Qüdrət Həsənquliyev sərt danışdı: “Zamanı gələndə onları ifşa edəcəyəm”
Oxunub: 9623
07 May 2018 | 09:45
Qüdrət Həsənquliyev sərt danışdı:
  “Zamanı gələndə onları ifşa edəcəyəm”
Deputat, BAXCP sədri Qüdrət Həsənquliyevin Milli Məclisin ötən iclasındakı çıxışı geniş rezonansa səbəb oldu. Azərbaycanla region ölkələrini müqayisə edən deputat ölkəmizdə orta aylıq əmək haqqının aşağı olmasından bəhs edib ciddi təkliflər irəli sürdü. Ancaq bu çıxışdan keçən günlər ərzində partiya sədrinin deputatların maaşını 8 min manata çatdırmaqla bağlı fikirləri daha çox müzakirə olundu . Moderator.az xəbər verir ki, “Yeni Müsavat”ın suallarına cavabında BAXCP sədri sözügedən çıxışla bağlı məram və məqsədini geniş açıqladı:

- Əslində mənim dediklərim ona yönəlmişdi ki, ölkədə düzgün əməkhaqqı siyasəti yürüdülməlidir. Nə qədər ki, dövlət adamları, məmurlar, qanunverici hakimiyyətin, məhkəmə hakimiyyətinin üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları aldıqları maaşla ləyaqətli həyat sürə bilməyəcəklər, ölkədə korrupsiyaya qarşı effektli mübarizə aparmaq mümkün olmayacaq. Ona görə ki, həmin o məmur, yaxud nəzarətedici şəxs hansısa digər məmurun dövlət əmlakını mənimsəməsinə, rüşvət almasına göz yumacaq. Bununla da çalışacaq ki, digər məmur qanunsuz əldə etdiyi gəlirlərdən ona da versin və o da normal həyatını qura bilsin. Mən çıxışımda Sinqapuru nümunə göstərdim ki, o vaxt Sinqapur möcüzəsinin banisi Li Kuan bu ölkədə islahatlara başlayanda ilk növbədə məmurların illik maaşını 2,2 milyon dollardan başladı. Bu da Sinqapur dollarından ABŞ dollarına çevirəndə təqribən 160-180 min dollarlıq aylıq maaş demək idi. O dövrdə ona bu haqda sual verəndə demişdi ki, əgər biz məmurlara ildə 2 milyon maaş verməsək, əvəzində ayda 10 milyon, bəlkə daha çox oğurlayacaqlar. Belə olduğu halda o pulları sadə vətəndaşlardan oğurlayacaqlar, yaxud rüşvət alacaqlar. İkincisi də korrupsiya iqtisadiyyatı inkişaf etdirməyə imkan verməyəcək. İqtisadiyyat inkişaf etmədiyi təqdirdə də sadə insanların maaşı, təqaüdləri qalxmayacaq. Ona görə mən çıxışımda da dedim ki, bəzi şəxslər deputatların maaşının artmasından narahat olacaqlar, amma xalqa izah etmək lazımdır ki, Sinqapurda nazirin maaşı 100 min ABŞ dolları olandan sonra orta aylıq əmək haqqı da qalxdı, oldu 58 min dollar. Ona görə də hesab edirəm ki, bu gün nazir 10 min dollar alsa, Azərbaycanda orta maaş alan adam 5 min manat alacaq.

- Qüdrət bəy, siz buna əminsinizmi ki, o halda sadə insan da dediyiniz miqdarda maaş alacaq?

- Bəli, ümid edirəm ki, alacaq. Məmura normal əməkhaqqı verib sonra ondan tələb etmək lazımdır ki, düz işlə. Yoxsa məmura çox aşağı məbləğdə maaş verib ondan düz işləməyi tələb etmək heç bir effekt verməyəcək. Ola bilsin ki, gözdən pərdə asmaq üçün bir-iki nəfəri məsuliyyətə də cəlb etmək olar, yaxud korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin aparıldığı görüntüsünü yaratmaq olar. Amma kütləvi şəkildə məmurlar, dövlət adamları aldıqları maaşla dolana bilmirləsə, onlar əlavə gəlir mənbələri haqda düşünəcəklər. Azərbaycanda hamı başa düşür ki, indiki maaşla yaşamaq çox çətindir. Ona görə mən dedim ki, biz islahatları dərinləşdirmədən, həmçinin əməkhaqqı siyasətinə yenidən baxmadan ciddi irəliləyişlərə nail ola bilməyəcəyik.

- Əlləri korrupsiya və rüşvətə bulaşan şəxslərin aylıq maaşa ehtiyacı varmı? Yaxud maaş artımı vəziyyəti dəyişəcəkmi?

- Söhbət korrupsiyaya bulaşanlardan getmir. Cəmiyyətdə dəniz kimi, içəridən təmizlənmə prosesi getməlidir. Son vaxtlar görürsünüz ki, nazirlər dəyişir, yeni kadrlar təyin olunur. Mən demirəm ki, bu, bir günün işidir, yaxud deputatın, ya nazirin əməkhaqqını qaldırmaqla hər şey düzələcək. Yox, bu, başlanğıcdır. Mən hesab edirəm ki, hökumətin üzvləri içərisində böyük əksəriyyət normal maaş alacaqlarsa, o maaşla öz həyatlarını qura biləcəklərsə, onlar əlavə gəlirlər, oğurluq, rüşvət, dövlət əmlakını mənimsəmək haqqında düşünməyə risk eləməyəcəklər. Əgər biz cəmiyyəti inkişafın yeni mərhələsinə keçirmək istəyiriksə, islahatlar əməkhaqqından başlamalıdır.

- Deputat həmkarınız Araz Əlizadə bir sual verdi ki, kim bir ayda 52 manata dolana bilərsə, əlini qaldırsın? Bu gün 52 manat təqaüd alan insanlar varsa, yüksək məbləğ qıcıq doğurur...

- Təbii ki, söhbət tək nazir, ya deputatın maaşının artırılmasından getmir. Həkimlərin aldığı maaş simvolikdir, 150-200 manatdır. Bu adamları xalq dolandırmasa, faktiki surətdə aldıqları o əməkhaqqı ilə yaşamaları mümkün deyil. Mən də məsələ qaldırdım ki, nə vaxta qədər insanlar kənar gəlir mənbələri barədə düşünəcəklər? Məmur da vaxtının bir hissəsini bu məsələyə sərf edir, yaxud özünün biznesini qurmağa, yaxud rüşvət almağa məcburdur. Ona görə də biz artıq bu istiqamətdə islahatlara başlamalıyıq. İkincisi də götürək elə qonşu dövlətləri... Elə Rauf bəyin (baş redaktorumuz -E.P.) də bu barədə açıqlaması var idi ki, Türkiyədə millət vəkilləri 12 min manat maaş alır. 2014-cü ildə, Krımın işğalına qədər Rusiyanın deputatları NATO Parlament Assambleyasında assosiativ üzv kimi iştirak edirdilər.  O zaman mən onlardan nə qədər maaş aldıqlarını soruşmuşdum. Onlar dollar ekvivalenti ilə söyləmişdilər ki, biz 10 min dollar alırıq. Bu yaxınlarda isə hörmətli akademikimiz Kamal Abdulla Xarici Dillər Universitetində tədbir keçirirdi, orda Rusiya Dumasının bir üzvü də iştirak edirdi. Elmira xanım ondan maaşının miqdarını soruşanda dedi ki, devalvasiyadan, rubl dəyərini itirəndən sonra 6 min dollar alırıq.


- Bizdə isə sonuncu 10 faizlik artımla deputat maaşı 2250 manat oldu, eləmi?

- Bəli. Bu, olduqca az bir vəsaitdir. Mən iclasda da dedim ki, dəqiq bilmirəm, amma aldığım məlumata görə, Prezident Administrasiyasında şöbə müdiri Milli Məclisin rəhbərliyindən çox maaş alır. Halbuki məhkəmə kimi, Milli Məclis də hakimiyyətin müstəqil qanadıdır. Təbii ki, dövlət başçısını çıxmaq şərtilə. Çünki dövlət başçısı icra qanadının başçısı olmaqla yanaşı, həm də dövləti təmsil edir. Amma necə ola bilər ki, Administrasiyada şöbə müdiri Milli Məclisin rəhbərliyindən çox əmək haqqı alsın? Yəni burada nizam-intizam yaratmaq, yeni bir siyasət müəyyənləşdirmək lazımdır. Özü də maaşları qanunlarla müəyyənləşdirmək lazım deyil. Deyək ki, hər dəfə devalvasiya oldu, yaxud inflyasiya olandan sonra biz gərək ombudsmanın əməkhaqqını artırmaq üçün hər dəfə Konstitusiya qanunu qəbul edək. Bununçün ayrıca bir qanun qəbul etmək lazımdır. Yəni əmək haqlarını indeksləşdirək və bununla bağlı olaraq hər dəfə qanunlara xüsusi düzəlişlər etməyə ehtiyac qalmasın. İnsanların qanunlar çərçivəsində yaşamasını təmin etmək üçün, xüsusilə də dövlət adamlarının, onlara normal maaş vermək lazımdır. Ona görə də səhiyyə obyektləri özəlləşdirilməli, icbari tibbi sığorta nəhayət, tətbiq olunmalıdır.

- Bunu əvvəlki parlament çıxışlarınızda, elə son prezident seçkisi ilə bağlı teledebatlarda da demişdiniz. Prezident özü isə seçkidən sonra bildirdi ki, bir sıra təkliflər nəzərə alınacaq. Necə bilirsiniz, nəzərə alınacaq təkliflərin sırasında bunlar da ola bilərmi?

- Mən ümid edirəm. Bizneslə sahibkarlar məşğul olmalı, onlar vergi ödəməlidir. Dövlət özünə lazım olan işi gördürmək üçün həmin ayrı-ayrı fəaliyyət növü ilə məşğul olan, yaxud xidmət sahəsində olan şirkətlərə sifariş verməlidir, onlarla müqavilə bağlayıb işi gördürməlidir. Məsələn, niyə Bakının küçələrini Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan hansısa bir dövlət qurumu süpürtdürməlidir? Amma əslində İcra Hakimiyyəti hansısa şirkətlə müqavilə bağlamalıdır, küçənin təmizliyinə görə o məsuliyyət daşımalıdır, yumalı, təmizləməlidir və büdcədən də onun pulu ödənilməlidir. Mənzil təsərrüfat idarələri, “Azərsu”, “Azərenerji”, “Azəriqaz” kimi xidmət sahələri özəlləşdirilməlidir. Ona görə ki, o xidmət sahələrinin yenidən qurulmasına böyük məbləğdə pullar lazımdır. Prezident seçkisində də dedim ki, təkcə Bakı şəhərində köhnəlmiş qaz kəmərlərinin dəyişdirilməsinə 1 milyard dollara yaxın vəsait lazımdır. Hazırda dövlətin bu vəsaiti qoymağa imkanı yoxdur. Ona görə də bu sahəni 99 illiyə hansısa şirkətə, əməli idarəetməyə vermək olar. Azərbaycanda bir vaxt “Barmek” nümunəsi də olub. Dövlət yavaş-yavaş biznes fəaliyyətindən azad olunmalı, tənzimləyici funksiyanı yerinə yetirməli və qanunlar qəbul etməklə iş adamlarının, biznes adamlarının önünü açmalıdır ki, həm Azərbaycana xarici investisiyalar cəlb olunsun, xaricdən sahibkarlar gəlsinlər, ölkəmizə investisiya qoysunlar. Bunun üçün də vergi yükü azaldılmalıdır və qanunun aliliyi təmin olunmalıdır. Xarici sahibkar bilməlidir ki, burada onun mülkiyyəti, əmlakı qanunla ciddi şəkildə qorunur və heç kim onun əmlakına toxuna bilməyəcək.

- Amma sizin digər dedikləriniz arxa plana keçidi və həm mətbuatda, həm sosial mediada daha çox deputatların maaşı ilə bağlı təklifinizdən danışıldı, sərt şəkildə tənqid olundunuz...

- Məqsədyönlü şəkildə bir qrup yaramaz insan məsələni bu cür təqdim etdilər ki, Qüdrət Həsənquliyev deyib deputatların əmək haqqı artırılsın. Halbuki, mən orda orta əmək haqqının 5 minə qədər qaldırılmasını təklif etmişdim. Yəni əgər nazir 10 min alacaqsa, orta aylıq əməkhaqqı 5 min olacaq. İndi tutaq ki, orta aylıq əmək haqqı ilə nazirin maaşı arasındakı fərq 4-5 dəfədir. Amma mənim irəli sürdüyüm təklifdə nazirin də maaşı qalxır, orta aylıq maaş da qalxır. 5 min manat alan vətəndaş öz həyatını kifayət qədər yaxşı qura biləcək. Orta aylıq əmək haqqından söhbət gedir, bura müəllim də, həkim də, dövlət qulluğunda, biznes strukturlarında olanlar və s. də aiddir. Əlbəttə, orta aylıq əmək haqqı 500 manatdırsa və deputatın da maaşı birdən-birə 8 min olursa, bu, əlbəttə, qıcıq doğuracaq.

- Geniş rezonansa səbəb olan bu çıxışınıza məmur təbəqəsindən hansısa reaksiya verildimi? Onlar necə, məmnun qaldılarmı?

- Yox, reaksiya olmadı. Mən hesab edirəm ki, ağlı başında olan hər bir azərbaycanlı mənim çıxışımı normal qarşılamalı idi. Kim istəməz ki, ölkədə hamının əmək haqqı yüksəlsin? Sadəcə olaraq bizdə jurnalistikada da, siyasətdə də yaramaz ünsürlər var. Onlar ayrı-ayrı sifarişlərlə, bəziləri reketlik naminə, utanmadan, öz peşələrinə xəyanət edərək, informasiyanı birmənalı çatdırdılar. Açıq deyək, cəmiyyətdə də siyasi mədəniyyət yüksək olmadığından, həm də biz  emosional xalq olduğumuzdan yazılmış informasiyanın nə dərəcədə doğru olduğunu araşdırmadan, mənim çıxışımın tam mətni ilə tanış olmadan, başladılar ki, bəs, bu nədir, orta aylıq əmək haqqı 500 manatdır, Qüdrət Həsənquliyev deyir deputatın maşı 8 min manat olsun? Bəziləri hətta bütün ədəb-ərkanı unudaraq təhqirə keçdilər. Əlbəttə, bütün cəmiyyətlərdə olduğu kimi, bizim də cəmiyyətimizdə əxlaqsız, namussuz, tərbiyəsiz elementlər var. Namuslu adam söyüş söyməz. Kimsə söyüş  söyürsə, təhqirə keçirsə, bilin ki, o, namussuz insandır. Namussuz insanlara da mənim baş qoşmağıma dəyməz. Amma siz özünüz parlament müxbiri olaraq şahidsiniz, özümü tərifləmirəm, amma o parlamentdə sadə insanların hüquq və azadlıqlarının qorunması ilə bağlı ən fəal mübarizə aparan insanlardan biri hesab edirəm ki, mənəm. Elə son iclasda da mən əlillərlə bağlı məsələ qaldırdım ki, prezidentin təsdiq etdiyi Dövlət Proqramı var, 2014-2018-ci illərdə 5700-dən artıq əlilin mənzillə təmin olunması vəzifəsi qoyulub. İl başa çatır və mən nazir müavini Natiq müəllimə sual verdim ki, 5700-dən artıq insanın neçəsinə mənzil verilib, neçəsinə verilməyib? Amma o, bu suala cavab vermədi. Mən büdcənin müzakirələrində də hər zaman pensiyaların, əmək haqqının azlığından, müəllimlərin, həkimlərin maaşının aşağı olmasından danışmışam, amnistiya, əfvlə, milli barışıqla bağlı məsələlər qaldırmışam. Ona görə də açığı, son dərəcədə vicdansız, ləyaqət hissini itirmiş adamlar mənə o formada hücum edə bilərdilər ki, bu da təşkil olunmuş məsələ idi. Bu, bəzi yüksək dairələrdən qaynaqlanır, hələlik bu barədə geniş danışmaq istəmirəm. Yəqin ki, zamanı gələndə həmin insanları necə lazımdırsa, ifşa edəcəyəm.
Oxşar xəbərlər
23:22, Bu gün
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
23:17, Bu gün
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
23:12, Bu gün
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
23:07, Bu gün
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
23:02, Bu gün
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
22:55, Bu gün
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
22:47, Bu gün
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
22:42, Bu gün
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
22:35, Bu gün
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
22:27, Bu gün
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
22:20, Bu gün
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
22:17, Bu gün
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
22:15, Bu gün
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
22:14, Bu gün
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
22:13, Bu gün
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
21:56, Bu gün
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
21:15, Bu gün
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
21:09, Bu gün
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:35, Bu gün
Səhər Günəş doğandan sonra açılır...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
GÜNLÜK
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR