Cəfər Axundzadə: “Qızıma söz vermişəm ki, tezliklə siqareti atacağam" - MÜSAHİBƏ
Oxunub: 1516
05 Mar 2018 | 13:02
Cəfər Axundzadə:  “Qızıma söz vermişəm ki, tezliklə siqareti atacağam
Moderator.az “Cinemazadeh” studiyasının baş direktoru Cəfər Axundzadənin “Report”a müsahibəsini təqdim edir:

- Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu imzalayıb. Bu qanuna və ümumiyyətlə, tütün məhsullarından istifadənin məhdudlaşdırılmasına münasibətiniz necədir?

- Demokratik düşüncəli insan olsam da, deməliyəm, bəzi hallarda müəyyən hallara qarşı qadağa lazımdır ki, sonra bu, adət halını alsın. Özüm siqaret çəksəm də, maşında və ya evdə heç vaxt siqaret çəkmirəm. Çünki evdə qızım var. Restorana ailəmlə gedəndə çalışıram ki, elə yerə gedim, orada siqaret çəkilməsin. Hətta bəzən olur ki, uşaqla olanda başqasından siqaret çəkməmək üçün xahiş edəndə pis başa düşürlər. Halbuki, bu, mədəniyyətdir. Təbii ki, siqaret çəkmək çox zərərli vərdişdir. Əgər bu vərdişdən əl çəkə bilmirsənsə, heç olmasa gərək ətrafdakıları bu zərərə düçar etməyəsən. Bu da insanın öz mədəniyyətindən asılıdır. Odur ki, siqaretin çəkilməsi ilə bağlı qoyulan qadağa alqışlanandır. Çünki bu zamanla adətə çevriləcək və bir müddətdən sonra artıq qadağaya da ehtiyac qalmayacaq. Mən 12 il Moskvada yaşamışam. Orada bu qadağa çoxdan tətbiq olunur. Hətta çöldə mənfi 10 dərəcə şaxta olanda belə çıxıb bayırda siqaret çəkirdik. Qərar veriləndə insanlar deyindilər, amma zamanla bu, adət halını aldı. Hətta sonradan qanun bir az da sərtləşdirildi. Məsələn, binanın önündə ancaq müəyyən olunmuş məsafə uzaqlığında siqaret çəkməyə icazə verilir.

- Siqaretin zərərlərini bilə-bilə siz özünüz də istifadə edirsiniz...

- Bəli, siqaretin bütün zərərlərindən xəbərdaram. Amma qızıma söz vermişəm ki, tezliklə siqareti atacağam. Hər zaman bu məsələdə mənimlə mübarizə aparan məhz qızımdır. Onun israrlarından sonra hətta siqareti az çəkirəm. Təəssüf ki, işimə görə tam tərgidə bilmirəm. Əslində, insanların "əsəbimdən çəkirəm" deməsi boş bəhanədir. Əsəbləşən zaman saqqız çeynəmək və ya çay içmək də olar.



- “Siqaret çəkmə, film çək” müsabiqəsinin münsiflər heyətinin üzvü kimi, sizcə, hansı filmlərin çəkilməsi daha maraqlı olardı?

- Müsabiqəyə təqdim olunan bütün işləri maraqla gözləyirəm. Əvvəldən müsabiqəyə hansı formatda filmlərin olması məsələsini müzakirə edəndə hər hansı məhdudiyyətin nəzərdə tutulmamasını təklif etdim. Yəni, çərçivə olmamalıdır. Hər kəs fikrini rəssam kimi ifadə edə bilməlidir. Əsas odur ki, mövzudan kənara çıxılmasın. Təqdim olunan işlər animasiya, film, qısa rolik, bir-iki sosial kadr da ola bilər. İstəyimiz lazım olan mesajı çatdırmaqdır. Çünki bəzən elə olur ki, insanlar 3 saatlıq film çəkirlər, lakin fikrini çatdıra bilmir. Ancaq elə insan da var ki, 5 saniyədə fikrini çatdırır. Odur ki, qısametrajlı filmlərə daha çox maraq göstərmişəm. Çünki burada fikri çatdırmaq çox çətin olur. Gərək həmin şəxs daha peşəkar olsun və işinə ağılla yanaşsın. Bu səbəbdən hesab edirəm ki, müsabiqə çərçivəsində maraqlı işlər görəcəyik.

- Bu günə qədər müsabiqəyə hansı maraqlı ideyaların yer aldığı layihələr təqdim olunub?

- Bəzi işlərlə tanış olmuşam. Hətta onların içərisində animasiya filmləri də izləmişəm. Düzdür, bizim mövzu ilə əlaqəsi yox idi. Bir faktı da qeyd edim ki, Azərbaycanda animasiya yox dərəcəsindədir. Tək-tək insanlar qalıb ki, bu işlə məşğul olsun. Məsələn, tammetrajlı animasiya filminin ərsəyə gəlməsi 2-3 il çəkir. Təbii ki, bu da çox sərmayə istəyir. Bu gün filmlərin çoxu kommersiya xarakterli çəkilir. Amma, bu, belə olmamalıdır. Təbii ki, bir çox sponsorlar belə işə maraqlı olmur. Lakin motivasiya xarakterli filmlərin çəkilişi zamanı nəticədə peşəkarlar meydanda qalacaq. Bu gün yağ, pendir, kolbasa satanlar əllərinə pul düşən kimi film çəkmək istəyirlər. Hər kəs gərək öz işini görsün. Çoxu elə bilir ki, burada pul var. Başları daşa dəyəndən sonra görürlər ki, hər şey təkcə pulla həll olunmur.

Azərbaycan kinosuna dövlət tərəfindən lazımi dəstək verilir. Amma əvəzində ortada tutarlı film görmürük. Bilirik ki, dövlət maliyyəsi ilə çəkilən film dövlətin imicinə və ya sənət üçün çəkilməlidir. Məsələn, dövlətin maliyyəsi ilə heç vaxt “Kəklikotu” filmini çəkmək olmaz. Bu, ayıb olar.

Kino nə qədər çox çəkilsə o qədər ələnmə olacaq. Keçən il Azərbaycanda istehsal olunan kommersiya filmlərinin sayı çox idi. Amma onlardan 5-6-sı tutarlı oldu. Televiziya və kino zövqü formalaşdırmalıdır.


- Ətrafınızda kifayət qədər tanınmış sənət adamları var. Onlardan bu müsabiqənin geniş auditoriyaya çatdırılması işində kömək istəyə bilərsiniz. Hansı tanınmış simalar bu işdə uğurlu seçim ola bilər?


- Bu işdə təkcə tanınmış insanlar deyil, hər kəs həmrəy olmalıdır. Bu sahədə daha çox ziyalıların üzərinə iş düşür. Çünki onlar hər zaman nümunə olurlar. İnanıram ki, Azərbaycan əhalisi bu işin nə qədər xeyirli olduğunu bilir və bizə yardımçı olacaq.

- Ümumilikdə bu müsabiqənin töhfəsi nə olacaq?

- “Siqaret çəkmə, film çək” müsabiqəsi daha sağlam Azərbaycan gələcəyinin böyüməsinə zəmin yaradacaq.

- Siz eyni zamanda “Cinemazadeh” studiyasının baş direktorusunuz. Studiyanın təşəbbüsü ilə bir çox yerli filmlər çəkilir. Yaxın gələcək üçün hansı yeni layihələr icra olunacaq?

- Bizim studiya bir ildir fəaliyyət göstərir. İlk vaxtlarda dublyaj studiyası kimi professional formada kinoteatrlar üçün xarici filmləri Azərbaycan dilinə tərcümə edirdik. Əvvəl bizə heç kim inanmırdı, amma zamanla uğurlu iş ortaya qoyduq. Bu il də dublyajı dayandırmayacağıq. Qeyd edim ki, hansı ölkədə yaşasan da, hər bir Azərbaycan vətəndaşı ana dilini səlis bilməlidir.

Dublyajdan sonra film çəkmək qərarına gəldik. İlk filmimiz “Təhmin və Zaur” oldu. İkinci filmimiz “Kəklikotu” idi, hansıki çox maraq doğurdu. Sözün düzü, bu qədər maraq gözləmirdik. Bu film aktyor heyətinə görə də öz sözünü dedi. Bir film də Türkiyədə lentə aldıq. Bu ekran işi “Çat kapı aşk” adlanır. Film hazırda montajdadır. Filmdə tamamilə türk aktyorları (Müge Boz, Nergiz Kumbasar, İbrahim Selim və s.) çəkiliblər. Azərbaycandan yalnız Elməddin Cəfərov çəkilib. Çəkilişlər yayda İstanbulda baş tutub. Ümid edirəm ki, film bu ilin payız aylarında ekrana çıxacaq.


Növbəti layihəmiz olan “Qış nağılı” filminin çəkilişlərinə başlanılacaq. Bu film “Kəklikotu”ndan daha uğurlu olacaq. Düşündük ki, bu vaxta kimi Azərbaycanda kino tarixində komediya janrında yeni il gecəsi barədə filmimiz çəkilməyib. “Qış nağılı” filmində Əbdül Mahmudov, Elməddin Cəfərov, İslam Mehrəliyev, Murad Dadaşov, Dilarə Kazımova (“Eurovision” təmsilçimiz) və başqaları rol alacaqlar.

Bundan başqa, yeni layihəmiz olan “Şairzadə”nin çəkilişlərinə start verəcəyik. Bu həftənin ikinci günü çəkiliş olacaq. İlk çəkilişdə Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirindən qısa parçanı Şamil Süleymanov təqdim edəcək. İlk mərhələ üçün 10 Azərbaycan şairinin (Məmmədhüseyn Şəhriyar, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu, Ramiz Rövşən və s. ) şeiri seçilib. Hər şeir fərqli formatda səsləndiriləcək. Hər şeir ayrı-ayrılıqdı mini film olacaq. Aktyorlar şeirləri adət etdiyimiz formatda təqdim etməyəcəklər. Şeirlər Azərbaycan telekanalından birində və internetdə yayımlanacaq. Əgər layihə uğur gətirsə, davamı gələcək. 
Oxşar xəbərlər
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:19
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
24 Apr 2024 | 17:18
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
24 Apr 2024 | 17:16
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
24 Apr 2024 | 17:12
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
24 Apr 2024 | 17:10
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
24 Apr 2024 | 17:08
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 17:00
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
24 Apr 2024 | 16:56
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
24 Apr 2024 | 16:50
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
24 Apr 2024 | 16:46
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
24 Apr 2024 | 16:44
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
24 Apr 2024 | 16:40
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
24 Apr 2024 | 16:37
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
24 Apr 2024 | 16:36
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
GÜNLÜK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb