Xəbər lenti
23/07/2019 [19:10]:
Gülşən Rəvan qızının nakam Cəbrayıl sevgisi
23/07/2019 [19:07]:
Azərbaycanın qızıl medallarının sayı səkkizə çatdı
23/07/2019 [18:57]:
Allahşükür Paşazadə Argentina səfiri ilə görüşdü
23/07/2019 [18:57]:
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
23/07/2019 [18:49]:
Bərdədə azyaşlıların xəstəxanaya atılması ilə bağlı cinayət işi başlandı - RƏSMİ
23/07/2019 [18:44]:
"Forsaj 9"un çəkilişləri zamanı bədbəxt hadisə - FOTO
23/07/2019 [18:33]:
21 cinayətin üstü “isti izlər”lə açıldı
23/07/2019 [18:25]:
Ermənilərin Rusiyaya “böyük qaçışı”
23/07/2019 [18:23]:
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
23/07/2019 [18:21]:
Nazir: “Azərbaycan MDB-də ən təhlükəsiz dövlətlərdən biridir”
23/07/2019 [18:19]:
Xəzər dənizində daha bir nəfər batdı
23/07/2019 [17:58]:
Bu sahədə çalışanların maaşı artırıldı
23/07/2019 [17:57]:
“Biz  “Şuşa”, “Ağdam” adı altında konyaklar yox, toplar, tanklar istehsal etməyə qadir olmalıyıq...” 
23/07/2019 [17:56]:
“Yaşamaq və yaşatmaq üçün bu məkana inteqrasiya etməliyik”
23/07/2019 [17:55]:
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir -FOTOLAR
23/07/2019 [17:53]:
Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb
23/07/2019 [17:51]:
Eminlə dominikanlı modelin rəqsi - FOTO
23/07/2019 [17:51]:
“Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi
23/07/2019 [17:50]:
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23/07/2019 [17:41]:
"Mən bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir..."
23/07/2019 [17:40]:
6 saylı Vəkil Bürosunun təmirdən çıxmış yeni ofisi istifadəyə verildi
23/07/2019 [17:35]:
“Keşikçidağ”la bağlı təxribatların arxasında ermənilər dayanır
23/07/2019 [17:31]:
Küçəni zibilləyənlərə 50 manat cərimə: amma qanun işləmir - FOTO
23/07/2019 [17:23]:
306 milyon dollarlıq "Ferrari"ni buldozerlə əzdilər - FOTOLAR
23/07/2019 [17:20]:
Avstriyada SOCAR-ın ilk YDM-i açıldı
23/07/2019 [17:18]:
Balotellini qovan hakim “Qarabağ”ın Bakıdakı oyununa təyin olundu
23/07/2019 [17:18]:
İstanbulda qorxunc cinayət - Qonşular gənc qadının qışqırıq səslərinə oyandı -FOTOLAR
23/07/2019 [17:12]:
Əvvəl mer, sonra XİN rəhbəri, indi isə Baş nazir - DOSYE
23/07/2019 [17:05]:
Ağstafada top və minaatan mərmi aşkarlandı - FOTO
23/07/2019 [16:50]:
Zenfira İbrahimova: “Qızımın atası ərimdir, başqası deyil”
23/07/2019 [16:46]:
Tramp Boris Consonu təbrik etdi: “Əla olacaq! ”
23/07/2019 [16:44]:
“Azərkosmos”un gəlirləri 45 milyon olacaq
23/07/2019 [16:38]:
Kamal Abdulla: "Tam azad vəzifə yoxdur, vəzifə insanı qəfəsə salır" - MÜSAHİBƏ
23/07/2019 [16:32]:
Prezident Murad Köhnəqalaya mənzil hədiyyə etdi
23/07/2019 [16:29]:
Venesuela işıqsız qaldı, ölkədə qeyri-iş günü elan olundu
23/07/2019 [16:17]:
Uşaqları oğurlayıb dilənçi edirlər - Keçmiş polis rəisi
23/07/2019 [16:10]:
"Hesab etmirəm ki, ölüm hökmünün bərpa edilməsi cinayətlərin qarşısını ala bilər..."
23/07/2019 [16:08]:
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salındı
23/07/2019 [16:05]:
Güclü külək Bakıda üç ağacı aşırdı
23/07/2019 [16:03]:
Boris Conson Britaniyanın yeni Baş naziri seçildi
23/07/2019 [16:01]:
Məleykə Abbaszadə: "Ailədəki problemlər imtahanın nəticələrini dəyişmir"
23/07/2019 [15:59]:
