“Devalvasiyanın “terapiyasız şok” formasının bütün ağırlığını xalq çəkməlidir?!”
Oxunub: 1798
18 Apr 2018 | 20:37
“Devalvasiyanın “terapiyasız şok” formasının bütün ağırlığını xalq çəkməlidir?!”
Azərbaycanda sosial-iqtisadi vəziyyət, Prezident seçkilərindən sonra yeni tərkibdə formalaşacaq hökumətin qarşısında durması vacib olan məsələlər, həlini gözləyən problemlər, iqtisadi islahatların bundan sonrakı gedişi və mümkün nəticələri ilə bağlı “Bizim Yol”un həmsöhbəti Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, iqtisad elmləri namizədi Əli Məsimlidir. 

Moderator.az  həmin müsahibəni təqdim edir:

– Hökumətin qarşısında həllini gözləyən bir çox məsələlər var. Onlardan biri problemli kreditlərdir. Bununla bağlı nə deyərdiniz?

– Problemli kreditlətin ümumi məbləği təhlükəli hesab olunan “qırmızı xəttə” çatıb. Hazırkı şəraitdə problemli kreditlər, xüsusən də, dollarla olan kreditlər məsələsini optimal həll etmədən bank sistemini sağlamlaşdırmaq, bank sistemini sağlaşlaşdırmadan isə əhalini borc tələsindən qurtarıb milyonlarla insanın güzəranını yaxşılaşdırmaq və iqtisadiyyatı yüksək səviyyədə inkişaf etdirmk mümkün olmayacaq. Ona görə də bu problemlə qarşılaşan Rusiya da, başqa ölkələr də xarici valyutada olan kreditlər probleminin çözülməsi istiqamətində real addımlar atıblar. Hətta problemli kreditlərin bir qısminin silinməsi barədə qərarlar da qəbul ediblər. Azərbaycanda bu məsələyə məsul olan qurumlar xarici valyutada olan problemli kreditlərlə bağlı real nəticəsi görünən heç bir iş görmədiyindən vəziyyət getdikcə pisləşir. Çox təəssüf ki, indiyədək devalvasiyanın bütün ağırlığının xalqın üstünə atılmasının ağır fəsadlrını heç bir dövlət adamı etiraf belə etməyib. Sanki bu, belə də olmalıdır. Devalvasiyanın, həm də kobud səhvlər ucbatından törədilən “terapiyasız şok” formasının bütün ağırlığını axıracan xalq çəkməlidir?!

– Bu, belə davam etsə, hansı nəticələr verə bilər?

– Hökumət dollarla olan kreditlər problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də hər gün, hər həftə, hər ay özünün də bu problemi həll etmək şansını da itirməkdədir. Vəziyyətin yaxşılaşdırılması üçün real nəticələri olan addımlar atılmasa, maliyyə bazarları və bank sisteminin problemləri daha da qəlizləşəcək. Bu isə iqtisadiyatımızda əlavə ciddi problemlər yaradacaq. Belə vəziyyət əhaliyə və banklara da çox mənfi təsir göstərir. Bu, ölkədə iqtisadi fəallığın artmasının qarşısında maneyə çevrilib. Artlq ikinci ildir ki, kredit qoyuluşları azalır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci il 1 fevral vəziyyətinə kredit qoyuluşları 30 faiz azalıb. Ona görə də bank sistemini çətin vəziyyətdən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də, dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir. Bu işə məsul qurumlar problemli kreditlərlə bağlı hər hansı addım atacağı barədə qaneedici bir fikir söyləmir.

– Problemli kreditlər təkcə vətəndaşınmı problemidir? Yəni təkcə vətəndaşmı həll etməlidir?

– Məsələ də elə ondadır. Problemli kreditlər təkcə vətəndaşın problemi deyil, eyni zamanda bankların fəaliyyətinə və dolayısı ilə ölkə iqtisadiyyatına mənfi təsirlərini göstərməkdədir.

– Bəs necə həll olunmalıdır bu məsələ? Sizin də bununla bağlı həll formulunuz vardı. O düsturun mahiyyəti nə idi və NK-nin yeni tərkibi formalaşdırıldıqdan sonra bu məsələni gündəmə gətirəcəksinizmi?

-Deputat həmkarım Vahid Əhmədovla birlikdə biz xarici valyutada olan kreditlər probleminin çözülməsinə dair hökumətə “Təkliflət Paketi” göndərmişik. Təəssüf ki, 2 ildir bir xəbər yoxdur. Təklif etmişik ki, devalvasiyaya qədər borcunu rahatca ödəyən, amma devalvasiya nəticəsində borcunu əvvəlki qaydada ödəyə bilməyən şəxslərə güzəştlər tətbiq edilsin. “Məsələn, 5 min, imkan varsa 10 min dollara qədər olan kreditlər 1,05 manat kursu ilə qaytarılsın. Daha iri məbləğli borclar üçün isə 1,2-1,3 manat kursu götürmək olar Aparılan sorğular göstərirdi ki, bu variant kredit borcu olan insanları təmin edir və xeyli hissəsi borclarını örtə bilərlər. Problemin həlli uzadıldıqca, insanların bu variantlarla da borcunu ödəmək imkanları tükənir. Eyni zamanda araşdırma aparılaraq borcunu ödəmək iqtidarında olmayan şəxslərin borcları silinsin. Burda kredit borclarını ödəmək imkanı olub, yayınanlardan söhbət getmir. Bundan ötrü fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul edilməli və buna əsasən şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlər isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın. Yəni dollarla olan kredit probleminin ağırlığı dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünsün ki, heç bir tərəfə ağırlıq düşməsin. Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların fəaliyyətinin normallaşdırılması istiqamətində zəruri işlər aparılsın. Ölkə üçün perspektivli biznes layihələri həyat keçirən, amma manatın devalvasiyası nəticəsində maliyyə çatışmazlığı ilə üzləşən iş adamlarına öz yarımçıq işlərini tamamlayıb fəaliyyətə başlamaqdan ötrü müvafiq maliyyə dəstəyin göstərilməsi də məqsədəuyğun olardı… Biz bu yöndə təkliflər hazirlayarkən 5 min dollara qədər olan kreditlərlə bağlı problemi 1dollar=1,05 manat nisbəti ilə çözməkdən ötrü cəmi 250 milyon dollar vəsait lazım idi ki, bizim risklərin bölüşdürülməsi ilə bağlı irəli sürdüyümüz prinsipi tətbiq etdikdə dövlətə cəmi 62,5 milyon dollar səviyyəsində simvolik bir maliyyə yükü düşürdü. Təəssüf ki, buna gedilmədi.

– Öz təkliflərinizdə israr edəcəksiniz yəni?

– Dollarla olan kreditlər məsələsini biz həm Milli Məclisdə, həm də mətbuatda tez-tez qaldırırıq və əlbəttə, problem həll olanadək bundan sonra da qaldırmaqda davam edəcəyik. Bu işə məsul orqanlar əhalinin bu probleminə biganəlik göstərməkdən yorulmursa, biz niyə xalqın haqqını müdafiə etməkdən yorulmalıyıq?!

– İsrarlı təkliflərinizə nə reaksiya verilir?

– Bir müddət öncə Milli Məclisin iclasında parlamentin spikeri bildirdi ki, problemli kreditlərlə bağlı məsələ diqqət mərkəzindədir və bu istiqamətdə iş aparılır. Mərkəzi Bankın sədri də bu yaxınlarda buna bənzər ümidverici bir məlumat verib ki, problemli kreditlər məsələsinə baxıla bilər. Əgər Milli Məclisin sədri və Mərkəzi Bankın sədri səviyyəsində belə bir fikir bildirilibsə, deməli, problemli kreditlərlə bağlı əhalinin çoxdan gözlədiyi addımların atılması mümkündür. Amma birinci şok devalvasiyalardan 3 ildən artıq bir müddət keçdikdən sonra da bu problemin həllinə münasibətdə “baxıla bilər” ifadəsi yetərli deyil. Bu məsələnin həlli istiqamətində real addımın atılması üçün mütləq siyasi qərarın olması çox zəruridir.

– Büdcə ilə bağlı nə baş verir? Büdcədə profisit yarandığı deyilir. Bu, nə dərəcədə əsaslı məlumatdır və nəyin hesabına yaranır? Hansı maddələr üzrəsə xərclər artırılacaqmı? Sizcə, hökumətin yeni tərkibi daha çox hansı sahələrin inkişafına yönəlməlidir? Sosial proqramlarla bağlı diqqət artacaqmı?

– Düşünürük ki, bu il büdcə ilə bağlı elə bir ciddi problem gözlənilmir. Maliyyə Nazirliyinin operativ məlumatına görə, 2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4563 mln. manat, xərcləri 4408 mln. manat olub, 155 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı, yəni profisit yaranıb. Mənbələrə gəldikdə isə, rəsmi məlumata görə, vəziyyət belədir: Vergilər Nazirliyi xəttilə dövlət büdcəsinə 1437 mln. manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 16 mln. manat və ya 1,1 faiz çoxdur. Həmin vəsaitin 68 faizi və yaxud 970 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Gömrük Komitəsi xəttilə dövlət büdcəsinə 727 mln. manat vəsait təmin edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz və yaxud 156 mln. manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 79 mln. manat təşkil edib. Neft Fondundan dövlət büdcəsinə 2299 mln. manat vəsait transfert edilib. 2018-ci ilin büdcəsində neftin 1 barrelinin qiymət proqnozu 45 dollardan götütürüb. Amma 2018-ci ilin birinci rübündə neftin qiyməti proqnoz göstəricilərindən xeyli yükəsk olub.Hazirda 70 dollardan yüksəyə qalxıb.Amma büdcə haqqında operativ məlumatda birinci rübdə neftin qiymətinin profisitə necə təsir etdiyi göstərilmyib. 2018-ci ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 109 faiz və yaxud 4408 mln. manat icra olunmuşdur. İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 40 faizi və ya 1761 mln. manatı sosialyönümlü xərclərin,yəni əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz və ya 126 mln. manat çoxdur.

– Büdcəyə yenidən baxılması haqda fikirlər burdan yaranıb?

– Bəli. Birinci rübün nəticələri müsbət olduğundan, son vaxtlar 2018-ci ilin büdcəsinə yenidən baxılacağı məsələsi gündəmə gəlib. Bununla bağlı hər şeydən əvvəl onu qeyd edək ki, dövlət büdcəsinə yenidən baxılması və xərclərə sekvestr tətbiq olunması qaydası “Büdcə sistemi haqqında” qanunun 23-cü maddəsinin tələbləri əsasında ola bilər. Həmin maddədə deyilir ki, “dövlət büdcəsinin icrası prosesində onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda müvafiq icra hakimiyyəti orqanının təklifi ilə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında dövlət büdcəsinə yenidən baxılması barədə məsələ qaldırıla bilər. Bu zaman dövlət büdcəsinin icrasının vəziyyəti barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi olmalıdır. Dövlət büdcəsinin icrası prosesində gəlirlər təsdiq olunmuş məbləğdən az daxil olduqda funksional və iqtisadi təsnifat üzrə xərclər (müdafiə olunan xərc maddələri istisna olmaqla) mütənasib şəkildə, təşkilati təsnifat üzrə xərclər isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada azaldılır. Dövlət büdcəsinin icrası barədə rüblük hesabatlarda büdcənin gəlirləri üzrə faktiki daxilolmalar həmin dövr üçün təsdiq edilmiş göstəricilərdən 20 faiz az olduqda həmin hesabatlar Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsində müzakirə edilir. Dövlət büdcəsinin icrası prosesində büdcənin gəlirləri üzrə faktiki daxilolmalar ilin birinci yarısı üzrə nəzərdə tutulan göstəricilərdən 30 faiz az olduğu halda, müdafiə olunmuş xərc maddələrinin maliyyələşdirilməsi üçün vəsait çatmadıqda, büdcə kəsirinin nisbi göstəricisi təsdiq olunmuş səviyyəni keçdikdə və ilin sonunadək yuxarıda göstərilənləri aradan qaldırmaq barədə müvafiq icra hakimiyyəti orqanları tərəfindən əsaslandırılmış təklif olmadıqda müvafiq icra hakimiyyəti orqanı Milli Məclis qarşısında büdcədə dəqiqləşdirmə aparılması barədə oktyabr ayının 1-dən gec olmayaraq məsələ qaldırır. Cari ilin dəqiqləşdirilmiş dövlət büdcəsi haqqında qanun layihəsini Milli Məclis oktyabr ayının 15-dən gec olmayaraq təsdiq edir. 2018-ci ilin dövlət büdcəsində “Büdcə sistemi haqqında qanunun” 23-cü maddəsin tələbləri səviyyəsində çatışmazlıq və kənarlaşma yoxdur. 2018-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 45 dollardan götürülüb və hazırda dünya bazarında Azərbaycan nefti 70 dollardan baha satılır, onda büdcəyə əlavə gəlir daxil olacaq. Büdcəyə daxil olacaq əlavə gəlir əhəmiyyətli rəqəmlərlə ifadə olunsa, onda həmin əlavə gəlirin bölgüsü ilə bağlı büdcəyə yenidən baxıla bilər.

– Bu halda büdcədən maliyyələşənlərin əməkhaqları artırılacaqmı?

– 2018-ci ilin dövlət büdcəsində görünən o idi ki, diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əmək haqqı artırılacaq. Hələ 2017-ci ilin aprel-may ayları ərzində keçirilən qiymətləndirmədə iştirak edənlərin əmək haqqı 2018-ci ildə artırıldı. Bundan əlavə Prezidentin xüsusi sərəncamları ilə 3 milyon nəfərdən artıq insanın əmək haqqı, pensiyası, müavinəti və digər ödənişlər də artırıldı. İlin sonuna qədər həmin artımları örtmək üçün aşağı-yuxarı 600 milyon manat pul lazımdır. 2018-ci ilin dövlət büdcəsində həmin istiqamətdə tələb olunan xərclər də konkret təyinatı üzrə göstərilməklə öz əksini tapmalıdır. Birinci rübünün nəticələrindən görümdüyü kimi cəmi 3 faiz artıq olub. Həmin nəticənin nə qədər dəyişəcəyindən asılı olaraq, qanunvericilikdə müəyyən olunmuş və qeyd etdiyimiz qaydada 2018-ci ilin büdcəsinə yenidən baxıla da bilər. Amma birinci rübün hazırkı nəticələri qanunvericilikdə müəyyən edilmiş qaydalara görə Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydada onun özü tərəfindən korrektələr etməyə hüquqi baxiımdan imkan verir.

Oxşar xəbərlər
00:06, Bu gün
“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?
23 Apr 2024 | 23:59
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
23 Apr 2024 | 23:57
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
23 Apr 2024 | 23:54
Nigerin XİN rəhbəri ABŞ səfiri ilə Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edib
23 Apr 2024 | 23:52
Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 23:47
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 23:44
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23 Apr 2024 | 23:38
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23 Apr 2024 | 23:29
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23 Apr 2024 | 23:14
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23 Apr 2024 | 23:12
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23 Apr 2024 | 23:09
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23 Apr 2024 | 23:03
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23 Apr 2024 | 23:03
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23 Apr 2024 | 23:02
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
23 Apr 2024 | 22:58
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:47
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
23 Apr 2024 | 22:45
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Apr 2024 | 22:38
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
23 Apr 2024 | 22:31
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
23 Apr 2024 | 22:27
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
23 Apr 2024 | 22:18
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
23 Apr 2024 | 22:10
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
23 Apr 2024 | 21:59
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
23 Apr 2024 | 21:49
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
23 Apr 2024 | 21:29
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
23 Apr 2024 | 21:25
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
23 Apr 2024 | 21:22
Milyonçu səhvi ucbatından evsiz qaldı
23 Apr 2024 | 21:17
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
23 Apr 2024 | 21:15
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23 Apr 2024 | 21:12
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
23 Apr 2024 | 20:56
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
23 Apr 2024 | 20:55
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
23 Apr 2024 | 20:52
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
23 Apr 2024 | 20:46
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
23 Apr 2024 | 20:33
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 20:17
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
23 Apr 2024 | 20:15
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
23 Apr 2024 | 20:12
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
23 Apr 2024 | 20:10
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
23 Apr 2024 | 20:04
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
23 Apr 2024 | 19:54
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
23 Apr 2024 | 19:52
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
23 Apr 2024 | 19:50
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
23 Apr 2024 | 19:42
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
23 Apr 2024 | 19:31
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 19:23
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
23 Apr 2024 | 19:16
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
23 Apr 2024 | 19:14
Xərçəngdən qorunmağın sadə yolu
23 Apr 2024 | 19:11
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
23 Apr 2024 | 19:09
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
23 Apr 2024 | 19:07
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
23 Apr 2024 | 19:05
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
23 Apr 2024 | 19:02
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
23 Apr 2024 | 19:01
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
23 Apr 2024 | 19:00
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
23 Apr 2024 | 18:58
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
23 Apr 2024 | 18:48
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
23 Apr 2024 | 18:43
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
23 Apr 2024 | 18:41
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
23 Apr 2024 | 18:32
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 18:31
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 17:54
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
23 Apr 2024 | 17:51
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
23 Apr 2024 | 17:48
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
23 Apr 2024 | 17:46
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
23 Apr 2024 | 17:45
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
23 Apr 2024 | 17:43
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
23 Apr 2024 | 17:42
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
23 Apr 2024 | 17:39
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
23 Apr 2024 | 17:35
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
23 Apr 2024 | 17:28
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
23 Apr 2024 | 17:25
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
23 Apr 2024 | 17:21
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
23 Apr 2024 | 17:17
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
23 Apr 2024 | 17:14
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
23 Apr 2024 | 17:11
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 17:05
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
23 Apr 2024 | 17:04
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
23 Apr 2024 | 17:00
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
23 Apr 2024 | 16:55
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
23 Apr 2024 | 16:53
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
23 Apr 2024 | 16:50
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 16:45
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
23 Apr 2024 | 16:40
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
23 Apr 2024 | 16:35
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
GÜNLÜK
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 06:00
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 05:26
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
23 Apr 2024 | 06:56
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 06:00
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 05:26
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
23 Apr 2024 | 06:56
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb