Vəzifə sahibləri və deputatlar mənəvi-psixoloji testdən keçirilməlidir... -Təklif
Oxunub: 4190
17 Apr 2018 | 12:11
Vəzifə sahibləri və deputatlar mənəvi-psixoloji testdən keçirilməlidir... -Təklif
Salaməleykum! Həqiri-bəndənizin  bu il martın 31-də təqdim etdiyi “Rüşvətxor və korrupsionerlər də 31 Mart soyqırımçılarının davamçılarıdır...” başlıqlı yazısı bir sıra oxucuların ürəyindən xəbər verib. Hətta dövlət orqanında çalışan  mötəbər  şəxslər də telefon açaraq həmin köşədə toxunulan məsələlərin müzakirəsini davam etdirməyi məsləhət görüblər...
Kimsə deyə bilər ki, əşşi, sən kimsən e,  dövlət rəhbərliyinə məsləhət görürsən, ağıllı çıxmısan... Qoy belə sualları verəcək şəxslər özləri öncədən yaxşı düşünsünlər; Azərbaycan prezidenti dəfələrlə vurğulayır ki, ölkəmizdə demokratiyadır, vicdan, əqidə azadlığıdır, hər kəs fikirlərini açıq şəkildə ifadə edə bilər. Bu sətirlərin müəllifi də bu ölkənin ərazi bütövlüyünü, müstəqilliyini, sabitliyini, firəvanlığını, gələcək inkişafını arzulayan bir vətəndaşı olaraq yaradılmış şəraitdən yararlanıb mülahizə və təkliflərini  ortalığa qoyur. İkincisi də, Prezident  öz çıxışlarında mütəmadi olaraq  vətəndaşlardan korrupsiyaya, məmur özbaşınalığına qarşı mübarizədə ona dəstək olmağı xahiş edir. İndiki şəraitdə Vətəndaşın Prezidentə dəstək olmasına maneçiliyi isə yalnız korrupsiya şəbəkəsinin üzvü olanlar edə bilər...



Xülasə, yadınızdadırsa, sözügedən yazıda söhbət əsasən rüşvətxorluq, dələduzluq mərəzindən, xalqımızın bu kimi bəlalara necə yoluxmasını araşdırmaqdan ötrü MİLLİ GENOFOND İNSTİTUTUNUN yaradılmasından gedirdi... Milli genefondumuza, soykökümüzə ötən əsrlərdən bəri imperiyaların, terrorçu-separatçı ermənilərin vurduğu zərbələri, soyqırımlarını bu gün məhz korrpupsiya ilə məşğul olan məmurların davam etdirdiyi göstərilirdi...
Qeyd etdiyimiz kimi, hörmətli Prezident İlham Əliyev 2011-ci ildə korrupsiyaya qarşı mübarizə ili elan etmişdi.  O zamandan həmin mübarizə çərçivəsində  mütəmadi həbslər başladı. Cəmi 4 il sonra korrupsiyaya, dələduzluğa, banditliyə qurşanmış bütöv bir nazirlik, özü də ölkənin təhlükəsizliyinə cavabdeh olan bir nazirliyin başında duranlar ifşa edildi. Onların  məhkəmə serialları hələ də davam edir. Həmin nazirliyin  güdazına gedən başqa nazirlər və yüksək vəzifəlilər də vəzifədən çıxarıldı, həbs edildi.  Və s. və i.a.  

İşdən azadetmə və həbs kimi cəza tədbirləri ilə yanaşı, 2012-ci ildən paytaxt və bölgələrdə ölkədəki korrupsiya və rüşvətxorluq şəbəkəsinə böyük zərbə vurduğu söylənilən ASAN xidmətlər sistemi qurulmağa başlandı. Vətəndaşların bir sıra məsələlərdə süründürməçilikdən, bürokratiyadan və ən əsası, rüşvətdən xeyli dərəcədə canı qurtardı... 
Ancaq gəlin görək,  bu illər ərzindən bir xalq olaraq rüşvət və korrupsiya mərəzindən qurtulmuşuqmu? Olay və proseslərin müşahidə və təhlili göstərir ki, xeyr... Bunu nazirlik və icra başçılarının  təntənəli  hesabat məruzələri, eləcə də əlaqədar qurumların verdiyi statistik rəqəmlərlə yox, sadə xalqın içərisində olub səmimi söhbət etməklə dəqiq bilmək olar.  Bu yaxınlarda  daha bir strateji  nazirliyin rəhbəri azad edilən kimi onun da korrupsiya əməllərinin ifşasına start verildi. Hələki mətbuatda... Onun yerinə gələn nazir isə rüşvətxor kadrları təmizləməklə məşğul olduğunu elan etdi... Özüm konkret ad çəkmirəm ki, kimsə hansısa hakimiyyətdaxili qruplaşmanın mənafeyini güddüyümü düşünməsin... 
Xatırladım ki, hələ 2011-ci ildən öncə  də korrupsiya ilə bağlı bir neçə nazir və yüksək vəzifəli şəxslər cəzalandırılıb, həbs edilib. Amma  bu dəhşətli, yoluxucu, sümürgəçi xəstəliyin kökü kəsilmir ki, kəsilmir... Ölkə rəhbərliyində olan kimsə dediklərimə inanmırsa, yaxud bunu Azərbaycan dövlətçiliyinə böhtan kimi dəyərləndirirsə, buyursun, gəlsin, dərviş-libas olub düşək Bakıda, bölgələrdə bazar və çayxanalarda, metro və avtobuslarda sadə vətəndaşların söhbətlərini dinləyək, bağçalardan tutmuş akademiyalaradək təhsil-təlim ocaqlarında, tibb məntəqələrindən tutmuş məşhur mərkəzi xəstəxanalarədək  və s. gəzək... Gürcüstanla, Rusiya ilə, İranla sərhəddəki gömrük məntəqələrinə baş vuraq... Onda görəcəyik ki, yerlərdə müəllimlərdən, həkimlərdən, hətta süpürgəçilərdən aylıq “haqq” yığımı sovet dövründəki pambıq yığımından daha sürətli və nizamlı gedir.  Ali məktəblərdə tələbələrdən, xəstəxanalarda xəstələrdən qanunsuz ödənişlər alınması davam edir və s. və i.a. 
Bəs nə etməli? Görünür, rüşvətxorluq mərəzini yalnız vəzifədən azadetmə və azadlıqdan məhrum etmələrlə canımızdan çıxarmaq mümkün deyil. Bu xəstəlik yuxarılarda da, aşağılarda da çox dərin bir kök salıb. Odur ki, burada “cərrahi müdaxilələr”lə yanaşı, kütləvi profilaktik və “terapevtik” müalicələr də vacibdir...
Xərçəng xəstəliyi kimi rüşvətxorluq və korrupsiya mərəzini də xaricdən yeridilən infeksiya yayan “bakteriya” və “virus”ların fəaliyyəti sayəsində normal strukturu dəyişilmiş, “geni” zədələnmiş “hüceyrələr” - orta və yüksək vəzifəli məmurlar  ölkənin “bədən”inə yaymaqdadır. Həmin məmurlar ilk növbədə bu ölkənin “qanı”nı, yəni  idarəçiliyi, təhsili, elmi, səhiyyəni və s. icra edən əsas strukrurlarını zəhərləyiblər. Deməli, həmin hüceyrələri, yəni məmurları bütövlükdə xüsusi süzgəcdən, testdən attestasiyadan keçirərək yararsızlarını atmaq lazımdır... 
Son onilliklərdə məmur olmaq istəyən gənclər də, əvvəllər vəzifələrdə çalışmış orta yaşlılar da mütləq şəkildə dövlət qulluğuna imtahan verirlər. Bundan əlavə, artıq məmur kimi işə qəbul olunanların hər 5 ildən bir təkrar imtahan edilməsi haqda da qərar qəbul edilb.  Bunlar çox müsbət haldır. Ancaq  çatışmayan və əsas olan bir cəhət var... Həmin test imtahanları və müsabiqələrdə gələcək məmurların bilikləri, idarəçilik qabiliyyətləri yoxlansa da, onların hansı niyyətlə dövlət orqanlarında işləməyi arzu etdikləri müəyyən olunmur... Yəni, ola bilər ki, hər hansı bir gəncin və ya keçmiş məmurun gözəl idarəçilik qabiliyyəti, kifayət qədər dünyagörüşü və savadı var, işləyəcəyi sahəni əla bilir, 3-4 xarici dildə danışır-yazır, amma niyyəti dövlətə, xalqa xidmət yox, şəxsi, ailə, tayfa maraqlarını həyata keçirmək, bir sözlə, loru dildə desək, işləyəcəyi vəzifədə mümkün qədər “yeyib-dağıtmaq”dır... 
Təcrübə göstərir ki, niyyətləri bəlli olmadan təyin olunan kadrlar sonradan ayrı-ayrı idarələrin, bölgələrin və bütövlükdə ölkənin başına bəlaya çevrilir. Məhz bu səbəbdən 10-15 il strateji sahələrin başında əyləşmiş bəzi nazirlər dövlətə, xalqa xidmət yerinə korrupsiya, dələduzluq və banditlik şəbəkəsi təşkil edərək milli xəyanət yolu tutmağa nail olurlar.  Məhz bu səbəbdən neçə illər bir bölgənin idarəçiliyi etibar edilmiş bəzi icra başçıları harınlayıb sözün əsl mənasında quduraraq, quduzlaşaraq vətəndaşı, xalqı təhqir etməyə, tapdalamaya başlayır. Amma bunları öncədən məmur kimi yetişdirəndə profilaktik tədbirlər görülsə, hər hansı bir vəzifəyə iddialı olanlar  əməlli-başlı süzgəcdən keçirilsə, çox nadir hallarda vəzifə başında həddini aşarlar...
Bütün bunları nəzərə alaraq əvvəlcə hazırda yalnız icra strukturlarına deyil, elm, təhsil, səhiyyə, iqtisadiyyat, kənd təsərrüfatı, gömrük, vergi və s. sahələrdə vəzifələrdə olanları imanlı, etibarlı,  elmli, yüksək intellektli mütəxəssislərin və ən əsası, psixoloq və din xadimlərinin iştirakıyla  çox mötəbər bir ali dövlət komissiyasının attestasiyasından- mənəvi-psixoloji testlərdən keçirmək gərəkdir... Köhnələri saf-çürük etdikdən sonra isə vəzifəyə gedəcək vətəndaşları da dövlət qulluğu və ya ixtisasla bağlı imtahanlardan öncə  eyni ali dövlət komissiyasının, təbii ki, bir az fərqli suallarla oxşar mənəvi-psixoloji testdə yoxlamaq lazımdır...
Belə baxıram, deputatlığa namizədləri də  belə bir komissiyadan keçirib sonra təsdiqləmək lazımdır. Nədən ki, son illər xalq, vətəndaş barəsində nə danışdığını bilməyən, inhisarçılıqla, korrupsiya ilə məşğul olan, dünya malından ötrü hətta ata-anasıyla tutaşan deputatlar da görməkdəyik... Parlamentdə də yalnız millət(!) vəkili adına gerçəkdən layiq olan şəxslər əyləşməlidir...
Belə ali dövlət  kadr komissiyasından keçəcək gələcək və ya işləyən məmur, yaxud deputatların qarşısına elə mənəvi-psixoloji testlər, tapşırıqlar qoymaq mümkündür ki, onlar cavablarda  manipulyasiya edə, yəni əsl, çirkin niyyətlərini gizlədə  bilməsinlər.  Onların təbiətən ədalətli, halal, vicdanlı, insaflı olub-olmamaqları dəqiq bilinsin...Hesab edirəm ki, belə ciddi test, tapşırıq və müsabiqə sualları tətbiq edə biləcək kifayət qədər savadlı və imanlı ilahiyyatçı və psixoloqlarımız var...
Bu işdə dövlətə möhtərəm Şeyxülislam da böyük yardımçı ola bilər. O və rəhbərlik etdiyi qurumun əməkdaşları yolundan çıxmağa meyilli olan məmur və ya deputatları  məscidlərə dəvət edərək onların üzərində hər bir müsəlman, xüsusən də din alimi üçün vacib olan vəzifəni –nəhy əz-münkər(pis əməldən çəkindirmək) və əmr be-mərufu(yaxşı əmələ dəvət) icra etməyə borcludurlar. Bu haqda, inşallah, növbəti yazılarda ətraflı bəhs edəcəyik...
Öncəki prezidentimiz yenidən 7 illiyə prezident seçildi. Təki xalqımız və dövlətimiz üçün xeyirli-uğurlu olsun. Bu 7 ildə xalq gələcək inkişafımız üçün böyük  əngəl olan iki məsələnin Qarabağın işğaldan azad edilməsi və korrupsiyaya, inhisarçılığa son qoyulmasını arzulayır... Bir vətəndaş olaraq hesab edirəm ki, bu əngəlləri aradan qaldırmaq üçün idarəçilikdə ciddi islahatlar aparmaq, xüsusən məmur və deputatlarla bağlı qeyd etdiyimiz işləri görmək vacibdir. Əks halda sözlərimiz çətin ki, əmələ çevrilə...

Sultan Laçın

Oxşar xəbərlər
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 14:37
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 14:37
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK