Xəbər lenti
16/12/2018 [14:06]:
Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərildi -FOTOLAR
16/12/2018 [14:02]:
İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğradı - 44 nəfər yaralandı
16/12/2018 [13:53]:
İndoneziyada vulkan püskürdü - Kül 3 km-ə çatdı
16/12/2018 [13:51]:
"Düşmən öz əlimizlə bizi vurur"
16/12/2018 [13:48]:
Nazirlik əhaliyə xəbərdarlıq etdi – Dekabrın 19-dək...
16/12/2018 [13:47]:
Azərbaycan kişiləri EVLƏNƏNDƏ ən çox ruslara, ukraynkalara üstünlük verir - RƏSMİ
16/12/2018 [13:42]:
Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub
16/12/2018 [13:38]:
Bakıda tikinti bumu mənzillərin qiymətini UCUZLAŞDIRACAQ
16/12/2018 [13:20]:
Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13 ili tamam oldu
16/12/2018 [13:03]:
Ramil Usubov rəisi sərəncama göndərdi
16/12/2018 [13:02]:
İrəvan bütün cəbhələrdə uduzur: 2019 Qarabağ ilidir
16/12/2018 [12:50]:
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüş keçirildi
16/12/2018 [12:07]:
Azərbaycanda oğuldan anasına qarşı DƏHŞƏTLİ HƏRƏKƏT - Küçənin ortasında - FOTOLAR
16/12/2018 [12:03]:
Prezidentin səhifəsindən Mübarizlə bağlı MÖHTƏŞƏM PAYLAŞIM
16/12/2018 [11:59]:
Dörd yaşında itən uşaq 25 yaşında evinə qayıtdı - İNANILMAZ...
16/12/2018 [11:32]:
Qadınların adi səhvləri - Kişilər niyə özünü sevilməyən hiss edir?
16/12/2018 [11:28]:
İçərişəhərdə yeni aşkarlanan qədim hamam belə bərpa edilir - REPORTAJ - FOTOLAR
16/12/2018 [11:09]:
"Qara narkotik"dən tam azad olma, ölkə iqtisadiyyatını bu xəstəlikdən xilas etmə şansı...
16/12/2018 [10:52]:
Ermənilər Gədəbəyin kəndini atəşə tutdu
16/12/2018 [10:48]:
Amerikanın yeni strategiyası işə düşdü: neft ölkələri təhlükədə
16/12/2018 [10:31]:
Netanyahunun oğlundan feysbukda ŞOK PAYLAŞIM – “Bütün müsəlmanlar...”
16/12/2018 [10:20]:
Adamı görmədən də sevmək olur- insanı sevdirən əməlləridir...
16/12/2018 [10:14]:
"Amerikanın enerji dominantlığı üfüqdədir” - "Sem dayı" dünyanı qazla "boğacaq"...
16/12/2018 [10:12]:
İran MDB Dəmiryolları Birliyinə üzv oldu
16/12/2018 [09:49]:
Trilyon dollar tapsaq, xoşbəxt olarıqmı?..
16/12/2018 [09:40]:
Salyanda baş vermiş qəzada Ukrayna vətəndaşı olan azərbaycanlı dünyasını dəyişib
16/12/2018 [09:36]:
Həkimlər ŞOK YAŞADI - Uşağın mədəsindən 2 kq...
16/12/2018 [09:31]:
"Neftçi"nin futbolçusu: "FİFA referisi düzgün görməli, 9 metr əvəzinə 12 metr saymamalıdır"
16/12/2018 [09:22]:
Çaylarda suyun səviyyəsində artım müşahidə olunub
16/12/2018 [09:13]:
Dünyanın ən çox turist cəlb edən məkanları - SİYAHI
15/12/2018 [23:48]:
"Təhqir olunan hər bir şəhidin haqqını qorumaq bizim borcumuzdur"
15/12/2018 [23:21]:
Məhkəmə Züleyxaya yeddi il iş kəsdi...
15/12/2018 [23:00]:
Daha bir məşhur üçün "Maşın" əldən getdi
15/12/2018 [22:46]:
Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan tarixi -“Ruhani diplomatiyası”
15/12/2018 [22:43]:
“Beşiktaş” Pepe ilə yollarını ayırdı
15/12/2018 [22:38]:
Şərəfsizlik lövhəsinə gətirən səhv addım...
15/12/2018 [22:30]:
“Məni Salatın Əsgərova ilə birgə şəhid olmaqdan cəmi beş dəqiqəlik zaman ayırdı...”
15/12/2018 [22:27]:
“Zəng vurdum ki, İlham, mənə təcili 900 milyon dollar lazımdır…”
15/12/2018 [22:21]:
Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR
15/12/2018 [21:50]:
Şeyx Zahid Gilani Lənkəranda da anıldı - FOTO
15/12/2018 [21:35]:
“Ağstafadakı evinin muzey olmasını istəyirdi, bu, vəsiyyəti idi” – İsa Muğannanın qızı
15/12/2018 [21:24]:
“Ona yalnız bunu arzulayıram, qalan hər şey Ramizdə var” - Cavanşir Quliyev
15/12/2018 [21:06]:
Rusiyalı biznesmenlər Davos forumunda iştirak edə biləcəklər - Qadağa ləğv edilib
15/12/2018 [21:03]:
"O, çox orijinal filosofdur” – Ramiz Rövşənə dost və adaş təbriki...
15/12/2018 [21:00]:
“BMW” və “Tesla” qiymətləri aşağı salıb- ABŞ-ın qərarından sonra
15/12/2018 [20:55]:
“Boeing”in Çində ilk yığım zavodu işə başlayıb - Növbəti 20 ildə 7700 yeni təyyarəyə ehtiyac olacaq
15/12/2018 [20:39]:
Yüksək vəzifəli siyasətçiləri yeni il hədiyyəsi gözləyir - Məvacibləri 9 faiz artırılır
15/12/2018 [20:34]:
Bank işçisi, hüquqşünas, auditor, kassir… - Bu kimi peşələr növbəti 10 illər ərzində aradan çıxacaq
15/12/2018 [20:31]:
Tarix kitablarını tullantıya çevirən iddia: Dollar sayəsində baş verib
15/12/2018 [20:24]:
Ekstrasenslərin III dünya savaşı haqda duyumları -“Müsəlmanlar Avropanı alacaq, bir çox xalqlar yox olacaqlar”
15/12/2018 [20:21]:
Ən etibarlı avtomobillərin adları açıqlanıb- SİYAHI
15/12/2018 [19:53]:
Tramp ABŞ-ı 1,9 trilyon ziyana salıb
15/12/2018 [19:51]:
Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək
15/12/2018 [19:37]:
"Cəmiyyət görün nə gündədir ki, onun qəhrəmanlığını şübhə altına alanlar meydan sulayır"
15/12/2018 [19:28]:
Yalnız şagirdlərin hər şeyə qərar verdiyi sərbəst məktəb -FOTO+VİDEO
15/12/2018 [19:27]:
Budları ilə yatak və stul qırdı - İNANILMAZ....
15/12/2018 [19:07]:
Əsgərovun qardaşı istefasından danışdı: Nifrət olunası sistem…
15/12/2018 [19:01]:
Mətbuat Şurası şikayətləri araşdırdı
15/12/2018 [19:01]:
185 qram kalium permanqanat aşkarlanıb
15/12/2018 [19:00]:
“Gəl, əl-ələ tutub gedək” deyən şairə...
15/12/2018 [18:49]:
Oyuncaq yaxalama videosu izləyicilərdə şok yaratdı - VİDEO
15/12/2018 [18:26]:
Kitab oğurlayan it sosial mediada marağa səbəb oldu - MARAQLI+ VİDEO
15/12/2018 [18:20]:
“Ümid edirik ki, Türkiyə bundan sonra da hərbi təcrübəsini Azərbaycanla bölüşəcək”
15/12/2018 [18:08]:
Mahir Abbaszadə Laçından olan bir qrup seçicini Milli Məclisdə qəbul elədi - FOTOLAR
15/12/2018 [17:50]:
Ankara İraqı xəbərdar etdi: Əməliyyatlar davam etdiriləcək
15/12/2018 [17:49]:
Pişik 15 kilometr yol qət edərək liseyə geri qayıtdı - İNANILMAZ...
15/12/2018 [17:48]:
Avrokomissiya rəhbəri hamını təəccübləndirdi - VİDEO
15/12/2018 [17:32]:
Ermənistanda rus və erməni snayperlərin birgə təlimləri başladı-FOTO
15/12/2018 [17:13]:
Son yüzilliyin ən dəbdə olan qadını müəyyən edildi - SİYAHI...
15/12/2018 [17:11]:
Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı
15/12/2018 [17:09]:
Planetdə ən "xoşbəxt" yer məlum oldu
15/12/2018 [16:59]:
“Facebook” cərimələnə bilər
15/12/2018 [16:46]:
Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirildi
15/12/2018 [16:42]:
Azərbaycan Prezidenti Bəhreyn Kralını təbrik edib
15/12/2018 [16:36]:
Azərbaycan Prezidenti Qazaxıstanın dövlət başçısını təbrik etdi
15/12/2018 [16:35]:
Qəzəbli məhkum zibil vedrəsini hakimin üzərinə atdı - VİDEO
15/12/2018 [16:28]:
Məşhur futbolçu Argentina komandasının baş məşqçisi olacaq
15/12/2018 [16:23]:
“Məktəblərin mühafizəsində qadın polislər də olmalıdır”
15/12/2018 [16:23]:
Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edildi - SİYAHI
15/12/2018 [16:17]:
Lukaşenko ermənilərə “Polonez” təklif etdi - Bəs nə cavab aldı...
Bütün arxiv bir sırada
26/01/2018 [19:03] - Ədəbiyyat - ( 2395 dəfə baxılıb)

Çəmənzəminlinin iki gəncin oxuması üçün Rəsulzadəyə yolladığı xahiş məktubu- Romandan parça




2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilib. Qeyd edək ki, bu ilin mayında həmin şanlı tarixin-Azərbaycan Cümhuriyyətinin əsasının qoyulmasının-100 illik yubileyi tamam olur. Yüzillik yubileylə də bağlı ötən il sərəncam verilmişdi.


Moderator.az artıq neçə aydır ki, bu mövzu ilə bağlı silsilə yazılarını davam etdirir. Həmçinin, ADR mövzusunın ədəbiyyatda, kinoda bir o qədər də çox işlənmədiyini bir iki-dəfə qabartmışdıq. 
Əksəriyyət Cümhuriyyət barəsində son zamanlar yazılan heç bir böyük romanın olmadığını düşünür. Nəinki son zamanlar, ümumiyyətlə, bu məzmunda heç bir romanın olmadığı vurğulanır. 
Lakin yazıçı-tərcüməçi  Nəriman Ədürrəhmanlı Moderator.az-a açıqlamasında bunun əksini söyləyir və iki il bundan əvvəl yazdığı “Qurban” romanında Cümhuriyyətə aid xeyli maraqlı məsələlərin işıqlandırdığını bildirib:

“Cümhuriyyətin Ukraynadakı, Krımdakı, İstanbuldakı səfiri Yusif Vəzir Çəmənzəminlinin həyatı, Cümhuriyyət hökumətinin xaricə təhsil almaq üçün göndərdiyi 100 nəfər tələbənin taleyi, sovet quruluşuna qarşı aparılan gizli mübarizə, Cümhuriyyət tərəfdarlarının repressiyalara məruz qalması romanın başlıca mövzusudur. Romanda Cümhuriyyətin qurulması və süqutu da kifayət qədər təsvir olunub. Hamısı da tarixi faktlara, hadisələrə söykənir”.

Qeyd edək ki, Moderator.az müəllifin əsərindən Cümhuriyyətlə əlaqəli, yuxarıda adı çəkilən hissələri mətn formasında bir-bir təqdim edəcək

Üçüncü fəsil – birinci hissə   

 ...Cümhuriyyət asanlıqla qurulmurdu, dağılan  imperiyanın  bir guşəsində araya-ərsəyə gəlirdi. Yusif Vəzir yenicə ayaqüstə qalxmağa çalışan dövlətin çətinliklərini başa düşürdü. Ölkənin qərbində narahatlıq vardı, erməni-daşnak dəstələri Osmanlı dövlətinin düşdüşü vəziyyətdən, yaranmış qarmaqarışıqlıqdan istifadə eləməyə, ərazilər qoparmağa can atırdılar, yenicə yaranmış ordu o səmtdə ağır döyüşlər aparmaq məcburiyyətində qalmışdı. Amma bu çətinliklər Cümhuriyyətin xarici siyasətini gözardı eləmək üçün səbəb ola bilməzdi. Bir çox vacib məsələlər burda İstanbulda həll olunurdu, o da altına girdiyi yükün ağır olduğunu dərk eləyir, üzərinə düşənləri vicdanla yerinə yetirməyə can atırdı...
        ...O payız günlərinin birində etimadnaməsini hələ ki, xariciyyə naziri kreslosunda oturan Mustafa Rəşid Paşaya təqdim elədi. Təqdimat mərasiminə Cahangir bəylə getmişdi,  Mustafa Rəşid Paşayla görüşü də cəmi on beş dəqiqə çəkdi. Xariciyyə naziri şıq Avropa qiyafəsi geymiş otuz yaşlarındakı cavana təəccüb, bir qədər də qibtəyə baxdı, protokol qaydalarına uyğun nəzakətli sözlər deyəndən sonra fikrini gizlətmədi.
        “Gənc dövlətin gənc diplomatını görmək məni sevindirdi. Ümidvaram ki, gələcəkdə daha uca məqamlarda əyləşəcəksiniz...”
        “Məndən ötrü dövlətimi və millətimi təmsil eləməkdən uca məqam yoxdu”, - Yusif Vəzir hiss elədi ki, səsi vüqarlı, bir qədər də təntənəli çıxdı, narahat olub havanı yumşaltmaq istədi.
         Amma xariciyyə nazirinin fikri uzaqlardaydı, yəqin ki, tənəni heç duymamışdı. Basılmış, küncə sıxışdırılmış, gündoğandan – günbatanacan təhdid altında olan, yabançıların at oynatdığı məmləkətin xariciyyə naziri olmaq ondan ötrü də asan deyildi. Vidalaşanda vəziyyətindən utanmış halda əlini uzadıb müsahibinin gözlərinin içinə baxmadan dilləndi:
        “Gəlişiniz məmləkətlərimiz üçün xeyirli olsun, Yusif bəy. İnşallah, asudə vaxtda sizi geniş söhbətə dəvət elərik”.
        “Var gücümlə çalışacağam ki, dövlətlərimiz və hökumətlərimiz arasında möhkəm əlaqələr qurulsun, - dedi. – Hələ ki, hər şeydən vacibi məmləkətlərimizdə əmin-amanlığın bərqərar olmasıdı”.
        Əlbəttə, məcburən də olsa, Britaniyanın İstanbuldakı ali komissarıyla da görüşməlidi. Con de Rebek onu təkəbbür və vüqarla qarşıladı, Azərbaycan elçiliyinin fəaliyyətinə mane olmayacaqlarını söylədi. O qısamüddətli görüşdən yaddaşında boz çalarlı gözlərin soyuq, anlaşılmaz parıltısı qaldı.  
        ...Payız günlərində belə yorğun, qaşqabaqlı, kədərli görünən İstanbulun ab-havasına alışmaq çətin idi. Adamlar düşündüklərini dillərinə gətirə bilməməyin əzabını çəkir, Boğazdakı əcnəbi bayraqlı hərb gəmilərinə, küçələrdəki yabançı əsgərlərə aşkar nifrətlə baxırdılar. 
         Elə o günlərin birində eşitdi ki, Sultan  əlaltından komandanlarını Anadoluya göndərib qəsbkarlara qarşı müharibə başlamaq istəyirmiş, amma onlar boyun qaçırıblar ki, dünyaya qaşı hərbə girmək olmaz. Hətta özü də Anadoluya keçmək niyyətindəymiş, ingilislər xəbərdarlıq eləyiblər - İstanbulu yunanlara işğal etdirər, daş üstdə daş qoymazlar. İşi belə görəndə Sultan Mustafa Kamal Paşanı saraya çağırıb, “Paşa, - deyib - indiyə qədər dövlətə çox xidmət elədin. Bunları unut. Əslində, indi yerinə yetirəcəyin xidmət hamısından mühüm ola bilər. Dövləti qurtara bilərsin." Sonra Mustafa Kamalı Doqquzuncu Orduya müfəttiş göndərib, onun bu addını da müttəfiq qüvvələri komandanlığının bərk narazılığına səbəb olub; Sultan təzyiqlər qarşısında Paşanı geri çağırsa da, razılaşdıqları kimi, Mustafa Kamal çağırışları qulaqardına vurur, güneydə yunanlara, günbatanda ermənilərə qarşı müqavimət hazırlamaqla məşğuldu. 
        Az sonra Ankara heyətinin də Paris konfransına dəvət olunması barədə xəbər eşitdilər. Belə görünürdü ki, böyük dövlətlər əldən düşmüş imperiyanı bölüşdürmək planlarını gerçəkləşdirməkdə qərarlı olsalar da, bunu Sultanın əlilə həyata keçirməyə çalışırlar.

***

        ...Səfarətin işləri az-çox yoluna düşmüşdü. Bakıdan təlimat gözləmək, digər dövlətlərin elçilərilə əlaqələr qurmaq, Parisə yollanan heyətdən xəbət tutmaq, taleyin ucbatından bura gəlib çıxan, köməyə ehtiyacı olan adamlara əllərindən gələn yardımı göstərmək lazım idi. Sıxıntısı yalnız maddiyyətlə bağlıydı, nə qədər qənaət eləsə də, ayrılmış vəsait sürətlə azalırdı, belə getsəydi, il başa çatanacan Bakıdan pul istəməli olacaqdı. Kuryer Məmmədağayla göndərdiyi məktubda vəziyyəti xariciyyə nazirinə müfəssəl yazmış, üstüörtülü də olsa, buna işarə vurmuşdu, ancaq ətraflı, əsaslandırılmış məktub da lazım idi ki, xariciyyə nazirini də, hökumət başçısını da inandıra bilsin.
         Gələndə qardaşı Mir Abdulladan nigaran qalmışdı. On beş il əvvəl Mir Əbülhəsəni itirəndən sonra bütün mehrini Miriyə salmışdı. Səhhətcə zəif, amma ağıllı, tərbiyəli, sakit xasiyyətli Mirinin təhsil alması, layiqli həyat qurması bəlkə də ən böyük arzusuydu. Yola düşmə ərəfəsində xəbər tutmuşdu ki, hökumət Rusiyada, Almaniyada, Fransada, İtaliyada, Osmanlıda təhsil almaq üçün yüz nəfər gənc göndərmək barədə qərar qəbul eləyib. Mirini həmin tələbələrin sırasında görmək sonsuz xoşbəxtlik olardı. Görünür, kuryeri Bakıya bir də göndərməli olacaqdı, həm maddi məsələlərə aydınlıq gətirərdi, həm də Mirinin təhsililə bağlı məsələni yoluna qoyardı.
        Xərcləri nəzərə alıb səfarətdəkilərin mümkün qədər yaxında yerləşmələrini tövsiyə eləmişdi ki, faytonsuz gəlib-gedə bilsinlər. Özü də yüz franka mənzil kirayələmişdi. Mənzil sahibi qadın yeniyetmə oğluyla birgə xidmətində dururdular: silib-süpürür, yeməyini hazırlayır, paltarını təmizləyir, xırda-para buyruqlarını yerinə yetirirdilər. Qonaq otağının bir küncündə üzü pəncərəyə yazı masası qoyub özüylə gətirdiyi kitablarını, yazı dəstini üstünə yığmışdı. Hər gün yatmazdan qabaq masaya həsrət-həsrət baxır, yazmaq üçün əli gicişirdi. Amma hələ ki, səfarətdə iş başından aşırdı, vacib məsələləri yoluna qoymamış yaza bilməyəcəkdi.
        Səfarətə bircə xidmətçi götürə bilmişdi: Qamət Əfəndi sakit, abırlı adam idi, təmizlik işlərinə də baxırdı, qəhvə də dəmləyirdi, xırda-para buyruqları da yerinə yetirirdi, üstəlik, kuryer olmayanda onun işlərini də görürdü. Əslən Qafqaz çərkəzlərindən olan Qamət Əfəndinin aradabir zümzümə eləməyi də vardı, amma zümzüməsində elə dözülməz nisgil duyulurdu ki, ürəyi, az qala, parça-parça olurdu. Nədənsə həmin məqamda Şuşanı, doğmalarını, sevdiyi qadınları, illah da Asiyanı xatırlayırdı. 
         Asiya... O vaxt özündə cəsarət tapsaydı, bəlkə də İstanbula ailəsilə gələcəkdi, məktəb yaşlı oğulları da olacaqdı...
         ...Kuryer Məmmədağa noyabrın axırında qayıdıb xariciyyə nazirindən təlimat, Mirabdulladan məktub, Bakıdakı vəziyyətdən xəbər gətirdi. Bakıdakı vəziyyətdən xəbər tuturdular, demək olar, hər həftə gəmiylə kimsə gəlirdi, Mirzə Qədir adəti üzrə Batum-İstanbul gəmilərini qarşılamağa çıxır, kimlərləsə rastlaşır, öyrəndiklərini danışırdı. Xariciyyə naziri təlimatında millətçilərin fəaliyyətini izləməyi, mümkün olanda onlarla təmas qurmağı tövsiyə eləyirdi, görünür, artıq gerçəkliyi onlar da başa düşürdülər. Bakıya gələn Miri hələ avqustda göndərdiyi məktubunda yazmışdı ki, sağ-salamatdı: hökumət xaricdə təhsil almaq üçün tələbə seçmək məqsədilə komissiya yaradıb; komissiyanın sədri Məhəmməd Əmin Rəsulzadə, üzvləri Əhməd bəy Pepinov, Qarabəy Qarabəyov, Mehdi bəy Hacınski, Abdulla bəy Əfəndizadədi, bəlkə birinə məktub yazasan, məni də siyahıya salsınlar, çox oxumaq istəyirəm; sonra əlavə eləmişdi ki, Aslan da oxumaq arzusundadı, kimyanı gözəl bilir, bəlkə ona görə də saqqal tərpədəsən?
       Əlbəttə, saqqalı yox idi, amma iki cavanın arzusunu yerinə yetirmək üçün ağız açardı. İnanırdı ki, Mirinin də, Haşım bəyin nəvəsi Aslanın da savadı Berlin, Paris, elə İstanbulda, Peterburqda, Romada oxumalarına imkan verir. Aslan bəy Peterburq Dağ-Mədən Akademiyasında oxuyurdu, amma fevral çevrilişindən sonra atasının məsləhətilə təhsilini yarımçıq qoyub Bakıya qayıtmalı olmuşdu. İkisi də fransız dilinə meylliydilər, bəzən öz aralarında bir-birinə fransızca şeir söyləyirdilər. Komissiya üzvlərinin hamısını tanıyırdı, kimə məktub göndərsəydi, cavanları diqqətdən kənarda qoymazdılar, amma Məmməd Əmin bəyə üz tutsaydı, daha məntiqli olardı, əvvəla firqə rəisiydi, ikincisi, onu digərlərindən daha yaxşı tanıyırdı. Son seçimə az qalırdı, gecikmək olmazdı...
        Onda məktub yazıb Məmməd Əmin bəydən Mirabdulla Vəzirov və Aslan bəy Vəzirovla diqqət göstərmələrini, digər iddiaçıların haqqını tapdalamadan onların savadını dəyərləndirməyi xahiş eləmişdi; Mirabdullaya da yazmışdı ki, işdi-şayəd, komissiyadan keçsən, yəqin yolunuz İstanbuldan düşəcək, onda şübhəsiz, görüşərik, sən özünə fikir ver, xəstələnmə, yoxsa Parisə gedə bilməzsən. Miridən aldığı son məktubda komissiyadan keçdiyini oxuyub əməlli-başlı sevinmişdi, axır ki, qardaşının taleyin əhəmiyyətli təsir göstərə bilmişdi. 
        Bir həftədən sonra kuryer Bakıya üç məktubunu aparırdı. Xariciyyə nazirinə səfarətin maddi vəziyyətilə bağlı ətraflı hesabat yazmış, ili başa vurmaq üçün ən azı iyirmi beş min franka ehtiyac olduğunu bildirmişdi; Məmməd Əmin Rəsulzadəyə cavanların arzusunu nəzərə aldıqlarına görə, təşəkkürünü çatdırmışdı; Mirabdullayasa səfərə və təhsilə ciddi hazırlaşmağı məsləhət görmüş, tezliklə görüşəcəklərinə ümidvar olduğunu yazmışdı.        
        Həmin günlərdə hadisələr o qədər sürətlə cərəyan eləyirdi ki, camaat həyacana gəlirdi. Fransızlar Adananı, ingilislər Kilis, Urfa, Maraş, Antepi, italyanlar Antaliyanı tutmuş, yunanlar İzmirə çıxmışdılar, yenə Aya Sofya ətrafında mübahisələr qızışmışdı. Mustafa Kamal Paşa Ərzurumda və Sivasda millət vəkillərini yığıb məmləkəti işğaldan qurtarmağın yollarını arayırdı. 
        O günlərdə kimsə səfarətxanada oturmurdu. Cahangir bəy də, Zeynal bəy də, Mirzə Qədir də limana, qəhvəxanalara, çarşı-bazara üz tutub camaatın arasında dolaşır, səfarətxanaya bir yığın xəbərlə qayıdırdılar. Özü də axşamlar payi-piyada dolaşmağı, Boğazın mənzərəsinə baxmağı, At meydanı tərəfdəki qəhvəxanalarda əyləşib danışılanlara qulaq verməyi adətə çevirmişdi. Axşamlar ev sahibəsi Xeyriyyə xanım oğlu Sübhani göndərib kirayənişinin yeməyə çağırır, ya da qəhvə istəyib-istəmədiyini öyrənirdi. Belə vaxtlarda qəhvə içə-içə yazı masasının üstündə qalaqlanmış kitabları vərəqləyir, yazmaq məqamının nə vaxt yetişəcəyi barədə düşünürdü.
        Bu gedişlə kuryer Bakıda xeyli ləngidi. Payız köçünü çəkib getdi, qış girdi. O günlərin birində yazmaq ovqatının qarşısıalınmaz duyğuya çevrildiyini dərk elədi... 
        Nədənsə o axşamlarda realnı məktəbdə oxuyan vaxt yazdığı “Sonuncu busə”  hekayəsinin əlyazmasını tez-tez götürüb göz gəzdirir, fikrində hadisələrin miqyasını artırır, romana çevirirdi. Qardaşı Əbülhəsəni, beş il sonra atası Mirbabanı itirəndə Şuşada erməni qətilləri başlamışdı, o vaxtda anası Mirabdullanı və dörd qızını götürüb Aşqabada qaçmalı olmuşdu. Həmin ilin yay tətilində ailəsinə baş çəkmək üçün getdiyi şəhər könlündə vəlvələ yaratmışdı. Qızlar məktəbində oxuyan zərif, gözəl, xəyalpərvər yəhudi qızı Berta Moiseyevayla tanışlığını, hələ tamam dərk eləyə bilmədiyi duyğularını gündəliklərində təsvir eləmişdi. 
         O yazını da gürcü Boris Seretelinin Naniyə sevgisindən söhbət açan gündəlik kimi qələmə almışdı. Amma Bakıda qaldığı müddətdə şahidi olduğu hadisələr hekayədə təsvir elədiklərinin miqyasını genişləndirməyə təhrik eləyirdi. Bir də neçə illər əvvəl  “Qurban” adlı hekayəsinin qeydlərini aparmışdı. Yolsuz oğul barədə yazacaqdı; ata öz ailəsinin şərəfini xilas eləmək üçün oğlunu öldürəcəkdi. Belə bir hadisə İçərişəhərdə baş vermişdi, neçə illər də həmin hadisə beynində dolaşmışdı, amma sonra ortaya Peterburq, Kiyev, yeni təəssüratlar, yeni mövzular düşdü.

Hazırladı: Elmin Nuri

Budları ilə yatak və stul qırdı - İNANILMAZ....
Oyuncaq yaxalama videosu izləyicilərdə şok yaratdı - VİDEO
Kitab oğurlayan it sosial mediada marağa səbəb oldu - MARAQLI+ VİDEO
"Türk kimi doğulsalar da amerikalı kimi böyüdülər, elə düşünməyin ki, günahkar mənəm..."
İnsanda paralel aləmə çıxış nöqtələri var – ELMİ-LƏDUN
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Qadınların adi səhvləri - Kişilər niyə özünü sevilməyən hiss edir?
Siyasət
"Qara narkotik"dən tam azad olma, ölkə iqtisadiyyatını bu xəstəlikdən xilas etmə şansı...
Ədəbiyyat
“Ağstafadakı evinin muzey olmasını istəyirdi, bu, vəsiyyəti idi” – İsa Muğannanın qızı
Dünya
“Ümid edirik ki, Türkiyə bundan sonra da hərbi təcrübəsini Azərbaycanla bölüşəcək”
Dünya
Pişik 15 kilometr yol qət edərək liseyə geri qayıtdı - İNANILMAZ...
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Qazax və Ağstafada döyüş postlarının DSX-ya təhvil verilməsi nə ilə bağlıdır?
"Mübarizlə qeyri-bərabər döyüşdə düşmən 12 itki verir, 17-si ağır yaralanır..."
İranda Ayaz Mütəllibovun ata Buşa tarixi etirazından bəhs edildi - Qarabağa görə...
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı - VİDEO
Ali Baş Komandan xərçəng xəstəsi olan zabitimizin müalicəsini nəzarətə götürdü - RƏSMİ...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə