"Əgər cinayətlərin xarakteri mənfiyə daha çox meyllənsə, ölüm hökmü bərpa ediləcək"
Müsahibə
Oxunub: 3071
14 Jan 2018 | 11:33
Bu günlərdə hüquq professoru İlham Rəhimovun  “Ölümsüz ölüm cəzası” adlı kitabı işıq üzü görüb. Kitabda ölüm hökmünün hüquqi tərəfləri ilə yanaşı tarixi, dini, fəlsəfi, sosioloji, psixoloji aspektləri də geniş araşdırılıb. Professorla bugünkü söhbətə də əsərin yaranma səbəbləri haqda sualla başladıq. İlk suala cavabı belə oldu:

- Adından da göründüyü kimi əsas mövzu ölüm hökmüdür. Bu haqda fikirlərim ölüm hökmü haqqında yazdığım digər kitablarda da toplanıb. Ancaq həmin fikirlər, daha çox tezis formasında idilər və mən düşündüm ki, bu mövzunu daha geniş araşdırmağa ehtiyac var. Bu gün dünyada, xüsusən Avropada ölüm hökmündən imtina olduğunu görürük. Bu cəzaya moratorium qoyan, ondan imtina edən bir sıra ölkələr qərarları üzərində yenidən düşünməyə başlayıblar - bu addımımız doğru idimi? İsrail bu yaxınlarda ölüm hökmü ilə bağlı müzakirələrə başlayıb. Düzdür, onlar bu cəzanın terrorçulara tətbiq edilməsi üzərində dartışırlar, amma bütün hallarda, məsələ gündəmdədir.

- Yeri gəlmişkən, necə düşünürsünüz, İsrail ölüm hökmünü bərpa edəcək?

- Məncə, edəcəklər. Rusiya, Türkiyə, Pakistan ölüm hökmünə moratorium qoyub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Avropa Birliyinə mesaj ünvanlayıb ki, ölüm cəzasının tətbiqi bərpa oluna bilər. Eləcə də Pakistan... Mən həm Rusiya hakimiyyətinin, həm də alimlərin bu məsələyə münasibətindən xəbərdaram. Onlar da ölüm hökmünün tamamilə götürülməsinin tərəfdarı deyillər. Səbəbi isə odur ki, son zamanlar həm ağır cinayətlərin, həm qurbanların sayı, həm də qəddarlıq dərəcəsi artıb. Bu gün dünyada terror geniş yayılmağa başlayıb. Təbii olaraq bütün cəmiyyətlər terrorla  mübarizə yollarını aramaqdadır. Məncə, insanın həyatını itirəcəyi qorxusu onu cinayət törətməkdən çəkindirir. Bir var, insan lap ömürlük həbsdə də olsa da yaşayacağını bilir, bir də var, əmindir ki, ölüm cəzası alacaq. Özü də indiki şərtlər daxilində ömürlük həbs cəzası o qədər də vahiməli sayılmaz - məhbuslar televizora baxır, Avropa həbsxanalarında internetə giriş, hətta qida seçmək hüququ var. Ölüm hökmü ilə bağlı saysız kitablar yazılıb. Onların bir çoxu ilə tanışam. Son kitabımın özəlliyi ondadır ki, problem ayrı-ayrılıqda tarixi, dini, fəlsəfi, sosioloji-psixoloji yöndən araşdırılıb. Çünki ölüm hökmü elə bir anlayışdır ki, ona yalnız hüquqi yöndən baxılması dolğun nəticələr çıxarılması üçün yetərli sayıla bilməz. Bu problem sistemli baxış tələb edir və mən əsərimdə bütün yönləri dərindən araşdırmağa çalışmışam. Konkret hansı nəticələrə gəlmişəm - bununla kitabı oxuyanda tanış ola bilərsiniz.

- O zaman sualı belə qoyaq. Azərbaycanda da ölüm hökmünün bərpası ilə bağlı müzakirələr dayanmayıb. Bu müzakirələrin sonunu necə görürsünüz?

- Azərbaycanda ölüm hökmünün ləğvi siyasi qərar olub. Avropa strukturları bunu ölkə qarşısında tələb kimi qoymuşdular. İsveçrə də ölüm hökmünü ləğv edib. Ona görə ki, onlarda ağır cinayətlər faktiki olaraq baş vermir - statistikaya baxsaq, sayı ildə bir əlin barmaqlarından da azdır. Azərbaycanda isə ildə 200-dən çox qəsdən adamöldürmə baş verir. Özü də ildən-ilə bu cinayətin qurbanlarının sayı artır. Ancaq statistikada qurbanların sayından asılı olmayaq hər fakt bir cinayət hadisəsi kimi qeydə alınır. Yəni statistikada qurbanlarının sayı 7, ya da 1 olan ağır cinayətlər arasında fərq yoxdur. Əgər qəsdən adamöldürmə cinayətlərinin sayı ümumi cinayətlərin sayında tək-tək rast gəlinsəydi, o zaman ölüm hökmünün geri qaytarılması gündəmə gətirilməzdi. Təəssüf ki, cinayətlərin sayı çoxalır və cəmiyyət buna qarşı tədbir görməlidir. Dediyim kimi, siyasi qərar olduğu üçün Azərbaycan onun nəticələrini dəqiq hesablaya bilməyib. Ona görə də, ölüm hökmünün bərpası istisna deyil. Hər şeyi statistika müəyyən edəcək - əgər cinayətlərin xarakteri mənfiyə daha çox meyllənsə, ölüm hökmü bərpa ediləcək. Keçmişdə ağır cinayətlərdə, xüsusən qəsdən adamöldürmədə qurbanların sayı çox olmurdu. Ancaq indi eşidirik ki, kimsə bütöv bir ailəni amansızlıqla qətlə yetirib. Fikir vermisinizsə, indi canilər qurbanlarının başını kəsir - əvvəllər belə faktların sayı mindən bir idi. Bu çox vahiməlidir. Cinayətlər çox qəddar xarakter alıb.

- Sizcə, hansı səbəbdən? Məsələn, Azərbaycanda bu nə ilə bağlı ola bilər?

- Bu tendensiya yalnız Azərbaycanda deyil, bütün postsovet məkanında müşahidə olunur. Avropanı bu bölgüyə ona görə salmıram ki, Avropa daha çox terrordan əziyyət çəkir, bu, başqa mövzudur. Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra cinayətkarlığın durumunu geniş araşdırmışam. Faktlar göstərir ki, 1917-ci ildə inqilab baş verəndən sonra cəmiyyətdə üç problem kəskin xarakter alıb - xəstəliklərin, cinayətlərin, intiharların sayı bir neçə dəfə artıb. Çünki ictimai-siyasi düzənin pozulması, yeni formasiyaya keçilməsi insanların psixologiyasına çox güclü təsir edir. Bu dəyişikliklər insanların öyrəşdikləri həyat şərtlərini darmadağın edir, beləliklə də ictimai münasibətlər pozulur. Qətllərin səbəbini insanın daxilində axtarmaq gərəkdir. Məsələn, dələduzluq niyə baş verir? İnsan başqasının hesabına varlanmaq istəyir. Belə cinayətlərin səbəbi sosial-iqtisadi durumda axtarılmalıdır. Qətllərin səbəbini isə tapmaq son dərəcə çətindir. Araşdırmaların, müzakirələrin sonunda belə qənaətə gəlirik ki, bu insanın xisləti ilə bağlıdır. Demək, insan hələ də daxilən kamilləşmə mərhələsini keçə bilməyib, ilkin yaradılış təfəkkürünü saxlayıb. Azərbaycanda da cinayətlərin artım tendensiyası köhnə quruluş dağıldıqdan sonra baş verdi. Cəmiyyətdə ictimai münasibətlər yenidən qurulmağa başladı. Qanunlar oturuşana qədərki aralıqda bir çox məsələlər 180 dərəcə dəyişdi, təbəqələşmə baş verdi - bəzi insanlar hədsiz varlandılar, bəziləri isə həyatın dibinə yuvarlandılar. Bütün bunlar insanların psixologiyasında ciddi dəyişiklik yaradır və cinayətlərin statistikasına və xarakterinə birbaşa təsir göstərir.

- Professor, söhbətin yönünü bir qədər də beynəlxalq siyasət olaylarına çevirmək istəyirik. Ötən həftəsonu ABŞ-ın Maliyyə Nazirliyi Çeçenistanın başçısı Ramzan Kadırovun “Maqnitski siyahısı”na daxil edib. Medianın iddiasına görə, bu siyahıda Rusiya liderinə yaxın bir çox adamların adı da var. Bu xəbərləri necə qiymətləndirirsiniz?

- Mətbuatdan izlədiyimə görə bu siyahı Maqnitskinin ölümü ilə bağlı yaradılıb, ABŞ rəsmiləri bu işlə bağlı hüquq-mühafizə orqanları işçilərinin adını o siyahıya salıblar. Bu siyahıya Kadırovun hansı səbəbdən salındığı isə mənə aydın deyil.

- Keçən ilin ən böyük hadisəsi yəqin ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan eləmək və səfirliyi ora köçürməklə bağlı qərarı oldu. Ondan bir neçə gün sonra isə Türkiyə lideri İstanbulda İƏT-in təcili toplantısını çağırdı və orada Azərbaycan prezidenti İlham Əliyev də iştirak etdi. Amerika liderinin bu qərarını necə şərh edərdiniz? Bu məsələ strateji xarakter daşıyan Azərbaycan-İsrail münasibətlərinə xələl gətirə bilərmi?

- Trampın prezidentliyə namizədliyi irəli sürüləndə bildirmişdim ki, o siyasətçi deyil, biznesmendir, böyük siyasət məktəbini keçməyib. Belə şəxslər hakimiyyətə gələndə gözlənilməz addımlar atırlar. Gözlənilməz addımlar isə çox zaman heç də yaxşı olmayan nəticələrə gətirir. Uzun illər siyasətdə olan insan heç zaman belə bir addım atmazdı. Çünki belə addımlar atılan zaman yalnız ölkə ictimaiyyətinin onu necə qarşılayacağı deyil, geniş geosiyasi sonucları da hesablanmalıdır. Uzun illərin siyasət adamları bu cür həssas məsələlərdə son dərəcə ehtiyatlı davranırlar. Məsələn, Rusiya prezidenti... Putin heç zaman belə düşünülməmiş addım atmaz. Bir qərarı verməzdən öncə o, dəfələrlə nəticələri hesablayır. Bu mənada Vladimir Putin çox ehtiyatlı adamdır. Tramp isə bu məsələdə özünü dolaşığa saldı, sonucda ABŞ dünya ilə üz-üzə qaldı. BMT müzakirələrində ABŞ-ı 6-7 ölkə müdafiə etdi ki, onların da adı belə çoxlarına tanış deyil. Beləliklə, Trampın bu düşünülməz addımı ABŞ-ın nüfuzuna ciddi zərbə vurdu. Qüds məsələsində ABŞ-ın daha bir ciddi yanlışı “bizi dəstəkləməyənlərə maliyyə yardımı ayırmayacağıq” bəyanatı oldu. Bu, iqtisadi şantajdır. Bu o deməkdir ki, bizimlə olmayanları cəzalandıracağıq. ABŞ kimi supergüc üçün bu doğru addım sayıla bilərmi? ABŞ elə bir cəmiyyət qurub ki, dünya onu model kimi qəbul edir, ona oxşar sistem yaratmağa çalışır və birdən, belə ehtiyatsız bəyanat eşidilir... Amma bu bəyanat tərs effekt verdi, dünya ABŞ-ın qabağından qaçmadı...

- Həmçinin Azərbaycan...

- Bəli. Azərbaycan bu şantajdan niyə çəkinməliydi ki? Azərbaycan yardımlarla yaşayan ölkələrdən deyil. Allaha şükür, bizim yetərincə sərvətimiz var. Ona görə də, belə bəyanatların bizə təsir edəcəyini düşünmək, yersizdir.

- Qüds məsələsini biznes ortaqlarınız, yəhudi əsilli Qod Nisanov və Zarax İliyevlə müzakirə etmisinizmi? Onların mövqeyi necədir?

 (ardı var)

“Yeni Musavat
Oxşar xəbərlər
14:40, Bu gün
Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır
14:06, Bu gün
Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
13:54, Bu gün
ATƏT-in tədbirində erməni diplomatın təxribatı baş tutmadı
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
13:45, Bu gün
"Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar" - Ərdoğan
13:40, Bu gün
Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirildi - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
13:10, Bu gün
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:31, Bu gün
Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:15, Bu gün
Bakıda məktəblilərə siqaret satanlar cərimələndi - VİDEO
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:15, Bu gün
Azərbaycanda zəlzələ oldu
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
06:33, Bu gün
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
06:28, Bu gün
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
GÜNLÜK
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 15:16
İran Əfqanıstandan Türkiyəyə gedən ilk tranzit qatarını sərhəddən buraxmadı - FOTO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 15:12
Ərli qadınla subay oğlanın şok hərəkəti: "Rayona getdik, kənddə axşam..." – Təfərrüat
22 Apr 2024 | 15:29
Xamenei İİKK-ya İsrailə hücuma görə minnətarlıq edib və qarşısında iki yeni vəzifə qoyub
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 15:16
İran Əfqanıstandan Türkiyəyə gedən ilk tranzit qatarını sərhəddən buraxmadı - FOTO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 15:12
Ərli qadınla subay oğlanın şok hərəkəti: "Rayona getdik, kənddə axşam..." – Təfərrüat
22 Apr 2024 | 15:29
Xamenei İİKK-ya İsrailə hücuma görə minnətarlıq edib və qarşısında iki yeni vəzifə qoyub