“Ailə cəmiyyətin əsası və insanlığın akademiyasıdır” - MÜSAHİBƏ
Oxunub: 3784
12 Feb 2018 | 11:01
“Ailə cəmiyyətin əsası və insanlığın akademiyasıdır”  - MÜSAHİBƏ

“Ailə Məcəlləsində nikahın pozulması ilə bağlı hallara yenidən baxmağa ehtiyac var”

 

Son illər ölkəmizdə boşanmaların sayının sürətlə artması, yüz illiklər ərzində formalaşan ailə dəyərlərində müşahidə edilən aşınmalar cəmiyyət, xüsusilə də onun həssas təbəqəsi olan ziyalılar tərəfindən ciddi narahatlıqla qarşılanmaqdadır. Moderator.az olaraq ailə problemləri, boşanmalara təsir edən amillər, problemlərin həlli yolları və s. kimi məsələlərlə bağlı fikirlərini öyrənmək üçün tanınmış hüquqşünas, “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevə müraciət etdik.

 

-Şəmsəddin bəy, ailə, onun cəmiyyətdəki yeri və rolu müxtəlif zamanlarda müxtəlif cür xarakterizə olunub. Bilmək istərdik ki, sizcə ailə nədir? Onun cəmiyyətdəki rolu nədən ibarətdir?

 

-Ailə cəmiyyətin ən mühüm institutlarından biridir. Ailən yoxdursa, deməli heç nəyin yoxdur. Ailə kiçik dövlət, mən deyərdim ki, elə dövlətin özüdür. Əbəs yerə “Hakimiyyətin yeganə mənbəyi xalqdır” ifadəsi işlədilmir. Ailə cəmiyyətin əsas özəyi kimi xalqı yaratdığından, nəticədə hakimiyyətin mənbəyinin ayrılmaz tərkib hissəsinə çevrilir. Bu mənada ailə hər şeyi əvəz edir və onu qurmaq üçün sevgi, bir az da ciddilik kifayətdir. Amma onu qorumağa səbr, çox şeyi bağışlamağı, bəzən də çox şeyi unutmağı bacarmaq  lazımdır.

Mübaliğəsiz belə bir fikir səsləndirmək olar ki, ailəni əvəzi olmayan nadir və az tapılan qiymətli sərvət kimi dağıtmaq yox, qorumaq hər bir vətəndaşın borcudur. Zənnimcə, ailəni quran hər iki tərəf birgə həyata başlarkən hüquqlarını yarıbayarı azaltmalı, vəzifələrini isə iki dəfə artırmalıdırlar. Ər də, arvad da yaşadıqları birgə həyat zamanı ağılla hərəkət etməli, hissə qapılma halları zamanı onu içində boğmağa cəsarət və iradə tapmalıdır. Qarşılıqlı güzəştə getmək ailənin özülünü bərkidir. Təcrübə göstərir ki, əksər hallarda tərəflər arasında əvvəlki sevgi uzun çəkmir. Ona görə də ailənin qorunması üçün başlıca məsələ səbr nümayiş etdirməkdir. Nikahın təntənəli qeyd olunmasına  qədər hər iki tərəf bir-birilərinin xarakterini, vərdişlərini, cəmiyyət üçün önəm daşıyan mənəvi  dəyərləri nə dərəcədə qoruya biləcəklərinə əmin olduqdan sonra razılığa imza atmalıdırlar.

Ailə uşaqlardan başlayır. Uşaqların gələcəyi və ailənin müqəddəsliyini qorumaq xətrinə ailədə orta xətt olmamalıdır. Ailə yeganə yerdir ki, qarşılıqlı hörmət və ehtiramı yalnız orada ərsəyə gətirib, gələcək nəslin sağlam inkişafına da orada zəmin yaratmaq olar. Ailənin xoşbəxtliyini hiss etmək və yaxud görmək üçün səbr və yenə də səbr etmək lazımdır. Bütün hallarda səbirsizlik ailəni uğursuzluğa aparır. Böyük mütəfəkkir R.Taqor deyir: “Ailə istənilən sivilizasiyanın və cəmiyyətin əsas özəyidir”. Mən deyərdim ki, tərəflərin iki qəlbi olsa da iradələri bir olmalıdır ki, daha da möhkəmlənsin. Bu mənada ailə intizamlı məktəb kimi cəmiyyətə görk olmalıdır. Bir az da obrazlı ifadə etsəm, ailə (uşaqların olduğu ailəni nəzərdə tuturam) insanlığı da öyrədən bir akademiyadır.

 

-Son illər boşanma hallarının sürətlə artması cəmiyyətdə ciddi narahatlıqla qarşılanmaqdadır. Sizcə boşanmaların sayındakı bu artım nə ilə bağlıdır?

 

-Son  zamanlar ailə-nikah münasibətlərindəki mübahisələr ictimai müzakirələrin predmetinə çevrilib. Cütlüklər sevgi və məhəbbətə, qarşılıqlı hörmət və ehtirama söykənən bəşəri dəyərlər əsasında  ailə həyatı qursalar da çox çəkmədən yollar ayrılır.  “Xasiyyətimiz uyğun gəlmədi”, “Məni tez-tez aşağılayır”, “Kobudluq edir, uşaqlara baxmır!” və s., və i.a.  Səbəbləri aradan qaldırmaq üçün müxtəlif təkliflər irəli sürülür. Nikah qeydə alınan zaman tərəflər arasında ailə müqaviləsinin imzalanması  təklif edilir. Guya bu təklifin qəbulu   boşanma zamanı əmlakın bölünməsi məsələsinin həllində məhkəmələrə çətinlik yaratmayacaq.

Nikahın pozulmasına təsir edən digər səbəblər sırasında tərəflərin bilik səviyyəsi, intellekt qabiliyyəti vurğulanır. Cütlüyün mədəni və əxlaqi keyfiyyətləri də bu məsələdə rol oynayır... Daha sonra sosial səbəblərin-işsizliyin, yoxsulluğun, narkomanlığa və spirtli içkilərə aludəçilik hallarının olmasını da qeyd edənlər var.

Lakin boşanmaya gətirəcək real səbəblərin tapılması, həmin səbəblərin təhlili, doğuran şəraitin-sosial faktorların öyrənilməsi və aradan qaldırılması üçün sosial institutların rolu hiss olunmur.  Bir az keşmişə nəzər yetirsək bu gün üçün ibrət götürüləsi faktorkarın olduğunu görə bilərik. Keçmişdə ata-babalarımız ailə həyatı qurarkən heç birinin nə təhsili varıydı, nə oxuya, nə də yaza bilirdilər. Amma ailə həyatı davamlı olurdu.  10-11 uşaq böyüdən valideynlərin həyatı bu günkü gənclərə görk olmalıdır. Yoxsulluq və işsizlik şəraitində yaşayan keçmiş kişi və qadınlarda gərginliyə gətirib çıxaracaq fikir ayrılıqları olmuşsa da, ailə həyatı məcrasından çıxmazdı. Çünki ailənin müqəddəsliyi və  Allah tərəfindən “himayə” olunması faktoru təkzib olunmurdu. Həmin dövrün deyiminə görə “Ailə yalnız xəyanət olarsa dağıla bilər”di!  Kişi bir az ucadan danışardısa, qadın həddini aşmazdı. Nə yoxsulluq, nə işsizlik, nə də təhsilin səviyyəsi həmin dövrdə boşanmağa təsir edə bilməzdi və boşanma halları ümumiyyətlə olmurdu-desəm yanılmaram.

Bu gün üçün, doğrusu, şəhər həyatı üçün kişilərin spirtli içkilərə aludəçiliyi və narkomanlığa meyl halları diaqnostika edilə və cəmiyyətin müalicə oluna bilən  xəstəliklərindəndir. Bu səbəbdən qadınlar tərəfindən boşanmalara üstünlük verənlərin sayı da az deyil.

 

-Şəmsəddin bəy, sizcə bütün bunları əsas tutub söyləmək mümkündürmü ki, hazırkı gənclik ailənin mahiyyətini lazımınca dərk etmir?

 

-Şübhəsiz. Statistikaya nəzərə salaq. 2007-ci il ərzində (dekabrın 1-nə olan məlumat)  Azərbaycanda boşanmaların sayı 11min nəfər olmuş, həmin dövrün yanvar-noyabr ayları ərzində  78,5 min nikah qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə olan nisbətdə nikahların sayı 9,1 ; boşanmaların sayı isə 1,3 olmuşdur.

Qənaətimə görə müasir dünyada  boşanmalara  gedən yol açıq və hamardır. Gənclərin əksəriyyəti ailəni cəmiyyətin əsas özəyi olduğunu dərk etmir və yaxud onun konstitutsion mahiyyətini anlamırlar. “Ailə cəmiyyətin əsas özəyidir” ifadəsi əsas qanunumuzda da əksini tapıb. Amma bunun açması gənclərə aşılanmır. Nikahın təntənəli qeydə alınması zamanı  “Ailə məcəlləsinin (9,10 və 11-ci  maddələri) maddələrini rəhbər tutmaqla  “Siz ər-arvad elan olunursunuz!” ifadəsinin əvəzinə,  hər iki tərəfin bir-birilərinə  sədaqət göstərəcəkləri, köməksiz vəziyyətdə (ərin və yaxud arvadın) olduqları, ağır xəstəliklərdən əziyyət çəkdikləri zaman yanında olacaqlarına, ona hörmət və ehtiramla qulluq edəcəyinə, həyatının son gününədək sevgiyə sadiq qalacağına dair hamıya görk olacaq və ətrafı riqqətə gətirəcək məzmunda müraciət edilməli, bir növ  “Ailəyə sədaqət andı”  içilməli və hər iki tərəf ona imza etməlidirlər. And təntənəli toy mərasimlərinin və ailənin bir növ himninə - rəmzinə çevrilməlidir.

Konstitusiyamızın 74-cü maddəsində “Vətənə sədaqət” vəzifəsi hər bir vətəndaşın (dövlət qulluqçusunun, hərbiçinin, dövlət qulluğunun xüsusi növündə çalışan məmurlarının içdiyi and da “Vətənə sədaqətin” nümunəsidir.) müqəddəs, konstitusion vəzifəsidir. Bu vəzifəni icra etməmək sədaqətsizliyin bariz nümunəsi kimi xəyanətə bərabər tutulur və cinayət məsuliyyəti yaratdığı üçün dəyər kəsb edir.

 

-Demək hesab edirsiniz ki, “Ailəyə sədaqət andı”nın içilməsi tərəflərin məsuliyyətini artıra bilər?

 

-Bəli. Zənnimcə “Ailəyə sədaqət” ruhunda  andın (mətni dərin məna kəsb edən məzmunda tərtib etmək lazımdır)  içilməsi, toy şənliyində iştirak edənlərin hüzurunda ucadan səsləndirilməsi və həmin andın hər iki tərəfin imzalamasından sonra  Ailə Məcəlləsinin müvafiq  maddəsinə uyğun  nikahın bağlanması ailənin nüfuzunu artıra, onu gənclər üçün müqəddəsləşdirə bilərdi. Qeydiyyat Şöbələri tərəfindən toy mərasimlərində təqdim edilən nikah şəhadətnamələri toydan sonra dəyərini itirir. Həm qız, həm də oğlan tərəfindən şahidlik edib,  zamin duranların imzaları ilə  nikahı təsdiqləmələri isə seremoniyanın formal tərəfidir.

Yerində səslənməsə də bir haşiyə çıxardım. Banklarda kredit verilən zaman zamin duran şəxsin krediti götürəni tanıması və onun işləməsinə, habelə onun maddi imkanlarının borcu qaytarmaq həddində olmasına zaminlik edir və sənədə imza atır. Lakin borclu borcunu qaytara bilmədikdə və yaxud, ölkənin hüdudlarından kənara çıxdıqda zamin duranın vəziyyəti ağırlaşır, bank yerdə qalan borcu hüquqi məntiqə sığmayan tərzdə ona – zamin durana yönəltməyə başlayırlar.

Ailə münasibətləri iflasa uğradıqdan sonra zaminlik edənlərə qarşı belə davranmaq təbii ki, yolverilməzdir. Zənnimcə, nikah məsələləri bank əməliyyatlarından fərqli olaraq cəmiyyət və dövlət üçün tale yüklü müqəddəs məsələdir. Amma zamin duranlar burda da bankda da fiziki şəxslərdən ibarətdirlər. Nikahın pozulması zamanı nə zaminlər, nə də qudalar heç yada düşmürlər. Ailə dağılır, amma havadarlar yox və onlar məhkəmələrə dəvət olunmurlar. Belə hallar ailənin dəyərini heçə endirməklə, boşanmaları da sadələşdirir və adiləşdirir.

Azərbaycanda boşanmaların səbəbləri diqqətlə araşdırılmadığından öncədən proqnozlar vermək çətindir. Yuxarıda qeyd etdiyim kimi tərəflər (ər/arvad) həyatı və gələcək taleyi ilə bağlı atdığı addımları diqqətlə, ötəri eşqə, ehtirasa uymadan saf-çürük etməli, təkcə zahiri görünüş, bəlağətli və yaxud pafoslu sözlər diqqət çəkməməlidir. Nikah zamanı gənclərin şüurunda gələcəkdə vətən və cəmiyyət üçün həyata gələcək uşaqların yüksək tərbiyəsi hər iki valideynin borcu kimi dərk edilməli, ailənin rifah halının yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi üçün cütlük bütün imkanları daxilində çalışacaqlarının mahiyyətinə        varmalıdırlar. Bu mənəvi dəyərlər nikahdan öncə tərəflərə Qeydiyyat şöbələrinin peşəkar işçiləri və yaxud, Komitənin məsul işçiləri tərəfindın aşılanmalıdır. Hər iki tərəfin nikahdan öncə psixoloji (peşəkar psixoloqların, sosioloqlarının, hüquqşünasların, müvafiq icra hakimiyyəti orqanının nümayəndələrinin  iştirakı etdiyi) testdən keçmələri də gələcək ailənin qorunub saxlanılmasında mühüm şərtdir.

 

-Sizcə ailələrin möhkəm və uzunömürlü olması, onların sosial rifahının yüksəldilməsi üçün daha hansı addımalr atılmalıdır?

 

-Yeni ailə quranlara  ixtisaslarına uyğun işlə təmin edilərkən üstünlük verilməli  və mənzilə ehtiyacları olarsa az %-lə, uzun müddətli kredit verilməlidir.

Hər bir yeni ailənin gələcək həyatı  “Ailə, Qadın və Uşaqların İşləri üzrə Komitənin” nəzarətində olmalı, mövcud çətinliklərin aradan qaldırılmasına diqqət yetirilməlidir. Belə yanaşma ailənin daxili işinə müdaxilə kimi qəbul edilə bilməz. Əksinə, cəmiyyətin sağlam inkişafı, daha doğrusu, ailənin cəmiyyətin əsas özəyinə çevrilməsi üçün geniş imkanlar açılır.

AM-də nikahın pozulması ilə bağlı hallara yenidən baxmağa ehtiyac var. Hər bir boşanma halı mürəkkəbləşməlidir. Bütün hallarda boşanmalar bir qayda olaraq, yalnız və yalnız məhkəmənin  aktı ilə baş tutmalıdır. Boşanmaya əsas verən səbəblərin ciddi və mühüm səbəb kimi qəbulu məsələsi də məhkəmələrin səlahiyyətinə aid edilməlidir.

Ailənin bütövlüyünü qoruya bilməyən, uşaqların tərbiyəsinə və onların sosial ehtiyaclarının  ödənilməsinə biganə qalan ər-arvad dövlətin etibar  etdiyi vəzifənin də öhdəsindən gələ və yaxud, tutduqları vəzifələrinin icrasına başlamazdan öncə içdikləri anda sədaqət göstərə bilməzlər. Ailənin xoşbəxtliyi iflasa uğramışsa, karyer yüksəlişi də ola bilməz Nikahı pozmaq istəyən ərin və yaxud ərin/ arvadın hərəkətləri ailənin yüksək adı və nüfuzu ilə bir araya sığmadığına,  ailə-nikah münasibətlərinə qəsd etdiklərinə və yaxud, ər-arvad münasibətlərini qoruya bilmədiklərinə, habelə vəziyyətə seyrçi mövqedə dayandıqlarına görə onların tutduqları vəzifədə  qalıb-qalmaması məsələsinə də baxılmalıdır. Yaxşı olardı ki, dövlətin himayəsində olan ailənin qorunub saxlanılması üçün əhali arasında interaktiv sorğular keçirilsin, verilən təkliflər sırasında diqqət çəkən faktorlar nəzərə alınsın.

Səbrsizlik və dözümsüzlük nümayiş etdirmək də boşanmaları doğuran obyektiv faktorlardır.

Digər mürəkkəb məsələ boşanmadan sonra ərdən  (arvaddan) alimentin tutulmasıdır. Burada aliment ödəyənin işləməməsi problem olaraq qalır. Heç cürə təfəkkürə sığmır ki, aliment ödəyə bilməyən şəxsi əvvəl inzibati, sonra ödənilməyən borc yığılıb artarsa iddiaçının  şikayəti əsasında ərin (arvadın) cinayət məsuliyyətinə cəlb olunması məsələsi qətiləşir. Anlamaq olmur, alimenti ödəyə bilməyəni həbs etməklə uşaqların sosial rifahı yaxşılaşırmı? Qənaətimə görə əgər aliment ödəyənin heç bir əmlakı da yoxdursa, onun işə düzəlməsi üçün imkanlar axtarılıb tapılmalıdır. Atanın həbs edilməsi arzu olunan hal  deyil. Ata və yaxud ana cəmiyyət üçün heç bir təhlükə törədəcək subyekt olmadığından  onların cəmiyyətdən, ən başlıcası isə ayrı yaşayan övladlarının tərbiyə edilməsi borcundan müəyyən müddətə məhkum edilməsi Cinayət Məcəlləsinin humanizm, ədalət və qanunçuluq prinsipləri ilə bir araya sığmır. Hesab edirəm ki, məsələnin həlli və belə ailələrin ehtiyaclarını ödəmək üçün “Aliment fondu”nun yaradılması çox vacibdir. Bu həm də ölkə konstitutsiyasının 12-ci maddəsində ehtiva edilən  “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının  vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”  müddəası ilə üst-üstə düşər. Belə bir fondun yaradılmasından sonra açılan bank hesablarına imkanlı hüquqi şəxslərin pul köçürəcəklərini də ehtimal etmək olar, dövlətə o qədər də yük düşməz. Bununla da gələcək nəslin əlindən tutmuş olarıq.

 

-Şəmsəddin bəy, Avropada ölkələrində vəziyyət necədir?

 

-İngiltərədə nikah üç hakimin və dövlət orqanı nümayəndəsinin, hər iki tərəfin valideynlərinin də iştirak etdiyi, dövlətin və ədliyyənin atributları olan zalda baş tutur. Əvvəlcə tərəflər üçün nəzərdə tutulan andın mətni oxunur və tərəflərin  razılaşdığı təqdirdə imzalanır. Dövlət orqanının nümayəndəsi və hakimlər müəyyən sualların mahiyyətinə uyğun cavab aldıqdan sonra  nikahın seremoniyası bitir və dövlət sənədi təqdim olunur...

Böyük Britaniyada bir ilə qədər rəsmi nikahda olanlar boşana bilməzlər və yaxud, bir ildən az ailə həyatı yaşayanlar boşanmağa ərizə verə bilməzlər. Boşanmaq istəyənlər ilk növbədə yaşamaq üçün şəraitin dəyişilməsinin mümkünsüzlüyünü sübut etməlidirlər. Bura aiddir:

Tərəflərdən birinin xəyanəti;

Tərəflərdən birinin arzuolunmaz davranışı (məişət zorakılığı);

Tərəflərdən biri digərini 2 ildən çox müddətə atıb getmişsə;

Əgər tərəflər 2 ildən çox müddət ərzində bir yerdə yaşamırlarsa və hər ikisi boşanmağa razıdırlarsa;

Əgər cütlük 5 ildən artıq ayrı  yaşayırlarsa, ər və yaxud arvad (biri) boşanmağa razı olmazsa;

Bütün göstərilən hallarda məhkəmə sübutlar tələb edir. Böyük Britaniyada tərəflər hüquqi yardım üçün hüquqşünaslara və yaxud “Əhali üçün məsləhət bürosuna” müraciət edə bilərlər. Boşanma iddiası məhkəməyə  daxil olduqdan sonra cavabdeh tərəfə (ər və yaxud arvada) xəbərnamə forması göndərilir. Cavabdeh həmin formada boşanmaq istəmədiyinin səbəblərini xırda detalına qədər göstərir, qeyd edilən suallara aydın cavab verir və ağlabatan səbəbləri sadalayıb geri göndərir. Bunları qiymətləndirmək məhkəməyə həvalə olunsa da,  bəzən bu səbəblərin aydınlaşdırılmasına III tərəf - mediatorlar, ailə üzrə məsləhətçilər, arbitlər qatılırlar. Belə hallarda  boşanmanın tezləşdirilməsi mümkün olmur. Ailə-məişət zorakılığına məruz qalan tərəfə pulsuz hüquqi yardım etmək  B.Britaniyada geniş yayılıb. Qurbanlar yaşayış yeri ilə təmin edilir və onlara digər pulsuz yardımlar göstərilir. İgiltərədə bir uşağa görə əmək haqqının 15%, 2 uşağa 20%, üçdən artıq uşaqlara görə isə  25% həddində aliment tutulur. Boşanma zamanı hakim uşaqların  kimin himayəsində qalmasını qət edərsə (mənzilin kimin adında olmasına baxmayaraq) ev də ona qalır. Əksər hallarda ev anada qalır, eyni zamanda  18 yaşına və tələbəlik illəri ərzində də cavabdeh alimenti  ödəməli olur. Xəyanət faktoru məhkəmədə sübut olunsa da “uşaqlara pis anadır” ifadəsini işlətmək qəbul olunmur.

Əvvəlki illərdən fərqli olaraq İngiltərədə boşanma halları azalmağa meyl edir. Sırada 25-29 yaşlı gənclər liderlik edir. Qadınlar daha çox səbirsizlik nümayiş etdirdiyindən boşanmaların da 68%-i qadınların iddiası ilə baş tutur. Əgər 1901-ci ildə İngiltərədə 512 boşanma faktı qeyd olunmuşdusa, 2001-ci ildə bu rəqəm 141135 fakt olmuşdur. 1970-ci ildə ailə qanunvericiliyində edilən dəyişikliklərlə  əlaqədar boşanmaların sayı çoxalmışdır. Analitiklərin nəzərinə görə boşanmalara təsir edən böhranlı səbəblər ilk ailə həyatının 3-cü ayı ərzində, sonra 1 il ərzində və 5-ci ildə kəskinləşməyə başlayır. 5 ildən artıq yaşayan  cütlüklərin ailə həyatə  şanslı və  davamlı olur. Ingiltərə məhkəmələrində əmlakın bölünməsi zamanı “nikah kontraktının” olmasına əhəmiyyət verilmir, əmlak tərəflər arasında bərabər bölünür, lakin azyaşlı uşaqların maraqları nəzərə alınır. 

Böyük Britaniyada da səbrsizlik və dözümsüzlük  nümayiş etdirmək boşanmaların artımına təsir edir.

 

-Amerika və Almaniyanın boşanma praktikası nədən ibarətdir?

 

-Amerikada boşanma proseduru mürəkkəbdir. Bir yerdə yaşamağın qeyri-mümkünlüyü səbəbindən  nikahın pozulması  halları yalnız məhkəmə yolu ilə baş tutur. Boşanmalara  vəsatət verildikdən 6 ay sonra  baxılır. “Şerif” tərəfindən cavabdehə çağırış vərəqəsi təqdim edildikdən 21 gün sonra isə proses başlanılır. Adətən qız uşaqları boşanmadan sonra ana ilə qalır. İl ərzində qeyd olunan nikahkarın 45,5%-i pozulur.

Fransa dövlətində nikahın pozulması müəyyən səbəblər tələb edir.

- birgə razılıq əsasında qərarın qəbulu;

-ər və arvadın birinin təqsiri;

-tərəflərin ayrı yaşaması (6 il olmalıdır);

Burda da boşanma yalnız məhkəmə qaydasında həyata keçirilir. Hətta əgər ər-arvad birgə qərar qəbul ediblərsə belə. Birgə qərar zamanı tərəflər məhkəmədə səbəb göstərməsələr də nikah pozula bilər. Əgər boşanmağa tərəflərdən biri müraciət etmişsə, digəri də buna etiraz etmirsə, məhkəmə üç ay vaxt verir. Lakin həddi- buluğa çatmış uşaqlar olduğu təqdirdə  hakim boşanmaya etiraz edə bilər.

Almaniyada isə boşanma zamanı səbəblərin qeyd olunmasına ehtiyac duyulmur. Hər iki tərəfin razılığı kifayət edir. Ərizə məhkəməyə verildikdən sonra  “ayrılıq dövrü” -8 aydan 3 ilədək olan uzanan dövr başlanır. Bu müddət ərzində cütlük boşanma üçün verdikləri ərizənin mahiyyətini anlamalıdırlar. Almaniyanın ailə hüququ ana və uşaqların marağına xidmət edir. Uşaqların maraqlarının tanınmasına 4 yaşdan başlanır. Bir qayda olaraq uşaqların ana ilə qalmasına üstünlük verilir. Alkoqola və narkomaniyaya aludə olan valideynlərin işinə tez baxılır. Orada hər üç nikahdan biri pozulur.

Almaniyada hər il 180-200 min boşanma baş verir. Əhalinin 1000 nəfərinə nisbətdə 2,2 vəya 2,5 % edir.

 

-Sonda gənclərə, yeni ailə quranlara, yaxud qurmaq istəyənlərə demək istədiyiniz nə isə varmı?

 

-Sonda demək istərdim ki, xoşbəxt ailə qarşılıqlı dostluğun istedadı üzərində qərar tutur. O kökü dərinlikdə olan, kövrək budaqları ilə cəmiyyət üçün şirin bar verən bir ağaca bənzər. Ağac dövlətin himayəsində olsa da ona  qulluq etmək valideynlərin konstitutsion borcudur. Bunun mənasını anlasaq və səbrli olsaq ağrı-acıları unudar, tikilən doğma, əziz və isti yuvanı da qoruya bilərik. Səbirsizlik və qəzəb şeytan əməlidir. Ona uyanlar yolunu tez azarlar. Adətən oğru içinə və sahibinə bələd olan evi qarət edir. Şeytan da kimin qəlbində onun üçün yer olduğuna əmin olduqdan sonra ora daxil olur və məqsədinə çatır. Hər birimizə şeytandan uzaq olmaq arzusu ilə...

 

Seymur Əliyev

Oxşar xəbərlər
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 20:47
Anadan şanslı doğulan bürclər
27 Mar 2024 | 21:16
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
27 Mar 2024 | 20:51
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş - FOTO
27 Mar 2024 | 21:14
BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb
27 Mar 2024 | 21:33
Şəhid bacısına yüksək vəzifə verildi
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 20:47
Anadan şanslı doğulan bürclər
27 Mar 2024 | 21:16
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
27 Mar 2024 | 20:51
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş - FOTO
27 Mar 2024 | 21:14
BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb
27 Mar 2024 | 21:33
Şəhid bacısına yüksək vəzifə verildi