Xəbər lenti
25/09/2018 [12:06]:
Azərbaycanlıya ərə gedərsinizmi? - Erməni qızları cavab verir
25/09/2018 [11:54]:
Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı
25/09/2018 [11:52]:
"Rusiyadakı hamilə qadınlar azərilərin yiyəsiz uşaqlarını dünyaya gətirəcəklər..."
25/09/2018 [11:46]:
Magistr və doktorantlara ŞAD xəbər: vergi tutulmayacaq
25/09/2018 [11:40]:
Şotlandiyalı tədqiqatçı Qərbi Kaspi Universitetində mühazirə dedi
25/09/2018 [11:37]:
Tələbələrin imtahan sessiyaları barəsində bilmədikləri – Onlar yalnız bu halda “kəsilə” bilərlər
25/09/2018 [11:32]:
Min illik dostun 60 yaşına...
25/09/2018 [11:29]:
Dünyasını dəyişmiş Qarabağ əlilinin həyat yoldaşından millət vəkilinə MÜRACİƏT...
25/09/2018 [11:22]:
“Hər dəfə inşada “mən müğənni olacağam” yazırdım” – Nazpəridən “parta etirafı”
25/09/2018 [11:11]:
“Yüzdən çox hakimin sırf nöqsana görə işdən uzaqlaşdırılması ciddi məsələdir”
25/09/2018 [11:09]:
Payız sessiyasının vaxtı və gündəliyi bəlli oldu
25/09/2018 [11:04]:
40 deputat ölkə prezidentini korrupsiyada günahlandırdı - GÖZLƏNİLMƏZ...
25/09/2018 [11:01]:
İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşdü
25/09/2018 [10:52]:
Gəmi sürmək üçün vəsiqə yeni qaydalarla veriləcək
25/09/2018 [10:40]:
Ana və 2 oğlu öldü, gəlin komadadır - Dəhşətli qəza
25/09/2018 [10:40]:
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
25/09/2018 [10:37]:
Turist avtobusu bir anın içində selə qərq oldu - QORXUNC + VİDEO
25/09/2018 [10:36]:
İran Hörmüz boğazını bağlayacaq - Ruhanidən son xəbərdarlıq
25/09/2018 [10:33]:
Müdafiə naziri “ADEX-2018”-də - FOTO
25/09/2018 [10:33]:
Azərbaycan mediasından dünyaya örnək layihə
25/09/2018 [10:32]:
Ruhani ABŞ-a 11 sentyabr terror aktını xatırlatdı
25/09/2018 [10:28]:
“Əhaliyə məxsus torpaq sahələrində qanunsuz olaraq balıq gölləri yaradılıb” - ŞİKAYƏT
25/09/2018 [10:19]:
Saqqız yapışdırmaq 1220 dollar, zibil atmaq 600 dollar - HEYRƏTAMİZ CƏRİMƏLƏR...
25/09/2018 [10:17]:
Daha bir qurum Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarıldı - QƏRAR
25/09/2018 [10:14]:
Azərbaycanın Birinci vitse-prezidenti İtaliyaya getdi
25/09/2018 [10:12]:
UNEC-də imtahan prosesi təkmilləşdirilir -FOTOLAR
25/09/2018 [10:09]:
İsmayıllıda əməliyyat keçirildi: Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
25/09/2018 [10:07]:
Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb, 3-ü yaralanıb
25/09/2018 [10:04]:
"Gələn ildən müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq" - NAZİR
25/09/2018 [10:02]:
Manat və dolların bugünkü MƏZƏNNƏSİ
25/09/2018 [09:56]:
“Elə silahlar var ki, onlar yalnız Azərbaycan və İsraildədir” -Erməni kəşfiyyatçı
25/09/2018 [09:55]:
Elmar Məmmədyarov bəyanat verdi: “Bəzi vəzifələr yenidən bölüşdürülə bilməz!”
25/09/2018 [09:53]:
Cəbhədə şiddətli atışma oldu
25/09/2018 [09:19]:
Qarnı üstə yatmaq çox zərərlidir- Peyğəmbərimizin(s) sünnəsi təsdiqləndi...
25/09/2018 [00:54]:
Putinin "sevimlisi" daha 20 gün həbsə atıldı...
25/09/2018 [00:51]:
Seks kuklaların da "namuslu"su, "üzüyola"sı olacaq...
24/09/2018 [23:43]:
Yeni “iPhone” smartfonlarının zərbəyə davamlılığı yoxlanıldı - VİDEO
24/09/2018 [23:09]:
Gürcüstanın sabiq baş naziri banka işə düzəldi
24/09/2018 [22:59]:
Kəlbəcərin Nadirxanlı kəndində təlim keçən terrorçu dəstənin görüntüləri yayıldı...- VİDEO
24/09/2018 [22:51]:
Azərbaycan İƏT ölkələrini Ermənistanla münasibətləri aşağı səviyyəyə endirməyə çağırıb
24/09/2018 [22:48]:
Hoteldə sevgilisinin başını kəsən şəxs danışdı – VİDEO
24/09/2018 [22:33]:
Məmmədyarov Trampın təşəbbüsü ilə keçirilən tədbirə qatıldı
24/09/2018 [21:45]:
Tramp: "Kim Çen Inla tezliklə görüşəcəyəm"
24/09/2018 [21:43]:
Məşhur müğənni xəstəxanalıq oldu
24/09/2018 [21:24]:
"Rusiyadan əvvəlki dəstəyi ala bilməyən ermənilər özlərini tərk edilmiş kimi hiss edirlər"
24/09/2018 [21:12]:
Neftin qiyməti rekord həddə çatdı
24/09/2018 [21:10]:
Dünyanı ikiyə ayıran optik illüziyanın sirri ortaya çıxdı - ARAŞDIRMA
24/09/2018 [20:57]:
Netanyahu yenidən Putinə zəng etdi
24/09/2018 [20:51]:
Rəsulzadənin bayramların fəlsəfəsi barəsində maraqlı təhlili – MƏQALƏ
24/09/2018 [20:49]:
100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb
24/09/2018 [20:48]:
Mirzə Cəlil barəsində bilmədiyimiz çox maraqlı faktlar və xatirələr - TARİX
24/09/2018 [20:22]:
"Qardaş Türkiyənin qorxusu olmasaydı kökümüzü tamamilə kəsərdilər"
24/09/2018 [20:18]:
52 yaşlı kişinin döşlərindən süd gəldi - İNANILMAZ...
24/09/2018 [19:59]:
Öz heyvanlığını anlamayan bu dığa bizim dağların heyvanlarını qoruyur...- FOTO
24/09/2018 [19:55]:
Rəfiqələr arasındakı dava qanla bitdi - Biri o birinin qulağını qopardı
24/09/2018 [19:42]:
Bağırovun məhkəmə prosesində maraqlı məqamlar -GİZLİ TARİX
24/09/2018 [19:37]:
İki bacını maşınla vuran sürücüyə 7 il müddətinə həbs cəzası verildi
24/09/2018 [19:27]:
Əcnəbi həkimlərin Dağlıq Qarabağa qanunsuz səfəri araşdırılır
24/09/2018 [19:15]:
İcra başçısı Bakıda 300 it saxlayan şəxsi məhkəməyə verib
24/09/2018 [19:12]:
DİN və DTX Astarada birgə əməliyyat keçirib
24/09/2018 [19:10]:
İnam Kərimova yeni müavin təyin olundu
24/09/2018 [19:07]:
Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...
24/09/2018 [19:00]:
Azərbaycanlı pəhləvanlar Rusiyanı heyran qoydular - VİDEO
24/09/2018 [18:40]:
Putin nəyə görə məhz indi Bakıya gəlir?
24/09/2018 [18:36]:
Azercell jurnalistlər üçün seminar təşkil etdi
24/09/2018 [18:35]:
Qardaşı “İrşad Electronics”in rəhbərinin ölümü ilə bağlı HƏR ŞEYİ AÇDI: "Ailəsi, övladları..." - FOTO
24/09/2018 [18:35]:
“Nar” korporativ müştərilərlə növbəti görüş keçirdi
24/09/2018 [18:34]:
ADU-da Aleksandr Soljenitsına həsr olunan dəyirmi masa...
24/09/2018 [18:25]:
Niderlandlı jurnalist azərbaycanlı rəssamlardan yazdı - FOTOLAR
24/09/2018 [18:25]:
Musa Quliyev: “Hökuməti arxayın oturmağa qoymamalıyıq”
24/09/2018 [18:24]:
“Avtomobildə siqaret çəkməyin yasaqlanması məntiqli olmaz”
24/09/2018 [18:24]:
“Bakcell”in baş icraçı direktoru rəqəmsallaşmadan danışdı -FOTOLAR
24/09/2018 [18:21]:
UNEC-in dəyərləri...
24/09/2018 [18:19]:
"Moskvaya çağırılaraq sazişdən imtinaya məcbur edilməsini hamımız yaxşı xatırlayırıq"
24/09/2018 [18:13]:
Monqolustan prezidenti İlham Əliyevlə görüşdü -FOTOLAR
24/09/2018 [18:10]:
Novruz Məmmədov nazirləri topladı - FOTOLAR
24/09/2018 [17:45]:
Şəhid Pəncəlinin qardaşı ağır durumdadır - Ailənin maddi dəstəyə ehtiyacı var
24/09/2018 [17:37]:
Məşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı oldu -FOTOLAR
24/09/2018 [17:29]:
“Qarabağ universitetinin rektoru olsaydım - QAÇQINLARI NƏ SOYARDIM…”
24/09/2018 [17:20]:
Azərbaycan və Monteneqro arasında hərbi əməkdaşlıq müzakirə olunub
Bütün arxiv bir sırada
27/12/2017 [02:45] - Cəmiyyət - ( 6915 dəfə baxılıb)

Fazil Məmmədovun "Antiterror Mərkəzi"nin sahibkarlara tikdiyi "ibtidai torba"lar...



Fazil Məmmədov yatsa yuxusuna da gəlməzdi ki, günlərin bir günü mətbuat ulduzuna çevriləcək, qələm əhli vəzifədən qovulmuş  keçmiş nazirin qabırğasına, vergiödəyiciləri qarasına döşəyəcək. Əlbəttə, bir zamanlar da Fazil Məmmədov mətbuat ulduzu idi. Amma aşsüzənə çevirdiyi Vergi Məcəllləsində edilən əndrabadi dəyişikliklərə, struktur islahatları adı altında Vergilər Nazirliyi aparatını ildə bir dəfə domino daşı kimi qarışdırıb yenidən düzdüyünə, sayına görə "Ginnesin Rekordlar Kitabı"na iddia edəcək müşavirlik institutu yaratdığına görə mətbuat vaxtaşırı ondan bəhs edirdi. İndi isə hamı Fazil Məmmədovun şakərindən, komandasının yarpaq tökümündən bəhs edir, bir neçə günün içərisində barəsində bir kitablıq lətifə düzülüb-qoşulub...

Amma təbii ki, dekabrın 21-də Moderator.az-da “Əlibaba və 40 quldur nağılının 21-ci əsr versiyası” başlıqlı məqalədə iddia edildiyi kimi indi müşahidə etdiyimiz “yarpaq tökümü” hələ ilkin mərhələdədir və biz irəlidə nəinki Fazil Məmmədovun əkdiyi “vergi” adlı o qorxunc ağacın yarpaqlarının töküldüyünü, hətta budandığının da şahidi olacağıq. Niyəsini aşağı-yuxarı hamı bilir, vergi ödəyən də, ödəməyən də. Çünki bu ölkədə bir çox vergiyığan son zamanlar gerçəkdən Eldar Mahmudovun MTN Antitetrror Mərkəzindəki başkəsənlərdən heç nə ilə fərqlənmirdi. Məhz bu reketsayağı davranışların ucbatından ölkədəki sahibkarlılq mühiti elə bir acınacaqlı hala gətirilib çıxarıldı ki, soyulan, başına min oyun açılan iş adamlarının fəryadı gedib dövlət başçısına çıxdı və müşavirələrin birində prezident İlham Əliyev açıq mətnlə Vergilər Nazirliyi rəhbərliyini korrupsiya cinayətlərində ittiham edərək onların əməllərinin vətənə xəyanətlə bərabər tutulduğunu bildirdi. Amma ən ali səviyyədə edilən bu xəbərdarlığa baxmayaraq vergi dəyirmanı öz işində idi və arada çox günahsız başlar getdi, çox evlər yıxıldı, çox iş adamı talanaraq çeşidli vergi cinayətlərində ittiham edildi...

Yeri gəlmişkən, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti adlı vahim bir qurum var. Adı ibtidai araşdırılma olsa da zaman-zaman burada minlərlə iş adamlarının başına ibtidaidən tutmuş aliyədək elə oyun açılıb ki, səs-sorağı ölkəyə yayılıb. Həmin quruma da rəsmi-qeyri-rəsmi rəhbərlik edənlər də Fazil Məmmədovun qohum-qəbiləsi olub. İndi “Titanik”in batdığını görüb onun komandası yavaş-yavaş batmaqda olan gəmidən “asta qaçan namərddi” məntiqiylə sivişib aradan çıxmaq istəyir. Amma iş adamlarının ahı yerdə qalmayacaq və çox böyük ehtimalla yaxın zamanlarda minlərlə sahibkar Vergilər Nazirliyinin rəhbər şəxsləri haqqında prokurorluq orqanlarında zərərçəkmiş kimi tanınacaq, Fazil Məmmədov və onun “40 quldur”u taladıqları milyardların hesabını verəcəklər. Bunu bizə daxil olan informasiyalara əsaslanaraq əminliklə iddia edə bilərik...

Biz ötən yazımızda qeyd etmişdik ki, Fazil Məmmədovun komandası dedikdə ilk öncə gözlərimiz önündə keçmiş nazirin ən yaxın adamları olan Habil Məmmədovun və İlqar Əhmədovun məsum baxışları canlanır. Çünki məhz bu iki şəxs digərlərindən fərqli olaraq sahibkarlarla birbaşa təmasda olublar və onları ibtidaidən aliyədək əməlli-başlı incitməyi bacarıblar. Yeri gəlmişkən, həmin yazı ictimaiyyətə təqdim olunduqdan sonra Moderator.az-a bir neçə sahibkardan müxtəlif siqnallar gəlməyə başlayıb və xüsusən də İlqar Əhmədovun çoxşaxəli vergi macəraları haqqında ilginc informasiyalar daxil olub. Həmin şəxslər israrımıza baxmayaraq hələ suların qismən durulmasını və Fazil Məmmədovun komandası haqqında hüquqi müstəvidə araşdırma başlanılacağı günü səbrsizliklə gözlədiklərini, yalnız kələfin ucu çözülməyə başlandıqdan sonra irəli duracaqlarını bildirblər. Onlar sahibkarların necə dolaşdırıldığını, bank hesablarına necə həbs qoyulduğunu, şantaj edilərək var-yoxlarının əllərindən alındığını danışıblar və əllərində tutarlı faktların olduğunu deyiblər. Onların iddiasına görə əvvəllər də vergi orqanları ilə çeşidli problemlər yaşayıblar, amma müxtəlif yollarla vergiyığanlarla "dil tapmaq" mümkün olurmuş. Son iki devalvasiya isə vergi müfəttişlərinin üzünü elə döndərib ki, onlar keçmiş "salam-əleyk"i unudaraq heç bir halda kompromisə getməyiblər və əksinə, dövlətə veriləcək vergidən xeyli artıq vergini bəri başdan tələb ediblər, bəzi məqamlarda isə nəinki tələb ediblər, zorla onların əlindən alıblar. Xəracyığanlar bu zaman məhz özlərinə yaxın olan bankların xidmətindən yararlanlıblar və məhz Fazil Məmmədovun nəzarətində olan “Atabank” bütün bu “dolanbac vergidaxilolmaları”na “ata”lıq edib. "Günaybank" və "Muğanbank" da bu zaman xeyli canfəşanlıq edərək nəinki kitabı bağlanan digər bankların aqibətini yaşamaqdan qurtulublar, hətta xeyli qabağa düşməyi bacarıblar. İş adamları and-aman edir ki, ölkədəki sahibkarlıq mühitinə sarsıdıcı zərbə vuran “30 min manatlıq” nağdlaşdırma limiti, yəni bankdan bir dəfəyə 30 min manatdan artıq vəsaitin çıxarılmasına Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Vergilər Nazirliyinin birgə ideyası olan qadağaının tətbiq edilməsinə baxmayaraq məhz keçmiş nazirin sevimli müşavirlərindən olan İlqar Əhmədov kimi Fazil Məmmədova yaxın olan bir çox səlahiyyət sahibinin göstərişi nəticəsində istədikləri zaman istənilən məbləğdə vəsaiti nağdlaşdıraraq özününkiləşdiriblər. Daha doğrusu, bu zaman onlar sahibkarlığın qəbirqazanı olan inhisarçılıq kartını işə salaraq özlərinə yaxın olan şirkətlər üçün bank qapılarını taybatay açdıqları halda digər şirkətləri 30 min manatlıq limitdə boğublar. 

Yeri gəlmişkən, həmin 30 minlik məhdudiyyətin sahibkarlığa ciddi zərər verdiyini Milli Məclisdə deputatlar açıq şəkildə dilə gətirmişdilər və spiker Oqtay Əsədov da iclasda iştirak edən MBNP sədri Rüfət Aslanlını buna görə məzəmmət edərək məsələyə yenidən baxılmasını təklif etmişdi. Amma o göstəriş qulaqardına vuruldu, nəticədə vəziyyət dözülməz həddə gəlib çatdı. Bu məntiqlə gözləmək olar ki, növbəti yarpaq tökümü Maliyyə Bazarlarına Nəzarət Palatasında yaşanacaq və keçmiş vergilər nazirinin bank sektorundakı müttəfiqi üçün də yolun sonu görünəcək...

Baş verənlər onu iddia etməyə əsas verir ki, təhsil naziri kürsüsündəki 4 illik fəaliyyəti dönəmində ölkədə islahatçı və rüşəvətə bulaşmamış nazir imici qazanmış Mikayıl Cabbarov yola salmaqda olduğumuz 2017-ci ildə kimsənin bayram ovqatını təlx etmək istəməsə də yeni ilin ilk ayından fazil Məmmədovun nazirlıikdəki şəbəkəsini darmadağın edəcək, bundan sonra isə sahibkarlara divan tutulmasının təşkilatçılarını da, icraçılarını da məhşər ayağıan çəkəcək. Bu zaman ölkə baş verənlərin miqyasını görmüş olacaq. Əgər sahibkarla qarşı gerçək səlib yürüşü təşkil etmiş səlahiyyət sahibləri haqq etdikləri cəzaları almasalar, vergi orqanlarının itirilmiş imicini yaxın gələcəkdə bərpa etmək mümkünsüz olacaq...

Mövzunu diqqətdə saxlayacağıq və növbəti yazılarımızda oxucuları əldə etdiyimiz maraqlı faktlarla tanış edəcəyik...

Dünyasını dəyişmiş Qarabağ əlilinin həyat yoldaşından millət vəkilinə MÜRACİƏT...
“Əhaliyə məxsus torpaq sahələrində qanunsuz olaraq balıq gölləri yaradılıb” - ŞİKAYƏT
Putinin "sevimlisi" daha 20 gün həbsə atıldı...
Dünyanı ikiyə ayıran optik illüziyanın sirri ortaya çıxdı - ARAŞDIRMA
Əlləri və ayaqları bu hala gəldi Diqqət! Sizin də başınıza gələ bilər
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
"Rusiyadakı hamilə qadınlar azərilərin yiyəsiz uşaqlarını dünyaya gətirəcəklər..."
Hadisə
Turist avtobusu bir anın içində selə qərq oldu - QORXUNC + VİDEO
Dünya
52 yaşlı kişinin döşlərindən süd gəldi - İNANILMAZ...
Cəmiyyət
“Avtomobildə siqaret çəkməyin yasaqlanması məntiqli olmaz”
Dünya
70 min homoseksual cütlük evləndi - FOTO
Həftənin ən çox oxunanları
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
“Səməd Səmədov nə oxuyur ki, onun adını “hay-küy”qoymuşam...”
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
“Bu qədər yoxsulluğun olduğu ölkədə lüks bir təyyarəyə minməkdən utanıram" - Prezident...
"Yaxın günlərdə gözləmədiyimiz bir məkanda mütləq terror aktı baş tutacaq" - PROQNOZ
Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi
“Ağılları yox imiş, Yezidə baş əyib vəzifədən-zaddan alıb yaşamayıblar...”
"Hələ eşitməmişəm ki, bir nazirin, bir icra başçısının oğlu hərbi xidmətə getsin"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə