"Müxalifətdə ermənistanlı və bakılı tandemi mümkündür..." -Zərdüşt Əlizadə
Oxunub: 2746
19 Jan 2018 | 15:34
Moderator.az Axar.az-a istinadən Kəramət Böyükçölün politoloq Zərdüşt Əlizadə ilə müsahibəsini təqdim edir.

”“ Zərdüşt bəy, siz 90-larda “İstiqlal”, 2000-lərdə isə “Xəzri” qəzetini nəşr edirdiniz. Hamıya, eləcə də mediaya peşəkarlıq dərsi keçən Zərdüşt Əlizadə necə oldu ki, nə oxucu kütləsinin bol olduğu 90-larda, nə də təminatının yaxşı olduğu 2000-lərdə nəşr etdiyi qəzetləri ayaqda saxlayıb populyar edə bildi?

”“ Azad mətbuat üçün mütləq reklam bazarı olmalıdır. 90-cı illərdə isə reklam bazarı boğulurdu. Biznesmenlərin heç biri mətbuata bir köpük də reklam vermirdi. İcazə ilə cəmi iki-üç qəzetə reklam alırdı, “Ayna/Zerkalo”, “Exo” və bu kimi loyal qəzetlər! Belə olan halda iki yol qalırdı: ya sarı mətbuata çevrilmək, skandal, kəmərdən aşağı xəbərlər, böhtanlar, şayiələr, ya da hakimiyyətin sızdırdığı xəbərləri çap eləmək. Məsələn, “Yeni Müsavat”, “Azadlıq” qəzetləri buna getdi, ona görə də populyar olaraq qaldılar. Mən isə o yolu seçə bilməzdim, çünki əqidəmizə, məsləkimizə ziddir. Biz ancaq düznəqulu yazırdıq, bu şəkildə də davam eləmək mümkün deyildi. Çünki maaş alan işçimiz yox idi, ancaq könüllü yazırdılar və heç bir qonorar almırdılar. Qəzetin satışdan gələn pulu növbəti çapına güclə çatırdı. Siz KİV-ə Dövlət Dəstəyi Fondunun arxivinə də baxa bilərsiniz, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə həmişə onminlərlə pul verilirdi, bizə isə heç nə.

”“ Bildiyimizə görə, “Xəzri” qəzetində yaxşı qonorar verirsinizmiş, elə? Avropa Birliyi nə qədər qrant ayırmışdı?

”“ Əvvəla, “Xəzri” qəzetini mən nəşr etmirdim, orda köşə yazarı idim. O qəzeti sadəcə, qısa bir müddətdə mən buraxdım. Bəli, Avropa Birliyi bizə qrant ayırırdı. Layihədə nə yazılmışdısa, işçilərə o da verilirdi. Heç kim deyə bilməz ki, mənim bir qəpik pulumu yedilər.

”“ Azərbaycanda müxalifət partiyalarını tənqid edirsiniz ki, səriştəsiz adamlardan ibarətdir. Bəs sizin öz partiyanız niyə uğur qazanmadı? Söhbət hakimiyyətə gəlməkdən getmir, heç ictimai rəydə də özünüzü təsdiq edə bilmədiniz.


”“ Sosial demokratlar oturuşmuş sinfi cəmiyyətlərdə mötəbər partiyalardır. Avropada Sosial Demokrat partiyalarının arxasında kim durur? - Həmkarlar İttifaqları, peşə birlikləri, orta sinfin aşağı hissəsi və s. Bizdə fəhlə sinfi varmı? Bizdə isə ancaq bisavad kütlə var. Bizim Azərbaycan Sosial Demokrat Partiyasının əsas üzvləri orta təbəqənin aşağı hissəsinin nümayəndələridir. Onlar pula meyillidirlər. Bizdə də pul yoxdur. Ona görə də adamları hey yanımıza yığırdıq, bir balaca imkan olan kimi isə qaçıb vəzifəyə gedirdilər. Biz hansısa bir ülvi, ideal nəzəriyyə verirdik. Neçə dəfə cəhd eləmişik ki, peşə birlikləri yaradaq, alınmayıb.

İkincisi, xalqın siyasi savadsızlığı da bizim qarşımızı alıb. Siyasi savad olması üçün də gərək hansısa bir təcrübə və nəzəriyyə olsun. İndi bizim xalqın çox gözəl musiqi, mətbəx mədəniyyəti var, qonaqpərvərliyimiz var, amma siyasi mədəniyyəti varmı? Qaçarlar dövründə bu xalq siyasi mədəniyyət əldə eləyə bilərdi? Yox. Romonovlar dövründə əldə eləyə bilərdi? Yox. Sovet dövründə əldə eləyə bilərdi? Yox. Bir siyasi Şeyx Nəsullah gəlib deyəndə ki, Baykal gölündən Aralıq dənizinə qədər böyük türk dünyası yaradacağıq, inanırdılar. Belə bir cəmiyyətdə hansı siyasi mədəniyyətdən danışmaq olardı?

”“ Soros Fondunun idarə heyətinin üzvü olmusunuz. Nə yaxşı buna görə sizə gözünüz üstündə qaşınız var deyən olmayıb?

”“ Soros Fondu müstəsna açıq fəaliyyət göstərən fonddur. Azərbaycan Respublikasının Açıq Cəmiyyət İnstitutu yarandığı andan bağlandığı günə qədər nə qədər pul gəlib, necə xərclənib, kim nə qədər götürüb, hamısı açıq şəkildə internetdə var. Bizim Açıq Cəmiyyət İnstitutunun ən böyük proqramlarından biri də narkomanlara köməkdən ibarət idi. SPİD-ə qarşı, insan haqlarının, dəylərinin təbliğatı üçün kurslar keçirilirdi. Seçkilərə nəzarət, gənclərə debat mədəniyyət aşılamaq və s. Bunlara görə məni nə üçün qınamalıdırlar? Mənim rəhbərlik elədiyim dövrdə xərclənən hər bir dollara görə qanun qarşısında cavab verməyə hazıram. Pulların hamısı da bankdan keçirdi, Soros Fondunda qeyri-bank ödəmələr yox idi.

”“ Bəs qardaşınız Araz Əlizadə nə üçün Sorosdan qrant alanları Azərbaycan xalqının düşmənlərindən qrant almaqla bərabər tutur?

”“ Sizə bir dəfə də dedim ki, mənə onunla bağlı sual verməyin!

”“ Siz ərəb ölkələrində də işləmisiniz. Vəfa Quluzadə kitabında yazır ki, o vaxt xaricdən, yəni ərəb ölkələrindən gələnlərin hamısı maşınla gəlirdi. Məlumdur ki, Sovet dövründə maşın almaq çətin idi. Deyir, ərəb ölkələrindən bircə Elçibəy maşınsız gəlmişdi. Bunun da səbəbi o idi ki, Elçibəy pul yığan deyildi... Bəs siz nəylə gəlmişdiniz?

”“ Mən iki il Misirdə işləyəndən sonra bir dənə “Moskvi甝 maşını almışdım. Mənim maşınla heç aram yox idi. Sadəcə, ailəmiz bağa gedib-gələndə avtobusla çətinlik çəkirdim. İnsafən, orda yaxşı maaş verirdilər.

”“ Siz həmişə AXC hakimiyyətini, Xalq Hərəkatını qəzəbli şəkildə tənqid eləmisiniz. Hətta Elçibəy hakimiyyətini söz və ifadə azadlığını boğmaqda da ittiham eləmisiniz. Bəs necə söz azadlığı yox idi ki, millətçi bir hakimiyyət dövründə “İstiqlal” qəzetində terrorçu Abdullah Öcalanı müdafiə eləyən yazılar yazmısınız, onu qəhrəman kimi təqdim eləmisiniz...

”“ Birincisi, qəzetim hamının üzünə açıq idi, kim nə istədi, yazırdı. Mən sizə o qəzetin nömrəsini göstərərəm ki, orda məni eninə də, uzununa da tənqid, hətta təhqir ediblər. Eynilə kürd əsilli hansısa Azərbaycan vətəndaşı da yazı gətirirdi ki, bunu çap elə, mən də eləyirdim. O ki qaldı Öcalan məsələsinə, siz bilirsinizmi o zaman Türkiyədə kürdlərə kürd adı vermək qadağan idi? Siz bilirsinizmi o zaman Türkiyə radio və televiziyasında kürd musiqisi çalmaq qadağan idi? İctimai yerlərdə kürd dilində danışmaq qadağan idi, həbs cəzası gösləyirdi. Bunların hamısı insan hüquq və azadlıqlarının pozulması idi. Və məhz insan hüquqlarının pozulması nəticəsində marksist qruplar hakimiyyətə qarşı silahlı mübarizəyə başlamışdılar. Mən isə PKK-nın yaranma və fəaliyyət səbəblərini açıq göstərirdim ki, bunlar Türkiyə hökumətinin yanlış siyasətinin nəticəsidir. Əgər o vaxt Türkiyə hökumətinin həmin yanlış siyasəti olmasaydı, kürd terroru da olmazdı. Bizim bəzi bəsit, məsələdən bixəbər, həyatı ağ və qara ”“ türk və kürd görən adamlar buna görə məni qınayır. Türk də insandır, kürd də. Və bunların arasındakı münasibətlərdə sosial hüquqları, iqtisadi hüquqları görmürdülər. Mən türkəm, onlar kürddür, vəssalam, bundan başqa söz yox idi. Mən də yazırdım ki, Türkiyə hökumətinin anti-kürd siyasəti və kürd əsilli vətəndaşlarının hüquqlarını pozması ona gətirir ki, Türkiyədə terror təşkilatı fəaliyyət göstərir və geniş xalq dəstəyi qazanır. Amma Bülənt Ecevitdən sonra Türkiyədə kürdlərin hüquqları tanınmağa və onlara qarşı dövlət basqısı aradan götürülməyə başlandı. Ərdoğan hakimiyyətinin ilkin dönəmində isə bu proses daha da genişləndi, kürd musiqisi tanındı, kürd dilində danışdılar, kürd televiziyası, kürd radiosu və s. yarandı. Bundan sonra terror üçün əsas bitdi.

Bütün hallarda etiraf eləmək lazımdır ki, bu cür basqı şəraitində, ölüm təhlükəsi altında öz xalqının hüquqları uğrunda Öcalan kimi mübarizə aparmaq hər adamın işi deyil. Yəni Öcalan qorxaq deyil, Kələkiyə qaçmadı, gizlənmədi. Salvador Aliende kimi əlində silah mübarizə apardı. Mən Öcalanın mövqeyini bəyənməyə, əqidəsini bölüşməyə bilərəm. Amma insan kimi o qəhrəmandırsa və bunu görürəmsə, deməli, etiraf eləməliyəm. Və Öcalan indi həbsxanada oturub nə deyir? Deyir ki, biz türk xalqı ilə barışmalıyıq, türk xalqı ilə birlikdə demokratik Türkiyə qurmalıyıq. Bunu deyir də! Deməli, Öcalan düşünüb dəyişməyə qadir bir şəxsdir.

”“ Elçibəyi Heydər Əliyevə müsbət münasibətinə görə də tənqid etmisiniz. Axı siz özünüz də “İstiqlal” qəzetində yazmışdınız ki, Heydər Əliyev bizim xilasımızdır, o, hakimiyyətə nə qədər tez gəlsə, bizim xeyrimizədir. Bəs Elçibəyi tənqid etdiyiniz mövzuda özünüz niyə belə bir məqalə yazmısınız?

”“ Deyim: Xalq hərəkatının bir yolu var, demokratik islahat yolu, elədirmi? Bu demokratik islahatda gərək mütləq hakim zümrə ilə əməkdaşlıq edək. Hakim zümrə də qarabağlı Vəzirovdan və onun ətrafından ibarət idi. Elçibəy və ətrafı isə heç bir əsas olmadan qan töküb onu devirdi. Vəzirovun devrilməsinin qan bahası 20 Yanvar oldu. 20 Yanvara gedən yolun əsas günahkarlarından biri Elçibəy və onun ətrafı idi. 20 Yanvara gedən yol bilirsinizmi nədən keçir? Bu hadisə göydən paraşütlə düşmədi. Bunları ətraflı şəkildə bilmək istəyirsinizsə, Leyla Yunusun “Siyasətçinin məsuliyyət meyarı” məqaləsini tapıb oxuyun.

”“ Sizin də bu məsələ ilə bağlı xeyli yazılarınız var...

”“ Bəli, var. 1989-cu ildə Azərbaycan demokratik hərəkatının qarşısında bir yol dururdu: qarşıdan gələn parlament seçkilərinə hazırlıq. Bu, təkcə bizim qarşımızda duran yol deyildi. Sovet dövründə 1985-ci ildə seçilmiş Ali Sovetlər 1990-cı ilin yazında yenidən seçilməli idi. O zaman Xalq Cəbhəsinin xalq arasında müstəsna hörməti və sevgisi var idi. Və şübhəsiz ki, bu seçkilərdə Xalq Cəbhəsi Kommunist Partiyasını məğlub edəcəkdi.

Latviya, Litva, Estoniya və Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan - bu yeddi respublikada xalq cəbhələri Kommunist Partiyasını əyib məcbur edirdilər ki, onların iradəsinə tabe olsun. Azərbaycanda avqust və sentyabrda başlanmış böyük tətillərin, böyük nümayişlərin nəticəsində Kommunist Partiyası məcbur olmuşdu ki, Qarabağın Xüsusi İdarə Komitəsini ləğv eləsin və Azərbaycan Respublikasının suverenliyi haqqında qanun qəbul eləsin. Bəli, bu, Azərbaycan Xalq Hərəkatının böyük qələbəsi idi. Bu 6 respublikada xalq hərəkatları ordu və sovet hakimiyyəti ilə toqquşmaya getmədilər. Seçki yolunu tutdular. Və 90-cı il yazdakı seçkilərdə Latviya, Litva, Estoniya, Moldova, Ermənistan, Gürcüstanda Xalq Cəbhələri qələbə çaldı, öz hökumətlərini qurdular, Kommunist Partiyası isə getdi müxalifətdə oturdu.

Bəs Azərbaycanda nə baş verdi? Azərbaycanda Elçibəy və onun ətrafının başçılığı altında başqa proses getdi. Bu proses ondan ibarət idi ki, mən Xalq Cəbhəsi İdarə Heyətinin üzvü kimi qışqırırdım ki, zorakılığa getməyin, dövlət orqanlarına hücum etməyin, seçkilərə hazırlaşın, 5-6 aydan sonra seçkidir. Məni qırağa itələdilər. Bəs nə edirdilər? Raykomlara hücum yoluna əl atdılar. Xalq Cəbhəsi rayon təşkilatları 17 rayonda zorakı yolla raykom katiblərini devirdilər. Devirdikləri kimlər idi? Vəzirovun adamları. Mən dedim ki, siz neynirsiniz? Siz dövlətə əsas verirsiniz, bəhanə verirsiniz ki, gəlib bizi əzsin. Elçibəy əlinin arxası ilə məni itələyib deyirdi ki, bu Zərdüşt iranlıdır, həmşəridir, kommunistdir, satqındır, Vəzirovun adamıdır, buna nə qulaq asırsınız? Axırıncını da Cəllabadda devirdilər, yenə də qan tökməklə, binanı, polisi yandırmaqla. Mən isə prosesləri görürdüm, çünki mən hadisələrə çayxana yox, öz təcrübəm və biliyim səviyyəsindən baxırdım. Görürdüm ki, artıq Moskvada qərara alıblar ki, Azərbaycanı əzsinlər. Qarbaçovun özünə sual vermişdilər ki, nə üçün 20 Yanvar hadisəsi baş verdi? Demişdi ki, Xalq Cəbhəsi 17 raykomu dağıtmışdı, özü də Elçibəyin başçılığı altında. Sovet hökuməti artıq qərara almışdı ki, Bakını dağıdacaqlar, ona görə də şərait yaradırdı ki, burada başıpozuqluq daha da artsın. Nə qədər çox qanunsuz hərəkət olsa, Moskvanın əlində o qədər çox bəhanə olacaqdı. Məhəmməd Seyid Qarabaği, Məhəmməd Hatəmi başlarına adamları yığıb sovet idarələrinə hücum edirdilər. Mən də qışqırırdım ki, siz neyniyirsiniz, Moskvanın əlinə bəhanə verirsiniz, ordu gələcək. Pənah Hüseyn deyirdi ki, ə, bəsdi də, Zərdüşt, bizim zəhləmizi tökmə, elə qışqırırsan “ordu gələcək, ordu gələcək”, Tiflisdən sonra Bakıya ordu gəlməyəcək, zabitlər komandanlığın əmrini yerinə yetirməyəcək.

Birdən mənim ağlıma bir fikir gəldi, dedim ki, biz burda 16 nəfərik, Leyla xanım qadındır, onu çıxıram, hərbi mükəlləfiyyət ona aid deyil. Xalq Cəbhəsinin İradə Heyətində, başda sədr olmaqla, 15 kişiyik, xahiş edirəm əlinizi qaldırın, kim orduda qulluq eləyib? İki nəfər əlini qaldırdı - Əlikram Hümbətov və mən. Soruşdum ki, Əlikram bəy, siz orduda necə qulluq eləmisiniz? Qayıtdı ki, Poltexnik İnstitunun avtonəqliyyət fakültəsini qurtarandan sonra məni orduya çağırdılar, avtonəqliyyat rotasının komandiri olmuşam. Mən də dedim ki, Misirdə döyüşən orduda olmuşam, bombardman altında olmuşam. İdarə Heyətinə sual verdim ki, bəs siz 13 kişi nə üçün orduda qulluq eləməmisiniz? SSRİ Konstitusiyasının 67-ci bəndində yazılmışdı ki, sosialist vətəninin qorunması Sovet insanının müqəddəs borcudur. Əbülfəz Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn, Sabit Bağırov, Hikmət Hacızadə, Rəhim Qazıyev, Sülhəddin Əkbər, Nəcəf Nəcəfov, Canbaxış Ümidov, Etibar Məmmədov, Nemət Pənahlı heç biri hərbi xidmətdə olmayıblar. Bəs nə üçün olmamısınız? Başladılar gülməyə. Yəni biz xidmətdən əkilmişik, siz iki axmaq gedib orduda xidmət eləmisiniz. Dedim ki, siz hərbi xidmətdə olmamısınız, ona görə də bilmirsiniz ki, orduya əmr versələr ki, xalqa atəş aç, açacaq. Pənaha dedim ki, təsəvvür elə, mən zabitəm, mənə əmr verilib ki, bu tankı A nöqtəsindən B nöqtəsinə sürüm. Yolda baxıram ki, anam tankın qabağında dayanıb. Ya anamın üstündən keçməliyəm, ya da həyatımı təhlükəyə atıb tankdan çıxıb anamı götürüb fırladıb atmalıyam kənara, təzədən tanka oturmalıyam. Sən niyə bunu başa düşmürsən? Çünki mən həyatım bahasına olsa da, bütün əmrləri sözsüz yerinə yetirəcəyimə and içmişəm.

Yenə də Xalq Cəbhəsinin yanvar ayının 6-7 konfransında mən çıxış elədim. Dedim ki, yaxınlaşan qanı, zorakılığı və məğlubiyyəti görürəm. Mən adımı bu cinayətə qatmaq istəmirəm, ona görə də istefa verirəm. Akademiyanın dəyirmi zalında 500 adam əyləşmişdi, hamısı qışqırdılar ki, qorxaq, satqın, axmaq, agent. Və mən özümün yaratdığım Xalq Cəbhəsindən istefa verdim. Halbuki, proqramını da, ilk dayaq dəstələrini də özüm yaratmışdım. İndiyə kimi də Allaha şükür edirəm ki, o cəsarəti, o bəsirəti özümdə tapdım və istefa verdim. Bundan sonra Əbülfəz bəym durdu ayağa, əlinin işarəsi ilə zalı sakitləşdirib dedi ki, mən azadlığa gedən yolda demokratiya ilə yanaşı qan da görürəm. Hamı əl çaldı ki, nə gözəl sözdür.

”“ Axı o sözün müəllifi Elçibəy deyil...

”“ Bəli, o sözün müəllifi Bencamin Franklindir. O demişdi ki, demokratiya ağacı vaxtaşırı qanla suvarılmalıdır. Yaxşı, Əbülfəz bəy, qanla o zaman suvarılmalıdır ki, başqa yol yoxdur. Axı mən deyirəm ki, qaqaş, seçki olacaq və seçkidə biz Kommunist Partiyasını udacağıq. Bununla da hökuməti, parlamenti götürəcəyik.

”“ Siz Xalq Cəbhəsindən istefa verdiniz, sonra nə oldu?

”“ Bundan sonra Sovet hakimiyyəti Azərbaycan xalqını əzmək üçün əlində daha əsaslı bəhanə olsun deyə Xalq Cəbhəsinə daha yaxşı şərait yaratdı ki, özbaşınalıq eləsin. Özü də məndə məlumat var ki, Sovet hakimiyyəti məhbusların hamısını azad eləyib gətirib Bakıya yığmışdı ki, burda vəhşilik eləsinlər. Bütün dünyanın gözü qarşısında Xalq Cəbhəsinin əli ilə bəhanə yaradandan sonra yavaş-yavaş Primakov, KQB-nin sədr müavini Babkov, Daixili İşlər naziri Bakatin, müdafiə naziri Bakıya gəldi. Moskvadan yüzlərlə milis işçiləri gəlmişdi. SSRİ müdafiə nazirinin ayıq vaxtı olmurdu, bütün günü içirdi. Hamısı Azərbaycan xalqını əzməyə gəlmişdi. Amma bunun planını hazırlamaq lazım idi. Akademik Primakov bir-bir Xalq Cəbhəsinin rəhbərləri ilə görüşdü. Əbülfəz Elçibəyi və İsa Qəmbəri qəbul elədi, onlara dedi ki, qaranlıq, çox pis vaxtdır, belə şəraitdə xalqı küçəyə çıxarmayın. İsa qayıdır ki, dinc nümayişlər xalqın konstitusion hüququdur. Primakov sonra deyir ki, İsa çox qiymətli kadrdır, onu qoruyun. Axı, İsanın dediyi Primakovun planına uyğun idi.

Qulaq asın, mən sizə desəm ki, Kəramət, uşağını küçəyə gəzməyə çıxartma, küçədə banditlər var, ora-bura güllə atır, sən mənə nə deyəcəksən? Deməlisən ki, xəbər verdiyin üçün çox sağ ol. Ya da deyəcəksən ki, yox e, küçədə gəzmək mənim konstitusion hüququmdur. Əgər belə desən, mən fikirləşəcəm ki, ya sən təxribatçısan, uşaqların düşmənisən, ya da başdanxarabsan. Primakov deyir ki, camaatı küçəyə çıxarmayın. O, bunu deyəndə Azərbaycan xalqına yanmırdı. Sadəcə, Xalq Cəbhəsi liderlərinin axmaq olduğunu bilib deyirdi, bilirdi ki, onlar yenə camaatı küçəyə çıxaracaqlar.

Bakı sovet şəhəri idi, dördüncü ordunun qərargahı idi. Bakıda on bir min sovet qoşunu vardı. Dördüncü ordunun ən böyük planı Tehranın tutulması idi. Lənkəran tanklarla dolu idi. Azərbaycanda üç sovet diviziyası vardı: Bakıda, Lənkəranda və Naxçıvanda. Nə üçün? İrana, sonra da Bağdada qədər çıxmaq üçün. Azərbaycanda atom silahı bazaları, anbarları, raket, təyyarə bazaları var idi. Bunların isə başları yox idi, görmürdülər, axı hərbi xidmətdə olmayıblar, elə deyirlər ki, Tiflisdən sonra Bakıya atmazlar.

Və yanvarın 19-da gecə vaxtı Elçibəy camatın qabağında çıxış eləyib deyir ki, heç nədən qorxmayın, ordu şəhərə girməyəcək, sadəcə, hər ehtimala qarşı uşaqlar və qadınlar evə getsinlər, amma kişilər qalsınlar. Ay camaat, yolları möhkəm tutun, ordu gəlsə, biz onları şəhərə buraxmarıq. Heç nədən qorxayın... Bir qoduq gəlib Əbülfəz bəyin qulağına deyir ki, bəy, Mərkəzi Komitənin yanından gəlirəm, deyirlər ki, ordu şəhərə girəcək. Elçibəy əyilib onun qulağına deyir: səs salma, camaatı qorxutma. Elçibəyin qulağına deyilən bu sözü Sədrəddin bəy də eşidib. Amma Elçibəy təzədən başını qaldırıb ki, camaat, qorxmayın, möhkəm dayanın. Bunu deyəndən sonra Elçibəy özü mindi maşına, getdi indiki Yeni Yasamal adlanan yerdə yaxın bir badə dostu vardı, Becan Fərzəliyev, onun evində gizləndi. İsa Qəmbər deyirdi ki, dinc nümayiş xalqın konstitusion hüququdur. Halbuki, özü 20 yanvar gecəsi Yusif Səmədoğlunun evində qaldı, radioda Bakıdan reportajlara qulaq asırdı. Fikir verin, işlərini görüblər, xalqı tankın qabağına qoyublar, özləri də qaçıb gizləniblər. Xalqa deyirdilər ki, biz sizə silah verəcəyik. Ayə, nə silahı verəcəksiniz? Hələ Elçibəy və onun komandasının çox oyunlarını danışaram.

”“ Əgər sizin dediyiniz kimidirsə belə, hər halda, Xalq Cəbhəsi bunları qəsdən eləmirdi, sadəcə, siyasi səriştəsizlikdən irəli gəlirdi...

”“ Litva xalqının Xalq Cəbhəsi hakimiyyətə gələndə birinci demokratik qərarlarından biri o oldu ki, lüstrasiya haqqında qanun qəbul eləsinlər. Bu qanunun mahiyyəti nədir? İstənilən vətəndaş haqqında KQB-yə sorğu verə bilərsən və soruşa bilərsən ki, onun sizinlə əlaqəsi necə olub? Məsələn, sorğu verirsən ki, bu adam Zərdüşt Əlizadədir, 45 il sovet vətəndaşı olub, deyin görüm, KQB ilə onun əlaqəsi olub, yoxsa olmayıb?

”“ Doğrudan, olub, yoxsa olmayıb?

”“ Bunu mən özüm də deyə bilərəm. Bəli, yazılarımın hamısı KQB-dədir, hamısını İsa Qəmbər verib. Litvada qanun qəbul olundu, Ali Seymin 35 üzvündən 17-si KQB agenti çıxdı, onları istefaya göndərdilər. Əgər Liva Ali Seyminin 50 faizdən çoxu KQB agenti idisə, Azərbaycan kimi bir yerdə agentlərin sayı, sizcə, nə qədər olardı?

”“ Nə deyim...

”“ Elçibəy prezidentdir, mən isə dılğır bir qəzetin redaktoruyam. Ona açıq məktub yazdım ki, möhtərəm prezident, Xalq Cəbhəsində mənə qarşı mübarizə aparanda hamıya deyirdin ki, mən də, atam da KQB agentiyik. İndi sən prezidentsən, xahiş edirəm, göstəriş ver, mənim KQB-dəki dosyemi açsınlar, xalq bilsin ki, mən necə agentəm. Amma öz dosyeni də, Xalq Cəbhəsi İdarə Heyətinin 14 üzvünün də dosyesini aç. Hamısını aç, qoy bilsinlər. Elçibəy cavab vermədi. Bir də açıq məktub yazdım, yenə cavab vermədi. Axırda Sülhəddin Əkbərə açıq məktub yazdım ki, lüstrasiya haqqında qanun qəbul eləsinlər, yenə eləmədilər. Axırda mətbuat konfransında bir jurnalist sual verdi ki, Əbülfəz bəy, Zərdüşt Əlizadə deyir, dosyeləri aç, dosyeləri aç, niyə açmırsınız? Əbülfəz bəy cavab verdi ki, mən o dosyeləri açsam, Azərbaycanda vətəndaş müharibəsi baş verər.

”“ Bir sualım cavabsız qaldı. Bəs siz özünüz də “İstiqlal” qəzetində yazmısınız ki, Heydər Əliyev bizim xilasımızdır, o, hakimiyyətə nə qədər tez gəlsə, bizim xeyrimizədir...

”“ Mən Xalq Cəbhəsi İdarə Heyəti üzvlərinə deyirdim ki, Vəzirovun başını yediniz, qan tökdünüz, yıxdınız, Mütəllibov gəldi. Bu Mütəllibov bədbəxt sizə əməkdaşlıq, koalision hökumət təklif eləyir. Deyir ki, dörd vəzifəni mənə ”“ prezidentin tabeliyinə verin; xarici, daxili, təhlükəsizlik və müdafiə. Çünki sizin bu vəzifələrə qoymağa adamınız yoxdur. Doğrudan da, bizim sıramızda belə adamlar yox idi. Qalan vəzifələr; baş nazir və baş nazirin müavinləri, səhiyyə, tibb, maliyyə, tikinti, təhsil... hamısını Mütəllibov Xalq Cəbhəsinə verirdi. Elçibəy razılaşmadı. Mən yazırdım ki, a kişi, niyə razılaşmırsınız? Gül kimi təklifdir. Hakim zümrə sizə koalisiya hökuməti təklif edir. Axı Azərbaycan pis gündədir, Qarabağ və keçid dövrünün problemləri var. Gəlin əlbir olaq, hakimiyyət sizdə, hökumət sizdə, gəlin addım-addım gedin, təcrübə də toplayın, heç nə bilmirsiniz axı, qabiliyyətiniz, savadınız yoxdur. Yavaş-yavaş dövlətçilik təcrübəsi toplayın, yavaş-yavaş da islahatlara gedək. Elçibəy dedi, yox e, Ayaz Mütəllibov getməlidir. Getdi də.

Bundan sonra Elçibəy öz dəstəsi ilə gəldi. Mən də bunları çox yaxşı tanıyıram, anlayıram ki, savadsız, təcrübəsizdirlər: dövlət nədir, xarici siyasət nədir, daxili siyasət nədir, heç nə bilmirlər. Bir tərəfdən ermənilər, o biri tərəfdən ruslar, bir tərəfdən də Elçibəy çıxıb deyir ki, İranı dağıdacağıq. Çin dağılacaq, Hindistan dağılacaq, böyük türk dünyası yaradacağıq. Mən gördüm ki, bunlar Azərbaycanı dağıdacaqlar. Və götürdüm bir məqalə yazdım ki, Heydər Əliyev onsuz da hakimiyyətə qayıdacaq, nə qədər tez qayıtsa, bizim xeyrimizədir. İki yol var idi, ya dövlət dağılmalı idi, ya da Heydər Əliyev hakimiyyətə gəlməli idi. Dövləti qorumaq üçün ona görə belə bir məqalə yazdım.

”“ Zərdüşt bəy, deyirsiniz ki, Elçibəyin və Etibar Məmmədovun, eləcə də digərlərinin əlindən başınızı götürüb Xalq Cəbhəsindən qaçdınız. Bəs necə oldu ki, 1998-ci il prezident seçkilərində öz millətinin diktatorunu başqa xalqın demokratından üstün tutan Etibar Məmmədovun namizədliyini dəstəklədiniz, amma Elçibəyə qarşı qəzəbiniz hələ də keçməyib?

”“ Çox gözəl sualdır. Elçibəy öz rolunu oynayıb Kələkiyə getmişdi, artıq dramın ikinci hissəsinə hazırlaşırdı. Demokratik düşərgənin vahid namizədi olmaq və 1998-ci il seçkilərində iştirak eləmək üçün Bakıya gəldi. Müxalifətin vahid namizədi olmaq istəyirdi. Və İsa Qəmbər Müsavat Partiyasında dedi ki, vahid namizədliyi Elçibəyə verək. Hikmət Hacızadə qayıtdı ki, a kişi, sən neynirsən? Bir dəfə ona imkan verdik, başımızı soxdu yerə, axı bu adam heç nəyə yaramadığını sübut elədi. Namizəd sən ”“ İsa Qəmbər olmalısan. Beləliklə, İsa Qəmbər Əbülfəz Elçibəyə deyir ki, bəy, mən sənin vahid namizədliyini verə bilmərəm, çünki partiyam qərar çıxarıb ki, mən olmalıyam. Bundan sonra Elçibəy İlyas İsmayılova deyir ki, mənim vahid namizədliyimi ver, İlyas da qayıdır ki, mən razıyam, amma İsa Qəmbər geri çəkilsə, mən də səni dəstəkləyirəm.

Bu zaman mən İsaya zəng elədim, dedim ki, gəl görüşək. Malakan bağında görüşdük. İsa Qəmbər cangüdənləri ilə gəldi. Oturub qəhvə sifariş elədik. Dedim, İsa, mənim qəşəng bir təklifim var. Sizin blokun daxilindəki vəziyyəti bilirəm. Sizdə beş nəfər potensial namizəd var. Sən, Elçibəy, İlyas İsmayılov, Sabir Rüstəmxanlı, Lalə Şövkət Hacıyeva, burdan da sosial demokrat mən. 6 nəfər gedirik Mərkəzi Seçki Komissiyasına, 50 min imza lazımdır, biz isə 60 min imza vərəqi götürürük və öz sadiq tərəfdarlarımızın imzasını toplayırıq. Və xahiş eləyirik ki, o vətəndaşlar digər beş nüxsəyə də qol çəksin. Amma kimin üçün imza topladığımızı demirik. Hərəmiz 10 min imza toplayandan sonra o vərəqləri bir-birimizə veririk. Anladınızmı?

”“ Aha..

”“ Artıq kağıza yazılır ki, Əbülfəz 60 min imza, Lalə Şövkət 60 min imza və s. Bu imzaları bir yerdə aparıb Mərkəzi Seçki Komissiyasına veririk və elan edirik ki, biz bu imzaları eyni adamlardan yığmışıq. Yəni bir nəfər 6 namizədə imza verib, o vaxt belə bir şey mümkün idi. Və deyirik: əgər birimizi qeydiyyatdan keçirməsəniz, altımız da seçkidə iştirak etmirik. Onda prezident seçkilərində hər bir namizədin üç saat efirdə danışmaq ixtiyarı var idi. Belə bir təklif verdim. İsa isə dedi ki, Lalə Şövkət 50 min imza toplaya bilməz. Dedim, İsa, sən nə danışırsan, mən dedim axı ki, 10 min imza toplayırıq, sadəcə, bir nəfər 6 namizədə imza verir. Yenə dedi ki, Lalə Şövkət imza toplaya bilməz. Başa düşdüm ki, bunun başında bir dənə fikir var: təki Lalə Şövkət namizəd olmasın. Başa düşdüm ki, İsa Qəmbərlə seçki taktikasını müzakirə eləmək mənasızdır. Ona görə də içdiyim qəhvənin pulunu verib, çıxıb getdim.

”“ Etibar Məmmədov məsələsi ilə bağlı sual vermişdim...

”“ Elə ora gəlirəm. Bundan sonra Nazim İmanov yanıma gəldi, dedi ki, Etibar Məmmədov səninlə görüşmək istəyir. Onda Etibarla münasibətim çox pis idi. Çünki Xalq Cəbhəsində məsələ qaldırmışdım ki, o, burdan qovulsun. Etibar bizim iqamətgaha gəldi. Dedim ki, Etibar, müxalifət seçkini boykot eləyib, amma sən seçkiyə gedirsən, ümid edirsən ki, seçiləcəksən? Dedim ki, bil və agah ol: sən Heydər Əliyevə qalib gələ bilməyəcəksən! Amma xalqın maariflənməsi naminə biz böyük işlər görə bilərik. Sən ermənistanlısan, mən isə bakılı. Gəl xalqa nümunə göstərək ki, müxalifətdə ermənistanlı və bakılı tandemi mümkündür. Sən prezidentliyə gedirsənsə, seçki platformanda məni də elan elə ki, Zərdüşt baş nazir olacaq. Mən də baş nazir kimi öz sosial-demokrat proqramımı irəli sürəcək, Qarabağın dinc yolla həlli, demokratik islahaltlar və s. kimi təkliflər verəcəyəm. Etibar güldü. Dedim ki, əgər razısansa, gəl müqavilə bağlayaq, Sosial Demokrat Partiyası səni dəstəkləsin və mən də öz fəllarımı sənin müvəkkilin kimi işə qoşum. Dedi, yaxşı. Bir müavilə imzaladıq, o müqavilə indi də durur.

”“ Siz doğrudan, baş nazir olmaq istəyirdiniz?

”“ Yox, bu, sadəcə, siyasət idi. Onsuz da bilirdim ki, Etibar prezident olmayacaq. Amma xalq bilməli idi ki, müxalifətdə “yerazla bakılı”nın tandemi yarandı. Hətta onun müvəkkili kimi öz tərəfdarlarımı da göndərdim. Amma Nazim İmanov gəlib dedi ki, Etibar deyir, mən Zərdüştün baş nazir olacağını elan eləyə bilmərəm. Çünki baş nazir vəzifəsini Bakı ət kombinantının diretktoruna vəd eləyib. Dedim, get Etibara de ki, getsin, mənimki məndə, onunku da onda, bir də mənim yanıma gəlməsin. Vəssalam! Bundan başqa mən Etibara heç bir rəsmi dəstək verməmişəm. Amma Etibar özü açıqlama vermişdi ki, məni Sosial Demokratlar Partiyası da müdafiə eləyir. Yalan demişdi.

”“ Zərdüşt bəy, Ayaz Mütəllibovla indi münasibətiniz var?

”“ Mən onu ömrümdə bircə dəfə görmüşəm, 1989-cu ildə bir dəfə qısa söhbətmiz oldu, vəssalam.
Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 01:18
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 01:18
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