“Bircə dəfə bizə 120 min versəydilər, ikinci kəs yardım istəsəydik namərd idim”
Oxunub: 4625
14 Jan 2018 | 22:45
“Bircə dəfə bizə 120 min versəydilər, ikinci kəs yardım istəsəydik namərd idim”
Məlum olduğu kimi, bir müddət öncə “Hürriyyət” qəzeti öz fəaliyyətini dayandırması ilə bağlı bəyanat yayıb. Qəzet rəhbərliyi adından yayılan bəyanatda buna səbəb kimi qəzetin çapı üçün lazımi maliyyə vəsaitinin olmadığı, KİVDF-nin qəzetə yetərincə maliyyə ayırmadığı bildirilir. 

Moderator.az “Hürriyyət”lə bağlı yaranmış vəziyyətə qəzetin təsisçisi, ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətində aydınlıq gətirməyə çalışıb:

- Sərdar bəy, “Hürriyyət” qəzetinin bağlanması hansı zərurətdən alınan qərar oldu? KİVDF-nin “Hürriyyət”ə münasibətini niyə ədalətsiz hesab edirsiniz?

- Əvvəla onu deyim ki, ölkədə çox ağır sosial-iqtisadi böhran var. Bu böhranın ən çox ağırlığını hakimiyyətdən uzaq olan, onunla soyuq münasibətdə olan təşkilatların, biznes qurumlarının, eləcə də mətbuat orqanlarının üzərinə düşür. Bizim hökumətlə bilavasitə yaxınlığımız olmadığı üçün,  bu gün həm partiyamız, həm də qəzetimizin fəaliyyəti həddindən artıq məhdudlaşıb. Bəlli bir müddətdir ki, KİV-ə dəstək adı ilə bir proqram həyata keçirilir. Biz uzun müddət o proqrama daxil etməmişdilər. Bizə ən müxtəlif bəhanələr gətirirdilər. Gah deyirdilər ki, tirajınız azdır, gah deyirdilər ki, dövriyyəniz azdır, gah deyirdilər ki, sizə xəbərdarlıq olunub və s. Biz də maliyyə imkanlarınmızın məhdudluğunu nəzərə alıb hökumətin dediklərinin bir çoxunu həyata keçirməyə başladıq və sonra bizi guya maliyyələşdirməyə başladılar. Baxın, bu proses KİV-in inkişafına dəstək adı ilə gerçəkləşir. İnkişaf nə deməkdir? Inkişaf sözünün mənası dəyişilmə deməkdir. KİV-ə dəstək proqramına nəzər salsaq görərik ki, 10 il ardıcıl olaraq hər 6 aydan bir  60 min manat, ildə 120 min, 10 ildə 1milyon 200 min manat pul alan qəzetlərin heç biri bu müddət ərzində bir addım da olsun inkişaf etməyiblər. İstəyirsiniz bu gün müşahidəçilər göndərək, prokurorluq cinayət işi qaldırsın, dediyim məsələlər araşdırılsın. Araşdırılsın ki, 100 min manatlarla pul alan qəzetlərdə hansı inkişaf olub. Onların nə dövriyyəsi artıb, nə tirajı artıb, nə yazıların keyfiyyəti yüksəlib, nə də dövlətin və xalqın ümumi maraqlarını yetərincə müdafiə edən fəaliyyət ortaya qoymayıblar. 
“Hürriyyət” qəzeti isə hər nömrəsində Azərbaycan dövləti, Azərbaycan xalqı ilə bağlı, daxili və xarici, eləcə də iqtidardan və müxalifətdən doğan təhlükələrlə bağlı yazılar ortaya qoyub. Biz müxalifətdəki neqativ olaylardan da yazmışıq. Biz öz yazılarımızla sübut etmişik ki, həqiqətən də dövlətin və xalqın maraqlarını qoruyan kütləvi informasiya vasitəsiyik. Bizə bildirirlər ki, biz hər gün çıxmadığımız üçün bizə 9 min manat pul ayrılır. Əgər söhbət inkişafdan gedirsə, o zaman bizə 6 ay ərzində digərlərindən daha çox pul ayırmalıdırlar ki, biz də digər qəzetlər kimi gündəlik çıxaq. Əgər mən gündəlik çıxacamsa, dövriyyəm 10-15 min olacaqsa, o zaman dövlətin dəstəyi mənim nəyimə lazımdır? Əgər hər şeyimiz qaydasındadırsa, ofisimiz, maşınlarımız varsa, həftədə 7 gün çıxırıqsa, o zaman dövlətin dəstəyinə nə ehtiyac var? Dövlətin dəstəyi ondan ötəridir ki, iqtisadi çətinlikdə olan mətbuat vasitəsi müxtəlif yollarla maliyyələşən digər mətbuat vasitələri kimi gündəlik çıxaq, dövriyyəmizi artıraq. Bu gün 1000 tirajla çıxan “Hürriyyət” qəzetinin apardığı siyasət 10 min nömrə ilə olsun ki, daha çox əhali dövlətin və millətin maraqlarının harada daha çox təhlükə ilə üzləşdiyindən xəbər tutsun, hansı addımlar atılmasının zəruriliyini bilsin. 

- Qəzetin nəşri üçün KİVDF-nin ayırdığı vəsaitdən başqa daha nə qədər vəsaitə ehtiyac duyulur?  

- Bildiyiniz kimi, pul müqavilə əsasında ayrılır. Bizdən tələb edirlər ki, hər nömrədə KİV layihəsinə uyğun bir material verək. Bunların verdiyi pul bizim qəzetimizdə həmin materialların çap edilməsini belə görmür. Amma qəzet sadəcə o materiallardan ibarət deyil axı. Qəzet 16 səhifədən ibarətdir. Biz KİV layihəsi üçün nəzərdə tutulan materialdan 10 dəfə çox material çap edirik. Məcbur oluruq ki, hər ay qəzetə ayrılan puldan əlavə 2-3 min də əlavə pul tapaq ki, qəzet nəşrini dayandırmasın. Yəni hər ay hökumətin siyasətini təbliğ etməyə bizə ayrılan aylıq 1500 manatdan əlavə öz cibimizdən 2500 manat pul qoymalıyıq. Onda belə bir sual meydana çıxır. Mənim hakimiyyətə dəstək siyasətim var? Bu KİV-ə dəstəkdir, yoxsa KİV-in hökumətə dəstəyidir? Mən niyə hər ay 2500 manat pul qoyub sənin istədiklərini yazmalıyam? Heç olmasa bunun maliyyə xərcinə ortaq ol, qəzet də 50% sənin təbliğinə həsr olunsun, 50%-ində isə mən öz bildiyimi yazım. Lakin qəzetə verilən pul 1500 manatdır.  2500 manat da biz qoyuruq. Üstəlik həm də bütün fəaliyyətimizi KİVDF-nin istəyinə uyğun olmalıdır. Hökumətin özünün heç bir qəzeti bu günə qədər 35 min tirajla çıxmayıb. Amma “Hürriyyət” 90-cı illərdə o cür tirajla çıxıb. O vaxt biz dövlətdən heç bir dəstək almırdıq. 

- Dediklərinizdən belə çıxır ki, mətbuata ayrılan pullar müqabilində mətbuatın özündə lazımi inkişaf müşahidə edilmir?

- Bəli. KİV-ə ayrılan pullar hara gedir? Əgər bir qəzetə ki, bu illər ərzində bir milyon 200 min manat məbləğində yardım edilib, bunun qarşılığında qəzetin nə dövriyyəsi, nə keyfiyyəti, nə jurnalist tərkibi dəyişilməyib, bəs bu pullar hara gedib? Bizim jurnalistlərə ev də vermədilər. Necə olur ki, elə qəzet rəhbəri var ki, üç ev alır, amma “Hürriyyət” qəzetinə bir ev verilmir? Sanki dövlət KİV-ə yardıma ayrılan vəsaiti bir qrup adamın qabağına qoyub ki, öz bildiyiniz kimi bölün. KİVDF-dən pul alan qəzetlər arasında “Hürriyyət”lə eyni tarixdə çıxan və uzun inkişaf yolu keçən başqa bir qəzet yoxdur. Biz 1991-ci ildən çıxırıq. Vaxtilə biz 35 min tirajla çap olunmuşuq. Bu müddət ərzində KİVDF-dən yüz minlərlə pul alan qəzetlərin heç biri hələ də bu tiraja gəlib çıxmayıb. 

- Madam ki, qəzetin nəşri ilə bağlı maliyyə problemi vardı, o zaman qəzetin fəaliyyətinin dyandırılması ilə bağlı addımı daha əvvəl atmırdınız?

- KİV DF ilə müqavilə bağlamasydıq, biz qəzeti çoxdan bağlayardıq. Bunlarla müqavilə bağladığımız üçün müqaviləni poza bilmirdik. Bu müddət ərzində hər ay qəzetin çapına öz cibimizdən 2-3 min manat pul qoymuşuq. Bu gün üstümüzdə nəhəng borclar var. Belə bir vəziyyətdə qəzeti çapını təmin etməyimiz mümkünsüzdür. Əgər bir qəzet həftədə 6 dəfə çıxırsa, o istəsə belə inkişaf edib dövriyyəsini artıra bilməz. Əgər dövriyyən və tirajın artmaybsa, nəyin artıb bəs? İnkişaf hansısa mağazasnın ikinci mərtəbəsini ucaltmaq və ya onun yanında bir restoran tikməkdir? Biz susuruq. Amma görürük ki, susmaqla iş bitmir. KİVDF-dən pul alan qəzetlərin heç birinin “Hürriyyət” kimi 30 illik tarixi, 35 minlik tirajı yoxdur. Heç kim bu göstəricini təkrarlaya bilməyib. İndi isə “Hürriyyət”ə yardım etmək istəmirlərsə, etməsinlər. Lakin deməsinlər ki, biz KİV-ə dəstək siyasəti həyata keçiririk. Desinlər ki, biz əlimizin altında olan, bizə xidmət edən mətbuat vasitələrini dəstəkləyirik. Bunun adını elə qoysunlar. Bunun adını KİV-ə dəstək qoymaq düzgün deyil. 

- Mediaya maliyyə yardımı məsələsində daha hansı məqamlarla bağlı narazılığınız var?

- Qəzetlərə maliyyə ayrılmasında da bölgü prinsipində ədalətsizlik var. Əgər biz həftədə iki dəfə çıxırıqsa və buna görə bizə 9 min manat verisiniz, o zaman həftədətə 5 gün çıxan qəzetə də məntiqlə 18-20 min manat pul verilməlidir. Bəs niyə bunlara 60 min pul verirsən? Bunu necə hesablayırsan? Adamdan soruşmazlar ki, bu ədalətsizliyi niyə edirsən? Mən necə inkişaf edə bilərəm ki, mənə yardım etmirsən? Gündəlik çıxmağımız üçün mənə bir il 120 mini versəydilər, dövlətdən ikinci dəfə yardım istəsəydim namərd idim. Sən mənə ölmək üçün, bankrota getmək üçün yardım edirsən. Sənin yardımın dostluq yardımı deyil. Sənin yardımın düşmənçilik yardımıdır. Məni məcbur edirlər ki, bu sözləri deyim. Qoy prokurorluq 9 min pul alan “Hürriyyət”in də fəaliyyətini yoxlasın, 60 min manat alan qəzetlərin də fəaliyyətini yoxlasın. Baxaq görək kim bu pulu nəyə sərf edib. 
Oxşar xəbərlər
14:53, Bu gün
"Üzümdə əməliyyat etdirməmişəm"
14:51, Bu gün
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:19, Bu gün
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
14:15, Bu gün
"Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib"
14:11, Bu gün
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
14:08, Bu gün
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
14:07, Bu gün
Kahramanmaraşda ZƏLZƏLƏ
13:54, Bu gün
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
13:46, Bu gün
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
11:42, Bu gün
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq
11:41, Bu gün
Zelenski: Konqres Ukraynaya dəstək paketi ilə bağlı müvafiq qərar qəbul etməlidir
11:37, Bu gün
Xarici ölkələrdə işlə təmin etmək adı altında pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
11:33, Bu gün
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
11:32, Bu gün
Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə aparılıb
11:31, Bu gün
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
11:29, Bu gün
Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb
11:27, Bu gün
Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunub
11:16, Bu gün
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
10:59, Bu gün
Bakı avtovağzalından Dairəvi yola çıxışda hərəkət məhdudlaşdırılacaq
10:56, Bu gün
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
10:54, Bu gün
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
10:51, Bu gün
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
10:50, Bu gün
Baytarlıq preparatlarının hansı hallarda heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyi açıqlanıb
10:48, Bu gün
Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb
10:46, Bu gün
Azərbaycanlı yeniyetmə çempion oldu
10:28, Bu gün
Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb
10:23, Bu gün
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
10:20, Bu gün
Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir
10:09, Bu gün
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
10:09, Bu gün
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
10:01, Bu gün
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
09:59, Bu gün
Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı
09:57, Bu gün
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
09:44, Bu gün
Xankəndidə qumbara və avtomatlar tapılıb
09:43, Bu gün
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
09:32, Bu gün
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
09:26, Bu gün
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
09:24, Bu gün
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
09:13, Bu gün
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
09:11, Bu gün
Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb
09:05, Bu gün
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO
08:48, Bu gün
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
08:46, Bu gün
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
08:44, Bu gün
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
08:42, Bu gün
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
08:41, Bu gün
Ağdamda minaatan qurğular aşkar edilib
08:00, Bu gün
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
05:52, Bu gün
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
04:57, Bu gün
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
04:56, Bu gün
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
04:54, Bu gün
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
GÜNLÜK
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 15:54
Həkim hemofiliya xəstəliyindən DANIŞDI: yaş irəlilədikcə... - FOTO
17 Apr 2024 | 15:12
Son İran-İsrail qarşıdurmasına “anlaşılmış oyun” deyən ekspert bunun mahiyyətini açıqladı...
17 Apr 2024 | 16:47
"Rusiyanın Ukraynada məğlubiyyəti qaçılmazdır"  - Çin analitikinin proqnozu
17 Apr 2024 | 16:03
Taksilərin qiymətinin qalxması ictimai nəqliyyatın sıxlığına necə təsir edəcək?
17 Apr 2024 | 15:07
Hikmət Hacıyevdən sülhməramlılarla bağlı AÇIQLAMA
17 Apr 2024 | 15:32
Xüsusi Təyinatlı Əli Rzalının doğum günü qeyd olundu - FOTOLAR
17 Apr 2024 | 15:17
“Min belə səfir Şuşaya qurban olsun!!!” – Natəvanın heykəlindən qisas alan, COP29 tədbirini hədəf seçən cılızlar!
17 Apr 2024 | 15:37
"Unibank" kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi - FOTO
17 Apr 2024 | 15:34
Güləş yığmalarımız Avropa çempionatına hazırlaşır
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 15:54
Həkim hemofiliya xəstəliyindən DANIŞDI: yaş irəlilədikcə... - FOTO
17 Apr 2024 | 15:12
Son İran-İsrail qarşıdurmasına “anlaşılmış oyun” deyən ekspert bunun mahiyyətini açıqladı...
17 Apr 2024 | 16:47
"Rusiyanın Ukraynada məğlubiyyəti qaçılmazdır"  - Çin analitikinin proqnozu
17 Apr 2024 | 16:03
Taksilərin qiymətinin qalxması ictimai nəqliyyatın sıxlığına necə təsir edəcək?
17 Apr 2024 | 15:07
Hikmət Hacıyevdən sülhməramlılarla bağlı AÇIQLAMA
17 Apr 2024 | 15:32
Xüsusi Təyinatlı Əli Rzalının doğum günü qeyd olundu - FOTOLAR
17 Apr 2024 | 15:17
“Min belə səfir Şuşaya qurban olsun!!!” – Natəvanın heykəlindən qisas alan, COP29 tədbirini hədəf seçən cılızlar!
17 Apr 2024 | 15:37
"Unibank" kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi - FOTO
17 Apr 2024 | 15:34
Güləş yığmalarımız Avropa çempionatına hazırlaşır