Aygün Mahmudova: "Öləndə məni bu xalla tapacaqlar"
23/07/2019 [15:31]:
Şirvanın su təchizatı yaxşılaşdırılır
23/07/2019 [15:23]:
Bakıda bu yollar bağlanır - Sürücülərin diqqətinə!
23/07/2019 [15:13]:
Təhsil Nazirliyi: 1535 nəfər ali məktəblərdən köçürülmək üçün müraciət etdi
23/07/2019 [15:11]:
İyul ayında 8 qida zəhərlənməsi qeydə alındı
23/07/2019 [15:09]:
ADU-da Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib
23/07/2019 [15:07]:
Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı
23/07/2019 [14:59]:
QAT BMT-nin Bakıdakı nümayəndəliyi qarşısında aksiya keçirdi
23/07/2019 [14:56]:
Tibb bacıları bu gün səhərdən  tətilə başladı 
23/07/2019 [14:54]:
Rövşən Rzayev vətəndaşları qəbul edib
23/07/2019 [14:48]:
"Son illərdə bizdə mükafatları sağa-sola paylayır və gözdən salırlar, ona görə də..."
23/07/2019 [14:43]:
“UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: Vergi islahatları
23/07/2019 [14:38]:
Azad söz, azad media hər bir milləti irəli aparan əsas faktorlardandır
23/07/2019 [14:34]:
Xanımını 5-ci mərtəbədən atan Taxvelinin vəsatəti təmin edildi
23/07/2019 [14:33]:
Gömrük Akademiyasının tələbələri ölkəmizi beynəlxalq yay məktəbində təmsil ediblər
23/07/2019 [14:30]:
Müəllimlərin işə qəbulu imtahanları başa çatır
23/07/2019 [14:29]:
Ən çox nikah bağlanan ay - Azərbaycanlılar mifi dağıtdı
23/07/2019 [14:25]:
Maşın oğrusu ələ keçdi: Gəzmək üçün qaçırmışdım
23/07/2019 [14:22]:
Keçmiş müavin Ukraynanın Baş naziri ola bilər
23/07/2019 [14:14]:
Elnur Hüseynov: “Mənə insanların dəyər verməyi lazım deyil” -FOTO
23/07/2019 [13:51]:
Ermənilər Tovuzda “Şuşa” konyakı buraxılmasıyla bağlı şivən qopardı, amma... 
23/07/2019 [13:45]:
Ali məktəblərdə antinarkomaniya mövzusu tədris ediləcək
23/07/2019 [13:40]:
“Contra Magazin”: “Azərbaycan çətin ki, ABŞ-ın böyük sayda quru qoşunlarının İrana keçidinə icazə verərdi…”
23/07/2019 [13:37]:
Ermənistan müxalifəti Paşinyanın üstünə hücuma keçdi
23/07/2019 [13:36]:
Narkomanlığa qarşı mübarizə məqsədilə “Qaynar xətt” yaradılacaq
23/07/2019 [13:34]:
Bərdədə xəstəxanaya atılan azyaşlı uşaqların atası tapıldı
23/07/2019 [13:32]:
Ərini baltaladığı üçün yeddi ildir həbsdə yatan qadınla söhbət - Qaynı ilə yatırmış?
23/07/2019 [13:28]:
Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımaların həcmi artdı
23/07/2019 [13:26]:
Şəki Xan Sarayına giriş bərpa edilə bilər
23/07/2019 [13:20]:
10000 manatlıq gömrük ödənişindən yayınmaq istədilər - FOTO
23/07/2019 [13:17]:
Şəhid qardaşının xatirəsinə yol çəkdirdi - İBRƏTAMİZ...
23/07/2019 [13:11]:
Elmar Vəliyevi güllələyən Yunis Səfərovla bağlı yeni qərar verildi
23/07/2019 [12:36]:
Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı
23/07/2019 [12:34]:
Bakıda şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR
23/07/2019 [12:23]:
Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib
23/07/2019 [12:19]:
lham Əliyev Çinin yeni səfirinin etimadnaməsini qəbul etdi
23/07/2019 [12:10]:
Məhkəmə sürücünün xeyrinə qərar çıxardı - DYP rəisi şikayət etdi
23/07/2019 [12:10]:
Mənsimov Türkiyədə müalicə olunan Xalq artisti ilə görüşdü - FOTOLAR
23/07/2019 [12:09]:
Azərbaycanda traktorları idarə etmək üçün yeni vəsiqə nümunəsi təsdiqlənib - FOTO
Bütün arxiv bir sırada
24/01/2018 [01:52] - Köşə - ( 5878 dəfə baxılıb)

Fransızların qəlbini fəth etməyin kreativ yolu: Fransalı səfirə "Meyxana Şoku" yaşadanlar...

Zülfüqar Hüseynzadə

AŞPA-nın növbəti qış sessiyası çərçivəsində Azərbaycandan olan nümayəndə heyəti ənənəvi çıxışlarını etməkdə və qoca qitənin ən nüfuzlu siyasət məkanlarından birinin yüksək tribunasından dünyanı idarə edən bəlli qüvvələrin ikili standartlarını eninə-boyuna qılınclamaqdadırlar. Nümayəndə heyətimizin üzvlərinin cəfakeşliklərini görməzdən gəlmək haqsızlıq olardı və Azərbaycanın haqq səsini ədaləti və nizamı pozulmuş dünyanın batmış qulaqlarına çatdırmadıqlarını iddia etməkdən uzağam. Niyyətim və dəyərli oxucularıma çatdırmaq istədiklərim fərqli məsələdir.

Dünyanın ikili və ya beşli-onlu standartlar məngənəsində əzildiyini nə amerikanlara sübut edə bilmərik, nə ingilislərə, nə fransızlara, nə ruslara. Çünki onlar deyir ki, sizlərin ikili standart kimi gördükləriniz əslində bizim dövlət marağımızdır, sadəcə siz tərəfdən baxanda o cür ikibaşlı görsənir. Haqlıdırlar əslində. Amerikalıdan, yaxud fransızdan öz dövlət və milli maraqlarının bircə elementindən bizim xeyrimizə imtina etmələrini gözləmək sadəlöhvlük olardı. Amma o yerdə ki, onların da bilməli olduqları bəzi həqiqətlər var, o zaman hər birimiz bu gün Strasburqda hayqıraraq dünyadan ədalət tələb edən deputatlarımız kimi davranmalıyıq.

Bir halda ki, söhbət AŞPA-nın yerləşdiyi məkandan – Strasburqdan düşdü, oxucularıma ərz edim ki, mən də dünən gözləmədiyim halda fransızdillilərin əhatəsinə düşdüm və o qədər maraqlı informasiyalar eşitdim ki, özümü Strasburq Universitetinin auditoriyalarından birindəki kimi hiss etdim. 

Sizləri yormayım, bəzi tanınmış dostlarla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetində (UFAZ) imtahan sessiyasının gedişini izləmək fürsətim oldu. Təqdimat və tələbələrlə qısaca ünsiyyətdən bəlli oldu ki, sən demə, hətta media əhli olaraq çox mətləblərdən bixəbərmişik. Azərbaycanda, Bakının göbəyində fransızdilli universitet fəaliyyət göstərirmiş, tələbələr həm də Strasburq Universitetinin tələbələri statusunda eyni tədris və təlim prosesinə yiyələnərək sonucda bir deyil, iki nüfuzlu universitetin diplomunu əldə edəcəklər. Unikallıq ondadır ki, bu universitetə daxil olmaq üçün sadəcə qəbul imtahanında 500-dən yuxarı bal toplamaq kifayət etmirmiş. Strasburqdan gələn professor-müəllim heyəti tələbədən təkrar imtahan götürərək onların həmin təhsil ocağında oxumasına “dobro” verirlər. 

Universitetdə yaradılmış şəraitlə tanışlıqdan sonra bəndəniz rektorun yanındakı toplantıda çıxış üçün ona yaradılmış imkandan istifadə edərək bir neçə vacib məqamı qeyd etməyi lazım bildi. İlk öncə bu gün gözləri parlayan həmin övladlarımızın uğurlarını görərək ani olaraq dünən gecədən xeyli keçmiş Strasburqdan Qənirə xanım Paşayeva ilə fyesbukdakı uzun-uzadı yazışmalarımı xatırladım, cəfakeş millət vəkilimizin Dilqəmlə Şahbaz üçün AŞ PA tribunasından necə həyəcanla hayqırdığını yana-yana vurğulamasından xeyli duyğulandığıma görə o tələbələrimizin hər birini sabahın ədalət hayqıran deputatı-diplomatı ola biləcəklərini vurğuladım. Bəli, oxucularıma da bunu bildirməyi vacib hesab edirəm, bu gün Azərbaycan özü boyda səngərdir və yeddidən yetmişədək hamımız o səngərə doluşmasaq bu Vətəni işağldan və xarici təhdidlərdən xilas edə bilməyəcyik. Ona görə də hamımız sərhədlərimizin o tayına can ataraq dünyaya onların başa düşdükləri dillə həqiqətlərimizi çatdırmalıyıq. Qoy dünya bizim kim olduğumuzu eşitsin, görsün, doğru – yalan qərar verməyin babalı onların boynuna. Ona görə də keçmiş “AZİ”də məhz fransızdilli belə bir sanballı təhsil ocağının yaradılması alqışa layiqdir və onun təşəbbüskarı olan dövlət başçısı İlham Əliyevə də alqış düşür, bu işi yarıdan universitet rəhbərliyinə də. Biz qəbul etsək də, etməsək də ümummilli bəlamızı həll etməyi ingilisdillilərin, fransızdillilərin və mindillilərin öhdəsinə buraxmışıq. Ona görə də onları öz dilləri ilə inandırmaq üçün 5-10 millət vəkilimizin,  3-5 diplomatımızın çabaları yetərli olmayacaq, hamımız bacarmasaq da heç olmasa dili qısa zamanda mənimsəyib bülbül kimi ötməyi bacaran gənc istedadlılarımız  hansı peşənin sirlərinə yiyələnmələrindən asılı olmayaraq dönüb diplomat olmalıdırlar. Biz çox vaxt üzərimizə düşəni etməyi bacarmırıq, amma qarşı tərəfi asanlıqla qınayırıq. Halbuki bizi sevindirən və hətta heyrətləndirən nümunələr də az deyil və bəndəniz dünən tədbirdə iştirak edən Strasburq Universitetinin prorektorunun və Fransa XİN-in məsul əməkdaşının dilindən, eləcə də rektor Mustafa Babanlının təqdimatından maraqlı şeylər öyrəndi. Sən demə, Fransanın Azərbaycandakı səfiri az qala hər gün həmin universitetdə olur və orda tələbələr üçün yaradılmış şəraitdən, tələbələrinsə göstərdikləri fədakarlıqdan, kreativlikdən heyrətini gizlətmir. Hətta tələbələrimiz bir dəfə xanım səfirə həyatının xoş sürprizini yaşadıblar, bilirsiniz nə ilə? Fransız dilində ona meyxana deməklə və onun özünə şeir qoşub mahnı ilə ifa etməklə. Hətta meyxana səfirin o qədər xoşuna gəlibmiş ki, özü də meyxananı əzbərləyib sonradan həvəslə söyləyib. 

Bəli, biz fransızların erməni sevgisini və bu ölkədə yaşayan erməni toplumun sayını, gücünü bilriik. Amma gəlin razılaşaq ki, Fransa və fransız xalqı ilə bağlı bilmədiyimiz bildiklərimizdən dəfələrlə çoxdur. Bu boşluğu doldurmaq üçün çiyinlərini bu taleyüklü işin altına verənlərə eşq olsun deməliyik və günlərin bir günü Fransanın nəinki Strasburq, Sorbonna  və ya digər universitetlərində, Senatda və Yelisey sarayında fransız dilində meyxana deyildiyini eşitsəniz, duysanız, təəccüblənməyin, bu, bizim sıradan bir millət olmadığımızı dünyanın mədəniyyət beşiyinin bilicilərinə anlatmış olacaq. Silahımızla Avropanı fəth edə bilmədiksə, bənzərsiz mədəniyyətimizlə, incəsənətimizlə silahlanaraq fransızların incə qəlblərini fəth etməyin qayğısına qalaq bəlkə...?

loading...
loading...
Məşhur avtomobil markası yarım milyon avtomobilini geri çağırdı - SƏBƏB
25 il sonra yenidən çəkilən film hasilat rekordu qırdı - MARAQLI
Diribaş Samux sakini evinə girən oğrunu yaxalayaraq polisə təhvil verdi - MARAQLI...
"Yaşlı qadınlarla birlikdə olaraq həftəyə 8 min funt sterlinq qazanıram" - QALMAQALLI ETİRAF
Metrlərlə yüksəklikdən başı üstə düşdü - İNANILMAZ...+ VİDEO
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
Gündəm
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
Cəmiyyət
"Mən bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir..."
Cəmiyyət
Şəhid qardaşının xatirəsinə yol çəkdirdi - İBRƏTAMİZ...
Cəmiyyət
"Bu sayaq vəhşiliklərin əsas baş vermə səbəbi ölüm hökmünün ləğv edilməsidir"
Həftənin ən çox oxunanları
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
Bakirə dövlət başçısının sarayda kişilərlə ağlasığmaz əməlləri - FOTOLAR
Çeçen toyuna qaz hücumu - “İnsanlar milçək kimi yerə tökülürdülər”
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
“Həyatımda birinci dəfə belə bir adam gördüm ki..." - Eks vitse-primyer şokda + VİDEO
Masazırda film kimi olay: "BMW" 5 maşını vurdu, sürücü vəhşicəsinə döyüldü+VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)