“Ermənistanda terror ehtimalı mövcuddur”
Ermənistanda etirazçıların lideri Nikol Paşinyanın baş nazir seçilməsi düşmən ölkədə yeni siyasi situasiyanın formalaşmasına səbəb olub. Moderator.az olaraq politoloq Rasim Ağayevlə söhbətimizdə Ermənistanın mövcud durumu, bu ölkəni gözləyən mümkün risk və təhlükələrə aydınlıq gətirməyə çalışdıq.
-Rasim bəy, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan etirazlar zamanı Rusiyanın əleyhinə kəskin fikirlər səsləndirsə də, onu baş nazir kimi ilk təbrik edənlərdən biri Rusiya oldu. Habelə, Paşinyan özü də bəyan etdi ki, Putinlə görüşmək niyyətindədir. Sizcə cəmi bir ay bundan öncə Rusiyanı kəsib-asan Paşinyanın birdən-biri Rusiayya meyl etməsi nə ilə bağlıdır?
-Ermənistandan söhbət düşəndə biz ancaq bu ölkəni deyil, həm də erməniçilik amilini diqqətə almalıyıq. Həmçinin, nəzərə almalıyıq ki, Ermənistanda yaşayan ermənilərlə dünyanın digər ölkələrində yaşayan ermənilər arasında bir çox baxımdan ciddi fərqlər var. Mən siyasi rəngarəngliyi bir kənara qoyuram.
Ermənilərin dedikləri, səsləndirdikləri fikirlər heç vaxt inanmaq olmaz. Məsələn, demək olmaz ki, madam ki, Sərkisyan belə deyir, deməli belə də olacaq. Sərkisyan bu gün belə deyirsə, sabah başqa cür deyə bilər. Yalan ermənilərdə milli xüsusiyyətdir. Mən bu yaxınlarda ermənilərlə bağlı maraqlı bir kitab oxudum. Orada XIX əsrin dünya siyasətçilərinin ermənilərlə bağlı düşüncələri yer alırdı. Həmin kitabda da vurğulanırdı ki, erməni millətinə inanmaq olmaz. Ermənilərlə yaşayan, qonşuluq və ya dostluq edən hər kəs yadında saxlamalıdır ki, yalançılıq, ikiüzlülük, satqınlıq bu milətin xarakteridir. Bu qədər mənfi xüsusiyyətə malik olmalarına baxmayaraq, onlar özlərini ən sadiq dost kimi qələmə verirlər.
Nə Paşinyanın, nə də Sərkisyanın dediklərinə inanmaq olmaz. Paşinyan son bir ayda iki müxtəlif fikir söylədi. Mitinqlərdə bildirdi ki, ruslarla qurtarmaq lazımdır, onlar bizi satdı və s. Onlar bizi uçuruma aparır, bizim yolumuz Qərb yoludur.
Paşinyanın qulağını bir balaca buran kimi, başqa fikir söylədi. Lakin bu da o demək deyil ki, Paşinyanın mitinq zamanı səsləndirdiyi fikirlər onun səmimi düşüncələridir. Paşinyan sadəcə oyun oynayır və məqsəd hakimiyyəti təmin etməkdir.
Bu səbəbdən də erməni liderlərinin dediklərini nəzər almaq lazımdır, lakin onlara inanmaq olmaz. Onların dedilkəri ilə əməlləri arasındakı fərqə baxmaq lazımdır.
-Sizcə Paşinyanın qalibiyyəti Ermənistana nə qazandırdı?
-Ermənistan faktiki olaraq növbəti dəfə öz milli ideologiyasının qurbanı oldu. Ermənilərin bu ideologiyası onların xəstə təfəkkürünün məhsuludur. Çünki bu ideologiyada heç bir reallıq nəzərə alınmır. Bu ideologiyanın müəllifləri özlərini innadırıblar ki, guya onlar böyük millətdirlər, onlar böyük torpaqlara sahib olmalıdırlar. Ermənilər Qərbi inandırmağa çalışırlar ki, guya onlar avropalı millətdir. Heç olmasa özlərinə, nə gündə olduqlarına nəzər salmırlar. Madam ki, avropalı olmusan, bəs onda üzü bu tərəfə niyə qaçıb gəlmisən? Niyə Avropada qalmamısan? Ermənilər hesab edirlər ki, onların ölkəsi ABŞ, Almaniya, Rusiya kimi ölkələrlə baş-başa oturmalı, eyni çəkiyə malik olmalıdır.
Qərb ermənilərin əlindən yorulub. Ermənilərin özləri də artıq yorulub. Onlarda əvvəlki həvəs yoxdur. Çünki başa düşürlər ki, qarşıya qoyduqları məqsədə nail ola bilməyəcəklər. Aşkar şəkildə görürlər ki, indiki Azərbaycanla 25 il əvvəlki Azərbaycan arasında böyük fərq var. Azərbaycan beynəxlaql aləmdə mövqelərini möhkəmləndirirb. Neftini satıb pulunu qazanır və xalqını dolandırır. Ermənistan isə çörək pulu tapmır, amma Böyük Ermənistan iddiasından danışır. Görünən odur ki, Ermənilərin vəziyyəti ağırlaşmaqdadır.
-Sizcə Paşinyanla Sərksyan arasında əsas fərq nədən ibarətdir?
-İndiki rəhbərlik küçə adamıdır. Sərkisyan pis-yaxşı Ermənistan elitasının bir hissəsini ətrafına cəm etmişdi. Sərkisyanın səhvi o oldu ki, Qarabağda nə qədər avara varsa, Ermənistanda işə düzəltdi. Bu isə Ermənistanı sarsıtmaqdadır. İrəvan erməniləri ilə Qarabağ erməniləru arasında həmişə gərginlik və ziddiyyət olub. Doğrudur, ermənilər həmişə bunu ört-basdır etməyə çalışıblar. Ancaq belə bir qarşıdurmanın olduğu şübhəsizdir.
-Necə hesab edirsiniz, bundna sonra Ermənistan siyasəti Rusiya və ABŞ qütblərindən hansısa daha çox meyillənəcək?
-Paşinyan avaradır.O, bir qədər hakimiyyədə möhkəmlənəndən sonra ruslar başda olmaqla, ruspərəst qüvvələr onu başa salacaq. Nəhayətdə yavaş-yavaş ikibaşlı siyasət aparmağa nail olacaq. Lakin ABŞ da öz bildiyini edir. Tramp 1-2 ilə öz əməliyyatını qurtarmalıdır. Bu əməliyyat Rusiyanı Qafqaz istiqamətindən də əhatələməkdən ibarətdir. Necə ki, Gürcüstanı dartıb Rusiyanın təsiindən çıxartdı, Ermənistanla bağlı da oxşar addım atıla bilər. Ermənilər bu vaxta qədər Rusiyadan üz döndərərdi. Bunu arzulayan ermənilər az deyil. Lakin bu gün də ermənilər üçün mühüm olan bir suala cavab tapılmır. Əgər Rusiyadan üz döndərərlərsə, o zaman erməniləri kim dolandıracaq?
-Bu günlərdə Rusiyanın tanınmış telejurnalisti, “Rosneft” şirkətinin vitse-prezidenti və mətbuat katibi Mixail Leontyev Ermənistan haqqında kəskin tənqidi fikirlər səsləndirdi və bu ölkəni “yük” adlandırdı. Sizcə Ermənistanı həqiqətən də ciddi mənada Rusiyaya yük hesab etmək mümkündürmü?
-Ermənilər Mixail Leontyevin şərhindən çox qəzəbləndilər. Leontyev açıq şəkildə bildirdi ki, ermənilərin yükünü hərtərəfli Rusiya çəkir. Və o, qeyd etdi ki, ermənilər Rusiyadan uzaqlaşmaq istəyrilərsə, uzaqlaşa bilərlər. Rusiya bundan heç nə itirməyəcək. Erməniləri də ağrıdan bu sözlər oldu.
Ermənistanın bəlası hələ indi başlayır. Ermənistan üç yoldan birini seçə bilər. Birinci yol, Rusiyadan imtina etməkdir. Bu, faktiki olaraq yeni bir qırğına səbəb ola bilər. Rusiya Paşinyanı hakimiyyətdən qova bilər. Rusiyanın Ermənistanda hərbi bazası var. Ermənistanın Rusiyaya borcu isə həddindən artıq çoxdur. Bu borc milyardlarla ölçülür.
Ikinci yol, Rusiyadan asılılığı davam etdirib onunla birgə yol almaqdır. Bunu da edə bilməyəcəklər. Çünki artıq Ermənistanda rusların əleyhinə ciddi qüvvələr var. Onlar da proseslərdə öz güclərini göstərdilər. Bunların arasında gənclər daha çoxdur. Üçüncü yol qalır ki, bu da orta yoldur. Ancaq bu yol nə ruspərəstləri, nə də qərbpərəstləri qane etməyəcək. Bu isə Ermənistanda yeni problemlərin meydana çıxmasına səbəb olacaq.
Ermənistanda terrora meyilli qüvvələr həmişə olub. Bu qüvvələr çoxdandır ki, işsiz qalıb. Necə ki, vaxtiylə Ermənistan parlamentində belə bir terror yaşandı, bu gün də belə bir terrorun baş verməsi istisna deyil.
Seymur Əliyev