Bakıya tələbə kimi gəlib, prorektor və ittifaq sədri kimi qayıdan tatar musiqiçi – ARAŞDIRMA
Oxunub: 4153
20 May 2018 | 18:20
Bakıya tələbə kimi gəlib, prorektor və ittifaq sədri kimi qayıdan tatar musiqiçi –  ARAŞDIRMA
Onun adı və soyadı qaynaqlarda Asan Refatov, Həsən Rüfətov və Qasan Rıfatov kimi yazılır. Ad və soyadın fərqli yazılışı Rus, Azərbaycan və Krım türkcələrinin orfoqrafiyasından doğur. Türkiyədə, Azərbaycanda, İranda, İraqda yaşayan Türklər “h” səsindən geniş istifadə etdikləri halda, tatarlar söz önündə h səsini işlətmirlər. Rus dilində isə “h” səsi olmadığından alınma sözlərdə onu q və ya x səsi ilə əvəzlәyirlər. Ona görə Azərbaycanda, Türkiyədə “Həsən”, “Hasan” kimi çağırılan ad tatarlarda “Asan”, ruslarda isə “Qasan”, “Xasan” kimi yazılır və səsləndirilir. 

Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədrinin tatar olması çoxlarına qəribə görünər bilər. Yaxın keçmişimizdə isə Azərbaycan ziyalıları sırasında milliyətcə tatar olan Bəkir Çobanzadə, Xeyri Əliyev, Fatma Qədri, Əziz Ubaydullin, Abdulla Şərifov, Həsən və Əli Terequlovlar, Mərziyə Davudova və başqalar vardı. Heç kim də onların tatar olduqları halda Azərbaycanda işləmələrinə, şan-şöhrət qazanmalarına təəccüblənmirdi

Moderator.az saytının haqqında danışacağı şəxs Asan Rıfatov haqqında bioqrafik bilgiləri araşdırmaçı Əli Şamildən alaq:

“Krım Türklərindən olan Mamut ağa yalnız yaşadığı Bağçasarayda deyil, bölgədə də bilikli, yenilikçi, vətənpərvər bir insan kimi tanınırdı. 1902-ci ilin dekabr ayının 19-da bu ailədə dünyaya göz açan oğlana Asan adı verdilər. İlk təhsilini atasının dərs dediyi məktəbdə alan Asan uşaqlıqdan qardaşları və qonşudakı yaşıdları ilə birlikdə kiçik musiqi proqramı hazırlayarmış. Yeniyetməliyində isə simli instrumental alətlərdə, hətta pianoda çalmağı öyrənir. İlk not dərslərini isə kaman çalan böyük qardaşı Midatdan alır.

Bağçasarayda İdadiyə məktəbi adı ilə tanınan gimnaziyada oxuyanda Asan milli musiqini nota köçürməklə kifayətlənmir, rus bəstəkarlarının klassik əsərlərinin partiyalarını yazıb özünün təşkil etdiyi orkestrdə çalır”.



Müxtəlif musiqi alətlərində məharətlə çalması, orkestr yaratması, musiqi əsərləri yazması onu bölgədə məşhurlaşdırır. Tanınmış ziyalı, tarixçi-etnoqraf  Osman Nuri Akçokraklı(1879-03.01.1938) 18 yaşlı Asan Refatova məsləhət görür ki, nəinki tatarlar, qıpçaq türkləri arasında da məşhur olan  «Çorabatır» mövzusunda opera yazsın. Özü də operanın librettosunu yazmaqda ona yardımçı olur. Asan bu işin ağırlığını anlasa da, vətəndaşlıq borcunu yerinə yetirməyə çalışır. Milli musiqidən yararlanaraq klarneti əsas götürüb ilk Kırım tatar operasını yazmağa başlayır.

Bu dövrdə bölgədə baş verən qarışıqlıq, hakimiyyəti bölüşmək uğrunda bolşeviklərlə ağqvardıyaçılar adlandırılan hərbi birləşmələr arasında gedən qanlı savaşlar, böyük qardaşı Midətin general Vrangel tərəfindən güllələnməsi, 1921-ci ildəki böyük aclıq və Aslanın ağır xəstələnməsi “Çorabatır” operasının yaranmasını yubadır.

Əli Şamili dinləyək:

“Asan 1922-ci ildə Ağməsciddəki Totaykıy Tatar Texnikumunda musiqi müəllimi kimi işə başlayır. Tezliklə bu¬rada nəfəsli orkestr təşkil edir. Gündüzlər dərs deyib, gecələr yeni musiqi əsərləri yazır. Qısa zamanda «Totaykıy marşı», B.Çobanzadənin şeirinə «İgid marşı», Şevki Bektörənin şeirinə «Qış günündə diləyim», Ümer İpçinin şeirinə «Gənc bülbülcük» mahnılarını, eləcə də Leyli-Məcnun, Tahir-Zöhrə dramlarına, A.S. Puşkinin «Bağçasaray çeşməsi» poeması əsasında hazırlanmış tamaşaya musiqi yazır.

Evində pianinosu belə olmayan gənc bəstəkar klublardakı, məktəblərdəki alətlərindən faydalanaraq tamaşalara musiqi yazmaqla kifayətlənmir, yarımçıq qalmış «Çorabatır» operasını bitirir. Musiqi alətlərinin, peşəkar kadrların, dekorların və s. qıtlığına baxmayaraq, 3 pərdəli, 6 şəkilli opera 1923-cü ilin sentyabrında Ağməsciddəki Qızıl Əsgər Klubunda tamaşaya qoyulur. Kırım Tatarları ilk operalarını, «Çorabatır»ı coşğuyla, alqışlarla qarşılayırlar. Professor Bekir Çobanzadə tamaşa haqqında yazır: “Bu Krım-tatar sənəti tarixində ilki görülən ən güclü, ən sevimli mədəni, siyasi vaqiyə oldu. Əsərin müəllifləri Osman Akçokraklı və Asan Refatov bununla xalqının mədəni həyatında silinməz iz qoydular”

1924-cü ilin fevralında Kırım Dövlət Dram Teatrında «Çorabatır» operası ikinci dəfə səhnəyə qoyulur. Kommunist rəhbərliyi operanın çoxlu tamaşaçı cəlb etdiyini, xalqın rəğbətini qazandığını, insanlarda vətənpərvərlik, milli hisslər oyatdığını görüb narahat olur və onun göstərilməsinə əngəl törədirlər”.
1924-cü ildə Sovetlər Birliyinin bir çox yerlərində olduğu kimi, Kırımda da etnoqrafik və arxeoloji bir elmi təşkilat qurulur. Asan Refatovu da xalq mahnılarını, yırları, maniləri toplayıb nota köçürmək üçün bu təşkilatda işə dəvət edirlər. 1932-ci ildə onun nota köçürdüyü 300-dən çöx mahnıdan yalnız 150-ni çap edirlər.

Asan Refatov 1926-cı ildə musiqi təhsili almaq üçün Azərbaycana gəlir, Bakı Konservatoriyasının bəstəkarlıq və dirijorluq fakültəsində təhsil alır. Üzeyir Hacıbəyovla yaxından tanış olur və onun yaradıcılığını dərindən öyrənir. 1928-ci ildən etibarən konservatoriyanın nəzdindəki musiqi texnikumunda nəzəriyyədən dərs deməyə başlayır. Konservatoriyanın tələbəsi olan, texnikumda dərs deyən Aslan eyni zamanda yaradıcılığını da davam etdirir. Kiçik həcmli əsərlərlə yanaşı, tamaşalara da musiqi yazır.

Asan 1930-cu ildə konservatoriyanı bitirsə də, geri dönməyə tələsmir. 1931-ci ildə o, konservatoriyaya prorektor təyin edilir. O, 1929-1931-ci illərdə İşçi-Kəndli Teatrında Riza Şövqünün «İrəli», Hacıbaba Nəzərlinin «Yolda», Seyid Hüseynin «Kölgə», Qavril Karnellinin «Əfilər» və «Pambıq verək», Azərbaycan Dövlət Dram Teatrında Cəfər Cabbarlının «Almaz» və M. Danilovun «Qara su» tamaşalarına musiqi yazır.



Fars şairi Firdovsinin anadan olmasının 1000 illiyinə həsr edilmiş müsabiqəyə «Gavə» operası ilə qatılır.

1934-cü il onun həyatda yüksəlişinin ən yüksək nöqtəsi olur. Həmin ilin iyunun 30-da keçirilən təsis iclasında 32 yaşlı Aslan Azərbaycan Bəstəkarlar İttifaqına sədr seçilir.

1935-ci ildə Kırım Mərkəzi İcraiyyə Komitəsi Aslan Refatovu vətənə dəvət edir. O, bu dəvəti məmnunluqla qarşılayır. Ağmesciddəki Tatar Musiqi Texnikumuna müəllim təyin olunur. Kırıma döndükdən sonra zəhmət haqqının böyük qismini musiqi alətləri almağa, yaşadığı mehmanxananın bir otaqlı mənzilinin kirayəsini ödəməyə xərcləyir. Yusuf Bolatovunn «Toy davam edir», «Nəsrəddin Xoca», İlyas Tarkanın «Hücum» pyeslərinə musiqi yazmaqla yanaşı, tatar yırlarının musiqisini də nota köçürür. Əvvəllər nota köçürdüyü yırlar üzərində yenidən işləyir, onları aranjeman edir. Bütün bunlar onu xalq musiqisi əsasında «Krım süitası» adlı klassik əsərini yazmağa həvəsləndirir.

1936-cı ildə Moskvada hazırlanmış daş plakaya Aslan Refatovun «Qı¬zıl əsgər marşı», «Pioner marşı», «Krım süitası» kimi əsərləri və nota köçürdüyü xalq yırlarından «İki puqa», «Armut dalda (budaqda) sallanır» və «Şompul» daxil edilir. Bu, onun əsərləri yazılmış ilk və son val olur. Elə həmin il onun «Toy davam etdir» əsəri Sovetlər Birliyində keçirilən radio festivalına və «Şüştər» süitası isə Azər¬baycan Bəstəkarlar İttifaqı tərəfindən Üzeyir Hacıbəyovun və Asəf Zeynallının əsərləri ilə birlikdə sentyabr ayında Parisdə keçirilən bir festivala göndərilir.

Aslan Refatov xalq əfsanəsi əsasında «Arzu qız» adlı opera yazmağa başlayır. 1937-ci ilin aprelin 27-də Aslanı və qardaşı Refatı Türk xalqlarını SSRİ-dən ayıraraq Vahid Turan Dövləti yaratmaqda suçlayıb həbs edir, evlərindəki bütün yazılı kağızları, kitabları da aparırlar. 1938-ci ilin avqustun 8-də ataları 78 yaşlı Mamutu da həbs edirlər.

Beləliklə, Krımda maarif və mədəniyyət yayan bir ailənin yaşamına Rus müstəmləkəçiləri son qoysa da onların ideyalarını məhv edə bilmirlər. 70 il sonra olsa da Rıfatovlar ailəsinin talei öyrənilir, əsərləri təbliğ olunur.

Oxşar xəbərlər
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
GÜNLÜK
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB