Xəbər lenti
21/03/2019 [20:03]:
Sabahdan Bakıda bu yollar bağlanacaq
21/03/2019 [19:58]:
FHN Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət bildirdi
21/03/2019 [19:37]:
Canlı yayımda şahzadənin ayaqqabısını öpdü - VİDEO
21/03/2019 [19:33]:
Ərdoğanın telefonunda diqqət çəkən detal - FOTO
21/03/2019 [19:28]:
Kamil azadlıqda - “10 gün nədir ki?” -VİDEO
21/03/2019 [19:24]:
Emmanın “zəhərlənməsi” xəbərinə “Riviera”dan cavab
21/03/2019 [19:01]:
Kürdəmirdə minik avtomobilləri toqquşub, xəsarət alan var - FOTO
21/03/2019 [18:57]:
Gecə və gündüz bərabərliyinin qeydə alındığı gün - VİDEO
21/03/2019 [18:36]:
Norveçdə dünyanın ən böyük sualtı restoranı açıldı - FOTO
21/03/2019 [18:33]:
Səbuhi Xanlarov qocaya qarşı hörmətsizlik etdi - Sosial şəbəkələr narazıdır
21/03/2019 [18:31]:
Mingəçevirdə 16 yaşlı yeniyetmə bıçaqlandı
21/03/2019 [18:29]:
İraqda bərə qəzaya uğrayıb, azı 45 nəfər öldü
21/03/2019 [17:31]:
Çində güclü partlayış: ölənlər var - VİDEO
21/03/2019 [17:10]:
Argentina xarici işlər naziri Azərbaycana səfər etmək istəyir
21/03/2019 [17:06]:
ABŞ yenidən Türkiyəni hədələdi
21/03/2019 [16:58]:
Bakı Nəqliyyat Agentliyi: “BakuBus”ın avtobusu qəzaya uğrayıb, yanğın olmayıb
21/03/2019 [16:38]:
Hərbi hissələrdə Novruz bayramı tədbirləri keçirildi - FOTO
21/03/2019 [16:35]:
Gecəyarısı bacısının ərini başqa qadınla yataqda yaxaladı və... - Azərbaycanda şok olay
21/03/2019 [16:23]:
Qazaxıstan lideri ilk səfərini bu ölkəyə edəcək
21/03/2019 [16:19]:
Əli Həsənov: "Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək"
21/03/2019 [16:02]:
Qubad İbadoğlu: “Çevik və islahatçı hökumət komandası formalaşdırılmalıdır”
21/03/2019 [15:56]:
Britaniyada dörd məscidə hücum – FOTO
21/03/2019 [15:53]:
Çinli qumarbaz borca düşdü, azyaşlı oğlunu satdı - VİDEO
21/03/2019 [15:31]:
Krım gözəli: "Ərdoğan bura gəlsə, aşiq olacaq"
21/03/2019 [15:27]:
Bill Geyts süni intellekti nüvə silahı ilə müqayisə etdi
21/03/2019 [15:24]:
9 yaşlı uşağı 10 il zorladı və...– Cinayətin tükürpədici detallar
21/03/2019 [15:23]:
İranda zəlzələ oldu
21/03/2019 [15:05]:
Azərbaycanın çay idxalı ixracını 9 dəfəyə yaxın üstələdi
21/03/2019 [15:01]:
Azərbaycan əhalisi 2 ayda bu xidmətə 306 milyondan çox pul xərclədi
21/03/2019 [14:35]:
Çılpaq yatmanın faydası - Araşdırma...
21/03/2019 [14:15]:
Uşaq pulunun bərpası ilə bağlı yayılan xəbərlərə - Nazirlikdən reaksiya
21/03/2019 [13:42]:
ABŞ "F-35"lərin Türkiyəyə tədarükünə hazırlıqları dayandıra bilər
21/03/2019 [13:41]:
Çılpaq və afrodizyak menyulu restoran xidmətə başladı- FOTOLAR
21/03/2019 [12:59]:
“Makdonalds”da müştərinin dilinə iynə batdı – Fotolar
21/03/2019 [12:57]:
Novruz şənlikləri zamanı partlayış baş verdi - 6 ölü, 23 yaralı
21/03/2019 [12:49]:
"Sonadək göstərdilər ki, Azərbaycan vətəndaşları onlar üçün iki yerə bölünür..."
21/03/2019 [12:48]:
Milli Məclisin deputatı: “Orqanlarımı bağışlamışam”
21/03/2019 [12:41]:
“Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir...” - Rəşid doktor
21/03/2019 [12:36]:
80 milyard dollarlıq süni ada yaradacaqlar
21/03/2019 [12:36]:
Rəbiyyət Aslanovaya ağır itki üz verdi...
21/03/2019 [12:31]:
“İdai” qasırğası qurbanlarının sayı 217 nəfərə çatdı
21/03/2019 [12:30]:
Bakıda ilk dəfə „Birinci Qlobal Mühəndislik Simpoziumu“ keçirilib - FOTOLAR
21/03/2019 [12:28]:
Ukrayna Rusiya Dövlət Dumasının sədrinə sanksiya tətbiq etdi
21/03/2019 [12:22]:
Los-Ancelesdə UFO həyəcanı – VİDEO
21/03/2019 [12:02]:
“Səhhətim babatdı, imkan olsa, bir neçə filmə də çəkiləcəm...” - Xalq artisti...
21/03/2019 [12:00]:
Ekspert: "Nazarbayevin prezidentlikdən gedişi gözlənilən idi"
21/03/2019 [11:51]:
"Nazarbayev Qazaxıstan reallığı və qazaxların gələcəyi üçün ən məqbul variantı seçdi"
21/03/2019 [11:44]:
“Biz atıcı silahlardan istifadə etməyi bacarmalıyıq...” - Xocalıda yaşayan erməni qız... 
21/03/2019 [11:32]:
“Cocuq Mərcanlıda keçirilən bayram şənliyi düşmənə bir mesaj idi ki, gəlirik, yır-yığışınızı edin...”
21/03/2019 [11:24]:
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik etdi
21/03/2019 [11:22]:
Ermənilər atəşkəs rejimini 30 dəfə pozdu
21/03/2019 [11:20]:
Əfqanıstanda Novruz şənlikləri zamanı partlayış baş verib, ölənlər var
21/03/2019 [11:17]:
ABŞ Suriyada 400 hərbçi saxlayacaq
21/03/2019 [11:00]:
"Səhər yuxudan oyanıram ki, şişib hər yerim, amma onu yeməmək, yaşamamaq deməkdir"
21/03/2019 [10:59]:
Mey "Brexit"in vaxtının dəyişdirildiyini təsdiq edib
21/03/2019 [10:59]:
"Kim istəyir məhkəməyə versin, onun da adını açıqlayacam, bir az düşsün aşağı"
21/03/2019 [10:57]:
Elçin Quliyev iranlı həmkarı ilə birgə Novruz bayramını sərhəddə qeyd edib
21/03/2019 [10:53]:
Yeni Zelandiyada yarımavtomatik və hücum tüfəngləri qadağan olunub
21/03/2019 [10:53]:
Novruzda qapılara atılan papağı qeyrət rəmzi sayanlara: “Belə çıxır ki, biz hamımız biqeyrətik?”
21/03/2019 [10:51]:
Əkrəm Həsənov: “Məsuliyyətli kreditləşdirmə qaydaları”nın məcburi olmaması problem yarada bilər"
21/03/2019 [10:42]:
Çin üzən AES-in tikintisinə başlayır
21/03/2019 [10:40]:
Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı
21/03/2019 [10:39]:
Nazir: "İşğala son qoyulsa, Azərbaycan daha fəal töhfə verə biləcək"
21/03/2019 [10:30]:
Bakının mərkəzində avtobus yandı
21/03/2019 [09:08]:
Cümə günü Yeni Zelandiyada bütün dinlərdən olan xanımlar küçələrə hicabla çıxacaq...-İbrətamiz
21/03/2019 [08:10]:
“Onunla addan başqa hansı oxşar cəhətləriniz var?..” – ƏLİ(ə) ADINI daşıyanlara sual... 
20/03/2019 [23:24]:
Xüsusi Yay Olimpiya oyunları başa çatdı: Azərbaycan idmançıları 25 medal qazandı...
20/03/2019 [22:58]:
Qazaxlar etiraz edirlər - Astananın adı dəyişdirilməsin
20/03/2019 [22:05]:
ABŞ-ın “erməni soyqırımı”nı tanımayan bircə ştatı qaldı- Türkiyəyə növbəti xain zərbə...
20/03/2019 [21:54]:
"Real"ın baş məşqçisi "Beşiktaş"a rəhbərlik edəcək - Prezident açıqladı
20/03/2019 [21:52]:
Keçmiş müdafiə naziri özünə yeni iş tapdı
20/03/2019 [20:49]:
“Azərbaycan Milli Mətbəxi” həftəsi çərçivəsində tədbir keçirildi
20/03/2019 [20:48]:
Təyyarə qasırğa zamanı “asfaltda batdı” - VİDEO
20/03/2019 [20:42]:
Xaçmazda iki maşın toqquşub, ata və iki uşağı xəsarət alıb
20/03/2019 [20:29]:
ABŞ səfirinin ölkədən qovulması tələb edildi: "Bizim də səbrimizin hüdudları var”
20/03/2019 [20:27]:
“Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu” mövzusunda müzakirələr aparılıb
20/03/2019 [20:25]:
"Hər kəsi bu kampaniyaya qoşulmağa çağırıram" - "DOST Xonçası" +FOTO
20/03/2019 [19:55]:
Qar uçqunu olub, Quba-Xınalıq yolu bağlanıb
20/03/2019 [19:33]:
Kredit faizlərinə limit qoyulacaq
20/03/2019 [19:29]:
Tehranda əsgər və polislərə qumbara atılıb, yaralılar var
Bütün arxiv bir sırada
29/05/2018 [19:24] - Cəmiyyət - ( 2025 dəfə baxılıb)

Cümhuriyyətçi jurnalistlərin varisləri “Şərq”çi oldular – Redaksiyada özəl bir gün



Bu gün redaksiyamızın özəl günü idi. Heç vaxt unudulmayacaq, yaddaşımızda silinməz xoş iz buraxıb əbədiyyən qalacaq bir gündü.

 

Bunu sadəcə, qəlbimizin istəyi, ürəyimizin səsi ilə qərara almışdıq. Nə edə bilərdik, bizə istiqlal bəxş edən, dövlət quran, hürriyyəti tanıdan, bu gün fəxrlə «imzamız var, imzalar içində» deməyimizə vəsilə olmuş düha sahiblərinin əziz xatirəsi üçün? Fərqli bir mənzərə düşündük; Cümhuriyyətimizin təşəkkül tapmasında müəzzəm əmək sərf etmiş, beyni, düşüncəsi, məfkurəsi, qələmi, fitri istedadı, sinələrində daşıdıqları böyük ürək, millət, Vətən sevdası ilə yoxdan bir cümhuriyyət qurub nəsillərə hədiyyə edən Millət oğullarının bu gün həyatda olan, yaşayan və ulu babalarının nəslini davam etdirən varislərlə Cümhuriyyət bayramını birgə qeyd etməyi qərara aldıq.

 

Onların çoxu ilə artıq tanış idik. Baş redaktorumuz Akif Aşırlı hələ ötən ilin yayında redaksiyada Milli Mətbuat Tarixi muzeyinin bünövrəsini qoyanda, milli mətbuatımızın beşiyi başında dayanan, onun inkişafında əvəzsiz xidmətlər göstərmiş şəxsiyyətlərin varislərini də açılışa dəvət etmişdi. Cümhuriyyətimizin 100 yaşını qeyd etdiyimiz bu günlərdə cümhuriyyət qurucularının varisləri ilə bir sırada dayanmaqdan, bayram sevincini onlarla paylaşmaqdan müqəddəs nə ola bilər ki?!.

Qonaqlarımız vəd edilən vaxtda gəldilər. Ömər Faiq Nemanzadənin nəvəsi Fuad Pepinov, Yusif Vəzir Çəmənzəminlinin nəvəsi Leyla Vəzirova, Ünsizadə qardaşları nəslinin davamçısı Zaur Ünsizadə, Xəlil İbrahimin qızları – Solmaz və Güllər xanımlar və adı Azərbaycana bərabər Əhməd Cavadın nəvəsi Anar Axundzadə. Və 20-ci əsrin sonlarında milli-azadlıq hərəkatının öncüllərindən biri – xalq şairi, yazıçı, publisist, müasir Azərbaycan gəncliyinin Vətəni sevməyi onun «Ömür yolu»ndan öyrəndiyi Sabir Rüstəmxanlı. Belə insanlarla eyni bir ortamda, bir massa arxasında Cümhuriyyət bayramını qeyd etməyin xüsusi dəyəri var. Məclisimiz Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı. Möhtəşəm himnimizi hamımız ayaqda dinlədik. Qəlbimiz bir daha fərəh hissi ilə doldu.

 

«Şərq» qezətinin baş redaktoru Akif Aşırlı tədbirin özəlliyindən danışdı:

 

- Bu gün xüsusilə əlamətdar bir bayramı qeyd edirik. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı bilirsiz ki, artıq xeyli müddətdir tədbirlər keçirilir. «Şərq» qəzeti 2018-ci ilin əvvəlindən – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2018-ci il Cümhuriyyət İli elan olunduqdan sonra silsilə tədbirlərə start verdi. Qərara aldıq ki, «Cümhuriyyətçi jurnalistlər» layihəsini həyata keçirək.Çünki cümhuriyyətin yaranmasında iştirak etmiş şəxsiyyətlərin çoxu, eyni zamanda qələm əhli, mühərrir, jurnalist, publisist olublar. Cümhuriyyət Əli bəy Hüseynzadənin türkçülük, Məhəmməd Əmin Rəsulzadənin dövlətçilik ideyalarından, Əhməd bəy Ağaoğlunun döyüşkənliyindən, mübarizliyindən, Əhməd Cavadın istiqlal tərənnümündən, Ömər Faiq Nemanzadənin milli məfkurə düşüncələrindən, Yusif Vəzir Çəmənzəminlinin milli sevdasından… doğub. Cümhuriyyət öncə fikirdə, düşüncədə, kağız üzərində yazılaraq «yaranıb», sonra da bu millətin fədailəri həmin ideyaları misilsiz bir mübarizliklə həyata keçirib və xalqımıza dövlət bəxş ediblər. Layihə çərçivəsində biz «Şərq»çilər Fəxri Xiyabanı ziyarət etdik, cümhuriyyətin yaranmasında iştirak etmiş, gənc dövlətdə mühüm vəzifələrdə təmsil olunmuş və təssüf ki, Vətəndə çox az sayda məzarları olan şəxsiyyətlərin xatirəsini andıq, Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı baba yurduna getdik, Üzeyir bəyin ev-muzeyində olduq, cümhuriyyətin ilk müdafiə nazirinin müavini, general Şıxlinskinin, sonuncu nazir Nurməhəmməd Şahsuvarovun məzarlarını ziyarət etdik. Bu gün də cümhuriyyət qurucularının həyatda olan, yaşayan varisləri ilə əziz bayramımızı qeyd edirik.

 

A.Aşırlı sözü Sabir Rüstəmxanlıya verdi.

 

S.Rüstəmxanlı belə bir tədbirə dəvət edildiyi üçün Akif Aşırlıya təşəkkür etdi:

 

- Bu gözəl görüşü təşkil etdiyinizə görə sizə təşəkkür edirəm. Burada Azərbaycan tarixində silinməz adı qalacaq şəxslərin nəslinin davamçılarını görmək məni çox sevindirdi. Mən burada 19-cu əsrin sonlarında Azərbaycan mətbuatı üçün çox böyük işlər görmüş Ünsizadə qardaşları nəslinin davamçısını görürəm, Azərbaycan mətbuatı, mədəniyyəti və siyasi mübarizə məktəbində simlinməz iz qoymuş Pepinov soyadının təmsilçisini görürəm. Əziz dostum Yılmaz Axundzadənin oğlunu görürəm. Eləcə də Yusif Vəzirin nəvəsi Leyla xanım, Xəlil İbrahimin yadigarları… sizin hamınızı bir yerdə görmək, sizinlə bayram sevincini paylaşmaq mənim üçün çox xoşdur. Bu, sizin bayramınızdı. Son 200 ildə Azərbaycan xalqının başına nə qədər müsibətlər gətirilib. Bəlkə də dünyada ikinci belə bir xalq tapmaq çətindir ki, əsrlər boyunca zülmə məruz qalsın. Azərbaycan bölünüb, parçalanıb, 1905-ci ildə erməni-müsəlman davası qızışdırılıb, 1918-də soyqırıma məruz qalıb, qurduğu müstəqil dövlət boğulub, təkrar işğalağ məruz qalıb, bir ildə 48 min ziyalısı güllələnib, 3 generalı doğranıb. 1937-ci il repressiyaları, adımız dəyişib, əlifbamız dəfələrlə dəyişib, başqa dövlətin əsarətində olmuşuq, 20-ci əsrin sonlarında yenə də azadlıq mübarizəsinə qalxıb, yenə də qırğınlar, soyqırımlar yazılıb taleyinə. Amma bu xalqın, millətin milli məfkurəsi, istiqlal mübarizəsi bitməyib. Milli düşüncədən danışanda adətən «Molla Nəsrəddin»i misal çəkirik, Ömər Faiq Nemanzadə isə kölgədə qalır. Halbuki Nemanzadə publisistikası Mirzə Cəlil publisistikasından heç də geri qalmır, hətta yüksəkdədir. Mən Nemanzadənin bir məqaləisndən misal çəkəcəm; yazır ki, «mən bilmirəm, bizim qadınlarımız niyə öz ana dilindən iyrənir? Balalarıyla yad dildə danışırlar…» Mən tədbirlərin birində rus dilində danışn uşaqdaq soruşdum ki, niyə Azərbaycan dilində danışmırsan, cavab verdi ki, Azərbaycan dilindən xoşu gəlmir. «Südünə lənət» deməkdən başqa çarəm qalmadı. Cümhuriyyətin yaranmasında iştirak etmiş şəxsiyyətlərin hamısı böyük fədakarlıqla milli düşüncə, milli məfkurə davası aparıblar.Bu adamlar gecə-gündüz yorulmaq bilmədən çalışıblar. Əhməd bəy Ağağoğlu deyirmiş ki, yazdıqlarımı ard-arda düzsələr, Bakıdan İstanbula ağ yol yaranar. O yazılardakı cəsarət, Vətən sevgisi, dünya miqyasında düşünmək bacarığı insanı valeh edir. Nə qədər ki, onların davamçıları var, Cümhuriyyət qurucularının ruhu həmişə şad olacaq.

 

Akif Aşırlı təklif etdi ki, Cümhuriyyət tortu kəsilsin, şirin söhbət şirniyyat və çayla davam etsin. Belə də etdik. Cümhuriyyət tortunun kəsilməsini isə Xəlil İbrahimin qızları Solmaz vıə Güllər xanıma hzəvalə etdik. Cümhuriyyətçilərin varisləri də onların ətrafına toplaşdı.

 

A.Aşırlı Xəlil İbrahimin yad etdi. Bu görkəmli şəxsiyyətin rus dilində nəşr olunan «Azərbaycan» qəzetinin baş redaktoru olmasından, Üzeyir bəy xəstələnəndə onu əvəz etməsindən danışdı və sözü Azərbaycan istiqlalını «Azərbaycan» səhifələrində əbədiləşdirən Xəlil İbrahim yadigarlarına verdi.

Solmaz xanım atası haqqında xatirələrini danışdı. «Hüseyn Cavid həftənin 2-3 günü bizdə olardı. Hüseyn Cavid və Əhməd Cavad atamın ən yaxın dostları idi. Atamın həbsi yadımdadır. 5-ci sinifdə oxuyurdum. Səhər dərsə getmişdim. Tarix fənnindən dərsi danışdım. Müəllim mənə «4» yazanda etiraz etdim ki, niyə mənə «4» yazırsınız? Dedi ki, «xalq düşməni»nin qızına «5» olmaz. Qardaşım Elxan universitetdə təhsil alırdı, Mübariz Əlizadə ona demişdi ki, atanın çirkin işlərini davam etdirmək üçün burdasan?!. O zamanlar Azərbaycanın ən ağır zamanları olub. O əziyyətlər ki, biz çəkmişik, Hüseyn Cavidin ailəsi, Əhməd Cavadın ailəsi çəkib, onları Azərbaycan xalqı bilməlidir.

Güllər xanım da söz aldı. Lakin Xəlil İbrahim həbs edilərkən yaşı çox kiçik olduğundan atasını çox az xatırladığını dedi. Baş redaktorumuz Akif Aşırlıya Xəlil İbrahimin irsini tədqiq edib, araşdırdığı üçün təşəkkür etdi.

 

Akif Aşırlı : «Əlimizdən yazmaq gəlir. Çalışırıq, cümhuriyyət qurucularına diqqət əhatəli olsun, bacardığımız qədər tariximizi gələcək nəsillərə çatdırmaq istəyirik».

Güllər xanım dedi: «Maraqlıdır ki, çoxları indiyədək Xəlil İbrahimi teatr tənqidçisi kimi təqdims edib. Onun siyasi-ictimai fəaliyyəti və fikirləri tədqiq olunmayıb».

 

Y.V.Çəməenzəminlinin nəvəsi Leyla Vəzirova dəyərli qonaqlarla birgə olduğundan məmnuniyyət duyduğunu bildirdi. Babasının müstəqil dövlətimizin ilk səfiri olmasından qürur duyduğunu ifadə etdi: 

 

«Yusif Vəzir Çəmənzəminli Azərbaycan ədəbiyyatında silinməz iz qoymuş şəxsiyyətdir. Lakin o həmçinin böyük ictimai-siyasi xadimdir. Atam, əmim babamın məqalələrini toplayırdılar. Böyük bir varidat idi bu. Lakin biz qərara gəldik ki, bu məqalələri ictimaiyyətə təqdim etməliyik. Onlar hamı üçün əlçatan olmalıdır. Odur ki, məqalələr toplusunu Əlyazmalar İnstitutuna təhvil verdik. Çünki bu məqalələr tək bizə, bizim nəslə deyil, xalqa, dövlətə mənsubdur. Düşünürəm ki, babam da bu qərarımızdan razı qalardı». 

 

Akif Aşırlı əlavə etdi ki, Çəmənzəminlinin Atatürkə məktubları var və onlar araşdırılmalı, tədqiq edilməlidir.

 

Ömər Faiq Nemanzadənin nəvəsi Fuad Pepinov rus dilində danışacağına görə, çox nəzakətlə hamıdan üzr istədi. 

 

Xatırladaq ki, Fuad Pepinov hazırda Moskvada yaşayır. Cümhuriyyət bayramı münasibətilə Bakıya gəlib. Fuad müəllim babasının Cəlil Məmmədquluzadə ilə dostluğundan, aralarındakı böyüyk etibar və sədaqətdən danışdı. Dedi ki, Mirzə Cəlil Ömər Faiqin dizləri üstə can verib və son nəfəsində «Sən deyən oldu» deyib. Mirzə Cəlil bolşevik hökumətinin çirkin siyasətini nəzərdə tuturmuş. «Böyük ziyalıların hamısı milli dəyərləri təbliğ edib. Onların hamısı yazdıqları məqalələrində bu fikirlərini aydın əks etdirirdilər. İsmayıl bəy Qaspıralı yazırdı ki, Rusiya imperiyası türk xalqlarının sərhədlərinə çatmayanadək dayanmayacaq. Belə də oldu. Təkcə Türkiyəni işğal edə bilmədilər. İşğal altında olan ölkələrdə vətəndaşlıq hissi yarana bilməz. Vətəndaşlıq hissi başqadır, milli şüur, mənlik başqa. Türkiyədə vətəndlaşlıq kultu var. Bizdə isə bu, cümhuriyyət vaxtı olub, bir də indi müstəqilliyimiz bərpa olunduqdan sonra.

 

Əhməd Cavadın nəvəsi Anar Axundzadə (Yılmaz Axunzadənin oğlu) belə bir görüşə dəvət edildiyi üçün təşəkkür etdi. 

 

«Babamı şəkillərdən, şerlərindən və nənəmin danışdıqlarından tanıyıram» dedi. Xəlil İbrahimin qızları Solmaz və Güllər xanım isə Şükriyyə xanımı yad etdilər. Onun çox şən, həyatda müsibətlər görməsinə, sürgün həyatı yaşamasına baxmayaraq hər zaman xoş günləri xatırladığını yada saldılar. Solmaz xanım Anardan gözünü ayıra bilmirdi. Yanında əyləşmiş bacısına «necə də Əhməd Cavada oxşayır…» dedi. Sonra da xatirələrin işığında Şükriyyə xanımı, Əhməd Cavadın övladları yada saldı. Əhməd Cavadın oğlu Tukayın xəstələnməyini, Xəlil İbrahimin həyat yoldaşı - anası Gülüstan xanımın ona qulluq etməsini xatırladı.

 

Ünsizadələr nəslinin davamçısı Zaur Ünsizadə görkəmli nəslin nümayəndələri haqqında araşdırma aparmağından, Səid Ünsizadənin İstanbulda Fateh camesinin məzarlığında məzarını tapmasından danışdı. «Əkinçi»dən sonra ana dilli mətbu orqan «Ziyayi Qafqaziyyə», «Kəşkül» olub. Səid Ünsizadə Şamaxı qazisi, sonra Zaqafqaziya qazisi olub, Qurani-Kərimə ilk təfsir yazanlardandı. 1879-da «Ziya» qəzetinit nəşr edib, o qapandıqdan sonra «Kəşkül»ü nəşr edib. Azərbaycan kəlməsi ilk dəfə «Kəşkül»də işlənib. Nəsil o qədər əztiyyətlər çəkib ki, hətta anam razı deyildi, mənim araşdırma aparmağıma. Nənəm də çox şeyi danışmırdı, qorxurdu. Ancaq mən nəslimizin mizinə düşdüm, axğardım, tapdım. İndi kimsə Fateh camesi məzarlığına gedib 130-cu məzarı soruşsa, «kimsəsiz məzar»dı deyəcəklər. Halbuki, Ünsizadə nəsli mövcuddur, nəsil davam edir».

 

«Şərq» qəzetinin cümhuriyyətçilərin varislərinə hədiyyəsi də vardı. Akif Aşırlı varislərə «Şərq»in fəxri yazarı vəsiqələrini təqdim etdi, «Şərq»in qapısı hər birinizə, cümhuriyyət qurucularının həyatda olan, yaşayan hər dəyərli varisinə daim açıqdır, dedi. 

 

Varislərlə xatirə şəkli çəkildi. Cümhuriyyətimizin 100 illiyini bu dövləti ürəyinin yağısı ilə quranların övladları ilə birgə qeyd etməkdən hədsiz qürur hissi keçirdik. Sağ olun, var olun. Babalarının – atalarının layiqli övladları. Nə yaxşı ki, varsınız, yaşayırsınız!..

 

Sherg.az

Məlahət Rzayeva        

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Çılpaq yatmanın faydası - Araşdırma...
Xüsusi Yay Olimpiya oyunları başa çatdı: Azərbaycan idmançıları 25 medal qazandı...
Qorxunc araşdırma: Gündə 2 dəfə içsəniz...
Depressiyaya yaxalanan məşhur ulduza həyat yoldaşı dəstək oldu - FOTOLAR
7 kiloqramlıq uşaq dünyaya gətirdi: " Özümü traktor vurmuş kimi hiss edirəm"
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Cocuq Mərcanlıda keçirilən bayram şənliyi düşmənə bir mesaj idi ki, gəlirik, yır-yığışınızı edin...”
Şou-biznes
"Kim istəyir məhkəməyə versin, onun da adını açıqlayacam, bir az düşsün aşağı"
Cəmiyyət
"Azərbaycan Dəmir Yolları" QSC sərnişinləri Novruz bayramı münasibətilə təbrik edib
Dünya
Dünyanın ən bahalı şəhərlərinin adları məlum oldu - Siyahı...
Cəmiyyət
Şıxəli Qurbanovun müəmmalı ölümü: Onu Novruz bayramına görə izləyirdilər
Həftənin ən çox oxunanları
Putinə "ilişən" 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər...
Baş məhbus azad olunmadı, O əfv gözləmir və heç kimi əfv etmir...
Deputatlar “eşşək” ləqəbli sədrlərini hər dəfə belə qarşılayır...-FOTO+VİDEO
"Təkcə bizə məxsus ticarət obyektlərində qışda 47, yayda 60 min azərbaycanlı çalışır"
Mürəkkəbi qurumamış əfv sərəncamına görə Prezidentə məhbus atasından minnətdarlıq məktubu
“Gözləyirdim ki, həmin raketləri atacaqlar...” – Zakir Həsənov erməniləri təəccübləndirdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."
Cavid Qurbanova qarşı növbəti təxribat: Onlar qanun, yoxsa Allah qarşısında cavab verəcək?
“İşıq və qaz limiti yaradıb əhalinin bu dərəcədə narazı salmaq düzgün deyil”
“Aprel döyüşlərini Rusiya Qarabağda qoşunlarını yerləşdirmək məqsədi ilə başladıb…”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə