Ərinin dostu tərəfindən aldadılan, həbsxanada uşaq dünyaya gətirən və nəhayət, əfv edilən qadının HƏYAT DRAMI
Oxunub: 21554
25 May 2018 | 22:55
Ərinin dostu tərəfindən aldadılan, həbsxanada uşaq dünyaya gətirən və nəhayət, əfv edilən qadının  HƏYAT DRAMI
6 aylıq Ayan anasının qucağında ağlayır. Anası uşağı havaya qaldırıb, sakitləşməsi üçün atıb-tutur: “Həbsxanadan çıxandan belədir. Elə hey ağlayır...”. 

Sonra üzünü körpəyə tərəf çevirir: “Ağlama, qızım, ağlamalı günlərimiz geridə qaldı. Daha gül. Gül baxım, gül...”.

Dilbilməz körpə sanki anasının dediklərini anlayır və gülməyə başlayır. Körpə güldükcə anası daha da həvəslə uşağı atıb-tutur.

Ayanın anası Gündüz Babayeva dünən Prezident İlham Əliyevin əfv etdiyi 634 məhkumdan biridir. Daha bu sabah ana-bala 4 divarlar arasından azad olunub.

G. Babayeva 1986-ci ildə Astarada dünyaya gəlib. Məktəbi ancaq 6-ci sinfə qədər oxuyub. Evin böyük uşağı olduğundan ailənin bütün yükü onun balaca çiyinlərininə düşüb. Gündüz məktəbi atıb, özündən kiçik bacı-qardaşlarına baxıb. 18 yaşı olanda Gündüzü xalası oğlu Raminə ərə veriblər.

Bundan sonrasını Gündüzün dilindən dinləyirik.

-Ramin evə baxmırdı. Bütün günü orada-burada avaraçılıq edirdi, evə pul gətirmirdi. Uşaqlar yemək istəyirdi (köks ötürür). Fəhləlik edirdim. Qazancım da qəpik-quruş...

Gündüz səhərdən axşama qədər onun -bunun qapısında fəhləlik edəndə evdə onu 4 uşaq gözləyirdi: Rəhman, Əli, Təvəkkül və Amin. Uşaqlardan ən böyüyünün 12, ən kiçiyinin isə 5 yaşı vardı. Qazandığı isə uşaqların boğazına yetmirdi. Daim uşaqların nələrisə əskik olurdu. Belə bir vaxtda Gündüzə ərinin dostu tərəfindən “maraqlı” təklif gəlir:

- Raminlə dostu bizdə - həyətdə oturmuşdular. Uşaqları anamgilə qoymuşdum. Hazırlaşırdım ki, uşaqların dalınca gedim, Raminin dostu mənə dedi, Gündüz, al bu 20 manatı, filan yerdə qarşına adam çıxacaq, ona verərsən. O da sənə bir şey verəcək, onu da mənə gətirərsən. Həmin adamla görüşdüm, pulu verdim, paketi alıb gələndə yolda polis məni tutdu.


-Heç şübhələnmədiniz ki, paketdə nəsə ola bilər?

-Bildim...Amma nə biləydim ki, məni tuta bilərlər. Mənə demişdi ki, kənddə mənə vermirlər (L.M. -narkotiki nəzərdə tutur), sən götürsən, səndən heç kim şübhələnməz. O da... yolda tutdular məni. İndi həmin adam ölüb. 

-Necə?

-Mənim kimi çox adamı ilişdirib, biri də vurub öldürüb.

Beləliklə, 2017-ci ilin aprel ayında 4 uşaq anası 31 yaşlı qadın həbs olunur. G. Babayeva Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə) maddəsi ilə 3 il azadlıqdan məhrum edilir. Həbs olunarkən, o, 5-ci övladına hamilə imiş. 

-Bir ay 10 günlük hamilə idim.

-Hamilə olduğunuzu həbsxanda öyrəndiniz, ya əvvəldən bilirdiniz?

-Bilirdim (susur). İlk dəfə idi uşaqlarımdan ayrı qalırdım. Həyat yoldaşımın qurbanı oldum. Paketi götürməyə o məni vadar elədi. Bir il 2 ay içəridə yatdım, bir dəfə olsun yanıma gəlmədi. Ümumiyyətlə, anamdan başqa kimsə məni itirib-axtarmadı. 

-Bacı-qardaşlarınız da?

-Bacım xəstədir. Qan xərçəngidir. Qardaşlarım da qara gün adamlarıdır. Öz uşaqlarını güclə dolandırırlar. Həm də qardaşlarım o hərəkətimə görə məndən çox incidilər. Dedilər, niyə kiminsə sözüylə belə iş tutmusan? Küsdülər məndən.


-Bəs övladlarınız?

- Balacaları anam bir dəfə yanıma gətirmişdi. Böyükləri qoymadım gətirsin. İstəmirdim həbsxananı görsünlər. Böyük uşaqdılar, beyinlərində qalmasın. 

-Amma həbsxanada olduğunu bilirdilər?

-Hə. Polis məni uşaqlarımın yanında tutmuşdu. Əslində istəməzdim ki, həbsdə olduğumu bilələr. Anam məhkəməyə də gətirmişdi ki, bəlkə hakimin ürəyi yumşalar, buraxalar məni. Sonra yoldaşım dedi, mənim ucbatımdan olub. Dost mənimdir. Gündüzü buraxın, məni tutun. Yenə də məni buraxmadılar. Ürəyimə daş basıb dözürdüm. Hər dəfə telefonla danışanda soruşurdular, mama, haçan gələcəksən? Cavab verə bilmirdim. 

Gündüz həbsxanadakı şəraitdən razılıq edir. Deyir, yaxşı yemək verirdilər. Lakin...

-Lakin dörd divar arası çox pis, çətindir. Heç kimi arzulamaram. Bir daha həyatımda belə səhv etmərəm. Hələ də peşmançılığımı ata bilmirəm. Çox böyük səhv etmişəm. Qadının yeri ora deyil. Hələ hamilə qadının heç yeri deyil. Dəhşətdir... Ayan həbsxanada dünyaya gəldi. Yaxşı ki, o vardı. Başımı onunla qatırdım.

İndi keçək Ayana. Bu adı ona anası verib. Ayan gözünü açıb həbsxanada divarlarını görüb. Həbsxana uşaq üçün necə doğmalaşıbsa, çıxandan bəri kürlük edir. Bəlkə də səbəb başqadır, amma Gündüz uşağın narahatlığına belə izah verir.  Ayandan başqa anası ilə birgə həbsxana həyatı yaşayan daha 2 körpə də varmış.

-Onlar da əfv ərizəsi yazmışdılar. Onların maddəsi əfvə düşmədi. Dünən xeyli ağladılar...

Əli ilə Amin anasının yanındadır. Rəhmanla Təvəkkül isə kənddədir. Yaşlı anası uşaqların dördünə də baxa bilməyib, ikisini saxlamağa uşaqların xalasına verib. Analarının azad olduğundan hələ xəbərsizdirlər, Gündüz sürpriz etmək istəyir.

6 ay əvvəl dünyaya gəlsə də, Əli ilə Amin Ayanı ilk dəfə bu gün görüb. Hətta Amin o qədər sevincəkdir ki, gedib-gəlir bacısını sığallayır, ayağını qucaqlayıb dabanın öpür. Əli isə çox utancaqdır. Yaxınlaşmır. 

-Düzü, əfv ərizəsi yazsam da, inanmırdım ki, belə tezliklə çıxaram. Dünən mənə əfv olunduğum deyiləndə şoka düşdüm. Bilmirdim hara qaçım?! Allah Prezidentimiz İlham Əliyevdən, xanımı Mehriban xanımdan razı olsun. Məni balalarıma qovuşdurdu. Gecə səhərə kimi yatmamışam. Səhərin açılmasını gözləmişəm. Həyatımın ən uzun gecəsini yaşadım. Vaxt getmirdi. Əslində həbsdən çıxan kimi rayona gedəcəkdim, maşın olmadı. Olsun, bir gün də dözərəm. Yəqin həyəcandan bu gecə də yatmaram. Sabah nəhayət balalarımı görəcəyəm.


-Həyat yoldaşınızla münasibətiniz necədir?

-Belə də... Anam bir az acığa düşüb, deyir, həbsdə olanda bir dəfə sənə baş çəkmədi, ayrıl ondan. Amma yoldaşım ayrılmaq istəmir.

-Bəs siz nə istəyirsiniz?

-İstəyirəm ailəmi başıma yığım. Bir yerdə olaq. Həbsə düşəndən uşaqlar məktəbə getmir. Uşaqların təhsili ilə məşğul olmaq istəyirəm.

Sonra Ayanı göstərir: “Buna həbsxanada gül kimi baxmışam”. Sonra Əlinin çirkli əlini və arası torpaqla dolu uzun dırnaqlarını işarə edərək: “Mən yanlarında olsaydım, oğlumun dırnaqları belə olardı? Allah heç bir uşağı anasız eləməsin. Anam sağ olsun, pis-yaxşı baxıb”.

Sabah Gündüz düz bir il 2 aydan sonra evinə qayıdır. Soyumuş ocağını yenidən yandırmağa. Deyir, iş tapıb işləyəcək, uşaqlarını kimsəyə möhtac qoymayacaq. Lakin gücünü toplayana qədər Gündüzün hər birimizin maddi və mənəvi köməyinə ehtiyacı var. Ona yardım etmək istəyən varsa, “Yeni Müsavat” qəzetinin redaksiyası ilə əlaqə saxlaya bilər.(musavat.com)
Oxşar xəbərlər
19:00, Bu gün
Xidmət rəisi: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb
18:56, Bu gün
Niyə hər gün darçın istehlak edilməlidir?
18:52, Bu gün
Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR
18:48, Bu gün
Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”
18:42, Bu gün
Aktrisa illər sonra etiraf etdi: "Yoxsa saçsız qalacaqdım" - FOTO
18:24, Bu gün
Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
18:21, Bu gün
Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-ə yaxın artıb
18:11, Bu gün
Xatirə İslam: "Mənə belə suallar verməyin!" - VİDEO
18:07, Bu gün
11 milyard dollarlıq “El-Klassiko”
18:05, Bu gün
Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
17:58, Bu gün
Xərçəngdən qorunmağın SADƏ YOLU
17:56, Bu gün
"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17:54, Bu gün
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
17:35, Bu gün
Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
GÜNLÜK
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib