Hitlerin Rəsulzadə ilə görüşü və baş tutmayan sövdələşmə- Romandan parça
Oxunub: 6416
09 Nov 2017 | 14:11
Hitlerin Rəsulzadə ilə görüşü və baş tutmayan sövdələşmə- Romandan parça


Gələn il Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. 

Moderator.az yubiley münasibətilə hazırlayacağı yazılar silsiləsindən tanınmış şair, publisist, professor Vüqar Əhmədin böyük dövlət xadimi, ADR lideri Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə həsr etdiyi "Son nəfəsədək Azərbaycan" romanını fəsillərlə təqdim edəcək.
 
M.Ə.Rəsulzadənin 130 illik yubileyi münasibətilə yazılan romanda arxiv materiallarına və tarixi sənədlərə istinad edilib:

                     ********


Kabinetinə girəndən dərhal sonra Hitler adəti üzrə divardan asılan iri bədənnüma güzgüyə baxdı və təxminən iyirmi saniyə güzgü qarşısında durub dünyanın “ən nəhəng şəxsiyyəti”ini seyr edəndən sonra iri, parıltılı masasının arxasında əyləşib düyməni basdı. 

Bir neçə saniyə sonra onun katibi Rudolf Hess kabinetə daxil olub iki ayağını cütləşdirərək sağ əlini yuxarı qaldırıb Hitleri salamladı:
”“ Hayl Hitler! 
Hitler onun salamını sağ əlini yüngülcə qaldırıb endirməklə alıb dilləndi:
”“ “Şərq nazirliyi” ilə tez bir zamanda əlaqə saxlayın! Mənə tez bir zamanda 1918-ci ildə Çar Rusiyasının tərkibindən çıxıb müstəqil olmuş, 1920-ci ildə bolşeviklər tərəfindən işğal olunub yenidən Rusiyaya birləşdirilən... 
O, sağ əlinin baş barmağı ilə şəhadət barmağını bir-birinə sürtdü:
”“ Hə, Azərbaycan. Azərbaycan Demokratik Respublikası, ümumiyyətlə Azərbaycan milləti və həmin Respublikanın lideri olmuş..
 O bu səfər barmağını üzünə sürtdü:
”“ Məmməd Əmin Rəsulzadə haqqında ətraflı məlumat lazımdır. 
Rudolf vaxtilə hərbi təyyarəçi olmuş bir general və yaxud nəhəng Reyxin başçısının katibi kimi yox, komandirinin qarşısında baş əyən adi bir əsgər kimi baş əyib,-“Hayl Hitler”,-ifadəsini təkrar edərək kabinetdən çıxdı. 
Rudolf Hess kabinetdən çıxandan sonra Hitler ayağa qalxıb masasının arxasından asdığı iri dünya xəritəsinə diqqətlə tamaşa etməyə başladı və iri Rusiyanın yanında çox kiçik görünən Azərbaycanı tapdı. Əlindəki çubuğu düz Bakının üstünə qoyaraq sanki kiminləsə söhbət edirmiş kimi uca səslə dilləndi:
”“ Bakı.. Neft şəhəri. Torpağının altı başdan-başa neft yataqlarıdır. 
Sonra o çubuğu Xəzər dənizinin üzərində gəzdirdi:
”“ Hələ bu dəniz... Neftlə çox zəngindir. Bu isə yüz milyardlar deməkdi, yüz milyardlar. Mən sizi hökmən ələ keçirdib Reyxi möhkəmləndirəcəyəm. İndiyə qədər ruslar içir bu şokalad rəngli, qiyməti heç bir şeylə ölçülməyən mayeni, bundan sonra almanlar içəcək. 
Hitler qısa nitqini bitirib yenə güzgü qarşısına keçdi və şəhadət barmağını qaldırıb güzgüdəki əksini hədələdi:
”“ Mən zarafat eləmirəm...

Hitlerin Məhəmməd Əmin bəy haqqında məlumatın  “Şərq nazirliyi” tərəfindən toplanmasını istəməsi təsadüfi deyildi. Bu nazirlik Hitlerin göstərişi ilə Almaniyanın SSRİ-yə hucumundan bir müddət əvvəl, yaradılmışdı. Nazirliyin əsas vəzifəsi Rusiyanın işğal etdiyi torpaqlarda yaşamış, torpağı işğal olunandan sonra xarici ölkələrə qaçmağa məcbur olmuş müsəlman liderlərlə maraqlanmaq, onların Almaniyaya münasibətini öyrənmək və imkan daxilində Almaniyanın düşmənlərinə qarşı onların gücündən istifadə etmək idi. Nazirliyin başında Hitlerin ən etibarlı adamlarından biri Rozenberq dayanırdı. Nazirlik üç bölmədən ibarət idi: siyasi bölmə, idarəçilik bölməsi və iqtisadi bölmə. Siyasi bölmədəki Qafqaz şöbəsinə professor van Mende başçılıq edirdi. Professor bir dəfə Polşada olarkən faşistlərin, xeyli müsəlman-türkü yəhudi hesab edərək güllələdiyinin şahidi olmuş və bu barədə Rozenberqə məlumat vermişdi. Rozenberq də öz növbəsində bunun qarşısını almaq üçün tədbirlər görməyə başlamışdı. Şübhəsiz ki, Rozenberq də bütün faşistlər kimi müsəlmanların halına yanmırdı. Burada məqsəd başqa idi. Məsələ burasında idi ki, Hitler hələ ki SSRİ-də yaşayan müsəlmanları özündən incik salmaq istəmirdi. Bu da əslində çox amansız və qəddar olan Hitlerin çox hiyləgər bir siyasəti idi. O, “Yalnız kommunisitlərə və yəhudilərə ölüm”-şüarından istifadə edərək, SSRİ torpaqlarında yaşasalar da, cani-qəlbdən kommunist olmayan insanları öz tərəfinə çəkmək istəyirdi. Ona elə gəlirdi ki, bu ona yenicə başladığı müharibəni udmaqda kömək eləyə bilər. Qana susamış bu adam bir Azərbaycan zərb-məsələnin mənasına uyğun olaraq “özünə yer eləyəndən” sonra ona hüsnü-rəğbət göstərən inasanların da əksəriyyətini  vəhşicəsinə qətlə yetirtdiyi kommunistlərin və yəhudilərin halına salmaq fikrində idi. İndi isə ona qeyri kommunist və yəhudilərlə “sülh” lazım idi. Şübhəsiz ki, bunu onun sadiq kölələri professor van Mende də, Rozenberq də çox yaxşı bilirdi. Odur ki, “Şərq nazirliyi” ilə nəyin bahasına olursa olsun, bunun qarşısnı almaq lazım idi. 
 Rudolf Hitlerin kabinetinə düz dörd saatdan sonra qayıtdı. Onun qoltuğunda iri bir qovluğ var idi. O, yenə hərbi salam verib qovluğu masanın üstünə qoydu və hərbi vəziyyət alaraq dilləndi:
”“ Bütün məlumatlar toplanıb mənim fürerim. 
Hitler dərhal qovluğu açıb içindəkilərə nəzər yetirməyə başladı və oxumağa başladı. Orada bu sözlər yazılmışdı:
”“ Azərbaycanlılar... Azərbaycan SSR-də 3 milyon, İranda on milyon, Türkiyədə bir milyon və dünyanın başqa ölkələrində bir milyondur. Dünyanın ən yaraşıqlı millətlərindəndir. Türk mənşəli xalqdır və türk dilinin oğuz dialektində danışırlar. Etnogenezlərində Qafqazın qədim sakinləri olan albanlar, yəni qıpçaq türkləri, on min il əvvəl altaylardan Qafqaza köçmüş oğuz türkləri, qismən ləzgilər, farslar və ərəblər iştirak etmişlər. Qafa quruluşlarına görə arilərdən qətiyyən geri qalmırlar. Avropa irqinin Cənubi-Şərq qoluna aiddilər. Əsasən bir qədər qarabuğdayı, qəhvəyi və ya şabalıdı gözlü, qara, cod saçlı, geniş alınlı olurlar. Boyları müxtəlifdir. Kişiləri zatən cüssəli görünür, qadınları zərifdir. Kişiləri fiziki cəhətdən çox qüvvətli olurlar. Yüksək əmək qabiliyyətlidilər. Güclü enerjiyə, yüksək intellektə mailkdirlər. Qonaqpərvər, sülhsevər və xeyirxahdırlar. Aralarından xeyli ailm, elm adamı, yüksək ixtisaslı mütəxəssislər çıxır. Mətbəxləri dünyanın ən öndə gedən mətbəxlərindəndir. Olduqca ləziz yeməkləri var. Bİr qədər sadəlöhv və hiyləsizdilər. Kin saxlamağı bacarmırlar.  Kökü çox qədimlərə gedib çıxan bir xalqdır. Lakin bir millət kimi formalaşmaları İslam diniylə bağlıdır. Qədim zamanlarda bir qismi göy tanrıya inanmış, böyük bir qismi xristian olmuş, az bir qismi isə atəşpərəstliyə etiqad göstərmişdir. Səkkizinci əsrin axırlarından, doqquzuncu əsrin əvvəllərindən İslam dinini qəbul etməyə başlamışlar. İslam dini onlara böyük bir mədəniyyət gətirmişdir. Belə ki, dünya şöhrətli alimləri, filosofları, şairləri məhz İslam dini orada yayılandan sonra yetişmişdir. Buna misal olaraq böyük alim Nəsrəddin Tusini, filosof Bəhmənyarı, şair Nizamini, musiqişünaslar Urməvini, Əbdülqədir Marağayini və başqalarını göstərmək olar. On dörd məmləkəti özündə cəmləşdirən Səfəvilər dövlətinin qurucusu, böyük padşah, siyasi xadim, sərkərdə, pəhləvan və şair Şah İslamyıl Xətai bu kökdəndir. 
Adət və ənənələrini həyatlarının mənası kimi qoruyub saxlamışıar. 
Hitler bölməni oxuyub qurtaranda nazik dodağlarını büzərək başını qəribə şəkildə tərpətdi. Bu da onun azərbaycanlılar haqqında yazılanların həqiqət olduğuna inansa da, bu xalqın yüksək mənəvi keyfiyyətlərini qəbul eləməməsi idi. Reyxin başçısı zatən almanlardan başqa heç bir xalqı yüksək məziyyətlərlə görmək istəmirdi və yalnız almanları ağa bir millət hesab eləyirdi. Onun üçün hətta almanlarla bir kökdən sayılan ingilislər belə nökər bir xalq idi və onlar da almanların qul-beçəsi olmalı idilər. 
Hitler sənədin arxasını nədənsə əvvəlkindən daha uca səslə oxumağa başladı:

 Məmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə. 1884-cü ildə Bakı yaxınlığında Novxanı kəndində anadan olmuşdur. Uşaq vaxtı dini təhsil almış, yeniyetmə vaxtlarında Bakıda “Rus-müsəlman” məktəbində oxumuş, sonra təhsilini Bakı texniki məktəbində , özü də rus dilində davam etdirmişdir. 1902-ci ildə 18 yaşında ikən artıq “Müsəlman Gənclik Təşkilatı”nı yaratmışdır.  Bu təşkilat XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı mübarizə aparan ilk siyasi təşkilat idi. Bir az sonra “Müsəlman demokratik “Müsavat cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlanmış Məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, “Müxəmməs” adlı ilk şeiri “Şərqi-Rus” qəzetində çap olunmuşdur. 
   Hitler Məhəmməd Əmin Rəsulzadənin tərcümeyi-halının bir hissəsini dodaqaltı oxuyandan sonra gözünə Berlin sözü dəydiyindən arxasını nisbətən ucadan oxumağa başladı:
”“ Məmməd Əmin Rəsulzadənin redaktorluğu ilə 1932-1934-cü illərdə “İstiqlal” qəzeti, 1934-1938-ci illərdə isə “Qurtuluş” jurnalı çap olunmuşdur. 1933-cü ildə onun Berlində çap olunan “Azərbaycan respublikası haqqında bəzi qeydlər” adlı kitabı tək Almaniyada deyil, bütün Avropada böyük marağa səbəb olmuşdur. 
Hitler sonuncu cümləni bitirəndən sonra Məhəmməd Əmin Rəsulzadənin tərcümeyi-halını ürəyində oxumağa başladı və bu, təxminən on dəqiqə davam elədi. Reyxin rəhbəri oxumağını bitirəndən sonra ayağa qalxıb kabinetdə bir neçə dəfə var-gəl elədi. Sonra adəti üzrə güzgü qarşısında dayanıb güzgüdəki əksinə baxaraq dilləndi:
”“ Türklərin arasında çox güclü adamlar olub, indi də var, çox güclü adamlar. Belə çıxır ki, Mustafa Kamal Atatürk tək deyilmiş. Başına beş-on nəfər adam yığıb, osmanlılardan hərbi və siyasi dəstək almaq, Almaniyanı özünə tərəf çəkmək və dünyanı lərzəyə salan bolşeviklərə qalib gələrək müsəlman Şərqində ilk dəfə respublika yaratmaq. Avropalılar belə adamlardan ibrət götürməlidilər. O, bir neçə il Almaniyada yaşayıb.  Deməli, Almaniyanı yaxşı tanıyır və alman xalqına pis bələd deyil. Hər halda əminəm ki, o, Almaniyanın düşməni deyil, dostudur. Mən onunla mütləq görüşməliyəm, mütləq.  
 Hitlerin məqsədi “Şərq nazirliyi” xəttilə Məhəmməd Əmin Rəsulzadəni Almaniyaya dəvət eləmək və ona yağlı vədlər verərək onun vasitəsilə Qafqazdakı bütün türk-müsəlmanları öz tərəfinə çəkmək idi. Əlbəttə, Hitler Məhəmməd Əmin Rəsulzadənin öz torpağından didərgin düşdüyünü çox yaxşı bilirdi.  Lakin “Sovet Azərbaycanı” deyilən bir məmləkətdə gizli şəkildə ona intəhasız sevgisi, məhəbbəti olanların sayı onu sevməyənlərin sayından daha çox olmasına da yüz faiz əmin idi. 
 Onların görüşü üç gündən sonra baş verdi. 
 Hitler, Məhəmməd Əmin Rəsulzadəni qəbul edən zaman öncə bir neçə saniyə onu diqqətlə təpədən-dırnağa qədər süzdü, sonra təbəssüm etməkdən çox bütün bəşəriyyətə nifrət ifadə edən baxışlarıyla qonağını salamladı və daha sonra ona əliylə oturmağa yer təklif elədi. Məhəmməd  Əmin bəy başıyla təşəkkürünü bildirib möhkəm ağacdan düzəldilmiş kətilin üstündə əyləşdi və Hitlerin nə deyəcəyini gözlədi. 
Hitler nəzərlərini qonağından bir qədər ayırandan sonra yenə onun üzərində cəmləşdirib sözə başladı:
”“ Almanca səlist danışdığınızı bildiyim üçün tərcüməçiyə ehtiyac duymadım. İnanıram ki, dediklərimi yaxşıca anlayacaqsız. 
Məhəmməd Əmin bəy yüngülcə başını tərpətdi. Hitler onun almanca aydın şəkildə başa düşdüyünə əmin olub sözünə davam elədi:
”“ Sizin haqqınızda əvvəllər də eşitmişdim. İndi isə, Reyxə təşrif gətirdiyinizi eşidəndən sonra barənizdə əməlli-başlı məlumat toplamağı qərara aldım. Sözün açığı, həyat yolunuz, siyasi fəaliyyətiniz məni valeh etdi. Millətini, xalqını və min illirlə əcdadlarının yaşadığı torpağı müvəqqəti də olsa rus imperiyasının cəngindən azad etmək asan bir şey deyil. Açığını deyim sizinlə görüşməyimə çox şadam. Sizi elə belə də təsəvvür edirdim. İlk baxışdan da çox xoşuma gəldiz. Mənsub olduğunuz xalq haqqında da məlumatım var. Heyrətamizdir. Düşünürəm ki, xalqınızın və sizin mənə və alman xalqına münasibətiniz müsbətdir. Buna görə də söhbətimizin məntiqi nəticəsi hər ikimizin istədiyi kimi bitəcək. 
Məhəmməd Əmin bəy bəşər övladının qanına susamış vəhşiyə baxmadan dilləndi:
”“ Mənim mənsub olduğum xalq bütün bəşəriyyəti sevir, o cümlədən də almanları. O ki qaldı sizə, bunun cavabını vermək mənim üçün çox çətindir, çünki mən çoxdandı xalqımın arasında deyiləm, siz isə 1933-cü ildən etibarən dünyada tanınmağa başlamısız. O ki qaldı mənə, mən yalnız xalqımın rifahı, xoşbəxtliyi üçün çalışıram və xalqıma, millətimə xeyir gətirən, eyni zamanda xeyir gətirə biləcək insanları sevirəm. Ziyan vuran və ziyan vura biləcək adamlara isə nifrət edirəm. 
Hitler sakitcə soruşdu:
”“ Sizcə, mən sizin xalqınıza xeyir gətirirəm, yoxsa ziyan verirəm?! 
 Bu səfər Məhəmməd Əmin bəy Hitlerin düz gözünün içinə baxdı:
”“ Xeyir barədə danışmaq üçün müəyyən dəlillər və subutlar lazımdır. Sözün düzü, müharibənin kim tərəfindən başlanmasından asılı olmayaraq o bəşəriyyətə ancaq fəlakət gətirir. Düzünü bilmək istəsəz aldığım məlumatlara görə müharibə mənim xalqıma həddindən artıq faciələr gətirib. 
Hitler çiyinlərini çəkdi:
”“ Sizi başa düşürəm. Amma yəqin xəbəriniz var ki, müharibə alman xalqına da acılar gətirib. Bunu kim inkar edir ki?! Lakin bir münəccimlik eləyib gələcəyə baxmaq lazımdır. Mən tək Almaniyanın deyil, bütün dünyanın gələcəyini olduqca parlaq görürəm. Yəhudilərdən, kommunistlərdən, marksisitlərdən, leninçilərdən təmizlənmiş pak bir dünya. 
Məhəmməd Əmin bəy qeyri-adi üsulda naxışlanmış tavana baxdı:
”“ Bundan ötrü bəşər övladının üstünə bomba yağdırmaq lazım idimi?! 
Hitler bir qədər səsini qaldırdı:
”“ Müharibəni udmaq üçün düşmənin gözünü qorxuzmaq lazımdı. Siz yəqin ki, suda-quruda yaşayan timsah deyilən heyvan haqqında eşitmisiz?!.. Timsah şikarının başını bədənindən qoparıb, ona rəqib ola biləcək aslan sürüsünə  göstərir və bununla da aslanları qorxuya salır. Timsah bunu ona görə edir ki, aslanlar o hansısa bir heyvanı ovlayarkən ona mane olmasınlar. SSRİ Almaniya üçün çox təhlükəli bir rəqib ola bilərdi. Odur ki, biz rusların gözünü qırmaq qərarına gəldik. Belə düşünürəm ki, bu mənim tərəfindən yürüdülən misli görünməyən bir siyasətdir. 
Hitler yəqin ki, bu səfər özündən asılı olmayaraq güzgü qarşısına keçib yenə bir neçə saniyə güzgüdəki əksinə tamaşa eləyəndən sonra sözünə davam elədi:
”“ Görürəm söhbətimizin məcrası başqa bir istiqamət aldı. Məni düşündürən isə tamam başqa məsələdi. 
Hitler Məhəmməd Əmin bəyə tərəf dönüb bir qədər aşağı əyildi:
”“ Mən neft haqqında danışmaq istəyirəm, daha doğrusu, torpağı neft yataqları ilə çox zəngin olan Bakı şəhəri haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. 
Hitler yüngülcə köksünü ötürüb sözünə davam elədi:
”“ Mən inanıram ki, Almaniya ordusunun SSRİ-nin bütün torpaqlarını, o cümlədən də Qafqazı ala biləcəyinə şübhə eləmirsiz?!
Məhəmməd Əmin yenə Hitlerə tərəf baxmadan onun sualını cavablandırdı:
”“ Mənim buna şübhə eləyib-eləməməyim heç nəyi həll eləmir, hörmətli Fürer. Hamı bilir ki, Almaniyanın dünyanın heç bir dövlətinin malik olmadığı olduqca qüdrətli ordusu var. Lakin yenə təkrar edirəm, yandırmaqla, güllələməklə, viran eləməklə, bombalamaqla qailb gəlmək yüzlərcə xalqı, milləti özündən narazı salmaq, həmin xalqlara düşmən kəsilmək deməkdi. Tarix boyu belə olub ki, sığalla, nəvazişlə, qayğı ilə daha çox zəfər qazanılıb, nəinki yırtıb dağıdmaqla, qan tökməklə. 
Hitler artıq ona dərs verən qonaqdan bezmişdi. Lakin bütün qəddar hökmdarlar kimi “işi keçdiyi” adama, başqalarına qarşı verdiyi amansız hökmlərdən vermək fikrində deyildi. Odur ki, sinirləri bir xeyli gərilsə də özünü ələ alıb dilləndi:
”“ Siz bizim siyasətimiz haqqında səhv fikirdəsiz, cənab Məmməd Əmin Rəsulzadə. Mən bayaq da dedim, biz insanlığa ləkə vuran, genetik kodunda çirk olan, əcdadı min toxumdan əmələ gələn, eyni zamanda lənətə gəlmiş Marksın, Engelsin, Leninin açdıqları zəhərli cığırla gedən bəşəriyyət düş-mənlərini məhv eləyirik. Onu da bilin ki, biz Qafqazı alandan sonra Qafqaz xalqları ilə almanlarla rəftar elədiyimiz kimi rəftar edəcəyik. Onlara hər cür azadlıq verəcəyik. Siz buna əmin ola bilərsiz. Bizim sizdən, yəni Qafqaz xalqlarından heç bir təmənnamız yoxdur. İstəyimiz yalnız neftdəndir. 
Hitler yenə Məhəmməd Əmin bəyə tərəf əyildi:
”“ Sizin mənsub olduğunuz xalq firavan ömür sürəcək. Dövlətiniz 1918-ci ildə olduğu kimi müstəqil olacaq. Siz də onun rəhbəri kimi vəzifənizə qayıdacaqsız. Bunun müqabilində mən Bakı neftinin yalnız və yalnız beş faizini istəyirəm. Beş faizini. 
Məhəmməd Əmin bəy ehmallıca ayağa qalxdı. Üzündən Hitlerin sözlərindən möhkəm qəzəbləndiyi hiss olunurdu. Lakin o polad iradəsinə uyğun təmkinini tamamilə pozmadan Hitlerin qarışıq ifadələr əks etdirən gözlərinə baxdı:
”“ Hörmətli Fürer! Siz bilən mən axmağammı?!
Hitlerin cəlladlıq yağan baxışlarında süni bir təbəssüm göründü:
”“ Əlbəttə, yox. 
Məhəmməd Əmin bəy sözünə davam elədi:
”“ Siz hələ ki işğal etdiyiniz dövlətlərin heç birinə azadlıq verməmisiz. O ki, qaldı neftə, artıq yüz qırx ildir Rusiya Bakının neftini daşıyıb aparır. Azərbaycan bu müddət ərzində öz neftindən demək olar ki, heç bir xeyir görməyib. Azərbaycanın inkişaf eləmiş dünya dövlətləri ilə ayaqlaşması üçün nefti bütünlüklə özünə lazımdır. Siz dövlət büdcəsi milyardlarla ölçülən Almaniyanın xəzinəsini Bakının neftindən gələn gəlirlə xeyli artırmaq istəyirsiz. Mən isə inək kimi sağılan, bunun əvəzinə başına gündə saysız-hesabsız qapazlar vurulan bir xalqın nümayəndəsi kimi danışıram.  İndi özünüz deyin, hansı normal bir adam sizin təklifinizlə razılaşa bilər?! O ki qaldı Azərbaycanın yenidən müstəqil olmasına, mən inanıram ki, inşallah, bir gün Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağı vətənimin hər guşəsində dalğalanacaq. Necə ki, demişəm, bir kərə yüksələn bayraq bir daha enməz. 
Məhəmməd Əmin bəy sözünü bitirib, Avropanı zağ-zağ əsdirən hökmdarın kabinetini tərk etdi. 
Hitler onun arxasınca baxmadı və ona qarşı sərt tədbirlər görülməsi üçün də əmr vermədi. Sadəcə olaraq güzgü qarşısına keçib bir xeyli öz əcaib-qəraib görkəminə tamaşa elədi və üzündə xeyli pərişanlıq əlamətləri göründü. İlk dəfə idi ki, o güzgüdə olduqca qüdrətli, nəhəng, intəhasız bir intilekdə, kimsəyə məxsus olmayan bir ağılda, ən güclü siyasətçi, zəfər zəfər arxasıyca qazanan bir hökmdar deyil, əlindən heç nə gəlməyən bir əbləh görürdü. 

Oxşar xəbərlər
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 20:29
“Crocus”da onlarla insanı xilas edən azərbaycanlı: “Haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar”
27 Mar 2024 | 20:47
Anadan şanslı doğulan bürclər
27 Mar 2024 | 21:16
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
27 Mar 2024 | 20:51
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş - FOTO
27 Mar 2024 | 20:44
Azərbaycanda ticarət mərkəzləri, "Mall"lar necə mühafizə olunur? / AÇIQLAMA 
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 20:29
“Crocus”da onlarla insanı xilas edən azərbaycanlı: “Haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar”
27 Mar 2024 | 20:47
Anadan şanslı doğulan bürclər
27 Mar 2024 | 21:16
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
27 Mar 2024 | 20:51
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş - FOTO
27 Mar 2024 | 20:44
Azərbaycanda ticarət mərkəzləri, "Mall"lar necə mühafizə olunur? / AÇIQLAMA