə bilər
21/07/2019 [08:57]:
"Siyasətə qarışmağa cəhd edən jurnalist yekunda gerçəkliyi saxtalaşdırır" - Nobel mükafatçısı
21/07/2019 [08:43]:
“Ruhumuz da, qanımız da, canımız, varlığımız da eynidir” - FOTO
21/07/2019 [08:38]:
Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək
21/07/2019 [08:37]:
Rusiyada daşqın zonasında 8 nəfər itkin düşdü
21/07/2019 [08:31]:
Şeron Stoun özünü şahzadə Diana ilə müqayisə etdi
21/07/2019 [08:25]:
“Volvo” 500 min avtomobilini geri çağırdı
21/07/2019 [08:20]:
Angela Merkelin gəlirləri açıqlandı
21/07/2019 [08:19]:
Gözəllik müsabiqəsinin iştirakçısı çimərlik geyimi ilə təəccübləndirdi - FOTOLAR
21/07/2019 [01:09]:
Hindistanda üçbaşlı uşaq dünyaya gəldi - FOTO
21/07/2019 [00:17]:
Məşhur dizaynerin gəlininin 96 minlik gəlinliyi - FOTOLAR
21/07/2019 [00:11]:
Bakıda restoranda kütləvi dava oldu - FOTO
21/07/2019 [00:08]:
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatdı
21/07/2019 [00:00]:
Nil Armstronqun Ayda çəkilən bu görüntüləri 50 il sonra üzə çıxdı - FOTOLAR
20/07/2019 [23:46]:
İstanbulda yaxta belə alovlandı - VİDEO
20/07/2019 [23:44]:
Kişi və qadın arasında yaş fərqi - Nəhayət açıqlandı
20/07/2019 [23:39]:
Susuz çalışan qabyuyan maşın istehsal olundu - MARAQLI
20/07/2019 [23:27]:
Rüfət Aslanlının Türkiyədəki dəbdəbəli həyat tərzi, İstanbul keyfi... - FOTO+VİDEO
20/07/2019 [23:27]:
Şumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiya
20/07/2019 [23:21]:
İstanbulda əməliyyat: 217 cinayətkar saxlanıldı
20/07/2019 [23:16]:
Cənubi Asiyada musson yağışlar nəticəsində ölənlərin sayı 152-ə çatdı
20/07/2019 [22:58]:
Tovuzda gənc oğlan dönərdən zəhərləndi
20/07/2019 [22:15]:
Yevlaxda minik avtomobili traktora çırpılıb, xəsarət alanlar var
20/07/2019 [22:09]:
Maşınına girən oğrunu qovmağa getdi: Üzünü görüncə qaçmağı qənimət bildi...
20/07/2019 [21:55]:
Anası tərəfindən şiddət görən uşaq evdən qaçdı - FOTO
20/07/2019 [21:43]:
Cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar - FOTO
20/07/2019 [21:39]:
Rəşad Dağlı “bıçaqladığı” həmkarı ilə - FOTO
20/07/2019 [21:26]:
2 lal-kardan cavab ala bilməyən dağıstanlı onları bıçaqladı - VİDEO
20/07/2019 [21:21]:
Britaniya tankerinin ələ keçirilməsinin kadrları yayımlandı - VİDEO
20/07/2019 [21:01]:
Yaşlı adam qadını təcavüzdən belə xilas etdi - VİDEO
20/07/2019 [20:52]:
ABŞ-da anomal istilər 6 nəfərin həyatına son qoydu
20/07/2019 [20:40]:
Məşhur aktyor səhnədə bıçaqlandı - VİDEO
20/07/2019 [20:35]:
Əfqanıstanda 14 "taliban"çı öldürüldü
20/07/2019 [20:29]:
92 il sonra Qafqaz dağlarında ilk zubrlar göründü: Onlara İsmayıllıda baxa bilərsiniz - FOTO
20/07/2019 [20:15]:
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə 2 273 nəfərin elektron ərizəsi təsdiqləndi
20/07/2019 [20:05]:
Brilliant Rozanı təkrarladı - VİDEO
20/07/2019 [20:00]:
Parisin ən böyük ticarət mərkəzinə basqın
20/07/2019 [19:58]:
Ərdoğandan dünyaya mesaj: "45 il öncə etdiyimizi bu gün də edərəm"
20/07/2019 [19:54]:
Çində dəhşətli partlayış - 12 ölü, 13 yaralı -VİDEO
20/07/2019 [19:30]:
71 il birlikdə yaşayan cütlük eyni gündə vəfat etdi
20/07/2019 [19:09]:
“Oğlumun mənə baxışlarını görəndə daha da qürurlanıram”
20/07/2019 [19:09]:
Bakıda atasının təhqirlərinə dözməyən 19 yaşlı qız bıçağa əl atdı
20/07/2019 [19:08]:
İrəvanın "ağ soyqırım" siyasəti: Aysorlara məxsus kilsələr zəbt edilir
20/07/2019 [19:05]:
“Oktar televiziyada ağlayan şəhid xanımı görən kimi deyirdi - “onu mənə gətirin”
20/07/2019 [19:05]:
Qazaxıstanda poliqonda partlayış olub, yaralananlar var
20/07/2019 [19:03]:
Zidan Poqbanın transferindən danışdı
20/07/2019 [18:53]:
"SAF Həyat Naminə" Gənclər İctimai Birliyi yeni layihə həyata keçirir
20/07/2019 [18:40]:
“Hər bir insanın orqanizmində xərçəngə çevrilə biləcək hüceyrələr var, ancaq..."
20/07/2019 [18:37]:
Dənizdə batdığı ehtimal edilən şəxsin axtarışları aparılır
20/07/2019 [18:36]:
Bakıda tibb mərkəzi cərimələndi
20/07/2019 [18:29]:
Bakıda “avtoşluq” edən sürücü həbs olundu - VİDEO
20/07/2019 [18:22]:
Qılıncoynadanımız dünya çempionatının 1/8 finalında - VİDEO
20/07/2019 [18:17]:
Bakı-2019-un açılış mərasiminə bilet alanların daşınması üçün marşrut xətti ayrılıb
20/07/2019 [18:15]:
Moskvanın mərkəzində 12 min nəfərin iştirakı ilə mitinq keçirilir
20/07/2019 [18:09]:
Çeçen toyuna qaz hücumu - “İnsanlar milçək kimi yerə tökülürdülər”
20/07/2019 [18:02]:
Türkiyə diplomatını öldürən terrorçu ələ keçdi - Deputatın qardaşıdır
20/07/2019 [17:42]:
Aparıcı Lalə Azərtaşın qızı ilə bağlı inanılmaz olay - FOTO
20/07/2019 [17:37]:
İranlı nazir: "Britaniya gəmisi beynəlxalq qanunlara uyğun saxlanılıb"
20/07/2019 [17:35]:
Şaman ənənələri ilə hazırlanan müsəlman qırğız qəbirləri - MARAQLI...
20/07/2019 [17:34]:
"O vaxt Elçibəy öz yerini hərəkatda olan insanlardan birinə versəydi..."
20/07/2019 [17:34]:
S-400 böhranından sonra ilk yüksək təmas: Pompeo ilə Çavuşoğlu müzakirə apardı
20/07/2019 [17:29]:
“Agentlər bir-birini söyür, xəyanətdə suçlayır – xalq qalır çaş-baş...”
20/07/2019 [17:29]:
Sahibkarla Gömrük Komitəsi arasında telefon QALMAQALI
20/07/2019 [17:24]:
Həmkəndlilərinin 8 baş qoyununu oğurlayanlar saxlanıldı
Bütün arxiv bir sırada
29/06/2018 [00:10] - Köşə - ( 2144 dəfə baxılıb)

Dəf ol da get Azərbaycandan...

Nurədiin İsmayıl

Anti türk, rus kafalı, türk birliyindən, böyük türk evi qurulmasından kürkünə birə düşən tiplərin dilindən...

Haydı, sevgili Türkiyəm, ortaq dil adına nə yapdıqsa yetər artıq. Gərəkməz bizlərə ortaq dil və mədəniyyət. Dürlü-dürlü nə ki, sözlər gətirmişdin dlimizə, yığ zənbilə, dəf ol da get Azərbaycandan. Bıkdıq sənin yavrum, can kardeşım, əfəndim, can Azərbaycan, gözünü sevəyim deyə, üstümüzə kurşun kimi yağdırdığın, könüllərə atəş saçan tatlı sözlərindən. Biz kosmopolitiz və sevməriz milli ruhiyyəli sözləri. Lütfən bu cür coşqu yaradan türkü sözlərlə yatmış ruhumuzu oyadıb tavrımızı dəyişmək cəhdində bulunmayın.

Burası daha çox “bratan”, “qaqules”, “mamuliya”, “papuliya” kimi əcnəbi sözlərin dillərdə əzbər olduğu, erməni sayağı “ara vay, vay”, “Ağabala caykovski, arvadı maskovski” mahnılarının barlarında oxunduğu məmləkət. Bura soyu türk, adı “azəri” olan qəribə bir diyar. Türkü nə varsa, keçməz buralarda, əfəndim. Türkün bozqırlardan başlayan şanlı tarixindən söz açanlara vizqır deyib ağız büzərlər. Bizi məzur tut və keçmişi proletar Bakımızın quru dilinə türkün sevgili dilini qatma.

Sizlərdən sormaq gərəkir. Ya bu nə biçim sözlərdir gətirdiniz dilimizə? Qardaş yerinə arkadaş olurmu? Yoldaş yerinə əfəndim çağırılırmı? Əfəndim, para nə, parasal nə? Yatırım deyilən nə mənə şey? Kürəsəlləşmə, bilgisayar nərədən gəldi dilimizə? Qardaşım, biz bu qədər deyincə, siz nasıl olur ki, bu qədərə, bunca deyib, durursunuz. Biz bəsdir deyərik, nədən sizlər bəsdir sözünə yetər deyib, “Azəri” qardaşlarınızı çaşdırırsınız.

Nədən, başa düşmədim, dərk etmədim kimi ikili sözlərimizi təkləyib, anlamadım deyə, ifadə ediyorsunuz? Cütləşməni ciftləşmə kimi səsləndirməyiniz qardaşlıq adına sayqısızlıq deyilmi, əfəndim? Qardaşım, sizinlə yenidən qovuşana dək biz, çılğın bir hərəkətə emosional deyərdik, nədən emosionalı döndərib, duyğusal etdiniz.? Biz bir məsələni dərindən araşdırmaya tədqiqat deyərik, nə oldu ki, bu sözü də gözümçıxdıya salıb, incələmək kimi yozdunuz. Belə qardaşlıq olmur axı.

Onu yap, şunu yap, bu cür sözlər bizi əsla ilgiləndirməz. Biz yapmarız, yapanda, dünyanın heç yerində misli görünməyən yap yaparız. Əfəndim, iqtidar sözü də sizin gətirdiyiniz söz və iyi bir söz, dilə gətirdikcə pul-para iyi gəlir. Bəs demokrasi iyi gələn müxalifət anlayışını nərədən qazıb çıxardınız? Kəndinə qayıt deyə-deyə, kəndi kəndini sən kayb etdin bu şəhərdə. Azərbaycan urbanizasion bir yer, nasıl da bizlərə kəndinə qayıt deməyi rəva görürsən.

Qardaşım, köhnə bazara təzə nırx qoymağın nə mənası. Hər yerin öz danışıq tərzi var. Sənələrlə biz stol, stul dedik, kimsə də bu cür deyilməsindən zərrə qədər olsun əndişələnmədi. Nədən, qıcıq yaradan masa-miz söhbətini ortaya salıb, vəzifəyə pərçimlənmiş məmurlarımızı narahat edirsiniz. Sizi heç başa düşmək olmur. Təyyarə əvəzinə uçaq, düşdü yerinə endi deyirsiniz, mənə tərəf gəl əvəzinə bana gəl söyləyirsiniz. Tez ol sözümüzü bəyənməyib, çapuq ol deyə səsləndirirsiniz. Hər sözümüzün bu qədər ziddinə getdiyiniz halda nasıl da qardaş oluruz?

Əfəndim, bizdə insanların ölüm itkisini, dövlət adamlarımız tələf oldu deyə dilə gətirərlər. Nədən bizimlə barışmayıb, ölməyə can kaybı deyir, öləni bu qədər can yanğısı ilə yad edirsiniz. Kafam calışmıyor deyirsiniz, olmazmı qardaşlıq xatirinə başım işləmir deyib, birlik nümayiş etdirəsiniz. Sonra da inciyirsiniz ki, Azərbaycanın millət vəkilləri türk dilinə, türk birliyinə qarşı səlib yürüşünə başlayıb.

Sayqılı bəylər, sizin bizdə şərq, qərb kimi işlənən sözlərə doğu, batı deməyiniz çox gözəl, bəs KİV yerinə basın deyib, bizi qara günə qoymağınızı necə başa düşmək olar. Biləsiniz ki, bizdə KİV basın olmamışdan bir jurnalistin də burnu qanamamışdı. Basın sözünü dilimizə gətirər-gətirməz basın mənsubları hər gün Azərbaycanda basqı altındadır. Böylə qardaşlıq olurmu, əfəndim. Sizdə bu cür işlərə kötülük demirlərmi?

Qardaşım, sizlər çətin durumda olan zamanlar dilə gətirilən “bir millət, iki dövlət” şüarına uyub da Türkiyə gələnəklərini Azərbaycan adət-ənənələrinə pərçimləməkdən vaz keçin. Gəlib burda ərəb mənşəli inkişaf sözünə qalxınma deməklə camaatımızı iqtidarın üstünə qaldırmağınız sizi zor durumda buraxacaq. Sovet dönəminin ölgün yuxusuna dalmış bir məmləkətdə türk çılğınlığı ilə uca millətim deyə, haray salmağın nə önəmi var.

Arkadaşlar, görünən budur ki, siz özünüz-özünüzə sorunlar yaratmısınız. Bu səbəbdəndir ki, Azərbaycanın Milli Məclisi Türkiyədə istehsal olunan filmlərin yalnız tərcümə edildikdən sonra (yəni türkcədən türkcəyə) efiriə buraxılması barədə qərarı müzakirəyə çıxardılar. Bunun material anlamı odur ki, paranı ödət, filmini yönəlt. Əks halda dəf ol da get Azərbaycandan, sevgili Türkiyəm.

Nurəddin İsmayıl

loading...
loading...
Susuz çalışan qabyuyan maşın istehsal olundu - MARAQLI
Yaşlı adam qadını təcavüzdən belə xilas etdi - VİDEO
Məşhur aktyor səhnədə bıçaqlandı - VİDEO
Bu da oldu: Yaxın günlərdə çilçıraqla evlənəcək...
Ölkə parlamentində qeyri-adi etiraz aksiyası: Yerə döşək sərib yatdı...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Maşınına girən oğrunu qovmağa getdi: Üzünü görüncə qaçmağı qənimət bildi...
Cəmiyyət
“Arı sancması zamanı dərhal dünyasını dəyişən şəxslərin hamısı anafilaktik şokdan ölür...”
Cəmiyyət
“Əsas məqsədimiz ədəbiyyatın təbliğidir...”
Cəmiyyət
“Tərəfdarıyam ki, enerji içkilərinin satışı 18 yaşına qədər gənclərə qadağan olunsun...”
Maraqlı
Avstraliyaya göydən 17 kiloqramlıq qızıl külçə düşdü - FOTOLAR
Həftənin ən çox oxunanları
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”- keçmiş müdafiə naziri sərt danışdı...
S-400 Türkiyə otellərini "vurdu" - Rus turistlərə10-15 faizlik endirim təklifi...
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)