Xəbər lenti
24/07/2019 [00:47]:
Dadaşovun ailəsinə ömürlük yardım ediləcək
24/07/2019 [00:45]:
Göyçayda canavarlar həyətə hücum etdi - FOTO
24/07/2019 [00:42]:
Görmə qabiliyyətini itirənlərə ümidverici xəbər - MARAQLI
24/07/2019 [00:42]:
Nərimanovda zəncirvari qəza: “Subaru” “Hyundai” və “Mercedes”ə çırpıldı - FOTO
24/07/2019 [00:38]:
Cəlilabadda 10 yaşlı uşağı avtomobil vurdu
24/07/2019 [00:27]:
İki qardaş 18 saat fasilə ilə öldü - FOTO
23/07/2019 [23:53]:
ABŞ donanaması İrana məxsus ikinci PUA-nı vurdu - İddia
23/07/2019 [23:47]:
Robot-insan seksi yeni bir sahə yaratdı: "Erobotik"
23/07/2019 [23:41]:
Cəlilabad sakini bıçaqlandı
23/07/2019 [23:28]:
Qurbağa bəsləyən qadın görənləri heyrətə gətirir - MARAQLI
23/07/2019 [23:28]:
Ledi Qaqanın anası: “Həmişə günah kişilərdə olur”
23/07/2019 [23:12]:
"Həm kişilərə, həm də qadınlara marağım var, hər iki cinsdən olan birini sevə bilərəm"
23/07/2019 [23:05]:
Rusiyada Putinin kortejini "partlatmaq" istəyiblər
23/07/2019 [22:59]:
Yüz otuz iki kənddə son üç ayda qız uşağı doğulmayıb - MARAQLI...
23/07/2019 [22:55]:
Qurban Qurbanov: "Bunu sabahkı oyun haqda demək olmaz"
23/07/2019 [22:34]:
Polis məmuru ürəyi dayanan körpəni həyata qaytardı - İBRƏTAMİZ...+ VİDEO
23/07/2019 [22:30]:
Türkiyədə turist avtobusu aşıb - 20 yaralı
23/07/2019 [22:27]:
Yanacaq tankeri qəzaya uğradı: Ölənlər var
23/07/2019 [22:24]:
Senat Mark Esperi Pentaqon rəhbəri kimi təsdiq etdi
23/07/2019 [22:14]:
Başqa qadına baxan sevgilisinin başında noutbuk qırdı - VİDEO
23/07/2019 [22:09]:
Rusiyanın baş rəqqası da Qarabağa gəldi...-FOTO
23/07/2019 [21:58]:
Abid Şərifovun maşınının üstünə çıxan jurnalist işdən çıxarıldı
23/07/2019 [21:48]:
Medal qazanan qız güləşçimiz: "Anamı məyus edə bilməzdim"
23/07/2019 [21:46]:
Misir fironları əslən qafqazlıdır - Alman alimlərindən sensasion tədqiqat
23/07/2019 [21:25]:
Bu şəkil Kim Çenin gizli silahını ortaya çıxardı - FOTO
23/07/2019 [21:21]:
Azərbaycanda “Tarla günü” keçiriləcək
23/07/2019 [21:18]:
İnstaqramdan ən çox pul qazanan məşhurlar - Siyahı
23/07/2019 [21:11]:
Masaj etdirən hamilə model öldü
23/07/2019 [20:56]:
Pakistan Əfqanıstandakı barışa dəstək verə bilər
23/07/2019 [20:50]:
Rusiyada yanğında 4 nəfər öldü
23/07/2019 [20:49]:
ABŞ bunu da etdi: Miqrantlar sürətli şəkildə deport edilir
23/07/2019 [20:47]:
Astarada dənizdə batan şəxsin meyiti sudan çıxarıldı - YENİLƏNİB
23/07/2019 [20:44]:
Böyük Britaniya fırtınalara məruz qalacaq - Rus senator
23/07/2019 [20:33]:
Ermənilər Rəşidə Behbudovaya hücum etdi - VİDEO
23/07/2019 [20:33]:
Saç düzümünə görə ölkədə populyar olan keçmiş xarici işlər naziri baş nazir oldu...
23/07/2019 [20:31]:
I Avropa Oyunlarının iştirakçısı öldü
23/07/2019 [20:29]:
Lənkərandakı ağır qəzada ölən və yaralananların kimliyi bilindi - FOTO
23/07/2019 [20:26]:
Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar
23/07/2019 [20:23]:
Bakıda qız özünü 9-cu mərtəbədən atmaq istədi - VİDEO
23/07/2019 [20:14]:
Niyə Ali Məhkəmə tərəfindən bu biabırçılıqlara göz yumulur?
23/07/2019 [20:00]:
"Ağdamın alınacağı və bacımın məzarını görəcəyim günü həsrətlə gözləyirəm”
23/07/2019 [19:57]:
Hərbi hissədə tədbir keçirilib - VİDEO
23/07/2019 [19:47]:
Sərbəst güləşçi Kənan Heybətov qızıl medal qazandı
23/07/2019 [19:44]:
Rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olundu
23/07/2019 [19:42]:
Aktrisanın geyimi tənqid olundu: “Evdəki yataq dəstinə bürünüb”
23/07/2019 [19:31]:
Türkiyədə torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşüb
23/07/2019 [19:27]:
Lənkəranda ağır qəza: bir ölü, iki yaralı
23/07/2019 [19:27]:
“Ölkəmizin bank-maliyyə sistemi qlobal sistemə lazımınca inteqrasiya olunmayıb”
23/07/2019 [19:10]:
Gülşən Rəvan qızının nakam Cəbrayıl sevgisi
23/07/2019 [19:07]:
Azərbaycanın qızıl medallarının sayı səkkizə çatdı
23/07/2019 [18:57]:
Allahşükür Paşazadə Argentina səfiri ilə görüşdü
23/07/2019 [18:57]:
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
23/07/2019 [18:49]:
Bərdədə azyaşlıların xəstəxanaya atılması ilə bağlı cinayət işi başlandı - RƏSMİ
23/07/2019 [18:44]:
"Forsaj 9"un çəkilişləri zamanı bədbəxt hadisə - FOTO
23/07/2019 [18:33]:
21 cinayətin üstü “isti izlər”lə açıldı
23/07/2019 [18:25]:
Ermənilərin Rusiyaya “böyük qaçışı”
23/07/2019 [18:23]:
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
23/07/2019 [18:21]:
Nazir: “Azərbaycan MDB-də ən təhlükəsiz dövlətlərdən biridir”
23/07/2019 [18:19]:
Xəzər dənizində daha bir nəfər batdı
23/07/2019 [17:58]:
Bu sahədə çalışanların maaşı artırıldı
23/07/2019 [17:57]:
“Biz  “Şuşa”, “Ağdam” adı altında konyaklar yox, toplar, tanklar istehsal etməyə qadir olmalıyıq...” 
23/07/2019 [17:56]:
“Yaşamaq və yaşatmaq üçün bu məkana inteqrasiya etməliyik”
23/07/2019 [17:55]:
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir -FOTOLAR
23/07/2019 [17:53]:
Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb
23/07/2019 [17:51]:
Eminlə dominikanlı modelin rəqsi - FOTO
23/07/2019 [17:51]:
“Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi
23/07/2019 [17:50]:
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23/07/2019 [17:41]:
"Bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir"
23/07/2019 [17:40]:
6 saylı Vəkil Bürosunun təmirdən çıxmış yeni ofisi istifadəyə verildi
23/07/2019 [17:35]:
“Keşikçidağ”la bağlı təxribatların arxasında ermənilər dayanır
23/07/2019 [17:31]:
Küçəni zibilləyənlərə 50 manat cərimə: amma qanun işləmir - FOTO
23/07/2019 [17:23]:
306 milyon dollarlıq "Ferrari"ni buldozerlə əzdilər - FOTOLAR
23/07/2019 [17:20]:
Avstriyada SOCAR-ın ilk YDM-i açıldı
23/07/2019 [17:18]:
Balotellini qovan hakim “Qarabağ”ın Bakıdakı oyununa təyin olundu
23/07/2019 [17:18]:
İstanbulda qorxunc cinayət - Qonşular gənc qadının qışqırıq səslərinə oyandı -FOTOLAR
23/07/2019 [17:12]:
Əvvəl mer, sonra XİN rəhbəri, indi isə Baş nazir - DOSYE
23/07/2019 [17:05]:
Ağstafada top və minaatan mərmi aşkarlandı - FOTO
23/07/2019 [16:50]:
Zenfira İbrahimova: “Qızımın atası ərimdir, başqası deyil”
23/07/2019 [16:46]:
Tramp Boris Consonu təbrik etdi: “Əla olacaq! ”
23/07/2019 [16:44]:
“Azərkosmos”un gəlirləri 45 milyon olacaq
Bütün arxiv bir sırada
28/04/2018 [23:22] - Köşə - ( 4663 dəfə baxılıb)

“Ləyaqətli oğru” həsrəti...

Yaxud həm alqışa, həm də qarğışa yozulacaq arzu...
Seymur Əliyev
[email protected]

Bu günlərdə sosial şəbəkədə Binəqədidə yaşayan professorun evinə girən oğrunun evdən heç nə tapmadığı, bu səbəbdən də professora qısa məktub yazıb qoyduğu ilə bağlı informasiya yer alıb.

Məlumata görə, “sizə görə çox üzüldüm professor, belə yaşamaq olmaz” məzmununda məktub yazan oğru, kasıb professora yardım məqsədi ilə 10 manat məbləğində pul qoymağı da unutmayıb.

Belə bir hadisənin həqiqətən də olub-olmadığını bilmirəm. Bəlkə də bu barədə deyilənlər oğurlanacaq heç nəyi olmayan, yeganə sərvəti zəkasından ibarət professorlarımızın aınacaqlı həyatına diqqət çəkmək üçün uydurulan bir hadisədir. Amma...

Amma bu olay kiminsə fantaziyası olsa belə, bu hadisə ölkədəki elm adamlarının, sadə, zəhmətkeş insanların ağır maddi-sosial durumuna, onların oğru mərhəmətinə möhtac hala gəldiyinə diqqət çəkmək baxımından həqiqətən də önəmlidir. 

Bəli, nə qədər ağrılı da olsa, bu gün ailəsini dolandırmaqda çətinlik çəkən, hər kəsdən öncə öz ailə üzvləri, övladları qarşısında gözükölgəli qalan, maddi təminatsızlıq səbəbi ilə ləyaqəti, şəxsiyyəti də zərbə altına düşən hər bir namuslu, ləyaqətli adamın belə bir “namuslu oğru”ya, “ləyaqətli soyğunçu”ya ehtiyacı var. Görünən odur ki, özünü doğru kimi qələmə verən kostyumlu-qalstuklu, qovluqlu-papkalı oğruların maddi yoxluğa, səfalət və aclığa, mənəvi-psixoloji sarsıntıya məhkum etdiyi sadə zəhmətkeşlərin üz tutacağı başqa bir istinadgah, başqa bir ümid yeri qalmayıb. 

Əslində bu olay, sadəcə bir professorun deyil, bəzi istisnaları çıxmaq şərtiylə, ümumilikdə bütün Azərbaycan elminin, onun düşünün beyinlərinin düşdüyü vəziyyətin nə dərəcədə qorxunc və ümidsiz olmasının göstəricisidir. 

Baş verən bu olaydan çıxarılacaq digər bir dərs isə soymaq üçün gəldiyi evə pul qoyub gedən oğrunun sözün həqiqi mənasında professoru oğru ümidinə qoyan şəxslərdən qat-qat ucada dayanması ilə bağlıdır. Çünki birincisi oğru olsa da, doğru qılafı altında gizlənmir. Özünü başqa cür təqdim etmir. Və törətdiyi oğurluğu da məhz “oğru bayrağı” altında həyata keçirir. İkincisi isə özünü doğru kimi təqdim etsə də, reallqıda oğru kimi fəaliyyət göstərir. İnsan talelələrini insanlara sevgi və qayğı şüarları altında məhv edir.

Birincisi, professor titullu şəxsin evində bir manat da olsun pul olmadığından məyusdur və bu məyusluq geri əliboş dönməyin deyil, professorun acınacaqlı həyatına qəfil şahidliyin doğurduğu məyusluqdur. İkincisi isə uzun illərdir ki, soyduğu ciblərin, taladığı ömürlərin əvvəlki qədər gəlir qazandırmadığından məyusdur. Axı doğrudan da, uzun illərdir ki, talan edilən, evində çörək pulu tapılmayan professorun artıq nəyini necə talamaq olar ki?

Birincisi, yoxsulluq cəhənnəmində qovrulan professora mərhəmət göstərməyi nəinki lazım, həm də zəruri hesab edir və bunu öz şəxsi vəsaiti hesabına həyata keçirir. İkincisi isə hesab edir ki, daha çox talamaq imkanı olan yerdə kiməsə mərhəmət göstərmək zəiflik və ağılsızlıq əlamətidir və belə bir mərhəmət mənasız pul itkisindən başqa bir şey deyil. 

Və ən nəhayət, birincisinin professora qoyub getdiyi 10 manat pul və məyusluq dolu məktub həmin oğru üçün hələ də müəyyən dəyərlərin qaldığını, daxili senzor mexanizminin bəlli bir səviyyədə işlədiyini göstərir. İkincisinin professoru gətirib çıxartdığı faciəvi nöqtə isə onun heç bir dəyər tanımadığını, yalnız pul və sərvətə etiqad etdiyini isbatlayır. 

Bu olay bir də onu göstərir ki, oğurluq heç zaman ləyaqətli əməl hesab edilməsə də, ləyaqət bəzən oğurluq simasında da zühur edə bilir.

Məlum hadisədən sonra bir çox insanın içində “ləyaqətli oğru həsrətinin” baş qaldırması da mümkündür. Çünki doğrulara ümidin itdiyi yerdə oğrularla bağlı gözləntinin artması, dirilərdən haray gəlmədiyi nöqtədə ölülərə pənah aparılması tamamilə normal və anlaşılandır.

Heç bir şübhə yoxdur ki, Binəqədidəki məlum hadisədən xəbər tutan insanların bir çoxunun ağlından ilk keçən məhz belə bir cümlə olub: kaş ki, xalqın milyonlarına əl uzadan hər bir məmurun bu oğru qədər ləyaqəti, mərhəməti olardı! Bəlkə o zaman ölkənin professoru da professor tituluna layiq maddi rifaha yiyələnər, dolanışıq üçün “ləyaqətli oğru”nun onun kasıb mənzilinə nə zaman təşrif gətirməsini gözləməzdi. 

Sonda içi özüm də daxil dolanışığı daşdan çıxan hər bir vətəndaşa həm alqış, həm də qarğış sayılacaq bir arzu diləyirəm. Arzu edirəm ki, bütün ümidlərin tükəndiyi, bütün müsbət gözləntilərin qəhətə çəkildiyi anda qapınızı məhz belə bir oğru döysün: sizə 10 manat pul və bir dünya mənəvi təsəlli bəxş edən “ləyaqətli oğru”...

Seymur Əliyev

loading...
loading...
Görmə qabiliyyətini itirənlərə ümidverici xəbər - MARAQLI
İki qardaş 18 saat fasilə ilə öldü - FOTO
Robot-insan seksi yeni bir sahə yaratdı: "Erobotik"
Qurbağa bəsləyən qadın görənləri heyrətə gətirir - MARAQLI
"Həm kişilərə, həm də qadınlara marağım var, hər iki cinsdən olan birini sevə bilərəm"
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İqtisadiyyat
“Ölkəmizin bank-maliyyə sistemi qlobal sistemə lazımınca inteqrasiya olunmayıb”
Cəmiyyət
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
Gündəm
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
Cəmiyyət
"Bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir"
Cəmiyyət
Şəhid qardaşının xatirəsinə yol çəkdirdi - İBRƏTAMİZ...
Həftənin ən çox oxunanları
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
Bakirə dövlət başçısının sarayda kişilərlə ağlasığmaz əməlləri - FOTOLAR
Çeçen toyuna qaz hücumu - “İnsanlar milçək kimi yerə tökülürdülər”
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
“Həyatımda birinci dəfə belə bir adam gördüm ki..." - Eks vitse-primyer şokda + VİDEO
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
Masazırda film kimi olay: "BMW" 5 maşını vurdu, sürücü vəhşicəsinə döyüldü+VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)