Yerli müəlliflər yaxşı əsər yazmır? - Yazarlar naşirə cavab verdi
Oxunub: 2687
06 Jun 2018 | 11:41
Yerli müəlliflər yaxşı əsər yazmır? - Yazarlar naşirə cavab verdi
Şahbaz Xuduoğlunun Azərbaycanın kitab bazarı haqqındakı fikirləri yerli yazarlar tərəfindən birmənalı qarşılanmayıb. Naşirin Azərbaycanın yerli kitab bazarında material qıtlığı ilə bağlı dediyi fikirlərlə razılaşan yazarlar olsa da əksər qələm adamları bu fikri əsassız sayıblar. 

Moderator.az-a açıqlama verən yazarlar yerli kitab bazarındakı problemləri dilə gətirib.

Səlim Babullaoğlu:

Yeni və bədii keyfiyyəti yaxşı olan xarici ədəbiyyatın, mətnlərin kütləsi yeni və keyfiyyəti yaxşı olan milli ədəbiyyatın kütləsindən çoxdur, çox olmalıdır, bu aksiomadır. Çünki xarici ədəbiyyat deyəndə görün nə qədər xalqlar və nə qədər ədəbiyyatlar nəzərdə tutulur. Həm müasir, həm də klassik mətnlət. Və əgər Şahbaz bəy bunu nəzərdə tutursa, əlbəttə haqlıdır. Amma başqa məqamlar var. Bizim hər birimizin şüurunda xarici ədəbiyyata canatım var – bunu dünya mədəniyyətinə olan xiffət kimi də qiymətləndirmək olar ki, bu tərəfi ilə xeyirli bir şeydir bu canatım; və bizdə elə bir düşüncə klişesi var ki, xarici ədəbiyyat həmişə yaxşı deməkdir-məsələnin bu tərəfi isə çox pisdir. Bu oxuculara da aiddir, naşirlərə də və yəqin yazarlara da. Təbii ki, bu belə deyil. Başqa bir məsələ də var. Çap olunan xarici mətnlərin böyük hissəsinə görə naşirlər öncədən və müvafiq qonorar ödəmirlər. Bu yalnız bir nəşriyyata aid məsələ deyil, bütünlüklə hamımıza aiddir. Ona görə xarici ədəbiyyatı çap eləmək məsələsində bu məsələ də böyük rol oynayır. Amma yerli və yeni ədibə nəsə ödəmək lazımdır. Görünür, əvvəl o müəllifi və əsəri axtarmaq və tapmaq lazımdır. Bunu isə həmişə və həmişə uğurla eləmək mümkün olmur. Çox vaxt isə bu və ya digər səbəbdən ya istəmirik,ya mümkün olmur . Şahbaz bəy xeyli uğurlu işlər görmüş, təcrübəli və zövqlü naşirdir, mən ona gələcəkdəki axtarmaq və tapmaq işində uğurlar arzu edirəm. 

Image

Yeri gəlmişkən, əgər istəyirsə ,mən ona bir çağdaş müəllifi- Tapdıq Türksoyu məsləhət görə bilərəm. Tapdığın çox dəyərli bir əsəri var. Çox arzu edərdim ki, onu Şahbaz bəy çap eləsin. Məncə Şahbaz bəy o gənc yazara əsərinə görə qonorar da ödəyə bilər qabaqcadan. Əminəm ki, bunu etməklə “Qanun” ədəiyyatımıza yeni və ciddi bir imza qazandıracaq. Həm də əminəm ki, piar işi düzgün qurularsa kitab satılacaq. Mən indi kitab çap eləmirəm , eləsəydim hökmən Tapdığın mətnini özüm çap edərdim.

Salam Sarvan:
Hardasa, haqlıdır Şahbaz bəy. Düzdür, Azərbacanda çoxlu əsərlər yazılır, amma keyfiyyətlisi azdır.

Əyyub Qiyas:

Şahbaz uzun illərdir naşirdi və gənclərə ilk kitabalırını çıxarmaqda vaxtilə kömək edib. O, bazrı yaxşı bilir. Amma ayrı seçkilik etdiyi məqamlar da var.
Mən deməzdim ki, yerli bzarda meterial yoxdur, sadəcə onun bunu reklam eləməyə imkanı yoxdur. Öz gücünə ala-babat reklamı olan yazarlara yenə Şahbaz imkan yaradır, amma oxucuya satılası əsərlər az deyil, onlar yazılır.

Image

Bizdə naşirlik institutu işlənməyib və işləmir. Çünki oxucu yoxdur. Bizim kitablar Gürcüstan, Türk, Rusiya bazarında daha çox satılır, amma nisbətə görə.
Ona görə də nəşriyyatlar yazarlarn həm də piarını qurmalıdır. Oxucu ancaq reklama aldanır. Reklamın yoxdursa lap Markes kimi yaz, xeyri yoxdur

Pərviz Cəbrayıl:

Söhbət yaxşı mətndən gedirsə, Şahbaz qardaşım haqlıdı hardasa. Ancaq bütövlüktdə mətndən, yəni materialdan danışırıqsa, güman eləmirəm ki, qıtlıqdı. Həftəyə iki roman, 5-6 şeir kitabının təqdimatına dəvət alıram. Səbəb materialsızlıq deyil. Bizim yazarlar əslində qəhrəmandı. Heç bir qazanc umudu olmadan yazırlar. Sırf ədəbiyyat naminə, söz yanğısı hesabına. Əlbəttə, dünyanın tanıdığımız ən ünlü imzaları da zaman-zaman yazıb çap olunacaqları günü, məşhurlaşacaqlarını, yaxşı qazanacaqları, bu işlə sonunda bir peşəkar kimi məşğul olacaqlarını gözləyiblər. Çünki o günə ümidləri olub. Bəs bizim elə bir umudumuz varmı? Həmişə dediyimi təkrarlayıram: bizim iztirabların perspektivi yoxdu. Azərbaycan yazarı nədən stimul alıb yazsın? Yaxud yazıb nə alacaq? Heç nə. Mən bu işdə tam da nəşriyyatları qınamıram. Onlar da maddi baxımdan korluq çəkirlər. Bazarlarımızın alıcılıq qabiliyyəti yoxdu.

Image


 Dövlət heç bir proqram hazırlamır, dəstək vermir. Halbuki çox asan yolu var bunun. Ancaq nəşriyyatlar öz maddi vəziyyətlərini xarici kitabların hesabına qaydasına qoyub, yerli yazarlara imkan yarada, reklama pul ayırıb canlanma yarada bilərlər. Di gəl, kim cibinə düşməndi? Yazıçılarımız fədakarlıq edib yazdığı kimi nəşriyyatlar da etsə, yazıçıda maraq oyada, onları yenə əsərlər üçün ruhlandıra bilərlər. Deyək ki, indi mənim hazır bir romanım var. Onun ərsəyə gəlməsi mənə 6 min manata kimi pula, xeyli itkilərə başa gəlib. Ancaq çap etdirsəm, nə alacağam? Heç olmasa 1-2 min alacağammı? Yox. Elə bir nəşriyyat yoxdu ölkədə, varsa da, bizim mətnlər onlarlıq deyil. Neynəyək, pul üçün durub gic-gic şeylər yazaq? Müəllifə verilən on bəxşiş kitabla nə ailə saxlamaq olur, nə yeni roman yazmaq. Ona görə də mən bu ölkədə ədəbiyyatın inkişafı ilə bağlı zərrəcə ümid bəsləmirəm. Ədəbiyyat, sadəcə, söhbətdi də, eləyirik.

Qan Turalı:

Şahbaz bəyin kitab bazarının formalaşması yolunda xidmətləri olub. Bunu inkar etmək olmaz. Amma Azərbaycan yazıçısının kitabı məlum şəbəkədə satılmayanda onun mövqeyini də yaxşı xatırlayıram. O cür mövqedən sonra bu cür şikayətə çox əsas qalmır.

Ömər Xəyyam:

Şahbaz bəy o mənada haqlıdır, bəli, yerli bazarda material yoxdur, çünki yerli bazarın özü yoxdur. Bu yoxluğun bir ucu da elə nəşriyyatlara dəyir. Nədən ki, vaxtilə dirçələn bazar beşikdəcə boğulub. Düzdür, hazırda elə ciddi materiallar yoxdur. Yerli ədəbi mühit qəribə durğunluq halında. Ola bilər, kütləvi stimul çatışmazlığı var. Amma inanıram ki, gənclər bu ölü bazarı qaldıracaq, yerli kitab sənayesi inkişaf edəcək. 

Ömər


Yenə deyirəm, bu sahənin inkişafı üçün nəşriyyatların da belinə böyük güc düşür. Nəşriyyatar yerli müəlliflərlə işləməli, onları oxucuya təqdim etməli və yeri gəlsə, müəllifə mövzu verməli, əvvəlcədən qonarar ödəməli. Bu bir cavablıq iş deyil, əfsus.

Elşən Mehdi
Məncə,əziz Şahbaz bəy yaxşı axtarmayıb. Hazırda kifayət qədər ciddi material, ciddi gənclər var.Xarici ədəbiyyata qaçma halları keyfiyyətdən yox, bolluqdandır. Sadəcə, orda çeşid çoxdu. Həm də adamlarda qəribə bir uzağa tutunma, uzaqlıq hərisliyi var.


Image


 Biz sırf kitablardan yalnız xarici ədəbiyyatın təxminən, 10 il əvvəlini görürük. Çünki,ordan okey almış yazıçılar illər sonra burda kəşf olunur yaxud çap.Bu konteksdən deyə bilərəm ki,xarici ədəbiyyatla bizim ədəbiyyatın bu günüylə bağlı analogiya apara bilmirəm.

Rəşad Nağı Mustafa
Mən şeir kitabları haqqında danışa bilərəm. Bəli şeir kitabları satılmır. Bu qonşu Türkiyədə də belədir. Azərbaycanda hamınım tanıdığı şair Ramiz rövşəndir, onun belə kitabı satılmır. Mən düşünürəm ki, kitabın satışı şöhrətə bağlı deyil.












Dursun Tağıyeva

Oxşar xəbərlər
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 14:37
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 14:25
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 14:37
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 14:25
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO